Məhkəmə qərarları › İş №2-1(3-8)-1241/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1241/2026

17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1241/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cavabdeh ##.##.2024-cü il tarixli, **** saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının hesablanaraq ödənilməsi və işə bərpa olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cavadehin ##.##.2024-cü il tarixli, **** saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının hesablanaraq ödənilməsi və işə bərpa olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI. a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh N saylı hərbi hissənin motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri vəzifəsində xidmət etmişəm, hazırda ehtiyyata olan Ram. ## ######## 2024-cü il tarixli,Azərbaycan Respublikası Müdafiə Nazirinin **** saylı əmrinə əsasən ehtiyyata buraxılmışam. Ehtiyyata buraxılmağıma səbəb kimi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində işləyərkən əşya xidmət rəisi, R X1 rüşvət verilməsində vasitəçi kimi qeyd edilmişdir, lakin həmin hadisə ilə bağlı heç bir əlaqəm olmamışdır Cavabdeh iddia ərizəsinə qarşı etirazında qeyd etmişdir ki, Cavabdeh ##.##.2024cü il tarixli, **** nömrəli əmri ilə iddiaçı İddiaçı ehtiyata buraxılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, hal-hazırda mübahisələndirilən - Cavabdeh ##.##.2024-cü il tarixli, **** saylı əmri barəsində iddiaçı 2024-cü ilin sentyabr ayından məlumatlı olsa da, məhkəmədə həmin qərarı ##.##.2026-cı il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq, əmrlə tanış edilmədiyini, barəsində araşdırma aparıldığına görə müvəqqəti uzaqlaşdırıldığının bildirildiyini, sonradan isə vəkil sorğusu nəticəsində əldə edilmiş əmrdən çıxarışdan ehtiyata buraxıldığını öyrəndiyini qeyd etmişdir. b) Cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçı Cavabdeh ##.##.2024-cü il tarixli, **** nömrəli əmrinin ləğv edilməsini, məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının hesablanaraq ödənilməsini və işə bərpa olunmasını tələb edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən əmrin ##.##.2024-cü il tarixdə qəbul edildiyini, iddia ərizəsinin isə ##.##.2026-cı il tarixdə təqdim olunduğunu, iddiaçının həmin əmrdən ən geci 2024-cü ilin sentyabr ayında məlumatlı olduğunu və bu müddət ərzində məhkəməyə vaxtında müraciət etməsinə obyektiv maneə yaradan halın müəyyən edilmədiyini nəzərə alaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı mümkün saymayaraq gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixli, **** nömrəli əmri ilə iddiaçı İddiaçı ehtiyata buraxılmış, iddiaçı isə həmin əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının hesablanaraq ödənilməsi və işə bərpa olunması barədə tələb irəli sürmüşdür. İş materiallarından, o cümlədən ##.##.2026-cı il tarixli müddətin bərpası barədə ərizədən görünür ki, iddiaçının vəkili əmrin və ya əmrdən çıxarışın iddiaçıya təqdim edilmədiyini, iddiaçıya yerdəyişmə olacağı barədə məlumat verildiyini, sonradan isə vəkil sorğusu nəticəsində əldə edilmiş əmrdən çıxarışdan iddiaçının xidmətdən azad edildiyinin məlum olduğunu bildirmişdir. Apellyasiya şikayətində də iddiaçı əmrlə tanış olmadığını və yalnız müvəqqəti uzaqlaşdırıldığını bildiyini qeyd etmişdir. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.” Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunması daxildir. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması isə iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə yoxlanılmalıdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Göründüyü kimi, iddiaçı hazırkı iddia ilə məhkəməyə ##.##.2026-cı il tarixdə müraciət etmiş, mübahisələndirilən əmr isə ona ən geci 2024-cü ilin sentyabr ayında məlum olmuşdur. Beləliklə, İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət 2024-cü ilin oktyabr ayı ərzində başa çatdığı halda, iddiaçı məhkəməyə həmin müddətdən bir ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. İş materiallarında olan ikinci söhbət vərəqəsindən görünür ki, iddiaçı Azərbaycan ordu sıralarından ehtiyata buraxılmasına razı olmadığını bildirmiş, ordu sıralarında xidmətini davam etməyə kömək göstərilməsini xahiş etmişdir. (i.v 19). Göründüyü kimi iddiaçı müddətin ötürülməsini əmrin ona təqdim edilməməsi və yalnız vəkil sorğusu nəticəsində əldə etdiyi çıxarışdan məlumat alması ilə əsaslandırsa da, həmin izahatlar (söhbət vərəqələri) iddiaçının mübahisələndirilən əmrin hüquqi nəticələrindən 2024cü ilin sentyabr ayından əvvəl xəbərsiz olmasını təsdiqləmir. İddiaçı əmrin məhz hansı tarixdə ona məlum olduğunu təsdiq edən obyektiv sübut təqdim etməmişdir. Yalnız inzibati aktın surətinin sonradan əldə edilməsi faktı iddia qaldırma müddətinin başlanğıcını həmin tarix olaraq müəyyən etmir. İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddələrinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bu baxımdan, ##.##.2026-cı il tarixli müddətin bərpası barədə ərizə də qanunda nəzərdə tutulan birillik həddi aradan qaldırmır. Belə ki, iddiaçının əmrdən məlumatlı olduğu tarixdən hesablanan 30 günlük müddət 2024-cü ilin oktyabr ayında başa çatmış, müddətin bərpası barədə ərizə isə həmin müddət bitdikdən bir ildən artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, prosessual müddətlər hüquqi müəyyənliyi, inzibati aktların uzun müddət sonra qeyri-müəyyən vəziyyətə salınmasının qarşısının alınmasını və tərəflərin vaxtında hüquqi müdafiə vasitələrindən istifadə etməsini təmin edir. Bu müddətlərə riayət edilməməsi, üzrlü səbəb və qanunla müəyyən edilmiş müddətdə verilmiş bərpa ərizəsi ilə əsaslandırılmadıqda, iddianın mümkünlüyünə mane olur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia müddətini ötürməsi qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddianın mümkün sayılmaması barədə nəticə mübahisələndirilən əmrin qanuniliyinin mahiyyəti üzrə qiymətləndirilməsi demək deyil. Bu nəticə yalnız iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətə riayət edilməməsi və həmin müddətin bərpası üçün qanuni əsasların müəyyən olunmaması ilə bağlıdır. İddiaçıya məhkəmə tərəfindən müddətin bərpası barədə ərizə təqdim etmək hüququ izah edilmiş, iddiaçı həmin imkanından istifadə etmiş, lakin müddətin ötürülməsini üzrlü edən və qanunda nəzərdə tutulan birillik məhdudiyyəti aradan qaldıran əsasları sübut etməmişdir. İddianın mümkün sayılmaması mübahisənin mahiyyəti üzrə həll edilməsi və iddiaçının bütün hüquqi müdafiə imkanlarının başa çatması anlamına gəlmir. Lakin bu hal ötürülmüş müddətdə verilmiş həmin iddianın mümkün hesab edilməsinə əsas yaratmır. Hazırkı qərardadla yalnız iddianın mümkünlüyü məsələsi həll olunur, mübahisələndirilən əmrin mahiyyəti üzrə qanuniliyinə və iddiaçının maddi tələblərinin əsaslılığına qiymət verilmir. Beləliklə, iddia müddətinin ötürülməsi iddianın inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılmasını istisna edir. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar