Məhkəmə qərarları › İş №2-1(3-8)-1237/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1237/2026

28.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1237/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Qusar rayon Balaqusar bələdiyyəsinin ##.##.2005-ci il tarixli */*-* saylı qərarı ilə 0.26 ha torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəyə verilmişdir. Qusar rayon Balaqusar bələdiyyəsinin ##.##.2008-ci il tarixli */*-* saylı qərarı ilə İddiaçı kənd təsərrüfatına yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə 0.30 ha torpaq sahəsi İddiaçı satılmışdır. Torpaq sahəsinin icarə müqaviləsi, alqı-satqı aktı iş materiallarına əlavə edilmişdir. Qusar rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli məktubları ilə Qusar rayon Balaqusar bələdiyyəsinin ## #### 2005-ci il tarixli */*-* saylı qərarı ilə İddiaçı 0.26 ha torpaq sahəsi 5 il müddətinə icarəyə verilməsi barədə bələdiyyə iclas protokolundan arxiv çıxarışı və Balaqusar bələdiyyəsinin ##.##.2008-ci il tarixli */*-* saylı qərarı ilə İddiaçı kənd təsərrüfatı məqsədi ilə 0,30 ha torpaq sahəsinin satılması barədə bələdiyyə iclas protokolundan arxiv çıxarışı və qərarın, əlaqəli sənədlərin təsdiq edilmiş arxiv surətləri təqdim edilmişdir. Daşınmaz Əmlakın DÖvlət Kadatrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, Aparılmış baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsində tikinti altı sahəsi 213,2 kv.m (20,5 m x 1 0,4 m ölçülərdə) olan, hazırda anbar kimi istifadə edilən “dəyirman” binası inşa olunmaqla torpaq sahəsi faktiki olaraq 0,30 hektar ölçüdə istifadə olunur. Torpaq sahəsinin ölçüləri və koordinatları faktiki ölçmələr əsasında tərəfimizdən işlənmişdir. Torpaq sahəsinin faktiki koordinatları TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında dəqiqləşdirildikdə müəyyən edilmişdir ki, həmin torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aiddir və bələdiyyə mülkiyyətində olmaqla uqodiyası “sənaye və istehsalat" kimi, istifadəçi adı “İddiaçı” qeyd edilməklə uçota alınmışdır. Bundan əlavə, torpaq sahəsinin faktiki koordinatları “Islahat - kompleks yerquruluşu layihəsi”ndə (DWG-də) dəqiqləşdirildikdə müəyyən edilmişdir ki, torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla bələdiyyə mülkiyyətindədir və həyətyanı sahələrin altında yerləşən torpaqlara aid təsərrüfat təyinatlı tikintilər üçün nəzərdə tutulmuşdur. Qeyd: Torpaq sahəsi mövcud kommunikasiya xətlərinin mühafizə (qoruma) zolağına düşmür. Torpaq sahəsinin sərhədləri ilə bağlı qonşu torpaq mülkiyyətçiləri arasında hər hansı sərhəd mübahisəsi aşkar olunmamışdır. Torpaq sahəsinin qonşuluğunda 301013080350, 301013151247 və ************ reyestr nömrəli çıxarış və plan-ölçü sənədlərinin işlənib verildiyi müəyyən edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “Balaqusar bələdiyyəsinin ##.##.2008-ci il tarixli */*-* saylı qərarı ilə ayrılmış Qusar rayonu Balaqusar kəndində yerləşən 0.30 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu, Balaqusar kəndində yerləşən 0.30 ha torpaq sahəsi Qusar rayon Balaqusar bələdiyyəsinin ## ##### 2008-ci il tarixli */*-* saylı qərarı ilə iddiaçı İddiaçı satılmışdır. Sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, sözügedən torpaq sahəsi artıq uzun illərdir ki, mübahisəsiz olaraq faktiki istifadəsində və mülkiyyətindədir. Bununla bağlı hər hansı mübahisə mövcud deyildir. Cavabdehin imtinasında qeyd etdiyi hallar isə mövcud deyildir. Bütün sənədlər qaydasındadır və surəti iddia ərizəsinə əlavə edilməklə əsilləri məhkəmə iclasında təqdim ediləcəkdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilibedilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki hallan ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, *** nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarf’na Əlavədə Torpaqların alqısatqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır.“Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” ## ####### 2007-ci il tarixli, ***-IIIQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Göründüyü kimi cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsini iddiaçının adına rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxmayaraq İddiaçı tələbinin təmin edilməsindən imtinası qanunsuz hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin norma imperativ xarakter daşımaqla torpaq sahələrinin birbaşa inzibati qərarla satılmasını istisna edirdi. Bundan əlavə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin mübahisəli qərarın qəbul edildiyi vaxt qüvvədə olan redaksiyasına görə torpaq sahəsinin özgəninkiləşdirilməsi alqı-satqı aktı ilə deyil, qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydada təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməli idi. Eyni zamanda bələdiyyə torpaq sahəsini özgəninkiləşdirməzdən əvvəl həmin sahə üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmalı və yalnız bundan sonra torpaq sahəsini hərrac və ya müsabiqə yolu ilə satmalı idi. Iş materiallarından isə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan, açıq hərrac və ya müsabiqə keçirilmədən, notariat qaydasında təsdiq edilmiş müqavilə bağlanmadan özgəninkiləşdirilmişdir. Qeyd ediləb Əsasnamənin 10-cu bəndində ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, Qusar rayon Balaqusar bələdiyyəsinin ##.##.2008-ci il tarixli */*-* saylı qərarı ilə İddiaçı kənd təsərrüfatına yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə 0.30 ha torpaq sahəsi ayrıldığı müəyyən edilir ki, bu da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin hazırda “yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olsa da, bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə deyil, kənd təsərrüfatı məqsədi ilə satılmış və üzərində anbar kimi istifadə edilən “dəyirman” binası inşa olunmuşdur. Belə olan halda, həmin qərara və ona əsaslanan sənədlər qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz və onların əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı mümkün deyildir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar rayon Balaqusar bələdiyyəsinin ## #### 2005-ci il tarixli */*-* saylı qərarı ilə 0.26 ha torpaq sahəsi 5 il müddətinə iddiaçıya icarəyə verilmişdir və həmin Bələdiyyənin ##.##.2008-ci il tarixli */*-* saylı qərarı ilə icarəyə götürülən torpaq sahəsi ona kənd təsərrüfatına yararlı torpaq sahəsi kimi kənd təsərrüfatı məqsədilə satılmışdır. Yəni, ##.##.2008-ci ildə torpaq sahəsi ona satılanda artıq faktiki istifadəsində olub və cavabdehin özü imtina aktında torpağın bələdiyyəyə məxsus olduğunu, həmçinin, torpaq sahəsinin faktiki koordinatları TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olduğunu və bələdiyyə mülkiyyətində olmaqla uqodiyası “sənaye və istehsalat” kimi, istifadəçi adı isə “İddiaçı” qeyd edilməklə uçota alındığını bildirmişdir. Əgər torpaq illərlə onun istifadəmsindədirsə və cavabdeh təşkilat onun torpaqların elektron kadastr uçotu məlumat bazasında iddiaçının adıma qeyd olunduğunu təsdiqləyirsə bu o deməkdir ki, cavabdeh onun mübahisəli torpaq sahəsinə olan hüquqlarını qeydiyyata almaqdan imtina etsə də, faktiki olaraq həmin torpaq sahəsi üzərində hüquqlarını tanıyıb və qəbul edib. Həmçinin, cavabdeh torpağın uqodiyası “sənaye və istehsalat" kimi uçota alındığını qeyd edir. Bununla bərabər torpaq sahəsində anbar binasının inşa olunduğunu qeyd edir. Bu isə onun həmin torpaqdan təyinatı üzrə istifadə etdiyini təsdiq edir. Bələdiyyənin torpağı ona kənd təsərrüfatı təyinatlı torpaq kimi satmasına gəlincə isə bu onun günahı deyil. O, pul ödəyib torpaq alıb və həmin torpaqdan müqavilə şərtlərinə uyğun istifadə edir. Məhkəmə qərarında qeyd olunur ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan satılmışdır. Həmin torpaqlar sovet dönəmində kolxoz torpaqları olub və sovet rejimi dağıldıqdan sonra kolxoz torpaqları bələdiyyələrin mülkiyyətinə keçib. Bu gün həmin torpaqlar bələdiyyə torpaqları kimi qeydiyyata alınıbsa, qanunun geriyə qüvvəsi baxımndan onun bələdiyyə ilə alqı-satqı müqaviləsi tam qanunidir. Məhkəmənin mübahisəli torpaq sahəsinin açıq hərrac və ya müsabiqə keçirilmədən, notariat qaydasında təsdiq edilmiş müqavilə bağlanmadan özgəninkiləşdirilmişdir iddiasına gəlincə isə həmin dövr üçün bu qaydada alqısatqı forması işgüzar adətlər kimi qəbul olunub və həmin dövrdə satılan bütün torpaqlar həmin qaydada satılıb. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının tələbi - Qusar rayonu Balaqusar Bələdiyyəsinin ##.##.2008-ci il tarixli qərarına əsasən ona satılmış Qusar rayonu Balaqusar kəndində yerləşən 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış verilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasından ibarətdir. Cavabdeh inzibati orqan bildirir ki, X1 rayonu Balaqusar kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi, 0.30 ha torpaq sahəsi idiaçıya Qusar rayonu, Balaqusar bələdiyyəsinin ##.##.2008-ci il tarixli */*-* saylı qərarı əsasında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi satılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Göstərilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Göstərilən halda isə həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir. Bu səbəbdən Qusar rayonu, Balaqusar bələdiyyəsinin ##.##.2008-ci il tarixli */*-* saylı qərarı əsasında 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı üçün əsas təşkil edən aktın yalnız formal mövcudluğu kifayət etməyib, həmin aktın qanunla müəyyən edilmiş maddi və prosedur tələblərinə riayət edilməklə qəbul olunması tələb edilir. Dövlət qeydiyyatını həyata keçirən inzibati orqan təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu və bəyan olunan hüququn dövlət qeydiyyatına alınması üçün hüquqi əsasların mövcudluğunu yoxlamaq səlahiyyətinə malikdir. Iş materialları ilə müəyyən edilir ki, mübahisəli 0,30 ha torpaq sahəsi Qusar rayon Balaqusar bələdiyyəsinin ## ##### 2008-ci il tarixli */*-* saylı qərarı ilə iddiaçıya kənd təsərrüfatı məqsədləri üçün satılmışdır. Lakin həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması dövlət qeydiyyatına alınmadan özgəninkiləşdirilməsi, açıq torpaq hərracı və ya müsabiqəsinin keçirilməməsi, habelə özgəninkiləşdirmənin qanunvericiliklə tələb olunan müqavilə formasında rəsmiləşdirilməməsi müəyyən edilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi haqlı olaraq nəzərə almışdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün müəyyən edilmiş prosedura əməl olunmalı idi. Belə ki, həmin dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin normanın imperativ xarakteri bələdiyyə torpaqlarının mülkiyyətə verilməsini bələdiyyənin yalnız iradə ifadəsini əks etdirən qərarı ilə deyil, qanunla müəyyən edilmiş xüsusi prosedurun həyata keçirilməsi ilə şərtləndirirdi. Iş materiallarından isə həmin prosedurun, o cümlədən torpaq sahəsinin açıq hərrac və ya müsabiqə yolu ilə özgəninkiləşdirilməsi tələbinin yerinə yetirilməsi müəyyən edilmir. Eyni zamanda, mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə ayrıldığı halda hazırda yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olması və sahədə anbar kimi istifadə edilən tikilinin mövcudluğu da müəyyən edilmişdir. Iddiaçıya torpaq sahəsinin ayrıldığı dövrdə ##.##.2008-ci ildə qüvvədə (##.##.2007-ci ildən ##.##.2008-ci ilədək) olmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin norma imperativ xarakter daşımaqla torpaq sahələrinin birbaşa inzibati qərarla satılmasını istisna edirdi. Bundan əlavə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin mübahisəli qərarın qəbul edildiyi vaxt qüvvədə olan redaksiyasına görə torpaq sahəsinin özgəninkiləşdirilməsi alqı-satqı aktı ilə deyil, qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydada təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməli idi. Eyni zamanda bələdiyyə torpaq sahəsini özgəninkiləşdirməzdən əvvəl həmin sahə üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmalı və yalnız bundan sonra torpaq sahəsini hərrac və ya müsabiqə yolu ilə satmalı idi. Iş materiallarından isə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan, açıq hərrac və ya müsabiqə keçirilmədən, notariat qaydasında təsdiq edilmiş müqavilə bağlanmadan özgəninkiləşdirilmişdir. Qeyd edilən Əsasnamənin 10-cu bəndində ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, Qusar rayon Balaqusar bələdiyyəsinin ##.##.2008-ci il tarixli */*-* saylı qərarı ilə İddiaçı kənd təsərrüfatına yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə 0.30 ha torpaq sahəsi ayrıldığı müəyyən edilir ki, bu da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin hazırda “yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olsa da, bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə deyil, kənd təsərrüfatı məqsədi ilə satılmış və üzərində anbar kimi istifadə edilən “dəyirman” binası inşa olunmuşdur. Belə olan halda, həmin qərara və ona əsaslanan sənədlər qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz və onların əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı mümkün deyildir. Bu baxımdan, iddiaçının istinad etdiyi bələdiyyə qərarı və həmin qərara əsaslanan sənədlər torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunla tələb olunan hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinin tələblərinə görə dövlət qeydiyyatı zamanı təqdim edilmiş sənədlərdəki məlumatların dövlət reyestrində olan məlumatlara uyğunluğu, bəyan olunan və qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin və qeydiyyatdan imtina üçün digər əsasların mövcudluğu müəyyən edilməlidir. Həmin Qanunun 11.1-ci maddəsi də hüquqların mövcudluğunu və əldə edilməsini təsdiq edən sənədlərin qanunla müəyyən edilmiş tələblərə uyğun olmasını tələb edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının torpaq sahəsindən uzun müddət faktiki istifadə etməsi öz-özlüyündə həmin torpaq sahəsinə mülkiyyət hüququnun yaranması və dövlət qeydiyyatına alınması üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz. Dövlət qeydiyyatı mövcud hüququ rəsmiləşdirən hüquqi mexanizm olmaqla, hüququn yaranması üçün qanunvericiliklə müəyyən edilmiş ilkin əsasların mövcudluğunu tələb edir. Nəticə etibarilə, iş üzrə toplanmış sübutlar məcmu halda qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçının təqdim etdiyi sənədlər mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliyin tələblərinə cavab vermir. Buna görə də cavabdehin imtinasının qanuni və əsaslı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və tətbiq edilməli hüquq normalarına uyğundur. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları hərtərəfli və obyektiv araşdırmış, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədin mövcud olmadığını düzgün müəyyən etmiş və bu əsasla iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin bu nəticəsini təkzib etmir və iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən yeni hüquqi əsas müəyyən etmir. Bununla da müəyyən edilir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüququnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsas yoxdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci mad.). Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar