Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1266/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Cabbarova Gülnar İnqilab qızı və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ali təhsilə dair kvalifikasiyanın tanınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Ukrayna Respublikasının Donetsk Milli Universiteti tərəfindən onun adına verilmiş ##.##.2013-cü il tarixli, HK ******** saylı diplom üzrə ixtisasın (kvalifikasiyanın) tanınması və ekvivalentliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı 2011-ci ildə Ukrayna Respublikasının Donetsk Milli Universitetinə qəbul olmuşdur və 2013-cü ildə həmin universitetin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə qiyabi təhsil formasında “Bakalavr” proqramını mənimsəmişdir, ##.##.2013-cü il tarixli HK ******** saylı Bakalavr Diplomu verilmişdir. Diplomun tanınması və şəhadətnamənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir, lakin cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli qərarla tələbinin təmin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. İmtina səbəbi olaraq qeyd etmişdir ki, iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1- ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin X1 təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra yenidən ##.##.2026-cı il tarixdə yenidən müraciət edilmişdir, lakin cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə ərizənin qəbul edilməsindən imtina edilmişdir. İmtinaya səbəb olaraq qeyd edilmişdir ki, iddiaçıya artıq HK seriyalı ******** nömrəli diplom üzrə imtina qərarı verilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı ##.##.2024cü il tarixdə müvafiq xarici kvalifikasiyanın tanınması üçün inzibati orqana Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra-Qaydalar)na əsasən müraciət etmişdir. Həmin Qaydaların 2.2-ci bəndində “Tanınmaya dair müraciət elektron qaydada edilir, TMİS-də qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Müraciət Agentliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər” qeyd olunmuşdur. Sözügedən Qaydalara uyğun olaraq ərizəçinin inzibati işi üzrə icraat aparılmış və həmin qaydaların 3.10.1-ci və 4.1.4-cü bəndinə əsasən, ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməyərək ##.##.2024-cü il tarixli Qərar qəbul edilmişdir. Qeyd olunan qərar barəsində ərizəçinin müraciətində göstərdiyi elektron poçt ünvanına (elektron ünvan 1) qəbul edilmiş Qərar barəsində məlumat göndərilmişdir. İddiaçı ##.##.2024-cü il tarixli Qərardan ən gec ##.##.2024-cü il tarixədək məhkəmədə iddia tələbi qaldıra bilərdi. Lakin iddiaçı sözügedən iddia tələbi ilə 04.02.2026c-ı il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanun 62.2-ci maddəsinə əsasən “Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanun 73.1-ci maddəsinə əsasən “Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində verilə bilər” vurğulanır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1985-ci il təvəllüdlü İddiaçı 2011-2013-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: ##.##.2011 Çıxış Ukrayna, ##.##.2011 Giriş Ukrayna, ##.##.2012 Çıxış Ukrayna, ##.##.2012 Giriş Ukrayna, ##.##.2012 Çıxış Türkiyə ##.##.2012, Giriş Türkiyə ##.##.2012, Çıxış Ukrayna ##.##.2013, Giriş Ukrayna ##.##.2013, Çıxış Ukrayna ##.##.2013, Giriş Rusiya ##.##.2013, Çıxış İran ##.##.2013, Giriş İran ##.##.2013, Çıxış Ukrayna ##.##.2013, Giriş Rusiya ##.##.2013, Çıxış Gürcüstan ##.##.2013 Giriş Gürcüstan. ## #### 2024-cü il tarixli NA******** saylı X1 Təhsilə aid Kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə Qərara əsasən iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. K №****** saylı diploma əsasən İddiaçı 2013-cü ildə Donetsk milli universitetini bitirmiş, beynəlxalq iqtisadiyyat hazırlıq istiqaməti üzrə baza ali təhsilini və beynəlxalq iqtisadiyyat üzrə bakalavr ixtisasını almışdır. Ukrayna Təhsil və Elm Nazirliyi Vasil Stus adına Donetsk Milli Universitetinin ##.##.2025-ci il tarixli 601/01-48/01 arayışında qeyd edilmişdir ki, Donetsk şəh. Universitetin maddi-texniki bazasının və Arxivinin ələ keçirilməsi ilə əlaqədar Ukrayna TEMnin ##.##.2014-ci il tarixli **** nömrəli "Vinnitsya şəhərində Ukraynanın Donetsk Milli Universitetinin təhsil prosesinin təşkili haqqında" əmrinə uyğun olaraq Vasil Stus adına Donetsk Milli Universiteti Təhsil fəaliyyətini Vinnitsya şəhərində keçirir. DonMU-nun tələbi ilə silahlı şəxslər tərəfindən universitet binalarının ələ keçirilməsi faktı ilə bağlı ##.##.2015ci il tarixində 12015********** saylı cinayət işi açılmışdır (Ukrayna Cinayət Məcəlləsinin 341ci maddəsi). Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı ##.##.2011-ci ildən ##.##.2011ci ilədək; ##.##.2012-ci ildən ##.##.2012-ci ilədək (##.##.2012-ci ildən ##.##.2013-cü ilədək təxirə salınıb); - ##.##.2012-ci ildən ##.##.2013-cü ilədək; ##.##.2013-cü ildən ##.##.2013-cü ilədək tarixləri arasında və ##.##.2013-cü ildən ##.##.2013-cü ilədək tarixləri arasında universitetdə olub-olmadığı barədə ətraflı məlumat təqdim etməyi qeyrimümkündür. Təhsil üzrə X2 Məlumat Bazasında olan məlumatlara görə. İddiaçı (##.##.1985-ci il təvəllüdlü) ##.##.2011-ci il tarixindən etibarən Donetsk Milli Universitetinin İqtisadiyyat fakültəsində "Beynəlxalq İqtisadiyyat" ixtisası üzrə qiyabi təhsil alıb. Təhsilini ##.##.2013-cü il tarixində başa vurduqdan sonra (##.##.2013-cü il tarixli 245 ** nömrəli əmr) ##.##.2013-cü il tarixli HK № ******** nömrəli bakalavr diplomu və beynəlxalq iqtisadiyyat üzrə bakalavr ixtisası verildi. Ukrayna Təhsil və Elm Nazirliyinin ##.##.2016-cı il tarixli *** nömrəli əmri ilə əmək kollektivinin Vasil Stus adına Donetsk Milli Universitetinə ad verilməsi təklifi qəbul edilib. ##.##.2016-cı il tarixində universitetin adı haqqında müvafiq məlumatlar Hüquqi Şəxslərin. Fərdi Sahibkarların və İctimai Təşkilatların Vahid Dövlət Reyestrinə Vasil Stus adma Donetsk Milli Universiteti kimi daxil edilib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının aldığı bakalavr təhsili qiyabi formada olmuşdur. Qiyabi təhsil - tələbənin gündəlik olaraq universitetə getmədən, əsasən müstəqil şəkildə oxuduğu və il ərzində qısa imtahan və ya dərs sessiyalarında iştirak etdiyi təhsil növüdür. Qiyabi təhsil formasında təhsilin müddətləri aşağıda göstərilən qanunvericilikdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2010-cu il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Qanunvericilikdə qiyabi təhsil formasında təhsilin tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakı üçün müddət “təqvim günü” olaraq yox, “saat”la, yəni 180-240 saat müəyyən edilmişdir. Deməli, qanunvericilikdə qiyabi tələbənin faktiki auditoriya məşğələlərinə cəlb olunması üçün konkret müddət 180-240 saat/il müəyyən edilib, lakin bunun neçə təqvim günü ərzində keçirilməli olduğu ayrıca müəyyən edilməmişdir. Göstərilən saatların konkret təqvim günlərinə bölünməsi isə tədris müəssisələrinin tədris planı və sessiya qrafikinə uyğun olaraq həyata keçirilir ki, bu da hər tədris müəssisəsində fərqlidir. Eyni zamanda qanunvericilik qiyabi təhsil formasında təhsil alan tələbənin auditoriya dərslərinə faktiki cəlb olunma müddətini, yəni saatı müəyyən edərkən tələbin işləməsi və ya işləməməsi ilə bağlı fərqləndirməmişdir. Qeyd edilməlidir ki, qiyabi təhsil formasında tələbənin auditoriya dərslərinə “təqvim günü” ilə faktiki cəlb olunma müddəti dolayısı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 124-cü maddəsinin 3-cü hissəsinə əsasən ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü müddətində məzuniyyət verilir. Göründüyü kimi əmək qanunvericiliyində ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə faktiki auditoriya məşğələlərində iştirak etmək üçün 1 ildə/kursda 30-40 təqvim günü olmaqla maksimum müddət müəyyən edilmişdir. Bu da o deməkdir ki, tələbənin il ərzində auditoriya dərslərinə faktiki cəlb olunma müddəti 30-40 gündən çox ola bilməz. Hazırki iş üzrə qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1985-ci il təvəllüdlü Dadaşov Elxan Xanağa oğlunun 2011-2013-cü illərdə dövlət sərhədində hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: ##.##.2011 Çıxış Ukrayna, ##.##.2011 Giriş Ukrayna, ##.##.2012 Çıxış Ukrayna, ##.##.2012 Giriş Ukrayna, ##.##.2012 Çıxış Türkiyə ##.##.2012, Giriş Türkiyə ##.##.2012, Çıxış Ukrayna ##.##.2013, Giriş Ukrayna ##.##.2013, Çıxış Ukrayna ##.##.2013, Giriş Rusiya ##.##.2013, Çıxış İran ##.##.2013, Giriş İran ##.##.2013, Çıxış Ukrayna ##.##.2013, Giriş Rusiya ##.##.2013, Çıxış Gürcüstan ##.##.2013 Giriş Gürcüstan. Ukrayna Təhsil və Elm Nazirliyi Vasil Stus adına Donetsk Milli Universitetinin ##.##.2025-ci il tarixli 601/01-48/01 arayışında qeyd edilmişdir ki, İddiaçı oğlunun ##.##.2011-ci ildən ##.##.2011-ci ilədək; ##.##.2012-ci ilindən ##.##.2012-ci ilədək (##.##.2012-ci ildən ##.##.2013-cü ilədək təxirə salınıb); ##.##.2012-ci ildən ##.##.2013-cü ilədək; ##.##.2013-cü il ildən ##.##.2013cü ilədək tarixləri arasında və ##.##.2013-cü ilədək ##.##.2013-cü ilədək tarixləri arasında universitetdə olub-olmadığı barədə ətraflı məlumat təqdim etməyi qeyri-mümkündür. Qeyd olunan, eyni zamanda cavab tərəfindən təqdim olunan sənədlərdən görünür ki, iddiaçı 1ci il üzrə 7 gün, 2-ci il üzrə 1 ay təhsil aldığı ölkənin ərazisində olmuşdur ki, 1-ci il üzrə təhsil aldığı ölkənin ərazisində olmuşdur ki, 1-ci il üzrə təhsil aldığı ölkənin ərazisində olması barədə Ukrayna Təhsil və Elm Nazirliyi Vasil Stus adına Donetsk Milli Universitetinin ##.##.2025-ci il tarixli 601/01-48/01 arayışından göründüyü kimi həmin il üzrə tədris sessiyası növbəti tədris sessiyasına təxirə salınmışdır. Yəni iddiaçının 1-ci il üzrə təhsil aldığı ölkənin ərazisində az olmasının səbəbi ondan asılı olmayan hala görə olmuşdur ki, bu da iddiaçının təhsil aldığı ölkənin ərazisində az olması kimi qiymətləndirilə bilməz. İddiaçı 2-ci il üzrə təhsil aldığı ölkənin ərazisində 1 ay olmuşdur ki, bununla da yuxarıda qeyd olunan əsaslar üzrə auditoriya dərslərinə faktiki cəlb etmə müddətini tam ödəmişdir. Beləliklə, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş təhsilin normativ müddətinin nəinki yarısı qədər, tam müddəti təhsil aldığı ölkənin ərazisində olmuşdur. Qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu qeyd etsə də, qısa müddət dedikdə nəyin nəzərdə tutulduğunu, yetərli müddətin məhz nə qədər olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir. Halbuki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı təhsil aldığı müddətdə təhsil aldığı xarici ölkəyə gedib gəlmiş və ən əsası iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir. Bundan başqa, iddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilmə səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünün yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi yuxarıda qeyd edildiyi kimi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. Bu baxımdan qeyd edilməlidir ki, iddiaçının ali təhsil aldığı Universitet məktubundan göründüyü kimi, universitet tərəfindən iddiaçının həmin universitetdə təhsilinin qiyabi formada olması, həmin universitet tələbəsi və məzunu olması təsdiqlənmişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir. Qeyd edildiyi kimi iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı ali təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. 2019-cu il ## #### tarixli, B19 ****** saylı diploma əlavədən də görünür ki, iddiaçı həmin institutda təhsil aldığı müddətdə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplamış, diplom işini yazmış, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir. b) Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 27. Təhsil haqqında dövlət sənədi (-) 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri (-) 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; (-) Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-) 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2010-cu il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: (-) 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya məxsus “Ukrayna Respublikasının Donetsk Milli Universiteti tərəfindən onun adına verilmiş ##.##.2013-cü il tarixli, HK ******** saylı diplom üzrə ixtisasın (kvalifikasiyanın) tanınması və ekvivalentliyin müəyyən edilməsindən imtinası təşkil edir. Cavabdehin imtinasının dəlili iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətlər hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Hazırki işin xüsusi halları baxımından, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda, onun tərəfindən tədris yükünün yerinə yetirilmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu müəyyən olunmur. İş materiallarından o da görünür ki, iddiaçı Ukrayna Respublikasında yerləşən Vasil Stus adına Donetsk Milli Universitetinə ## ######## 2011-ci ildə qəbul olmuş və ## #### 2013-cü ildə həmin təhsil müəssisəsini bitirmişdir. Bu isə onu deməyə əsas verir ki, məhz qeyd olunan tarixlər arasındakı dövrlər nəzərə alınmalıdır. Hazırki halda isə iddiaçı 2012ci il üzrə 12 gün, 2013-cü il üzrə isə 18 gün müddətində həmin ölkədə olmaqla təhsilə dair normativ tələbi ödəməmişdir. Əlavə olaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində Ukrayna Təhsil və Elm Nazirliyi Vasil Stus adına Donetsk Milli Universitetinin ##.##.2025-ci il tarixli 601/01- 48/01 arayışına istinad olunmuş, iddiaçının birinci tədris ili üzrə təhsil aldığı ölkədə az olmasının səbəbi həmin arayışdakı məlumatla əsaslandırılmış, ikinci tədris ili üzrə isə 1 ay müddətində həmin ölkədə olmasına istinad olunmuşdur. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab etməklə ilk növbədə qeyd edir ki, iddiaçı birinci tədris ili üzrə Ukraynada az müddətdə olmasını qeyd olunan arayışla izah etməyə çalışsa da, arayışın məzmunundan onun iddiaçının faktiki olaraq tədris prosesində iştirak etməsini təsdiq edən məlumat əsasında deyil, iddiaçının müraciətində göstərdiyi konkret tarixlərə münasibətdə tərtib edildiyi görünür. Belə ki, Ukrayna Təhsil və Elm Nazirliyi Vasil Stus adına Donetsk Milli Universitetinin ##.##.2025-ci il tarixli 601/01-48/01 arayışında qeyd edilmişdir ki, Donetsk şəh. Universitetin maddi-texniki bazasının və Arxivinin ələ keçirilməsi ilə əlaqədar Ukrayna TEMnin ##.##.2014-ci il tarixli **** nömrəli "Vinnitsya şəhərində Ukraynanın Donetsk Milli Universitetinin təhsil prosesinin təşkili haqqında" əmrinə uyğun olaraq Vasil Stus adına Donetsk Milli Universiteti Təhsil fəaliyyətini Vinnitsya şəhərində keçirir. DonMU-nun tələbi ilə silahlı şəxslər tərəfindən universitet binalarının ələ keçirilməsi faktı ilə bağlı ##.##.2015ci il tarixində 12015********** saylı cinayət işi açılmışdır (Ukrayna Cinayət Məcəlləsinin 341ci maddəsi). Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı ##.##.2011-ci ildən ##.##.2011ci ilədək; ##.##.2012-ci ildən ##.##.2012-ci ilədək (##.##.2012-ci ildən ##.##.2013-cü ilədək təxirə salınıb); - ##.##.2012-ci ildən ##.##.2013-cü ilədək; ##.##.2013-cü ildən ##.##.2013-cü ilədək tarixləri arasında və ##.##.2013-cü ildən ##.##.2013-cü ilədək tarixləri arasında universitetdə olub-olmadığı barədə ətraflı məlumat təqdim etməyi qeyrimümkündür. Təhsil üzrə X2 Məlumat Bazasında olan məlumatlara görə. İddiaçı (##.##.1985-ci il təvəllüdlü) ##.##.2011-ci il tarixindən etibarən Donetsk Milli Universitetinin İqtisadiyyat fakültəsində "Beynəlxalq İqtisadiyyat" ixtisası üzrə qiyabi təhsil alıb. Təhsilini ##.##.2013-cü il tarixində başa vurduqdan sonra (##.##.2013-cü il tarixli 245 ** nömrəli əmr) ##.##.2013-cü il tarixli HK № ******** nömrəli bakalavr diplomu və beynəlxalq iqtisadiyyat üzrə bakalavr ixtisası verildi. Ukrayna Təhsil və Elm Nazirliyinin ##.##.2016-cı il tarixli *** nömrəli əmri ilə əmək kollektivinin Vasil Stus adına Donetsk Milli Universitetinə ad verilməsi təklifi qəbul edilib. ##.##.2016-cı il tarixində universitetin adı haqqında müvafiq məlumatlar Hüquqi Şəxslərin. Fərdi Sahibkarların və İctimai Təşkilatların Vahid Dövlət Reyestrinə Vasil Stus adma Donetsk Milli Universiteti kimi daxil edilib. Göründüyü kimi arayışda iddiaçının ## #### 2011-ci ildən ## ###### 2011-ci ilədək olan müddətdə universitetdə olub-olmaması barədə məlumatın təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. Lakin bu tarixlər iddiaçının universitetə qəbul edildiyi ## ######## 2011-ci il tarixindən əvvəlki dövrə aiddir. Həmçinin həmin arayışın məzmunundan aydın olur ki, universitet iddiaçının məhz göstərilən tarixlərdə təhsil müəssisəsində faktiki olaraq iştirak edib-etmədiyini təsdiq etmir. Əksinə, universitet həmin tarixlər üzrə ətraflı məlumat təqdim etməyin mümkünsüz olduğunu bildirir. Bu isə arayışın iddiaçının tədris prosesində faktiki iştirakını təsdiq edən müsbət məzmunlu sübut deyil, konkret məlumatın mövcud olmadığını göstərən sənəd olduğunu deməyə əsas verir. Hazırki halda iddiaçı həmin arayışa istinad etməklə birinci tədris ilində təhsil aldığı xarici ölkədə az müddətdə olmasını həmin tədris ilinin təxirə salınması ilə əsaslandırmışdır. Kollegiya həmin dəlilə münasibətdə qeyd edir ki, arayışın “məlumat təqdim etmək mümkün deyil” məzmunlu ifadəsi həmin tarixlərdə tədrisin təxirə salındığını və ya iddiaçının tədris yükünün başqa vaxtda yerinə yetirildiyini təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Təxirə salınma faktının iddiaçının tədris yükünə necə təsir etdiyi, onun həmin müddətdə hansı tədris fəaliyyətindən azad edildiyi və sonradan həmin yükün hansı qaydada və nə vaxt yerinə yetirildiyi arayışdan müəyyən edilmir. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci tədris ilində Ukraynada az müddətdə olmanın hər hansı səbəblə izah edilməsi özlüyündə sonrakı tədris dövrlərində də iddiaçının Ukraynada olmamasını və ya tədris prosesində iştirak etməməsini əsaslandırmır. Hər bir tədris ili üzrə faktiki iştirak ayrıca müəyyən edilməli və həmin dövrə aid konkret sübutlarla təsdiq olunmalıdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının birinci tədris ili üzrə təhsil aldığı ölkədə az olması məqbul hesab ediləcəyi təqdirdə belə digər tədris ilinə münasibətdə yenə də normativ tələb ödənilmədiyindən iddia əsaslı olmamışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının özü tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatları ilə apellyasiya şikayətində istinad etdiyi dəlil üst-üstə düşmür. Belə ki, iddiaçı ikinci tədris ili üzrə Ukraynada 1 ay müddətində olduğunu bildirsə də, qeyd olunan hal sərhədkeçmə məlumatları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının təhsil müddətinin tədris illəri üzrə müəyyən edilməsi zamanı onun təhsil müəssisəsinə qəbul və məzun olma tarixləri əsas götürülməlidir. Buna uyğun olaraq, iddiaçının birinci tədris ili ## ######## 2011-ci ildən ## #### 2012-ci ilədək, ikinci tədris ili isə ## ######## 2012-ci ildən ## #### 2013-cü ilədək olan dövrü əhatə edir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ## #### 2024cü il tarixli məktubundan isə görünür ki, iddiaçının 2011–2013-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: ## #### 2011-ci il – Ukrayna istiqamətində çıxış, ## ###### 2011-ci il – Ukrayna istiqamətində giriş; ## ###### 2012-ci il – Ukrayna istiqamətində çıxış, ## ###### 2012ci il – Ukrayna istiqamətində giriş; ## #### 2012-ci il – Türkiyə istiqamətində çıxış, ## ###### 2012-ci il – Türkiyə istiqamətində giriş; ## ###### 2012-ci il – Ukrayna istiqamətində çıxış, ## ###### 2013-cü il – Ukrayna istiqamətində giriş; ## ###### 2013-cü il – Ukrayna istiqamətində çıxış, ## ###### 2013-cü il – Rusiya istiqamətində giriş; ## ##### 2013-cü il – İran istiqamətində çıxış, ## ##### 2013-cü il – İran istiqamətində giriş; ## #### 2013-cü il – Ukrayna istiqamətində çıxış, ## #### 2013-cü il – Rusiya istiqamətində giriş; ## ###### 2013-cü il – Gürcüstan istiqamətində çıxış, ## ###### 2013cü il – Gürcüstan istiqamətində giriş. Kollegiya qeyd edir ki, iddiaçının ## ###### 2012-ci ildən ## ###### 2012-ci ilədək Ukraynada olma müddəti birinci tədris ilinə, ## ###### 2012-ci ildən ## ###### 2013-cü ilədək və ## ###### 2013-cü il tarixindən sonrakı sərhədkeçmə məlumatları isə ikinci tədris ilinə aid edilir. Göründüyü kimi sərhədkeçmə məlumatlarından iddiaçının ikinci tədris ili ərzində Ukraynada fasiləsiz və ya ümumilikdə bir aylıq müddətdə olması nəticəsi çıxmır. Əksinə, həmin məlumatlar onun Ukrayna ilə yanaşı, Rusiya və İran istiqamətlərində də hərəkət etdiyini göstərir. Bu baxımdan, iddiaçının təqdim etdiyi arayışla onun apellyasiya şikayətində irəli sürdüyü izahlar sərhədkeçmə məlumatları ilə müqayisəli şəkildə qiymətləndirildikdə, həmin sübutların bir-birini təsdiq etmədiyi, əksinə, iddiaçının ikinci tədris ili ərzində Ukraynada bir ay müddətində olması barədə dəlilinin obyektiv sərhədkeçmə məlumatları ilə təsdiqlənmədiyi müəyyən olunur. Kollegiya qeyd edir ki, bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkədə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun aldığı tədrisin qanunvericiliyə uyğun həyata keçirilməsi, diplomun tanınmasının isə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaların tələbinə cavab verməsi şərtdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərar ilə təsdiq edilmiş “xxxx”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da iddiaçının auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Hazırki iş üzrə iddiaçının auditoriya dərslərində iştirak etdiyi dövrlərdə isə tədris yükünün dövlət standartlarına uyğun yerinə yetirməsi mümkün deyildir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx” na əsasən hər il üzrə auditoriya dərslərinin həcmi 180-240 saat müəyyən edilmişdir. Lakin iddiaçının təhsil müddəti bu şərti ödəmir. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Hazırkı iş üzrə Dövlət Sərhəd Xidmətinin ##.##.2024-cü il tarixli məktubu ilə ##.##.1985-ci il təvəllüdlü İddiaçı 2011-2013-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasından təqdim edilmiş məlumatlardan görünür ki, iddiaçı birinci tədris ilində 12 gün, ikinci tədris ilində isə 18 gün təhsil aldığı ölkədə tam gün olaraq olmuşdur ki, həmin müddətlər bakalavriat proqramının məqbul vahidlərinin/akademik saatlarının sayı ilə uzlaşmır. Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Kollegiya, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır. Beləliklə, iş materialları ilə iddiaçının xarici dövlətdə aldığı qiyabi bakalavriat təhsilinin Azərbaycan Respublikasında müvafiq təhsil strukturlarına qoyulan tələblərə uyğunluğu təsdiq olunmadığından, cavabdehin X1 təhsilə aid kvalifikasiyasının tanınmasından imtina etməsi qanuna zidd hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1266/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1266/2026
16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver