Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-133/2026 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək verilmiş ikinci məharət dərəcəsinin ##.##.2022-ci ildən ##.##.2022-ci ilədək olan dövr üzrə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları: Iddiaçı sabiq hərbi qulluqçudur. O, Müdafiə Nazirliyi N nömrəli hərbi hissədə qulluq edərkən hərbi hissə komandirinin ##.##.2019-cu il tarixli əmri ilə 2-ci məharət dərəcəsi verilmişdir və 2021ci ilin dekabr ayı daxil olmaqla əlavəni almışdır. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli məktubdan görünür ki, 2-ci məharət dərəcəsinin təsdiqi üçün keçirilən imtahanda iştirak etməməsini əks etdirən rəsmi sənəd olmaması səbəbindən müraciətin cavablandırılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi üzərinə iddiaçının həmin hərbi hissədə xidmət etdiyi zaman ##.##.2020-ci il tarixindən - ##.##.2021-ci il tarixinə qədər verilmiş 2-ci məharət dərəcəsinin ##.##.2022-ci il tarixdən ## #### 2022-ci ilədək bərpa edilməsi, təsdiq edilməsinin sənədləşdirilməsi və bu barədə sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində iddiaçının xidmət etdiyi ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək verilmiş ikinci məharət dərəcəsinin ##.##.2022-ci ildən ##.##.2022-ci ilədək olan dövr üzrə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2020-ci il tarixindən - ##.##.2021-ci il tarixinə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində xidmət etdiyi zaman ona 2-ci məharət dərəcəsi verilmişdir. 2022-ci ilin başlanğıcında həmin məharət dərəcəsinin təsdiqi üçün səbəbsiz yerə iddiaçını keçirilən imtahana çağırmamışlar. Hansı səbəbdən məharət dərəcəsinin təsdiqi üçün keçirilən imtahana çağırılmaması barədə heç bir məlumatı yoxdur. Belə izah edirlər ki, 2021-ci ilin # ######ında hərbi xidmətdən ehtiyata buraxılma barədə raportla əlaqəlidir. Iddiaçı isə 2022-ci ilin ######ın ##-də cənab nazirin 0161 əmri ilə ehtiyata buraxılmış, ## ##### 2022-ci ildən 24 iyunadək hərbi xidmətdə olmuş, ## #### 2022-ci il tarixdən hərbi hissəsinin siyahısından və bütün növ təminatdan çıxarılmışdır. Bu səbəbdən də iddiaçı İddiaçı ##.##.2020-ci il tarixindən - ##.##.2021-ci il tarixinə qədər olan aldığı 2-ci məharət dərəcəsi barədə yazılı məlumatı və 2022ci ilin başlanğıcında həmin məharət dərəcəsinin təsdiqi üçün keçirilən imtahana nə səbəbdən çağırılmaması barədə yazılı məlumatı və həmin hərbi hissədə olan zaman Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Ilham Əliyevin müvafiq əmrinə əsasən 55% Prezident əlavəsini almasını təsdiq edən yazılı məlumatın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsindən verilmiş ##.##.2024-cü il tarixli *** saylı arayışda qeyd edilmişdir: 2-ci məharət dərəcəsinin təsdiqi üçün keçirilən imtahanda iştirak etməməyinizin səbəbini əks etdirən rəsmi sənəd olmadığından sizin məktubunuzun cavablandırılması mümkün olmamışdır.” Beləliklə, iddiaçı ikinci məharət dərəcəsinin bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaya qarşı yazılı münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kı, iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrinə əsasən cəzalandırılaraq hərbi rütbəsi bir pillə aşağı endirildiyindən, həmin ildə ikinci məharət dərəcəsinin təsdiqi üçün adı təkrar imtahan verməsi üçün təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı ona ikinci məharət dərəcəsinin verilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, ümumiyyətlə bu barədə hər hansı dəlil irəli sürməmişdir. Bununla bağlı məhkəmə cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinasını əsaslı hesab etmişdir. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 86-cı maddəsinin tələbinə görə Hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir. Attestasiya zaman hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir. Hərbi qulluqçuların attestasiyası üzrə bütün işlər onların xidmətdə və davranışda şəxsi nümıməviliyini təmin etməyə, onlarda tapşırılmış iş üçün yüksək məsuliyyət hissi tərbiyə etməyə, şəxsi heyətin döyiiş hazırlığı, qoşunların döyüş və səfərbərlik hazırlığı, hərbi intizamın möhkəmləndirilməsi vəzifələrinin həlli üzrə onların təşkilatçılıq bacarığının inkişafına yönəldilməlidir. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: N nömrəli hərbi hissə komandirinin ## ### 2025-ci il tarixli *-**-***/*-****/** nömrəli məktubuna cavab olaraq məruzə edirəm ki. N nömrəli hərbi hissədə xidmət etmiş sabiq hərbi qıı111ııqçıı R İddiaçı 2-ci məharət dərəcəsinin alınması ilə bağlı müvafiq rəsmi əmr və ya göstəriş olmamışdır. Lakin N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə cəzalandırılaraq hərbi rütbəsi bir pillə aşağı endirilmişdir. Həmin ildə 2~ci məhərət dərəcəsinin təsdiqi üçün adı təkrar imtahan vermək üçün təqdim olunmamış və buna görə 2-ci məharət dərəcəsindən məhrum olmuşdur. N nömrəli hərbi hissə komandirinin ##.##.2021 -ci il tarixli *** saylı əmrin sürətini sizin ünvana göndərə bilməməyimizin səbəbi ##.##.2025-ci il 040 daxil olma sənədi ilə akt tutularaq 2021-ci ilin arxiv sənədləri məhv olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki. iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrinə əsasən cəzalandırılaraq hərbi rütbəsi bir pillə aşağı endirildiyindən, həmin ildə ikinci məharət dərəcəsinin təsdiqi üçün adı təkrar imtahan verməsi üçün təqdim edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 33.3. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, R, R, R hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər. Maddə 33.4. Ali zabitlərin hərbi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən, digər hərbi qulluqçuların, habelə hərbi vəzifəlilərin və istefada olan şəxslərin hərbi rütbələri isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Azərbaycan Respublikası Silahlı X4”ndə müəyyən edilən qaydada bir pillə aşağı salınır və bərpa olunur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 86-cı maddəsinin tələbinə görə hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir. Attestasiya zaman hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir. Hərbi qulluqçuların attestasiyası üzrə bütün işlər onların xidmətdə və davranışda şəxsi nümunəviliyini təmin etməyə, onlarda tapşırılmış iş üçün yüksək məsuliyyət hissi tərbiyə etməyə, şəxsi heyətin döyüş hazırlığı, qoşunların döyüş və səfərbərlik hazırlığı, hərbi intizamın möhkəmləndirilməsi vəzifələrinin həlli üzrə onların təşkilatçılıq bacarığının inkişafına yönəldilməlidir. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli ** nömrəli Qərarı:
1. Hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: 2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 15 faiz miqdarında; 1-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 25 faiz miqdarında; usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 35 faiz; 2-ci məharət (ixtisas) dərəcəsi olan Rlərə, Rlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara və sıravi heyətə – 10 faiz miqdarında; 1-ci məharət (ixtisas) dərəcəsi olan Rlərə, Rlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara və sıravi heyətə – 15 faiz miqdarında; usta məharət (ali ixtisas) dərəcəsi olan Rlərə, Rlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara və sıravi heyətə – 25 faiz miqdarında; 2-ci məharət (ixtisas) dərəcəsi olan müddətli xidmət edən hərbi qulluqçulara – 5 faiz miqdarında; 1-ci məharət (ixtisas) dərəcəsi olan müddətli xidmət edən hərbi qulluqçulara – 10 faiz miqdarında; usta məharət (ali ixtisas) dərəcəsi olan müddətli xidmət edən hərbi qulluqçulara – 15 faiz miqdarında.
2. Azərbaycan Respublikası Müdafiə, Ədliyyə, Fövqəladə Hallar və Daxili Işlər Nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X5 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq etsinlər.
Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2016-cı il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin:
1-ci bəndinə görə bu Əsasnamə hərbi qulluqçulara məharət (tibbi hərbi uçot ixtisaslı hərbi qulluqçulara-ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. 2-ci bəndinə görə şəxsi heyətin yüksək təlim və tərbiyəsi, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start) idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, R (R) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aşağıdakı məharət dərəcələri verilir: 3-cü məharət dərəcəsi, 2-ci məharət dərəcəsi, 1-ci məharət dərəcəsi, usta məharət dərəcəsi (hərbi təyyarəçilərə, hərbi şturmanlara, hərbi təyyarəçi-təlimatçılara və hərbi şturmantəlimatçılara “snayper” dərəcəsi).
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 86-cı maddəsinə əsasən hərbi qulluqçuların attestasiyası onların xidməti fəaliyyətinin, peşə hazırlığının və tutduğu vəzifəyə uyğunluğunun qiymətləndirilməsi məqsədilə keçirilir. Müvafiq məharət dərəcələrinin verilməsi və təsdiqi də hərbi qulluqçunun xidməti göstəricilərindən, intizam vəziyyətindən və müəyyən edilmiş prosedurların yerinə yetirilməsindən asılıdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının ikinci məharət dərəcəsinin alınması ilə bağlı hər hansı əmr və ya göstəriş mövcud olmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə intizam qaydasında cəzalandırılmış, hərbi rütbəsi bir pillə aşağı endirilmiş və məhz bu səbəbdən həmin il ikinci məharət dərəcəsinin təsdiqi üçün təkrar imtahana təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının növbəti il üçün məharət dərəcəsi alınması məqsədi oıə keçirilən imtahanlara cəlb etməməsini onun rütbəsinin bir pillə aşağı salınması ilə əsaslandırmışdır. Bununla bağlı verilmiş müvafiq əmr qüvvədədir və hazıradək mübahisələndirilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya verilmiş məharət dərəcəsi onun tutduğu vəzifə və ixtisas üzrə peşə hazırlığı səviyyəsinə əsasən müəyyən edilmişdir. Sonradan iddiaçı barəsində intizam tədbiri tətbiq olunaraq hərbi rütbəsi aşağı salınmışdır. Rütbənin aşağı salınması öz mahiyyətinə görə hərbi quluqçunun xidməti fəaliyyətində nöqsanların mövcudluğunu və onun əvvəlki səviyyədə peşə hazırlığına malik olmadığını təsdiq edir. Kollegiya hesab edir ki, məharət dərəcəsinin ayrlca əmrlə ləğv edilməməsi onun qüvvədə qalması üçün əsas hesab edilə bilməz. Rütbənin aşağı salınması ilə yaranmış hüquqi vəziyyət məharət dərəcəsinin də faktiki olaraq qüvvədən düşməsinə səbəb olmuşdur. Bu hal formal prosedur pozuntusu kimi qiymətləndirilsə belə, işin mahiyyətinə təsir etmir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmur. Kollegiya qeyd edir ki, göstərilən hallar cavabdeh inzibati orqanın imtinasının qanunvericliyin tələblərinə uyğun olaraq qəbul edildiyini təsdiq edir. Iddiaçı tərəfindən ona ikinci məharət dərəcəsinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğunu, habelə həmin hüququn əsassız olaraq məhdudlaşdırıldığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı bu vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi və bunun nəticəsində ikinci məharət dərəcəsinin təsdiqi proseduruna buraxılmamasının hüquqi əsaslarının mövcud olduğu təsdiq edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir
Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.