Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-126/2026 12.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “1) Təxris edilməsi ilə bağlı iddiaçıya xidmət etdiyi müddətdə istifadə edilməmiş məzuniyyət haqqının təmin olunması (sosial arayışda ən sonuncu aldığı 09.2021-ci il tarixinədək maaşa əsasən 1861 manat, ərzaq pulu 128 manat və 187 manat birinci məharət dərəcəsi) (1861+128+187=2176/30x190=13781)) manat ödənilməsi; 2) Ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyası 128 manat, ##.##.2022ci ildən məhkəmə qərarı ilə təqaüdünə əlavə ediləcək günə qədər hər ayı 64 manat hesablanıb cavabdeh tərəfindən ödənilməsi; 3) Birinci dərəcə məharət dərəcəsinin təmin edilməsi, ##.##.2022-ci ildən məhkəmə qərarı ilə təqaüdünə əlavə ediləcək günə qədər hər ayı 1-ci məharət dərəcəsinə (25 faiz) uyğun olaraq 187 manat hesablanıb cavabdeh tərəfindən ödənilməsi (600 manat vəzifə maaşı, 149 manat rütbə pulu), 600+149=749x25/100=187.25; 4)“R” rütbəsinin (149 manat rütbə pulu ilə) təmin edilməsi, ##.##.2022-ci ildən məhkəmə qərarı ilə iddiaçının təqaüdünə əlavə ediləcək günə qədər hər ayı 5 manat hesablanıb cavabdeh tərəfindən ödənilməsi; 5) Şəxsi işinə və hərbi biletinə “Füzuli, Qubadlı, Şuşa, Laçın, Xocavənd istiqamətində N saylı hərbi hissənin tərkibində batereya komandiri kimi icra etdiyi döyüş tapşırıqlarının qeyd edilməsi; 6)“Əşya pulu” əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi. Təqdim edilən aktda göründüyü kimi 2015 və 2021-ci illər də daxil olmaqla 1574.65 manat; 7) “95 illik medal”la təmin edilməsi; 8) “100 illik” medalla təmin edilməsi; 9) Xocavənd və Laçın rayonları uğrunda döyüşən və mükafatlandırılmalı olan hərbi qulluqçuların siyahısına adının daxil daxil edilməklə mükafatlandırılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “Cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçının təxris edilməsi ilə bağlı ona xidmət etdiyi müdddətdə istifadə edilməmiş məzuniyyət haqlarının, əşya pulunun, ərzaq təminatı üçün ayrılan vəsaitin ödənilməsi, məharət dərəcəsinin bərpası, 95 illik və 100 illik medallarla təltif edilməsi, xidmətlərinə və göstəricilərinə görə R rütbəsinin verilməsi, Şuşa və Qubadlı rayonunun azad edilməsinə görə medal ilə təltif edilməsi, uğrunda döyüşdüyü Xocavənd və Laçın rayonları uğrunda döyüşən və mükafatlandırılmalı olan hərbiçilər siyahısına adının daxil edilməsi və şəxsi işinə adının axil edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə təqdim edərək, təxris edilməsi ilə bağlı iddiaçıya xidmət etdiyi müddətdə istifadə edilməmiş məzuniyyət haqqının təmin olunması (sosial arayışda ən sonuncu aldığı 09.2021-ci il tarixinədək maaşa əsasən 1861 manat, ərzaq pulu 128 manat və 187 manat birinci məharət dərəcəsi) (1861+128+187=2176/30x190=13781)) manat ödənilməsi; 2)ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyası 128 manat, ##.##.2022-ci ildən məhkəmə qərarı ilə təqaüdünə əlavə ediləcək günə qədər hər ayı 64 manat hesablanıb cavabdeh tərəfindən ödənilməsi; 3)birinci dərəcə məharət dərəcəsinin təmin edilməsi, ##.##.2022-ci ildən məhkəmə qərarı ilə təqaüdünə əlavə ediləcək günə qədər hər ayı 1-ci məharət dərəcəsinə (25 faiz) uyğun olaraq 187 manat hesablanıb cavabdeh tərəfindən ödənilməsi (600 manat vəzifə maaşı, 149 manat rütbə pulu), 600+149=749x25/100=187.25; 4)“R” rütbəsinin (149 manat rütbə pulu ilə) təmin edilməsi, ##.##.2022-ci ildən məhkəmə qərarı ilə iddiaçının təqaüdünə əlavə ediləcək günə qədər hər ayı 5 manat hesablanıb cavabdeh tərəfindən ödənilməsi; 5)şəxsi işinə və hərbi biletinə “Füzuli, Qubadlı, Şuşa, Laçın, Xocavənd istiqamətində N saylı hərbi hissənin tərkibində batereya komandiri kimi icra etdiyi döyüş tapşırıqlarının qeyd edilməsi; 6)“əşya pulu” əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi. Təqdim edilən aktda göründüyü kimi 2015 və 2021-ci illər də daxil olmaqla 1574.65 manat; 7)“95 illik medal”la təmin edilməsi; 8)“100 illik” medalla təmin edilməsi; 9) Xocavənd və Laçın rayonları uğrunda döyüşən və mükafatlandırılmalı olan hərbi qulluqçuların siyahısına adının daxil edilməklə mükafatlandırılması” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsində icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1991-ci ildə anadan olmuş və ##.##.2009-cu ildən AR MN-nin Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, ali təhsilli olmaqla R rütbəsində AR MN-nin N saylı hərbi hissəsində artilleriyaV vəzifəsində xidmət etmişdir. ##.##.2020-ci ildə başlamış Vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ##.##.2020-ci ildə «partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət» xəsarətini almış, iddiaçıya ilk tibbi yardım Füzuli rayon Mərkəzi Xəstəxanasında göstərilmiş, yenidən döyüşə qayıtmış və ##.##.2020-ci ildə iddiaçıya səhhətində olan problemlərlə bağlı 15 gün müddətinə məzuniyyət verilmişdir. Müharibədən sonra onda 3-4 dəfə qanlı qusma halları baş verdiyi üçün iddiaçı xüsusi müayinə və müalicədən keçmək məqsədi ilə ##.##.2021-ci il tarixdə AR MN-nin SQ-nin BKH-na göndərilmiş və ##.##.2021-ci il tarixə kimi stasionar müalicə almış və ona «qastroezofageal reflüks xəstəliyi, eroziv ezofaqit. hiatam hernia, diafnaqmanın qida borusu dəliyinin yırtığı, vegetativ damar davamsızlığı» daiqnozu qoyulmuşdur. ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixə kimi Respublika Psixiatriya Xəstəxanasında «keçirilmiş qapalı kəllə beyin travması.baş beyin silkələnməsindən sonrakı şəxsiyyət pozuntusu, depressiv sindrolm. retroqrad amneziya» diaqnozu ilə stasionar müalicə qəbul etmişdir. Xidmət etdiyi AR MN-nin N saylı hərbi hissə komandiri tərəfindən ##.##.2021-ci il tarixdə hərbi xidmətə yararlı olub-olmamağı ilə bağlı AR MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasına göndəriş verilmiş və həmin göndərişə əsasən iddiaçı müayinə edilmiş, ##.##.2021-ci il tarixdə onun barəsində AR MN-nin HHK-sı tərəfindən qərar qəbul edilərək iddiaçının sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Qeyd edilən qərar xidmət etdiyi hərbi hissəyə də göndərilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlər zamanı aldığı bu travmalarla, bağlı ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Iddiaçı Vətən Müharibəsində mərdliklə döyüşmüş və «Döyüşdə fərqlənməyə görə», «Şuşanın azad edilməsinə görə», «Füzulinin azad edilməsinə görə» və Qubadlının azad edilməsinə görə» medalları ilə təltif edilmişdir. Iddiaçının təxris edilməsinə baxmayaraq ona xidmət etdiyi ildə istifadə edilməmiş məzuniyyət haqları, əşya pulu, ərzaq təminatı üçün ayrılan vəsait ödənilməmişdir. Bundan başqa iddiaçının məharət dərəcəsinin olmasına baxmayaraq, dərəcəsi dayandırılmış, müharibə gedən vaxtda onun əmək haqqından əsassız tutmalar aparılmışdır. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdeh Cavabdeh hərəkətlərini qanunsuz hesab etməklə onun təxris edilməsi ilə bağlı ona, xidmət etdiyi müddətdə istifadə edilməmiş məzuniyyət haqlarının, əşya pulunun, ərzaq təminatı üçün ayrılan vəsaitin ödənilməsi, məharət dərəcəsinin bərpası 95 illik və 100 illik medallarla təltif olunması xidmətlərinə və göstəricilərinə görə R rütbəsinin verilməsi, Şuşa və Qubadlı rayonunun azad edilməsinə görə medalı ilə təltif edilməsi, Xocavənd və Laçın rayonları uğrunda döyüşən və mükafatlandırmalı olan hərbiçilər siyahısına adının daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır. Iddiaçı ehtiyatda olan R İddiaçı ##.##.2013-cü il tarixdən ##.##.2021-ci il tarixədək Azərbaycan Ordusunda zabit qismində həqiqi hərbi xidmət keçmiş və ##.##.2021-cı il tarixdə xəstəliyə görə Azərbaycan Ordusundan ehtiyata buraxılmışdır. Belə ki, N nömrəli hərbi hissə komandirinin ##.## 2021 -ci il tarixli *** nömrəli əmri ilə R Qafarli Eldar Əvəz oğlu, N nömrəli hərbi hissənin 1812-ci mexanikləşdirilmiş taborunun (BMP-2) minaatan batareyasının komandiri, Azərbaycan Respublikasının müdafiə nazirinin ##.##.2021-ci il tarixli ***** nömrəli əmrinə əsasən, '= “Hərbi xıdmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün, 15 (on beş) gün məzuniyyət verilməklə ##.##.2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinə göndərilmişdir. Həmin hərbi hissə komandirinin əmrinə əsasən R İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin ## ##.2017-ci il tarixli ** nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq olduğu, R İddiaçı istefaya buraxılması ilə əlaqədar beş maaş miqdarında birdəfəlik pul müavinəti ödənilməsi, 2021-cı il üçün nəzərdə tutulmuş maddi yardım ödənildiyi, 2021-ci ilin növbəti məzuniyyətindən tam istifadə etdiyi və məzuniyyət pulu ödənildiyi müəyyən edilir. Müdafiə Nazirliyinin Təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların və digər şəxslərin tslltif edilməsi "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, onların xidmət etdikləri hərbi hissə komandirləri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırdıqları və yuxarı qərargahlarda müsbət qərar qəbul edilmiş təltif sənədləri əsasında baxılır. Iddiaçı İddiaçı Vətən müharibəsindəki xidmətlərinə görə xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş təltif sənədlərinə əsasən o Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci ıl tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, ##.##.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, ##.##.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, ##.##.2021 -ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##.2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “95” illiyi (1918-2013) “Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” yə müvafiq olaraq, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “95” illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2013-cü il ####un ##-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, Rlər, mıçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər. Iddiaçı İddiaçı ## #### 2013-cü il tarixində Azərbaycan Ordusunda kursant qismində xidmət keçdiyi uçün onun sözügedən medalla təltif olunması barədə vəsatət qaldırılmamışdır. Həmçinin “Azərbaycan Ordusunun “100'' illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” nin tələblərinə əsasən “Azərbaycan Ordusunun “100” illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il ####un ##-dək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış, habelə Azərbaycan Ordusundan ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Ordusunun qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabit, R, R və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təltif edilirlər. Iddiaçı İddiaçı Tərtər Hərbi Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il şərti sınaq cəzasına məhkum edilmiş və ##.##.2018-ci il tarixi iddiaçının məhkumluğu dövrünü əhatə etdiyi üçün onun “Azərbaycan Ordusunun “100” illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunması məqsədəuyğun hesab olunmamışdır. Iddiaçı İddiaçı ##.##.2017-ci il tarixində R hərbi rütbəsi verilmiş və ona növbəti “R” hərbi rütbəsinin verilməsi üçün təqdimatı aidiyyəti üzrə N nömrəli hərbi hissəyə göndərilmişdir. Lakin onun “R” hərbi rütbəsində olma müddəti başa çatmadan ##.##.2021-ci il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə təqdimat icra olunmadan geri qaytarılmışdır. Iddiaçının qulluq etdiyi N nömrəli hərbi hissənin ##.##.2022-ci il tarixli **** nömrəli arayışında qeyd edilmişdir ki, hərbi hissənin sabiq hərbi qulluqçu R İddiaçı xidmət etdiyi müddətdə məharət dərəcəsi olmadığı üçün ona məharət dərəcəsinə görə əlavə pul təminatı ödənilməmişdir. Iddiaçı İddiaçı iddia etdiyi xidmət etdiyi dövrlərdə almadığı əşya əmlak əvəzinə pul kompensasiyasının verilməsi Müdafiə Nazirliyinin aparatı nəzdində hərbi xidmət dövründə alınmamış əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi üzrə komissiya tərəfindən müəyyən edilir. Bununla bağlı iddiaçı İddiaçı xidmət etdiyi dövrlərdə almadığı əşya əmlak əvəzinə pul kompensasiyasının verilməsi üçün arayışı və arayışın yazılmasına əsas götürülmüş “Şəxsi istifadəyə verilmiş maddi vəsaitlərin uçotu kartının (Forma-45)” surəti təqdim edilməsi üçün aidiyyəti üzrə sorğular göndərilmişdir. iddiaçı barəsində qeyd olan məlumatlar onun qulluq etdiyi hərbi hissə tərəfindən göndərildikdən sonra komissiya tərəfindən kompensasiyasının ödənilməsi barədə müvafiq qərar qəbul ediləcəkdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin “döyüşlərdə iştirakının təsdiq edilməsi, müvafiq medallarla təltif edilməsi və şəxsi işində, eyni zamanda hərbi biletində bununla bağlı qeydlərin edilməsi”nə münasibətdə bildirir ki, araşdırma zamanı məhkəmə tərəfindən iddiaçının qeyd etdiyi tələblərlə bağlı müvafiq sorğular ünvanlasa da, məhkəmə sorğularına cavab təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən də məhkəməyə Füzuli, Qubadlı, Şuşa, Laçın, Xocavənd istiqamətində döyüşdüyünü təsdiq edən hər hansı sübut və ya sənəd təqdim edə bilməmişdir. Məhkəmə həmçinin bildirir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının “R” hərbi rütbəsində olma müddəti başa çatmadan ##.##.2021-ci il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə ona “R” hərbi rütbəsinin verilməsinə dair təqdimat icra olunmadan geri qaytarılmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI : a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verməmişdir. Bildirir ki, o, ##.##.2009-cu ildən Cavabdeh Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, ali təhsilli olmaqla R rütbəsində N saylı hərbi hissədə artilleriya V vəzifəsində xidmət etmişdir. ##.##.2020-ci ildə başlamış Vətən müharibəsində iştirak etmiş, Füzuli, Qubadlı, Şuşa, Xocavənd və Laçın istiqamətlərində döyüş tapşırıqları icra etmiş, ##.##.2020-ci ildə döyüşlər zamanı xəsarət almışdır. Müharibədən sonra səhhətində yaranmış problemlərlə əlaqədar müxtəlif tibb müəssisələrində müalicə almış, sonradan hərbi xidmətdən təxris edilmişdir. Hesab edir ki, təxris olunarkən xidmət etdiyi müddətdə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyası ona ödənilməmişdir. Halbuki onun fikrincə, bütün xidmət dövrü üzrə təxminən 170-190 gün istifadə edilməmiş məzuniyyət günləri mövcuddur və bu günlərə görə ödəniş edilməli idi. Cavabdeh Müdafiə Nazirliyi məzuniyyətdə olduğu dövrlərə dair çıxarışları və müvafiq raportları məhkəməyə təqdim etməmiş, buna baxmayaraq məhkəmə iddianın bu hissəsini təmin etməmişdir. Bundan başqa, qeyd edir ki, ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının düzgün hesablanmamışdır. Təqdim edilmiş arayışda bu məbləğ 64 manat kimi nəzərə alınsa da, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən həmin məbləğ iki dəfə artırılmalı, yəni 128 manat kimi hesablanmalı idi. Buna görə də təqaüdünün həmin məbləğ əsasında yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələb olunur. Həmçinin bildirir ki, şəxsi işində 2-ci məharət dərəcəsinin olması qeyd edildiyi halda, heç bir əsas göstərilmədən məharət dərəcəsi nəzərə alınmamış və o, məharət dərəcəsiz təxris edilmişdir. Onun fikrincə, müharibə dövründə yaralanaraq təxris olunan hərbi qulluqçulara bir üst məharət dərəcəsi verildiyi nəzərə alınmaqla, o, 1-ci məharət dərəcəsi ilə təxris edilməli idi. Bu halın nəzərə alınmaması onun bərabərlik hüququnun və sosial təminat hüquqlarının pozulmasıdır. Eyni zamanda o, R hərbi rütbəsinin verilməməsini də qanunsuz hesab edir. O qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən R və R rütbələrində olma müddətləri nəzərə alınmaqla ona vaxtında R rütbəsi verilməli idi. Lakin təqdimatın gecikdirilməsi nəticəsində onun rütbə hüququ pozulmuş, R rütbəsi də gecikdirilərək verilmişdir. Iddiaçının fikrincə, Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak etməsi nəzərə alınmaqla o, R rütbəsinə təqdim edilməli və bu rütbə əsasında təminatları hesablanmalı idi. Həmçinin qeyd etmişdir ki, onun şəxsi işində və hərbi biletində döyüş əməliyyatlarında iştirakı barədə müvafiq qeydlər aparılmamışdır. Hərbi biletin “Döyüş əməliyyatlarında və xüsusi təyinatlı bölmələrdə iştirak” bölməsi boş saxlanılmış, halbuki o, N saylı hərbi hissənin tərkibində V kimi Füzuli, Qubadlı, Şuşa, Laçın və Xocavənd istiqamətlərində döyüş tapşırıqları icra etmişdir. Bu səbəbdən həmin məlumatların şəxsi işinə və hərbi biletinə daxil edilməsi tələb olunur. Bundan əlavə, o, 95 illik və 100 illik yubiley medalları ilə təltif edilməməsini əsassız hesab edir. O, eyni buraxılışda olan digər şəxslərin bu medallarla təltif edildiyini, lakin ona münasibətdə fərqli yanaşma tətbiq olunduğunu bildirir və bunu Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququnun pozulması kimi qiymətləndirir. Həmçinin Xocavənd və Laçın rayonları uğrunda döyüşən və mükafatlandırılmalı olan hərbi qulluqçuların siyahısına adının daxil edilməməsinin qanunsuz olduğunu bildirir. Onun fikrincə, cavabdeh tərəfindən aparılmış araşdırma tam və obyektiv olmamış, ona döyüş zamanı bilavasitə əmr vermiş komandirlər və rəislər araşdırmaya cəlb edilməmişdir. Hərbi hissənin əmrlər kitabında məlumatın olmaması isə onun döyüş tapşırıqlarında iştirak etməməsi kimi qiymətləndirilə bilməz, çünki döyüş zamanı sursat sərfiyyatı olmuş, düşmən hədəfləri məhv edilmiş və bu barədə müvafiq əməliyyat qeydləri aparılmalı idi. Iddiaçı prosessual pozuntularla bağlı qeyd edir ki, işə baxılması əsassız olaraq uzun müddət davam etmiş, məhkəmə iclasları arasında 7-8 ay fasilələr olmuş, ümumilikdə proses təxminən 42 ay uzanmışdır. Cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmədiyi halda, məhkəmə çəkişmə prinsipinin təmin olunması üçün zəruri tədbirlər görməmişdir. Iddiaçının elektron məhkəmə sisteminə əlavə etdiyi ərizə və etirazları nəzərə alınmamış, təqdim etdiyi sübutlar qərarda tam əks etdirilməmişdir. Həmçinin bildirir ki, məhkəmə protokollarına dair verdiyi düzəliş ərizələrinə lazımi qaydada baxılmamış, protokolların nüsxəsi ona verilməmiş və elektron sistemə əlavə edilməmişdir. Onun fikrincə, bu hallar məhkəmə icraatının şəffaflığına, tərəflərin bərabərliyi və çəkişmə prinsipinə ziddir. Hesab edir ki, birinci instansiya məhkəməsi qərarını qeyri-mötəbər, ziddiyyətli və işə aid olmayan sübutlarla əsaslandırmış, cavabdeh inzibati orqanın təqdim etməli olduğu sənədləri tam tələb etməmiş, onun təqdim etdiyi sübutlara isə lazımi hüquqi qiymət verməmişdir.. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı qismən – iddia tələbinin “birinci dərəcə məharət dərəcəsinin təmin edilməsi, (##.##.2022-ci ildən məhkəmə qərarı ilə təqaüdünə əlavə ediləcək günə qədər hər ayı 1-ci məharət dərəcəsinə (25 faiz) uyğun olaraq 187 manat hesablanıb cavabdeh tərəfindən ödənilməsi (600 manat vəzifə maaşı, 149 manat rütbə pulu), 600+149=749x25/100=187.25); hərbi biletinə “Füzuli, Qubadlı, Şuşa, Laçın, Xocavənd istiqamətində N saylı hərbi hissənin tərkibində batereya komandiri kimi icra etdiyi döyüş tapşırıqlarının qeyd edilməsi; “95 illik medal”la təmin edilməsi; “100 illik” medalla təmin edilməsi; Xocavənd və Laçın rayonları uğrunda döyüşən və mükafatlandırılmalı olan hərbi qulluqçuların siyahısına adının daxil edilməklə mükafatlandırılmasının” rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbləri mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Iddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. Inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Kollegiya, ilk növbədə, iddiaçının birinci dərəcə məharət dərəcəsinin təmin edilməsi və həmin dərəcə üzrə pul təminatının hesablanması barədə tələbinə münasibətdə qeyd edir ki, məharət dərəcəsinə görə əlavə pul təminatı yalnız həmin dərəcənin qüvvədə olması və səlahiyyətli komandanlıq tərəfindən müvafiq qaydada təsdiq edilməsi halında tələb edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş pul təminatı normalarında 2-ci məharət dərəcəsi olan zabit heyəti üçün 15 faiz, 1-ci məharət dərəcəsi olan zabit heyəti üçün 25 faiz əlavə nəzərdə tutulsa da, bu əlavə müstəqil və avtomatik hüquq yaratmır; onun ödənilməsi üçün məharət dərəcəsinin qüvvədə olması və müvafiq əmrlə rəsmiləşdirilməsi zəruridir. Iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, iddiaçı İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə 2019cu ildə 2-ci məharət dərəcəsi verilmiş, lakin Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq qərarına əsasən 2020-ci ilin yanvar ayında həmin məharət dərəcəsi yenidən təsdiq olunmadığı üçün ləğv edilmişdir. Həmin məktubda, həmçinin 2020-ci ilin yanvar ayından məharət dərəcəsi təsdiq olunmadığına görə bu əsasla ödənişin dayandırıldığı göstərilmişdir. Bu halda iddiaçının hazırkı tələbi irəli sürdüyü vaxt qüvvədə olan 2-ci məharət dərəcəsi mövcud olmamışdır. 1-ci məharət dərəcəsinin verilməsi isə 2-ci məharət dərəcəsinin birbaşa davamı deyil, hərbi qulluqçunun peşə hazırlığı, xidmət göstəriciləri, yoxlamaların nəticələri və aidiyyəti xidməti sənədlər əsasında səlahiyyətli hərbi komandanlığın qiymətləndirməsi və əmri ilə rəsmiləşdirilən məsələdir. Iş materiallarında iddiaçının 2020-ci ilin yanvarından sonra məharət dərəcəsinin bərpa edildiyini, yenidən təsdiq edildiyini və ya 1-ci dərəcəyə yüksəldilməsi barədə səlahiyyətli orqan tərəfindən qəbul edilmiş aktın mövcudluğunu təsdiq edən sübut yoxdur. Buna görə də həmin tələb üzrə iddiaçının cavabdehdən 1-ci məharət dərəcəsinin verilməsini və 25 faiz əlavənin hesablanmasını tələb etmək hüququ müəyyən edilmir. Iddiaçının hərbi biletinə “Füzuli, Qubadlı, Şuşa, Laçın, Xocavənd istiqamətində N saylı hərbi hissənin tərkibində V kimi icra etdiyi döyüş tapşırıqlarının qeyd edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə kollegiya qeyd edir ki, hərbi bilet hərbi qeydiyyat sənədidir və onun verilməsi, yenilənməsi, habelə hərbi qeydiyyata dair məlumatların həmin sənəddə rəsmiləşdirilməsi hərbi qeydiyyat və hərbi uçot qaydaları ilə tənzimlənir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.5-ci maddəsinə görə hərbi qeydiyyat çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Həmin Qanunun 28.6-cı maddəsində ehtiyatda olan zabitlərə hərbi bilet verilməsi nəzərdə tutulmuşdur. Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2012-ci il tarixli *** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə təsdiq edildiyindən, ehtiyata buraxılmış şəxsin hərbi qeydiyyatı üzrə aidiyyəti orqan həmin Xidmətin müvafiq yerli idarəsidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ### 2013-cü il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası” hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydasını müəyyən edir. Həmin Qaydanın 2.3.2-ci bəndində döyüş əməliyyatlarında iştirak etmiş hərbi vəzifəlilərin 1-ci qeydiyyat kateqoriyasına aid edilməsi nəzərdə tutulur. Bu norma göstərir ki, döyüş əməliyyatlarında iştirak faktı hərbi uçot məlumatı kimi hüquqi əhəmiyyətə malik olsa da, həmin məlumatın hərbi bilet və hərbi uçot sənədlərində rəsmiləşdirilməsi hərbi qeydiyyat orqanının səlahiyyət dairəsinə daxildir. Kollegiya qeyd edir ki, döyüş tapşırığının icrası, iştirak istiqaməti, hərbi hissə və bölmə tərkibi, habelə hərbi qulluqçunun həmin dövrdə yerinə yetirdiyi konkret vəzifə barədə məlumatlar yalnız səlahiyyətli hərbi orqanların rəsmiləşdirdiyi rəsmi sənədlər əsasında müəyyən edilə bilər. Bu cür sənədlərə müvafiq əmrlər, əmrlərdən çıxarışlar, döyüş sənədləri, arayışlar və komandanlıq tərəfindən təsdiq edilmiş digər xidməti sənədlər aiddir. Məhkəmə həmin sənədlər olmadan hərbi biletə daxil edilməli məlumatın məzmununu özü formalaşdıra və hərbi qeydiyyat orqanının səlahiyyətinə aid olan qeydin aparılmasını öz qərarı ilə əvəz edə bilməz. “95 illik və 100 illik” medal”la təmin edilməsi, eyni zamanda Xocavənd və Laçın rayonları uğrunda döyüşən, mükafatlandırılmalı olan hərbi qulluqçuların siyahısına adının daxil daxil edilməklə meddalla mükafatlandırılması tələblərinə münasibətdə kollegiya qeyd edir ki, dövlət təltifləri şəxsin sadəcə öz müraciəti və ya ümumi xidmət faktı əsasında birbaşa tələb edə biləcəyi təminat növü deyil. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən, Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmək Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunvericilikdə, o cümlədən azad olunmuş rayonlara görə təsis edilmiş medalların əsasnamələrində də təltif etmə səlahiyyətinin Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndinə uyğun həyata keçirildiyi göstərilir. Iş materiallarından görünür ki, iddiaçı Vətən müharibəsində iştirakına görə “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Bununla yanaşı, “95 illik” və “100 illik” yubiley medalları ilə təltif edilmə, habelə Xocavənd və Laçın rayonları uğrunda döyüşən və mükafatlandırılmalı olan hərbi qulluqçular siyahısına daxil edilməklə medalla mükafatlandırılması məsələsi müvafiq təqdimat, xidmət sənədləri, komandanlığın qiymətləndirməsi və səlahiyyətli orqanın qərarı ilə həll edilən məsələdir. Müdafiə Nazirliyinin etirazında da göstərildiyi kimi, hərbi qulluqçunun dövlət təltifinə təqdim edilməsi onun xidmət etdiyi hərbi hissə və yuxarı komandanlıq tərəfindən hazırlanmış müvafiq təqdimat və təltif sənədləri əsasında mümkündür. Həmin sənədlər aidiyyəti qaydada baxıldıqdan və müsbət qiymətləndirildikdən sonra təltif barədə yekun qərarın qəbul edilməsi üçün səlahiyyətli orqana təqdim olunur. Lakin bu mərhələ şəxsin mütləq qaydada medalla təltif olunması demək deyil. Dövlət medalı ilə təltif edilmə barədə yekun qərar Azərbaycan Respublikası Prezidentinin Konstitusiya ilə müəyyən edilmiş müstəsna səlahiyyəti çərçivəsində qəbul edilir. Xocavənd və Laçın rayonları uğrunda döyüşən və mükafatlandırılmalı olan hərbi qulluqçuların siyahısına adın daxil edilməklə mükafatlandırılması tələbi də ayrıca müstəqil tələb kimi qiymətləndirilə bilməz. Çünki həmin siyahıya adın daxil edilməsi son nəticədə şəxsin müvafiq dövlət medalı ilə təltif olunmasına yönələn xidməti prosedurun bir mərhələsidir. Bu məsələ hərbi qulluqçunun həmin istiqamətlərdə döyüş əməliyyatlarında iştirakının rəsmi sənədlərlə təsdiq edilməsindən, komandanlıq tərəfindən qiymətləndirilməsindən və təltif sənədlərinin aidiyyəti qaydada hazırlanmasından asılıdır. Dövlət medalı ilə təltif edilmə barədə yekun qərar isə Azərbaycan Respublikası Prezidentinin Konstitusiya ilə müəyyən edilmiş səlahiyyəti çərçivəsində qəbul edilir. Buna görə də məhkəmə komandanlığın və təltif üzrə səlahiyyətli orqanların yerinə keçərək iddiaçının mükafatlandırılmalı şəxslərin siyahısına daxil edilməsi və ya medalla təltif olunması barədə cavabdehin üzərinə məcburi öhdəlik qoya bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan tələblər üzrə iddianın mümkünlük şərtləri mövcud deyildir. Birinci instansiya məhkəməsi həmin tələbləri mahiyyəti üzrə rədd etsə də, onların mümkünlüyünü ayrıca qiymətləndirməmişdir. IPM-in 35.1 və 35.3-cü maddələrinin, eləcə də Ali Məhkəmə Plenumunun iddianın mümkünlüyünə dair hüquqi mövqeyinin tələblərinə görə belə hallarda iddia mahiyyəti üzrə rədd edilməməli, mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən – iddia tələbinin “birinci dərəcə məharət dərəcəsinin təmin edilməsi, (##.##.2022-ci ildən məhkəmə qərarı ilə təqaüdünə əlavə ediləcək günə qədər hər ayı 1-ci məharət dərəcəsinə (25 faiz) uyğun olaraq 187 manat hesablanıb cavabdeh tərəfindən ödənilməsi (600 manat vəzifə maaşı, 149 manat rütbə pulu), 600+149=749x25/100=187.25); hərbi biletinə “Füzuli, Qubadlı, Şuşa, Laçın, Xocavənd istiqamətində N saylı hərbi hissənin tərkibində batereya komandiri kimi icra etdiyi döyüş tapşırıqlarının qeyd edilməsi; “95 illik medal”la təmin edilməsi; “100 illik” medalla təmin edilməsi; Xocavənd və Laçın rayonları uğrunda döyüşən və mükafatlandırılmalı olan hərbi qulluqçuların siyahısına adının daxil daxil edilməklə mükafatlandırılmasının” rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbləri mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Iddia tələbinin qalan hissələri üzrə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin tələblər mümkünlük mərhələsində həll ediləcək məsələlər deyil. Qeyd edilən tələblər üzrə cavabdehin üzərinə hər hansı öhdəlik qoyulması üçün hüquqi və faktiki əsasların olub-olmaması, iddiaçının təqdim etdiyi sübutların həmin tələbləri təsdiq edib-etməməsi, eləcə də tələblərin təmin edilib-edilməməsi iş üzrə qərar qəbul edilərkən müəyyən olunmalıdır. Buna görə də həmin tələblərə hazırkı qərardadla deyil, iş üzrə qəbul ediləcək qərarla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12, 32, 58 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı qismən – iddia tələbinin “birinci dərəcə məharət dərəcəsinin təmin edilməsi, (##.##.2022-ci ildən məhkəmə qərarı ilə təqaüdünə əlavə ediləcək günə qədər hər ayı 1-ci məharət dərəcəsinə (25 faiz) uyğun olaraq 187 manat hesablanıb cavabdeh tərəfindən ödənilməsi (600 manat vəzifə maaşı, 149 manat rütbə pulu), 600+149=749x25/100=187.25); hərbi biletinə “Füzuli, Qubadlı, Şuşa, Laçın, Xocavənd istiqamətində N saylı hərbi hissənin tərkibində batereya komandiri kimi icra etdiyi döyüş tapşırıqlarının qeyd edilməsi; “95 illik medal”la təmin edilməsi; “100 illik” medalla təmin edilməsi; Xocavənd və Laçın rayonları uğrunda döyüşən və mükafatlandırılmalı olan hərbi qulluqçuların siyahısına adının daxil edilməklə mükafatlandırılmasının” rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbləri mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-126/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-126/2026
12.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver