Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1321/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-**** nömrəli Dövlət Aktına əsasən Xaçmaz rayonu Hacıəbdurəhimoba kəndi ərazisində yerləşən 1,41 ha pay torpaq sahəsi və JN-*** nömrəli Şəhadətnaməyə əsasən 0,35 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair adına reyestrdən çıxarış sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ##.##.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Hacıəbdurəhimoba kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsinə dair mərhum X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlətin reyestrində qeydiyyata alınaraq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayonu Hacıəbdurəhimoba kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, ilkin iddia tələbinin- Xaçmaz rayonu Hacıəbdurəhimoba kəndi ərazisində yerləşən ## ### 2006-cı il tarixli JN-**** nömrəli Dövlət Aktına əsasən 1,41 ha pay torpaq sahəsi və ## ##### 2006-cı il tarixli JN-***F nömrəli Şəhadətnaməyə əsasən 0,35 ha həyətyanı torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun qeydə alınması və çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırki iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Xaçmaz rayonu Hacıəbdurəhimoba kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır İddiaçı tərəfindən isə iş üzrə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti verilmişdir. Kollegiya şikayətin mümkünlüyü ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 81.2ci maddəsinin dispozitiv şərtinə əsasən iddiaçı yalnız tələbinin təmin olunmadığı halda şikayət vermək hüququna malikdir. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırki iş üzrə iddiaçının tələbi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınmaqla təmin edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının birinci instansiyası məhkəməsinin hazırkı qərarından apellyasiya şikayəti vermək hüququ da istisna edilir. Bu hal isə özlüyündə iddiaçı tərəfindən verilmiş şikayətinə apellyasiya qaydasında baxılmasının mümkün sayılmaması üçün əsas hesab edilir. Bundan əlavə, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçı hazırki inzibati iş üzrə iddia tələbinin predmeti olmayan torpaq sahəsi ilə bağlı tələb hüququnun olduğunu ehtimal edirsə, həmin tələbə dair yeni iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1321/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1321/2026
15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver