Məhkəmə qərarları › İş №2-1(3-8)-1316/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1316/2026

22.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1316/2026 22.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X3, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin əmlak kompleksinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh inzibati orqanın ##.##.2025-ci il tarixli imtina məktubunun məzmunundan görünür ki, araşdırma zamanı sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlara aid olması aşkar edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli 53 №li “tikintisi başa çatmış qeyri-yaşayış binalarının istismarına icazə” sənədinin məzmunundan görünür ki, tikinti obyektinin yerləşdiyi ünvan, yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olması, torpaq sahəsinin döngə koordinatları,təyinatı texniki göstəriciləri- obyektin tikinti sahəsi 491 kv.m., ümumi sahə 460,18 kv.m., tikinti həcmi 3095,69 kub.m., mərtəbə sayı bir mərtəbə, obyektin divar hündürlüyü 4,5 m. Qeyd edilməklə, istismara icazə verilmişdir. Seriya RX *******№li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış məlumatından görünür ki, Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasənda İddiaçı məxsusdur, bu hüquq ##.##.2018-cı ildə qeydiyyata alınmışdır, çıxarış məlumatında torpaq sahəsinin kateqoriyası ehtiyat fondu torpaqlar kimi qeyd edilmişdir. Cavabdehin mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin sənəd üzrə və faktiki ölçüsü 0,05 ha, qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsü 460,18 kv.m., faktiki 458,9 kv.m. təşkil edir, torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir, torpaq sahəsinin kateqoriyası ehtiyat fondu torpaqlara aiddir, torpaq sahəsi üzərində birmərtəbəli qeyriyaşayış binası mövcuddur, qeyri-yaşayış binasının daxili ölçüləri təqdim edilmiş eskiz layihədəki ölçülərlə eynidir, qeyri-yaşayış binası hazırda inşaat materiallarının satışı yeri kimi fəaliyyət göstərir, baş plan və fotoşəkillər əlavə edildi. Abşeron Rayon İcra Hakimiyyətinin ## ###### 2026-cı il tarixli məktubunun məzmunundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş ## #### 2025-ci il tarixli ** saylı istismara icaznin və onun verilməsinə əsas olmuş Azərbaycan respublikası Fövqəladə Hallar nazirliyinin ##.##.2025-ci il tarixli,***** saylı rəy və əlaqəli sənədlər məktuba əlavə edilmiş qoşmada təqdim olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2018-ci il tarixli, ************ reyestr nömrəli çıxarış əsasında iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi üzərində inşa edilmiş birmərtəbəli, ümumi sahəsi 460.18 kv.metr olan qeyri-yaşayış sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin plan ölçüsü tərtib olunmuş və müvafiq rəylər alınmışdır. Həmin torpaq sahəsində tərəfimdən 460.18 kv.metr olmaqla 1 mərtəbəli qeyriyaşayış sahəsi tikilmiş və hal-hazırda da istifadə olunur. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2025-ci il tarixli, ** nömrəli icazə sənədi əsasında həmin qeyri-yaşayış sahəsinin istismarına rəsmi icazə verilmişdir. Qeyd olunan qeyr-yaşayış sahəsi üzərind mülkiyyət hüquqlarımın dövlət reyetrində qeydiyyata alınması ilə bağlı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsinə müraciət etsəm də,müraciətimə imtina cavabı verilmiş və imtinaya əsas olaraq mənə aşağıdakı məzmunda cavab verilmişdir: Aparılan araşdırma zamanı sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid olması aşkar edilmişdir Cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazın dəlilləri imtina əsasları ilə eynilik təşkil etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ##.##.2018-ci il tarixli, ************ reyestr nömrəli çıxarış əsasında iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi üzərində inşa edilmiş və ##.##.2025-ci il tarixli ** saylı icazə sənədi ilə istismarına icazə verilmiş qeyriyaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2018-ci il tarixli, ************ reyestr nömrəli çıxarış əsasında iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi üzərində inşa edilmiş bir mərtəbəli, ümumi sahəsi 460.18 kv.metr olan qeyri-yaşayış sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh qeyd edir ki, aparılan araşdırma zamanı sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyyat fondu torpaqlarına aid olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli fərmanına əsasən: 1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı: 3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir; Göründüyü kimi qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının hüquqi əsası var. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus torpaq sahələrinin ətrafında yerləşən torpaq sahələrinin çıxarışları məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş çıxarışlardan görünür ki, ətraf torpaqlara yaşayış məntəqələrinin torpaqları kateqoriyalı çıxarışlar da verilmişdir. cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə ************ reyestr nömrəli çıxarışın verilməsinə əsas olan sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, torpaq sahəsi ilkin olaraq Abşeron rayon Saray bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **/* saylı qərarı ilə sahibkarlıqla məşğul olmaq məqsədi ilə X1 ayrılmışdır. X1 adına ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2011-ci il qeydiyyat tarixli çıxarış verilmiş, torpaq sahəsinin kateqoriyası ehtiyyat fondu torpaqları, məqsədli istifadə növü sahibkarlıq olaraq qeyd edilmişdir. Beləliklə, torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərindən məqsədli istifadə növünün sahibkarlıq olduğu müəyyən edilir. Belə olan halda həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin inşa olunması torpağın məqsədli istifadə növünə və torpaqdan təyinatı üzrə istifadə edilməsi normalarına zidd deyildir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh imtinasında əsaslı olmamışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətininin dəlilləri imtina və etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq onunla əsaslandırmışdır ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin **** nömrəli, ## #### 2023-cü il tarixli Fərmanının 3.4 və 5.2-ci maddələrinin tələblərinə əsasən mübahisə predmeti olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdeh quruma müraciət edilməli olduğu halda qeyd olunan müraciəti olmamış, bu səbəbdən də “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin **** nömrəli, ## #### 2023-cü il tarixli Fərmanının tələblərinə riayət edilməmişdir. Müvafiq müraciət edilmədiyindən iddia tələbinin mümkünlük şərti pozulmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, iddiaçının vəkili və nümayəndəsi izahat verərək, apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... Maddə 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;.... ... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ..... Bənd 1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı: 3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;...

4. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aşağıdakıları təmin etsinlər: 4.1. istismara icazə verildiyi gündən 3 (üç) iş günü müddətində həmin icazənin və qeyri-yaşayış binasının (infrastruktur obyektinin) layihəsinin elektron nüsxəsinin Xidmətə və bu Fərmanın 6-cı hissəsinin birinci abzasında nəzərdə tutulan qurumlara göndərilməsini; 4.2. istismarına icazə verilmiş qeyri-yaşayış binalarının (infrastruktur obyektlərinin) siyahısının rəsmi internet səhifələrində yerləşdirilməsini və icazə verildiyi gündən 3 (üç) iş günü müddətində bu barədə məlumatı həmin siyahıya daxil edərək onun mütəmadi yenilənməsini; 4.3. Nazirliyin və Xidmətin sorğusu əsasında qeyri-yaşayış binalarının (infrastruktur obyektlərinin) müayinəsi və yerləşdiyi torpaq sahəsinin müəyyən olunması ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların 3 (üç) iş günü müddətində elektron formada təqdim olunmasını.

5. Xidmət: 5.1. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binasının və infrastruktur obyektinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə təmin etsin; 5.2. istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 (on) iş günü müddətində, bu Fərman qüvvəyə minənədək və ya bu Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyriyaşayış binaları (infrastruktur obyektləri) bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda həmin icazə əsasında qeyri-yaşayış binalarının (infrastruktur obyektlərinin) yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etsin; 5.3. bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulan vəsatətə torpaq sahəsinin sərhədlərini və onların döngə nöqtələrinin koordinatlarını əks etdirən yerquruluşu planını əlavə etsin. ..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin təyinatının “ehtiyat fondu torpaqlar olması” halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq onun adına qeydə alınmış, çıxarış verilmişdir, çıxarış məlumatında torpaq sahəsinin təyinatı ehtiyat fondu torpaqlar kimi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən qeyri-yaşayış sahəsinin istismarına dair ##.##.2025-ci il tarixli icazə sənədi verilmiş, həmin icazə sənədi məhz “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanın tələblərinə uyğun olaraq verilmiş, habelə Fərmanın tələbinə əsasən səlahiyyətli qurumlar, o cümlədən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yeruqurluşu planından çıxarış məlumatları və müsbət rəylər təqdim edilmiş, hər hansı mənfi rəy verilməmişdir. Nəticə etibarilə sözügedən qeyri-yaşayış sahəsinə dair qanunamüvafiq qaydada tərtib və təsdiq edilmiş istismara icazə sənədi mövcud olmuşdur, cavabdeh tərəfindən də həmin sənədin mötəbərliyini şübhə altına alan hər hansı dəlilə istinad edilməmiş, bu hal mübahisələndiriməmişdir. Kollegiya əmlak üzərində iddiaçının mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd və istismara icazə sənədinin olması tələb olunur. İndiki halda sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan və istismara icazə sənədi mövcud olduğundan, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququ yaranmışdır. Bundan əlavə, kollegiya yaranmış mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsasın olub-olmaması ilə bağlı qeyd edir ki, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin yerləşmə mövqeyi, təyinatı və döngə nöqtələrinin koordinatları, ara məsafələri, mühafizə zonası, xüsusi qorunan ərazilərlə bağlı tələblər Fərmanın tələblərinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yoxlanılaraq, bu barədə yeruquruluşu planından çıxarış-plan sənədi (müsbət rəy) verilmiş, torpaq sahəsinin təyinatının uyğun olmamasına dair hər hansı qeyd nəzərdə tutulmamışdır. Belə olan halda kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları özlüyündə cavabadehin “torpaq sahəsinin təyinatının ehtiyat fondu torpaqlar” olması ilə bağlı istinad etdiyi arqumenti təkzib edir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, torpaq sahəsinə dair iddiaçının adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin məzmununda torpaq sahəsinin iddiaçıya məhz sahibkarlıq məqsədilə ayrılması əks olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər:7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Həmin Qanunun 7.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir:...7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Göründüyü kimi bələdiyyənin ehtiyat fondu torpaqları sahibkarlıq məqsədilə fiziki şəxslərin xüsusi mülkiyyətinə verilə bildiyindən, çıxarış məlumatında torpaq sahəsinin təyinatının “ehtiyat fondu torpaqlar” kimi qeyd edilməsi halı onun məqsədli istifadə növünə zidd olmamış, habelə bu hal torpaq sahəsinin təyinatına uyğun olmayan istifadə kimi dəyərləndirilməsinə səbəb olmamışdır. Bu halda da kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları da özlüyündə cavabdehin istinad etdiyi arqumentinin əsassız olduğunu deməyə əsas verir. Bundan əlavə, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən qeyri-yaşayış sahəsinin yeləşdiyi torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri ilə bağlı mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənədlər tələb edilərək, tədqiq edilmişdir. Tədqiq edilmiş sənədlərin məzmunundan görünür ki, qonşu torpaq sahələrinə dair çıxarış məlumatlarında torpaq sahələrinin təyinatı “ehtiyat fondu torpaqlar, sahibkarlıq”, “yaşayış məntəqələri torpaqları, sahibkarlıq” kimi qeyd edilmiş, hüquqmüəyyənedici sənəd qismində bələdiyyə qərarları çıxış etmişdir. Göründüyü kimi sözügedən qeyri-yaşayış sahəsnin yerləşdiyi ərazidə mövcud olan torpaq sahələrinin məhz sabikarlıq məqsədilə ayrılması halı özü də iddianın əsaslılığını müəyyən etməyə imkan vermişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin imtina və şikayətin dəlili kimi istinad etdiyi torpaq sahəsinin təyinatı ilə bağlı hallar əsassız olmuşdur. Həmçinin, kollegiya cavabdehin şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, hazırki iş üzrə sözügedən qeyri-yaşayış sahəsinə dair istismara icazə sənədi məhz müvafiq Fərmanın tələblərinə uyğun qanunamüvafiq qaydada verilmişdir. Eyni zamanda müvafiq Fərmanın tələbinə əsasən istismarına icazə sənədi verilmiş qeyri-yaşayış sahəsi üzərində qanunla müəyyən edilmiş qaydada əşya hüququnun qeydə alınması icazə sənədinin verilməsinən sonrakı prosedur qayda kimi müəyyən edilmiş, habelə həmin prosedur çərçivəsində səlahiyyətli qurum məhz cavabdeh inzibati orqan (yuxarı orqanı) çıxış etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın istismarına icazə verilmiş sözügedən qeyri-yaşayış sahəsi üzərində əşya hüququnu daşınma zəmlakın dövlət reyestrində qeydə alınması Fərmanın tələbinə əsasən onun öhdəliyi kimi ortaya çıxmışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, indiki halda işin yuxarıda müəyyən edilmiş halları əsasında sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin onun təyinatına uyğun istifadə olunduğu aşkar müəyyən edildiyindən, hazırki tələb Fərmanın 5.2-ci bəndinin dispoztiv şərtinin təsiri altına düşməmiş, onun qanuni əsası qismində Fərmanın 5.1-ci bəndinin dispoztiv şərti çıxış etmişdir (Fərmanın 5. Xidmət:5.1. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binasının və infrastruktur obyektinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə təmin etsin; 5.2. istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 (on) iş günü müddətində, bu Fərman qüvvəyə minənədək və ya bu Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binaları (infrastruktur obyektləri) bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda həmin icazə əsasında qeyri-yaşayış binalarının (infrastruktur obyektlərinin) yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etsin; ...) Bu baxımından kollegiya hesab edir ki, cavabdeh hazırki tələbin əsaslılığının məhz Fərmanın 5.2ci bəndinin dispoztiv şərltəri əsasında yoxlanılmalı olması ilə bağlı hala (torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı müraciəti olmadığından, Fərmanın tələblərinə riayət edilməmişdir”) istinad etməkdə haqlı olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının sözügedən əmlak üzərində mülkiyyət hüququ yarandığından və bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən və cavabdehin şikayətinin dəlilləri təkzib edildiyindən, cavabdehin imtina və şikayətinin dəlilləri formal xarakter daşımış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar