Məhkəmə qərarları › İş №2-1(3-8)-1234/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1234/2026

10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1234/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 308012017005-***** reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə faktiki istifadə vəziyyətinə uyğun şəkildə müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Pııblik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən adına özgəninkiləşdirilmiş, daşınmaz əmlakın dövlət reyestrindən adına 308012017005-***** reyestr nömrəli çıxarış verilmişdir. Fərdi yaşayış evi söküldüyündən adına tək çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi ***** qeydiyyat nömrəli, 1288 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum atası X1 mülkiyyətində olmuşdur. Həmin qeydiyyat vəsiqəsi mərhum atasının adına alqı-satqı müqaviləsinə əsasən verilmişdir. İddiaçı Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mtivafiq çıxarış və plan və ölçü sənədinin verilməsi ilə bağlı ##.##.2025-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, ******/******/** saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Bildirir ki, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün üçün tələb ohıııan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsassız bir iddiadır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatınn idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bildiriri ki, barəsində müraciət etdiyi torpaq sahəsi 308012017005-***** reyestr nömrəli çıxarışa (ilkin mülkiyyət hüququna dair sənəd olan ***** qeydiyyat nömrəli, 1288 inventar nömrəli qeydiyyat vəsiqəsinə) əsasən iddiaçı qanuni istifadə və sahibliyindədir. İddia tələbi yalnız torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair tərtib edildiyindən fərdi yaşayış evinin sökülməsi imtina üçün əsas deyil. İddiaçı hesab edir ki, iddia tələbinin təmin edilməsi tam olaraq qanunidir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi, müraciət üzrə təqdim edilmiş 1288 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evi aşkarlanmadığından sözügedən fərdi yaşayış evinin müayinə olunmuş əraziyə aid olubolmamasını müəyyən etməyin mümkün olmadığı, əlavə edilmiş yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı məxsus 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanına xüsusi mülkiyyət hüququ X2 adına ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanına xüsusi mülkiyyət hüququ Abşeron 2-ci DNKnun ## ### 2004-cü il tarixli, 4Ə-6-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-***-**/*-****/**** saylı məktubdan görünür ki, 308012017005- ***** reyestr nömrəli fərdi yaşayış evinə dair çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-***-**/*-****/**** saylı məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsinin faktiki yerləşdiyi hissəsinin hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi barədə (koordinatlarının elektron məlumat bazasında hansı şəxsə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi) sənədlərin; Mübahisəli torpaq sahəsinin hazırki vəziyyətə uyğun məlumatı; o cümlədən torpaq sahəsinin qonşuluğunda (sağında, solunda) hər hansı bir fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilib-verilməməsi, verildiyi təqdirdə həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin (ilkin sənədlərlə birgə) müvafiq qaydada təsdiq olunmuş surətlərinin, eləcə də mübahisəli torpaq sahəsinə dair müayinə (baxış) aktının, ortofotodan çıxarışın müayinə aktının təqdim edilməsi barədə müraciətə Cavabdeh Publik hüquqi şəxsin * saylı Abşeron Ərazi idarəsində baxılmışdır. Müraciət ilə əlaqədar olaraq sorğuda qeyd olunan sənədlərin surətləri təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-***-**/*-****/**** saylı məktubdan görünür ki, ***** reyestr, 1288 inventar nömrəli qeydiyyat vəsiqəsi reyestr kitabında aparılmış qeydiyyata əsasən, Abşeron İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin ##.##.2001-ci il tarixli 11 qərarı əsasında ##.##.2002-ci il tarixində X4 adına verilmişdir, lakin qeyd edilən qərar arxivdə aşkar edilmədiyindən surətinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-***-**/*-****/**** saylı məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə məxsus arxiv sənədlərinin surəti təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Abşeron rayonu * saylı dövlət notariat ofisində ## ### 2004-cü il tarixdə 4Ə-6-*** reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin surəti göndərilmişdir. Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Saray İcra Nümayəndəliyinin sənədlərində ##.##.2001-ci il tarixli, ** saylı qərar aşkar edilməmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi üç tərəfi qonşu, bir tərəfi yol ilə sərhəddir. Vətəndaşın iştirakı ilə ünvana müayinə baxışı keçirildi, torpaq sahəsi üzərində texpasportda göstərilən fərdi yaşayış evi aşkar edilmədi. Vətəndaşın bildirdiyinə görə texpasportda göstərilən fərdi yaşayış evi sökülmüş, yerində 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Torpaq sahəsi üzərində 3 ayrıayrı girişləri olan fərdi yaşayış evləri mövcuddur. Faktiki vəziyyətə əsasən baş plan hazırlandı və fotoşəkillər işə əlavə edildi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Şikayətə görə, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi barədə nəticə əsassızdır. İddiaçı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edərək vətəndaşların qanuni istifadəsində olan fərdi yaşayış evlərinin və həyətyanı sahələrin altında yerləşən torpaqların qanunvericiliklə müəyyən edilmiş qaydada onların mülkiyyətinə verilməli olduğunu, mübahisəli torpaq sahəsinin isə 308012017005-***** reyestr nömrəli çıxarışa, ***** qeydiyyat nömrəli, 1288 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun qanuni istifadə və sahibliyində olduğunu bildirmişdir. Həmçinin apellyasiya şikayətində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının mülkiyyət hüququnun təminatı mexanizmi olduğu, inzibati orqanın işin bütün hallarını araşdırmalı və qeydiyyatdan imtinanı konkret faktiki və hüquqi əsaslarla əsaslandırmalı olduğu vurğulanmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, bu barədə faktiki istifadə vəziyyətinə uyğun çıxarışın və plan-ölçü sənədinin verilməsini tələb edir. İddiaçı tələbini əsaslandırarkən fərdi yaşayış evinə dair 308012017005-***** reyestr nömrəli çıxarışa, ***** qeydiyyat nömrəli, 1288 inventar nömrəli qeydiyyat vəsiqəsinə, habelə həmin tikili ilə bağlı əvvəlki alqı-satqı və vərəsəlik sənədlərinə istinad edir. Cavabdeh inzibati orqan ## ###### 2025-ci il tarixli, ******/*-*****/** nömrəli bildiriş məktubu ilə müraciətin icrasından imtina etmiş, imtinanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, 1288 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin müayinə zamanı aşkar olunmaması səbəbindən həmin tikilinin müayinə edilmiş əraziyə aidiyyətinin müəyyən edilə bilməməsi və təqdim edilmiş yerquruluşu planından çıxarışın qanunvericiliyin tələblərinə uyğun təsdiq edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni, əsasən, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını və ya ona keçməsini təsdiq edən hüquqmüəyyənedici sənədin mövcud olmaması, ## ### 2004-cü il tarixli, 4Ə-6- *** reyestr nömrəli alqı-satqı müqaviləsinin predmetinin torpaq sahəsi deyil, fərdi yaşayış evi olması, habelə həmin əmlakı özgəninkiləşdirən şəxsin torpaq sahəsi üzərində hüququnun təsdiq edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Kollegiya iş materiallarının araşdırılması ilə bağlı ilk öncə onu qeyd edir ki, öhdəliyin icrası haqqında iddia çərçivəsində cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulması yalnız o halda mümkündür ki, iddiaçının tələb etdiyi hərəkətlərin edilməsi üçün hüquqların dövlət qeydiyyatını şərtləndirən bütün hüquqmüəyyənedici sənədlər mövcud olsun, həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilsin, onların hüquqi qüvvəsi şübhə doğurmasın və inzibati orqanın imtinası açıq-aşkar qanuna zidd xarakter daşısın Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə mübahisənin düzgün həlli məqsədilə təqdim olunmuş sübutların hüquqi mahiyyəti və onların hüquqi nəticələr doğurmaq qabiliyyəti qiymətləndirilərkən, məhkəmə yalnız həmin sənədlərin formal mövcudluğunu deyil, eyni zamanda onların qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmasını, müvafiq qeydiyyat sistemində əks olunmasını və hüquqi dövriyyəyə daxil edilibedilməməsini də nəzərə almalıdır. Kollegiya ilk növbədə iddiaçının istinad etdiyi sənədlərin hüquqi predmetinin fərqləndirilməsini zəruri hesab edir. İş materiallarında mövcud olan qeydiyyat vəsiqəsi, reyestrdən çıxarış, alqı-satqı müqaviləsi və vərəsəlik sənədləri fərdi yaşayış evinə dair hüququn mövcudluğunu və onun hüquqi dövriyyədə olmasını təsdiq edə bilər. Lakin tikiliyə dair hüququ təsdiq edən sənəd özlüyündə həmin tikilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun yarandığını və ya əvvəlki hüquq sahibindən iddiaçıya keçdiyini təsdiq edən torpaq hüquqmüəyyənedici sənədi əvəz etmir. Kollegiya onu da qeyd edir ki, qanunvericiliyə əsasən daşınmaz əmlaka dair hüquqların tanınması və hüquqi nəticələr doğurması üçün bu hüquqlar dövlət qeydiyyatına alınmalı, qeydiyyat zamanı isə təqdim edilən sənədlərin həqiqiliyi, hüquqi əsasları və forma baxımından qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirilməlidir. Əgər hüququ təsdiq edən sənədin hüquqi etibarlılığı və ya mənbə etibarı ilə şübhə doğuracaq hər hansı ziddiyyətlər və ya uyğunsuzluqlar varsa, bu halda qeydiyyat orqanı həmin sənəd əsasında hüququ qeydiyyata almaqdan imtina etmək hüququna malikdir. Məhkəmə kollegiyası iş materiallarından müəyyən edir ki, ***** reyestr, 1288 inventar nömrəli qeydiyyat vəsiqəsi reyestr kitabında aparılmış qeydə əsasən Abşeron İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin ## ##### 2001-ci il tarixli, ** nömrəli qərarı əsasında ## ######## 2002-ci il tarixdə X4 adına verilmişdir. Bununla yanaşı, həm qeydiyyat orqanının arxivində, həm də Abşeron Rayon Dövlət Arxivinin Saray İcra Nümayəndəliyinə aid sənədlərində ## ##### 2001-ci il tarixli, ** nömrəli qərar aşkar edilməmişdir. Kollegiya hesab edir ki, həmin qərarın arxivdə aşkar edilməməsi qeydiyyat vəsiqəsinin fərdi yaşayış evinə münasibətdə hüquqi nəticələrini ayrıca olaraq aradan qaldıran hal kimi qiymətləndirilmir. Lakin mübahisənin predmeti tikili deyil, torpaq sahəsi olduğundan, həmin qərarın məzmununun müəyyən edilə bilməməsi torpaq sahəsinin kimə, hansı hüquqla, hansı ölçüdə və hansı hüquqi əsasla ayrıldığını təsdiq etməyə imkan vermir. Buna görə də qeydiyyat vəsiqəsinə istinad etməklə torpaq sahəsi üzərində ayrıca mülkiyyət hüququnun mövcud olduğu nəticəsinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ## ##### 2026-cı il tarixli məktubu ilə təqdim edilmiş ## ### 2004-cü il tarixli, 4Ə-6-*** reyestr nömrəli müqavilənin surətindən görünür ki, alqı-satqının predmeti fərdi yaşayış evi olmuşdur. Müqavilənin məzmununda torpaq sahəsinin müstəqil alqı-satqı predmeti kimi özgəninkiləşdirilməsi, torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüququnun satıcıdan alıcıya keçirilməsi, yaxud satıcının torpaq sahəsi üzərində qeydə alınmış hüququnun alıcıya ötürülməsi barədə ayrıca razılaşma müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, müqavilədə 800,0 kv.m torpaq sahəsinə istinad olunması həmin sahənin ayrıca alqı-satqı predmeti olduğunu deyil, müqavilə üzrə özgəninkiləşdirilən fərdi yaşayış evinin yerləşdiyi ərazinin təsvir edildiyini göstərir. Başqa sözlə, müqavilənin məzmunu torpaq sahəsinin satılmasını deyil, həmin sahədə yerləşən tikilinin özgəninkiləşdirilməsini təsdiq edir. Kollegiya xüsusilə nəzərə alır ki, iş materiallarında satıcı X4 mübahisəli torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış və ya digər mötəbər hüquqmüəyyənedici sənədlə təsdiq edilmiş mülkiyyət və ya başqa əşya hüququnun mövcudluğunu təsdiq edən sənəd yoxdur. Əvvəlki hüquq sahibində mövcudluğu təsdiq edilməyən torpaq hüququnun sonrakı alıcıya keçdiyi barədə nəticəyə gəlmək mümkün deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 88.1-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir. Həmin maddənin 3-cü hissəsində isə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqların binanı və ya qurğunu əldə edənə keçməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd olunan normaların mahiyyətini belə qiymətləndirir ki, tikiliyə hüququn keçməsi ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüququn da əldə edənə keçməsi qaydası yalnız əvvəlki mülkiyyətçinin həmin torpaq sahəsi üzərində hüququ mövcud olduğu halda tətbiq edilə bilər. Bu qayda yeni hüququn yaranmasını deyil, əvvəlki mülkiyyətçiyə məxsus olmuş hüququn eyni həcmdə əldə edənə keçməsini nəzərdə tutur. Buna görə də Torpaq Məcəlləsinin 88-ci maddəsi satıcıda mövcudluğu təsdiq olunmayan torpaq sahəsi üzərindəki hüququn alıcıya keçməsi üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Kollegiya həmçinin Mülki Məcəllənin 135-ci maddəsinin müvafiq müddəalarına münasibətdə qeyd edir ki, həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi və onunla möhkəm bağlı olan əşya vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti hesab olunur. Bu norma torpaq sahəsi ilə onun üzərində yerləşən tikili arasında hüquqi bağlılığın mövcudluğunu ifadə edir. Mülki Məcəllənin 135.9-cu maddəsində müxtəlif növlü əşyaların ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaratdığı halda mürəkkəb əmlak hesab olunması müəyyən edilmişdir. Bu müddəa ayrıca əşyaların vahid təsərrüfat və funksional təyinat çərçivəsində birlikdə qiymətləndirilməsini nəzərdə tutur. Həmin Məcəllənin 135.10-cu maddəsinə görə isə əşyanın tərkib hissəsi dedikdə, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey başa düşülür. Bu norma əşyanın tərkib hissəsinin müstəqil hüquqi dövriyyə predmeti olub-olmaması məsələsinin müəyyənləşdirilməsinə yönəlmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan normalar torpaq sahəsi ilə onun üzərində yerləşən tikili arasındakı hüquqi bağlılığı müəyyən etsə də, torpaq sahəsi üzərində hüququn yaranmasının və ya həmin hüququn başqa şəxsə keçməsinin əsaslarını tənzimləmir. Buna görə də həmin müddəalar torpaq sahəsi üzərində hüququn mövcudluğunu təsdiq edən hüquqi əsas kimi qiymətləndirilə bilməz. Qeyd olunan hüquqi yanaşma hazırkı işə tətbiq edildikdə, ## ### 2004-cü il tarixli, 4Ə- 6-*** reyestr nömrəli müqavilə və həmin müqavilə ilə bağlı qeydiyyat sənədləri fərdi yaşayış evinə dair hüququn keçməsini təsdiq etsə də, torpaq sahəsi üzərində satıcıya məxsus olmuş konkret hüququn mövcudluğunu və həmin hüququn iddiaçı tərəfə keçməsini təsdiq etmir. Buna görə də tikiliyə dair hüququn mövcudluğu torpaq sahəsi üzrə tələb olunan ayrıca hüquqi əsasın mövcudluğu kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının fərdi yaşayış evini vərəsəlik qaydasında əldə etməsinə də eyni hüquqi mövqedən yanaşır. İş materiallarından görünür ki, iddiaçının istinad etdiyi vərəsəlik hüququ haqqında şəhadətnamənin predmeti torpaq sahəsi deyil, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin şəhadətnamədə mübahisəli torpaq sahəsi üzərində miras qoyana məxsus olmuş mülkiyyət, istifadə və ya digər əşya hüququnun vərəsəyə keçməsi ayrıca təsbit edilməmişdir. Bu baxımdan, vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız miras qoyana məxsus olmuş fərdi yaşayış evinə dair hüququn iddiaçıya keçməsini təsdiq edir və torpaq sahəsi üzərində ayrıca hüququn yaranması və ya keçməsi üçün hüquqmüəyyənedici sənəd kimi çıxış etmir. Vərəsəlik hüququnun mahiyyəti də ondan ibarətdir ki, vərəsəyə yalnız miras qoyana hüquqi cəhətdən məxsus olmuş hüquqlar keçir. Miras qoyanın mübahisəli torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya digər əşya hüququnun yaranması və mövcudluğu hüquqmüəyyənedici sənədlərlə təsdiq edilmədiyi halda, həmin torpaq sahəsinə dair hüququn vərəsəlik qaydasında iddiaçıya keçdiyi nəticəsinə gəlmək mümkün deyildir. Başqa sözlə, fərdi yaşayış evinə dair hüququn vərəsəlik qaydasında keçməsi özlüyündə həmin evin yerləşdiyi torpaq sahəsi üzərində yeni mülkiyyət hüququ yaratmır və əvvəlki hüquq sahibində mövcudluğu sübuta yetirilməmiş torpaq hüququnun vərəsəyə keçməsinə səbəb olmur. Kollegiya apellyasiya şikayətində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilən istinada münasibətdə qeyd edir ki, həmin normada vətəndaşların qanuni istifadəsində olan fərdi yaşayış evlərinin və həyətyanı sahələrin altında yerləşən torpaqların qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə verilməsi nəzərdə tutulur. Lakin bu müddəanın tətbiqi üçün konkret torpaq sahəsindən qanuni istifadənin hüquqi əsası və həmin istifadənin qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirildiyini təsdiq edən sənədlər müəyyən edilməlidir. Həmin norma özü-özlüyündə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi əvəz etmir və yalnız yaşayış evinə dair mülkiyyət hüququnun mövcudluğu torpaq sahəsinin də həmin şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olduğunu qəbul etmək üçün kifayət etmir. Bu baxımdan, iddiaçının fərdi yaşayış evinə dair reyestr çıxarışına, qeydiyyat vəsiqəsinə və vərəsəlik hüququ haqqında şəhadətnaməyə istinad etməsi mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün yetərli hüquqi əsas hesab edilə bilməz. Qeyd olunan sənədlərin hər biri fərdi yaşayış evinə dair hüquqi vəziyyəti təsdiq etsə də, torpaq sahəsinin hüquqi rejimini, həmin sahə üzərində hüququn növünü, ilkin olaraq kimə və hansı əsasla məxsus olduğunu, eləcə də belə hüququn sonradan iddiaçıya keçib-keçmədiyini ayrıca təsdiq etmir. Buna görə də tikiliyə münasibətdə hüququn mövcudluğu torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması və ya keçməsi barədə nəticəyə gəlmək üçün kifayət deyildir. Məhkəmə kollegiyası bu məsələnin qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2022-ci il tarixli “«Pilot İnşaat-A» Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında ifadə edilmiş hüquqi mövqeyi də nəzərə alır. Həmin Qərarda Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə istinad edilməklə vurğulanmışdır ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınmış yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib edilmiş və həyətyanı torpaq sahəsinin ölçüsünü əks etdirən texniki pasport hüquqmüəyyənedici sənəd kimi çıxış edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmin hüquqi mövqedə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə əlaqəli şəkildə həyətyanı sahədən qanuni istifadənin müvafiq texniki pasportla təsdiq edilməsinin hüquqi əhəmiyyətini qeyd etməklə yanaşı, belə sənədin həqiqiliyinin və mötəbərliyinin, eləcə də torpaq sahəsindən istifadənin qanuni olub-olmamasının ayrıca araşdırılmalı olduğunu da göstərmişdir. Deməli, texniki pasportun torpaq sahəsi üzrə hüquqmüəyyənedici sənəd kimi hüquqi nəticə doğurması üçün təkcə həmin sənəddə torpaq sahəsinin göstərilməsi kifayət etmir, sənədin 2001-ci il ######ın #-dək tərtib olunması, həyətyanı sahənin ölçüsünü əks etdirməsi və qanuni istifadəni təsdiq etməsi də zəruridir. Hazırkı işdə isə ilkin hüquq sahibi X4 dair ***** reyestr, 1288 inventar nömrəli qeydiyyat vəsiqəsinin ## ######## 2002-ci il tarixdə, özü də Saray qəsəbəsi üzrə nümayəndəliyin ## ##### 2001-ci il tarixli ** nömrəli qərarına istinadən verildiyi müəyyən edilmiş, həmin qərarın özü isə nə qeydiyyat orqanının, nə də dövlət arxivinin sənədlərində aşkar olunmuşdur. Bundan başqa, iş materiallarında ilkin hüquq sahibinə münasibətdə 2001-ci il ######ın #-dək tərtib edilmiş və həyətyanı torpaq sahəsinin ölçüsünü göstərən texniki pasportun mövcudluğu müəyyən olunmur. Buna görə Kollegiya hesab edir ki, hazırkı işdə 1288 inventar nömrəli texniki sənədə istinad etməklə torpaq sahəsi üzərində hüququn yarandığı nəticəsinə gəlmək olmaz. Əgər ilkin hüquq sahibinə münasibətdə həyətyanı sahənin ölçüsünü əks etdirən texniki pasport 2001-ci il ######ın #-dək tərtib edilmiş olsaydı, onun yuxarıda qeyd olunan hüquqi mövqe çərçivəsində torpaq sahəsi üzərində hüququn tanınması baxımından qiymətləndirilməsi mümkün ola bilərdi; hazırkı işdə isə belə hal müəyyən edilməmişdir. Kollegiya əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndini də nəzərə alır. Həmin bəndə əsasən, yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edilir. Hazırkı işdə isə qeydiyyat vəsiqəsində istinad olunan Saray qəsəbəsi üzrə nümayəndəliyin qərarının tarixi ## ##### 2001-ci il olduğundan, həmin qərar aşkar edilmiş olsaydı belə, onun Siyahının 2.7-ci bəndində müəyyən edilmiş zaman meyarına uyğunluğu mövcud olmazdı. Bu isə ilkin hüquq sahibinin mübahisəli torpaq sahəsi üzərində hüququnun başqa hüquqmüəyyənedici sənədlə təsdiq edilməsini zəruri edir. Məhkəmə kollegiyası, həmçinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin və Torpaq Məcəlləsinin 47-ci maddəsinin müddəalarını nəzərə alır. Həmin normalara görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar istisna olmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir, bələdiyyə mülkiyyətində olan torpaqlar isə yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və ya icarəyə verilə bilər və belə torpaqlar barəsində sərəncam vermək səlahiyyəti bələdiyyəyə məxsusdur. İş materiallarında mübahisəli torpaq sahəsinin ilkin hüquq sahibinin xüsusi mülkiyyətinə verilməsini, yaxud onun xeyrinə həmin torpaq sahəsi üzərində istifadə və ya digər əşya hüququnun yaradılmasını təsdiq edən bələdiyyə qərarı və ya başqa hüquqmüəyyənedici sənəd mövcud deyildir. Bu baxımdan, işdə Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışın mövcudluğu da torpaq sahəsi üzərində hüququ yaradan sərəncamverici aktın mövcudluğunu əvəz etmir və həmin sənəd özüözlüyündə ilkin hüquq sahibinin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən əsas sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, işdə olan Saray bələdiyyəsinin yerquruluşu planından çıxarış 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir, halbuki iddia tələbi 0,10 ha torpaq sahəsinə münasibətdə irəli sürülmüşdür. Cavabdeh də təqdim edilmiş yerquruluşu planından çıxarışın qanunvericiliyin tələblərinə uyğun təsdiq edilmədiyini bildirmişdir. Torpaq sahəsinin ölçüsü və hüquqi sərhədləri barədə bu uyğunsuzluq, torpaq hüququnu təsdiq edən ilkin sənədin də mövcud olmadığı şəraitdə, iddiaçının tələb etdiyi həcmdə dövlət qeydiyyatının aparılması üçün əlavə maneə yaradır. İş üzrə tərtib edilmiş müayinə aktından görünür ki, 1288 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evi yerində aşkar edilməmiş, iddiaçının bildirdiyinə görə həmin tikili sökülmüş və yerində iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir, torpaq sahəsində ayrı-ayrı girişləri olan üç yaşayış evi mövcuddur. Kollegiya hesab edir ki, bu hal özlüyündə iddianın rədd edilməsi üçün yeganə əsas olmasa da, əvvəlki qeydiyyat sənədlərində göstərilən daşınmaz əmlakla hazırkı faktiki vəziyyət arasında eyniliyin və torpaq sahəsinin sərhədlərinin hüquqi sənədlərlə dəqiq müəyyən edilməsinin əhəmiyyətini artırır. Apellyasiya şikayətində inzibati orqanın işin hallarını tam araşdırmalı olması, qanunçuluq və etimadın qorunması prinsipləri barədə göstərilən dəlillər də kollegiyanın nəticəsini dəyişmir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeydiyyat orqanından, Dövlət Notariat Arxivindən və Abşeron Rayon Dövlət Arxivindən müvafiq sənədləri tələb etmiş, qeydiyyat vəsiqəsinin ilkin əsası, alqı-satqı müqaviləsinin predmeti və faktiki vəziyyət araşdırılmışdır. Aparılmış araşdırma nəticəsində torpaq sahəsi üzərində iddiaçının və ya əvvəlki hüquq sahibinin mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, inzibati orqanın qeydiyyat sahəsində araşdırma aparmaq vəzifəsi mövcud olmayan hüquqi əsası yaratmaq və ya tikiliyə dair sənədlərin hüquqi predmetini torpaq sahəsinə şamil etmək səlahiyyəti kimi başa düşülə bilməz. Daşınmaz əmlakın dövlət reyestrində hüququn tanınması üçün hüququn yaranmasını və ya keçməsini təsdiq edən qanuni əsasın mövcudluğu zəruridir. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Belə olan halda, dövlət qeydiyyatının məqsədi və hüquqi mahiyyəti də nəzərə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat dövlət tərəfindən konkret əşya hüququnun tanınması və təsdiqi olduğundan, qeydiyyat institutu hüququn yaranma əsasına dair mövcud mühüm ziddiyyəti aradan qaldıran vasitə kimi istifadə edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasına yol verilməməsi nə qədər vacibdirsə, rəsmi arxiv və digər dövlət sənədləri ilə təsdiqlənməyən hüquqi əsas üzrə dövlət reyestrində yeni mülkiyyət qeydinin aparılmaması da hüquqi müəyyənlik və reyestr məlumatlarının etibarlılığının qorunması baxımından eyni dərəcədə əhəmiyyətlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin müəyyən etdiyi əsas faktiki halları təkzib etmir. İddiaçının istinad etdiyi sənədlər fərdi yaşayış evinə dair hüquqi vəziyyəti təsdiq etsə də, 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını və ya həmin hüququn əvvəlki hüquq sahibindən iddiaçıya keçməsini təsdiq edən hüquqmüəyyənedici sənəd iş materiallarında mövcud deyildir.Məhkəmə kollegiyası bir daha vurğulayır ki, daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən tanınması və hüquqi nəticələr doğurması yalnız belə hüquqların mövcudluğuna dair iddia ilə deyil, eyni zamanda həmin hüququ təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunması, aidiyyəti dövlət orqanlarının arxiv və informasiya sistemlərində rəsmiləşdirilməsi və hüquqi dövriyyəyə daxil edilməsi ilə şərtlənir və bu tələblərdən hər hansı birinin olmaması belə hüququn dövlət qeydiyyatına alınmasını mümkünsüz edir. Bu baxımdan, cavabdeh inzibati orqanın üzərinə yalnız formal olaraq təqdim edilmiş sənədi qəbul etmək deyil, həm də həmin sənədin hüquqi əsaslarını, etibarlılığını, mənbəyini və dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğunu yoxlamaq və hüquqi ziddiyyətlər aşkar edildiyi halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək vəzifəsi düşür ki, bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin məzmunundan birbaşa irəli gəlir Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxıanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar