Məhkəmə qərarları › İş №2-1(3-8)-1235/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1235/2026

28.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1235/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Publik Hüquqi Şəxsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Sumqayıt şəhər XDS Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli ** nömrəli qərarı ilə X4 Corat qəsəbəsi ərazisində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdr. ##.##.1990-cı il tarixli *** nömrəli aktdan görünür ki, Sumqayıt şəhər XDS Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli ** nömrəli qərarına əsasən irpaq sahibinin hüzurunda yerində sərhədləri ölçülüb, nişangahlar qoyulmaqla Sumqayıt şəhəri Köhnə Corat qəsəbəsi ərazisində yerləşən sahəsi 600 kv.metr olan *** nömrəli torpaq sahəsi vətəndaş X4 yerində təhvil verilmişdir. Sahənin yerləşmə yerinin eskizi aktda öz əksini tapmışdır. Cavabdeh Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli *- **-*-**/*-****/**** saylı məktubundan görünür ki, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən 600 kv.metr torpaq sahəsi elektron məlumat bazasında hər hansı fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Sözügedən daşınmaz əmlaka dair tərtib edilmiş müayinə (baxış) aktı, ortofoto, və daşınmaz əmlakın qonşuluğunda yerləşən 309013033266 və ************ reyestr nömrəli daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərin surəti qoşma faylda təqdim olunmuşdur. Cavabdeh Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli *- **-*-**/*-****/**** saylı məktubundan görünür ki, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən 600 kv.metr torpaq sahəsi elektron məlumat bazasında hər hansı fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür, lakin torpaq sahəsinin ərazisindən yeraltı su xəttinin keçdiyi görünür. Məsələnin dəqiqləşdirilməsi üçün aidiyyəti quruma müraciət etməyiniz tövsiyə olunur. Sözügedən daşınmaz əmlaka dair tərtib edilmiş müayinə (baxış) aktı, ortofoto, və daşınmaz əmlakın qonşuluğunda yerləşən 309013033266 və ************ reyestr nömrəli daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərin surəti qoşma faylda təqdim olunmuşdur. ##.##.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsinin sərhədləri mişar daş hasardır, 1 tərəfi yol, 3 tərəfi qonşu torpaq sahəsidir. Torpaq sahəsində ilkin inventarlaşma işləri aparılmışdır. Torpaq sahəsi üzərində 1 mərtəbəli fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. Torpaq sahəsi üzərində yerüstü kommunikasiya xətləri aşkar edilmədi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Publik Hüquqi şəxsin * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Publik Hüquqi Şəxsi ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli F-*** nömrəli əmrinə əsasən “Cavabdeh” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Cavabdeh” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və “torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsi xahişi ilə * saylı Sumqayıt Ərazi Idarəsinə müraciət etmişdir. * saylı Sumqayıt Ərazi Idarəsi ## ###### 2025-ci il tarixli bildirişlə iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Imtinaya səbəb kimi “Torpaq sahəsinə dair ##.##.1990-cı il tarixli ayrıc aktının onu tərtib etmiş qurum tərəfindən müvafiq möhürlə təsdiq edilmədiyi bildirilmişdir.” Iddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Sumqayıt şəhər XDS IK-nin ##.##.1989-cu il tarixli 12.557.* saylı qərarı ilə (Protokol № **) fərdi ev tikintisi məqsədilə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisindən 600 kv.m torpaq sahəsi Mustafayeva (qızlıq soyadı) Solmaz Zeybulla qızına ayrılmışdır. Fərdi evin tikintisi məqsədilə ayrılmış torpaq sahəsinə görə, ##.##.1990-cı ildə (*** saylı iş) Akt tərtib edilmişdir. Həmin aktla təsdiq olunmuşdur ki, Sumqayıt şəhər XDS IK-nin ##.##.1989-cu il tarixli, ** saylı Protokolu əsasında qəbul edilmiş qərarına əsasən, Sumqayıt şəhəri Corat qəsəbəsindəki *** №-li torpaq sahəsi X4 ayrılmışdır. Ayrılmış torpaq sahəsinin sərhədləri ölçülüb, nişanlanmışdır. Aktı qrup rəhbəri, topoqraf və iddiaçı tərəfindən imzalanmışdır. Həmin sənədin möhürlə təsdiq edilməməsi iddiaçının günahı səbəbindən yaranmamışdır. Iddiaçı həmin sahədə ev tikmiş və orada 30 ildən artıqdır ki, ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi barədə ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə “Cavabdeh” publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi Idarəsində baxılmışdır. Müəyyən olunmuşdur ki, Sumqayıt şəhər X2 Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli, ** nömrəli qərarı ilə İddiaçı ayrılmış topraq sahəsinə dair ##.##.1990-cı il tarixli ayrıc aktının onu tərtib edən qurum tərəfindən müvafiq möhürlə təsdiq olunmadığından ##.##.2025-ci il tarixli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən ayrıc aktının həqiqiliyi və mötəbərliyi şübhə doğurduğundan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Odur ki, iddiaçıya sözügedən torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni ayrıc aktının tərtib olunmasının məqsədəuyğunluğu bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər XDS Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli ** saylı qərarı ilə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Publik Hüquqi Şəxsin üzərinə qoyulmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və “torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsi xahişi ilə * saylı Sumqayıt Ərazi Idarəsinə müraciət etmişdir. * saylı Sumqayıt Ərazi Idarəsi ## ###### 2025-ci il tarixli bildirişlə imtina etmişdir. Sumqayıt şəhər XDS IK-nin ##.##.1989-cu il tarixli, 12.557.* saylı qərarı ilə (Protokol № **) fərdi ev tikintisi məqsədilə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisindən 600 kv.m torpaq sahəsi Mustafayeva (qızlıq soyadı) Solmaz Zeybulla qızına ayrılmışdır. Fərdi evin tikintisi məqsədilə ayrılmış torpaq sahəsinə görə ##.##.1990-cı ildə (*** saylı iş) Akt tərtib edilmişdir. Həmin aktla təsdiq olunmuşdur ki, Sumqayıt şəhər XDS IK-nin ##.##.1989-cu il tarixli, ** saylı Protokolu əsasında qəbul edilmiş qərarına əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, *** №-li torpaq sahəsi X4 ayrılmışdır. Ayrılmış torpaq sahəsinin sərhədləri ölçülüb, nişanlanmışdır. Cavabdeh Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026cı il tarixli, *-**-*-**/*-****/**** saylı məktuba əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 600 kv.metr torpaq sahəsi elektron məlumat bazasında hər hansı fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür, lakin torpaq sahəsinin ərazisindən yeraltı su xəttinin keçdiyi görünür. Sözügedən daşınmaz əmlaka dair tərtib edilmiş müayinə (baxış) aktı, ortofoto, və daşınmaz əmlakın qonşuluğunda yerləşən 309013033266 və ************ reyestr nömrəli daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərin surəti qoşma faylda təqdim olunmuşdur. 11.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, torpaq sahəsinin sərhədləri mişar daş hasardır, 1 tərəfi yol, 3 tərəfi qonşu torpaq sahəsidir. Torpaq sahəsində ilkin inventarlaşma işləri aparılmışdır. Torpaq sahəsi üzərində 1 mərtəbəli fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. Torpaq sahəsi üzərində yerüstü kommunikasiya xətləri aşkar edilmədi. Cavabdeh iddiaçının müraciətindən imtinasında, həmçinin etirazında Sumqayıt şəhər X2 Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli, ** nömrəli qərarı ilə İddiaçı ayrılmış topraq sahəsinə dair ##.##.1990-cı il tarixli ayrıc aktının onu tərtib edən qurum tərəfindən müvafiq möhürlə təsdiq olunmamasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair qərar qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Sumqayıt şəhər X2 Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli ** nömrəli qərarın və aktın əsilləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir hal müəyyən edilmir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini, imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, Idarənin elektron kadastr baza məlumatlarına əsasən müvafiq torpaq sahəsinin ərazisindən yeraltı su xəttinin keçdiyi müəyyən olmuşdur. Məsələnin dəqiqləşdirilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ##.##.2026-cı il tarixdə *-**-*-**/*-****/**** nömrəli sorğu göndərilmiş, cavab olaraq Agentliyin “xxxx” publik hüquqi şəxsindən daxil olan ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** saylı məktubu ilə, verilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsindən Xidmətə məxsus diametri 1000 mm olan kanalizasiya kollektorun keçdiyi bildirilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 70-ci maddəsinin «a» bəndinə əsasən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan qadağan edilir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və tam araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının müraciətindən sonra təkrar araşdırma aparılmış və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “xxxx” Publik Hüquqi Şəxsi Sumqayıt şəhər Sukanal Idarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində İddiaçı məxsus torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən təkrar yerində müayinə baxışı keçirilmişdir. Baxış zamanı sözügedən torpaq sahəsindən idarənin balansına aid su və kanalizasiya xətlərinin keçmədiyi müəyyən edilmişdir. Buna baxmayaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Iddiaçının nümayəndəsi ərizə ilə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ... Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Cavabdeh publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Cavabdeh (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ...

“Inzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi - Sumqayıt şəhər XDS Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli ** saylı qərarı ilə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair ##.##.1990-cı il tarixli ayrıc aktı onu tərtib etmiş qurum tərəfindən müvafiq möhürlə təsdiq edilməmişdir. Bundan əlavə cavabdeh orqan apellyasiya şikayətində qeyd etmişdir ki, Idarənin elektron kadastr baza məlumatlarına əsasən müvafiq torpaq sahəsinin ərazisindən yeraltı su xəttinin keçdiyi müəyyən olmuşdur. Məsələnin dəqiqləşdirilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ##.##.2026-cı il tarixdə *-**-*-**/*-****/**** nömrəli sorğu göndərilmiş, cavab olaraq Agentliyin “xxxx” publik hüquqi şəxsindən daxil olan ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** saylı məktubu ilə, verilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsindən Xidmətə məxsus diametri 1000 mm olan kanalizasiya kollektorun keçdiyi bildirilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhəri X2 Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli 12.557.* saylı qərarı (Protokol № **) ilə iddiaçı Səmədova (Mustafayeva) Solmaz Zeybulla qızına fərdi yaşayış evinin tikintisi məqsədilə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisindən 600 kv.m torpaq sahəsi ayrılmış, ##.##.1990-cı il tarixli *** nömrəli aktla həmin torpaq sahəsinin sərhədləri ölçülərək nişanlanmış və *** nömrəli torpaq sahəsi kimi iddiaçıya yerində təhvil verilmişdir, aktda torpaq sahəsinin yerləşmə sxemi qeyd edilmişdir. Həmin sənədlərin əsilləri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, onların həqiqiliyini və mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Eyni zamanda, iş materiallarından torpaq sahəsinin elektron məlumat bazasında hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan digər torpaq sahəsi ilə üst-üstə düşmədiyi də müəyyən olunur. Cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil edən ##.##.1990-cı il tarixli ayrıc aktının onu tərtib edən qurum tərəfindən müvafiq möhürlə təsdiq edilməməsi halına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədin möhürlə təsdiq edilməməsi iddiaçının iradəsindən asılı olmayan hal olmaqla, bu hal özlüyündə torpaq sahəsinin ona ayrılmasına dair qüvvədə olan ##.##.1989-cu il tarixli qərarın hüquqi əhəmiyyətini aradan qaldırmır. Belə ki, həmin qərar qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş və ya ləğv olunmamışdır. Bu baxımdan, qüvvədə olan hüquqmüəyyənedici sənədin mövcudluğu şəraitində yalnız ayrıc aktının möhürlə təsdiq edilməməsinə istinad edilməklə iddiaçının hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətində əlavə olaraq torpaq sahəsinin ərazisindən yeraltı su xəttinin keçməsi ilə bağlı elektron kadastr məlumatlarına istinad edilmişdir. Iş materiallarından görünür ki, Cavabdeh publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli məktubunda iddiaçıya məxsus olan Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisindən ayrılmış sahəsi 600 kv.m olan *** nömrəli torpaq sahəsinin elektron məlumat bazasında digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi, lakin torpaq sahəsinin ərazisindən yeraltı su xəttinin keçdiyinin göründüyü bildirilmiş və məsələnin dəqiqləşdirilməsi üçün aidiyyəti quruma müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən məlumatın dəqiqləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanına sorğu göndərilməsi özü-özlüyündə həmin məlumatın mübahisəli torpaq sahəsindən konkret kommunikasiya xəttinin keçməsini və bunun iddiaçının hüququnun dövlət qeydiyyatına alınmasına hüquqi maneə yaratmasını təsdiq edən yekun nəticə kimi qəbul edilə bilməz. Belə ki, apellyasiya şikayətində istinad edilən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “xxxx” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubda verilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsindən Xidmətə məxsus diametri 1000 mm olan kanalizasiya kollektorunun keçdiyi bildirilsə də, bu məlumatın torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına hansı konkret hüquqi məhdudiyyət yaratdığı və bunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində nəzərdə tutulmuş qeydiyyatdan imtina əsaslarından hansı ilə əhatə olunduğu əsaslandırılmamışdır. Əksinə, cavabdehin apellyasiya şikayəti verdikdən sonra özünün elektron kabinet vasitəsilə məhkəməyə göndərdiyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “xxxx” Publik Hüquqi Şəxsi Sumqayıt şəhər Sukanal Idarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Publik Hüquqi şəxsin * saylı Sumqayıt Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli müraciətinə Sumqayıt şəhər Sukanal Idarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində İddiaçı məxsus torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən təkrar yerində müayinə baxışı keçirilmişdir. Baxış zamanı sözügedən torpaq sahəsindən Sumqayıt şəhər Sukanal Idarəsinin balansına aid su və kanalizasiya xətlərinin keçmədiyi müəyyən edilmişdir. ##.##.2026-cı il tarixdə bu barədə akt tərtib edilmişdir. Həmin sənədləri iddiaçının nümayəndəsi də ərizə ilə məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, torpaq sahəsinin üzərində və ya ərazisindən kommunikasiya xəttinin keçməsi barədə məlumatın mövcudluğu ilə həmin halın torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını istisna edən hüquqi məhdudiyyət yaratması eyni məna daşımır. Bunun üçün konkret kommunikasiya xəttinin yerləşməsi, onun hüquqi statusu, mühafizə zonası və ya digər qanuni məhdudiyyətin mövcudluğu, habelə həmin məhdudiyyətin iddiaçının tələb etdiyi dövlət qeydiyyatına maneə yaratması müəyyən edilməlidir. Hazırkı iş üzrə isə belə bir hüquqi maneənin mövcudluğu kifayət qədər və mötəbər sübutlarla təsdiq olunmamışdır. Bu baxımdan, apellyasiya şikayətində göstərilən yeraltı su və ya kanalizasiya xəttinin mövcudluğu barədə dəlil birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə nəticəsini şübhə altına alan və onun ləğvi üçün əsas yaradan hal kimi qiymətləndirilə bilməz. Hazırda torpaq sahəsindən yerüstü və yeraltı kommunikasiya xətlərinin keçmədiyi də öz təsdiqini tapmışdır. Apellyasiya şikayətində qeyd olunan dəlil aradan qalxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar