Məhkəmə qərarları › İş №2-1(3-8)-1343/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1343/2026

22.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1343/2026 22.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (prosessual hüquqi varisi Hüquqi varis) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının prosessual hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı (prosessual hüquqi varisi Hüquqi varis) cavabdeh cavabdeh1 qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh inzibati orqanın ##.##.2025-ci il tarixli məktubunun məzmunundan görünür ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinə dair müraciəti üzrə təqdim edilmiş qərarın arxiv arayışının hazırki ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir, bundan başqa müraciət üzrə təqdim edilmiş yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq və tərtib edilmədiyi (döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi) aşkar edilmişdir, həmin torpaq sahəsinin ************ reyestr nömrəli sənəd üzrə orpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir, yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizənin icrasından imtina edilmişdir. Abşeron rayonu X3 ## ###### 2005-i il tarixli 04 №li sərəncamından çıxarış məlumatından görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə görədil bələdiyyə torpaqlarından İddiaçı 0,10 ha torpaq sahəsi satılması və vətəndaşa ev tikməyə icazə verilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,10 ha, faktiki ölçüsü 0,0975 ha təşkil edi, yol ilə sərhəddir, tikili yoxdur,üç tərəfində daş hasar var, digər tərəflərdə nişanları şərtidi, faktiki koordinatlar əlavə edildi. Abşeron Rayon Dövlət Arxiv İdarəsinin ##.##.2025-ci il tarixli məktubunun məzmunundan görünür ki, arxiv fondunda mövcud olan Abşeron rayonu Görədil bələdiyyəsinin İddiaçı adına olan ** saylı ##.##.2005-ci il tarixli qərarının təsdiq edilmiş surəti və ödəniş qəbzinin surəti göndərilmişdir. Cavabdeh inzibati orqanın ## #### 2026-cı il tarixli məktubunun məzmunundan görünür ki, elektron baza məlumatlarına əsasən hal-hazırda sözüedən torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır, ortofoto görüntüsü əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Göradil Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı sərəncamı ilə İddiaçı Abşeron rayonu, Göradil kəndi ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın və plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Göradil bələdiyyəsinin ##.##.2005ci il tarixli, * saylı sərəncamı ilə iddiaçıya ayrılmış 0,0975 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alənaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Göradil Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı sərəncamı ilə iddiaçı İddiaçı Abşeron rayonu, Göradil kəndi ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair alqı-satqı aktı, yer quruluşu planından çıxarış tərtib olunmuş, torpağın rüsumu da ödənilmiş, torpağa dair cavabdeh qurum tərəfindən rəy verilmişdir. O zamandan da həmin torpaq sahəsi iddiaçı İddiaçıHəsənbala oğlunun istifadəsindədir. Daha sonra iddiaçı İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsinə həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciət etmişdir. Lakin müraciət cavabdeh orqan tərəfindən təmin edilməmişdir. Cavab məktubunda əsas olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair təqdim edilmiş qərarın arxiv arayışı hazırkı müraciətə əlavə olunmamış, guya təqdim edilmiş yerquluşu planından çıxarış qanunamüvafiq qaydada təsdiq və tərtib edilməmiş, torpaq sahəsinin ************ reyestr nömrəli sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı müraciətinə cavabdeh orqan tərəfindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Belə ki, qonşuluqda yerləşən qonşularının torpaq sahələrinə dair cavabdeh orqan tərəfindən çıxarış da verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən torpaq sahəsi DƏDRX-də qeydiyyata alınmalı və iddiaçı İddiaçı adına reyestrdən çıxarış və plan və ölçü sənədi verilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı müvafiq qərarın arxiv arayışının müraciətə əlavə olunmadığı, torpaq sahəsinin ************ reyestr nömrəli sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü, Göradil bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada tərtib (döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi) və təsdiq edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Göradil bələdiyyəsinin ##.##.2005-ci il tarixli, * saylı sərəncamı ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin 0,0975 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin inzibati orqanın öhdəliyidir. Həmin çıxarışda torpaq sahəsinin yerləşdiyi yer, ölçüləri və koordinatları qeyd edilmişdir. Qeyd olunan hal özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən bələdiyyə sərəncamının arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Digər imtina əsası kimi torpaq sahəsinin ************ reyestr nömrəli sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin deyil, başqa torpaq sahəsinin müayinə edildiyini bildirmişdir. Məhkəmə tərəfindən cavabdehə müvafiq sorğu ünvanlanaraq iddiaçı tərəfin iştirakı ilə torpaq sahəsinə yenidən baxış keçirilərək müayinə aktının məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,10 ha, faktiki 0,0975 ha ölçüdədir. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsi ətrafında daş hasarı var, digər tərəflərdə sərhəd nişanları şərtidir. Tikili yoxdur. Torpaq sahəsinin faktiki koordinatları əlavə olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, elektron baza məlumatlarına əsasən hal-hazırda sözügedən torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkar edilməmişdir. Göründüyü kimi sözügedən imtina əsası hazırkı vaxtda aradan qalxmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının prosessual hüquqi varisinin vəkili və nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi verilmiş, ərizə onunla əsaslandırılmışdır ki, Apellyasiya şikayətində müvafiq arxiv araşdırmasının aparılmadığı və arxiv arayışının iş materiallarına əlavə edilmədiyi bildirilir. Bu iddia həqiqətə uyğun deyil. Mübahisəli torpaq sahəsinə dair arxiv araşdırması aparılmış, arxiv arayışı alınmış və müvafiq sənəd iş materiallarına təqdim edilmişdir. Bundan başqa, mübahisəli torpaq sahəsinə dair arxiv məlumatları ilə yanaşı, torpaq sahəsinin hüquqi əsasını təsdiq edən digər sənədlər də mövcuddur. Belə olan halda iş materiallarında mövcud olan rəsmi sənədi nəzərə almadan “arxiv araşdırması aparılmayıb” kimi iddianın irəli sürülməsi əsassızdır. Mübahisəli torpaq sahəsinə dair: torpaq sahəsinin ayrılması barədə qərar; alqı-satqı aktı; ödəniş qəbzi; yerquruluşu planından çıxarış; arxiv arayışı; arxiv araşdırmasının nəticələri; digər aidiyyəti sənədlərmövcuddur. Deməli, söhbət hüquqi əsası olmayan və ya sənədlərlə təsdiqlənməyən torpaq sahəsindən getmir. Torpaq sahəsinin hüquqi əsasını təsdiq edən sənədlərin mövcudluğu iş materialları ilə təsdiqləndiyi halda, apellyasiya şikayətində həmin sənədlərin faktiki əhəmiyyətinin aradan qaldırılmasına yönəlmiş ümumi və əsassız mülahizələrə istinad edilməsi qəbul edilə bilməz. Həmin sənədlərin etibarsızlığına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı da təqdim edilməmişdir. Apellyasiya şikayətində Görədil bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun tərtib edilmədiyi barədə iddia irəli sürülür. Lakin bu iddianın konkret hansı sənədə, hansı texniki ekspertizaya və ya hansı digər mötəbər sübuta əsaslandığı göstərilmir. Sadəcə rəsmi sənədin “düzgün tərtib edilmədiyini” bildirmək həmin sənədin hüquqi əhəmiyyətini aradan qaldırmır. Əgər qarşı tərəf həmin sənədin saxta, etibarsız və ya texniki baxımdan düzgün tərtib edilmədiyini iddia edirsə, bunu təsdiq edən konkret və mötəbər sübut təqdim etməlidir. Belə sübut təqdim edilmədən həmin sənədin hüquqi qüvvəsinin şübhə altına alınması əsassızdır. ş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinin müəyyən edilməsi ilə bağlı müxtəlif vaxtlarda müxtəlif məlumatlar təqdim edilmişdir. Xüsusilə diqqətə çatdırıram ki, müvafiq dövlət orqanının mütəxəssisi tərəfindən aparılmış baxış zamanı başqa torpaq sahəsinin, o cümlədən üzərində ev olan torpaq sahəsinin müayinə edilməsi barədə məlumat verilmişdir. Halbuki mübahisəli torpaq sahəsinin üzərində ev yoxdur. Bu halda üzərində ev olan başqa torpaq sahəsinə keçirilmiş baxışın nəticəsinin üzərində ev olmayan mübahisəli torpaq sahəsinə aid edilməsi yolverilməzdir. Əgər baxış zamanı başqa torpaq sahəsi müəyyən edilərək müayinə olunubsa, həmin baxışın nəticələrinin mübahisəli torpaq sahəsinə aid edilməsinin heç bir faktiki və hüquqi əsası ola bilməz. Bu məsələ apellyasiya instansiyası tərəfindən xüsusilə araşdırılmalıdır. Bu iş üzrə ən mühüm məsələlərdən biri də eyni dövlət orqanının müxtəlif tarixlərdə təqdim etdiyi məlumatların bir-biri ilə açıq şəkildə ziddiyyət təşkil etməsidir. Belə ki, ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubda mübahisəli 0,10 ha torpaq sahəsinin ************ reyestr nömrəli torpaq sahəsi ilə tam olaraq üst-üstə düşdüyü bildirilmişdir. Lakin həmin dövlət orqanının ## #### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubunda elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi halının aşkar edilmədiyi göstərilmişdir. Beləliklə, eyni dövlət orqanı tərəfindən: birinci halda – torpaqların üst-üstə düşdüyü, sonrakı halda isə – üst-üstə düşmənin aşkar edilmədiyi bildirilmişdir. Bu iki rəsmi məlumatın bir-biri ilə necə uyğunlaşdırıldığı apellyasiya şikayətində ümumiyyətlə izah edilmir. Əksinə, qarşı tərəf öz mövqeyinə sərf edən məlumatı seçərək digər rəsmi sənəddə göstərilən məlumatı nəzərə almamağa çalışır. Məsələ bununla da bitmir. İş üzrə sənədlərdən görünür ki, bir halda mübahisəli torpaq sahəsi ilə üstüstə düşdüyü bildirilən torpaq sahəsi sonradan qonşu torpaq sahəsi kimi təqdim edilmişdir. Bu isə əvvəlki məlumatla açıq ziddiyyət təşkil edir. Əgər həmin torpaq sahəsi mübahisəli torpaq sahəsi ilə üstüstə düşürsə, onun hansı əsasla “qonşu torpaq sahəsi” kimi təqdim edilməsi izah olunmalıdır. Əgər həmin torpaq sahəsi qonşu torpaq sahəsidirsə, onda onun mübahisəli torpaq sahəsi ilə “tam olaraq üst-üstə düşməsi” barədə ##.##.2025-ci il tarixli məlumatın hansı əsasla verildiyi müəyyən edilməlidir. Bu ziddiyyət sadəcə texniki məsələ kimi qiymətləndirilə bilməz. Çünki söhbət məhz mübahisəli torpaq sahəsinin identifikasiyasından gedir. ##.##.2025-ci il tarixli məktubda ************ reyestr nömrəli torpaq sahəsi ilə tam üst-üstə düşmə barədə məlumat verilmişdir. Lakin sonrakı sənədlərdə həmin məsələ ilə bağlı fərqli məlumatlar təqdim olunmuşdur. Bu vəziyyətdə məhkəmə yalnız bir məktubu əsas götürməməli, həmin məlumatın: hansı kadastr məlumatlarına; hansı koordinatlara; hansı yerquruluşu planına; hansı reyestr məlumatlarına; hansı faktiki baxışa əsaslandığını müəyyən etməlidir. Əks halda eyni dövlət orqanının özünün verdiyi ziddiyyətli məlumatlardan birinin seçilərək digərinin nəzərə alınmaması obyektiv araşdırma sayıla bilməz. ##.##.2026-cı il tarixli rəsmi məktubda elektron baza məlumatlarına əsasən torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi halının aşkar edilmədiyi açıq şəkildə göstərilmişdir. Bu sənəd iş üçün mühüm əhəmiyyət daşıyır. Çünki apellyasiya şikayətində torpaq sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi məsələsi əsaslandırma kimi təqdim edilirsə, sonrakı tarixli rəsmi məktubda bunun əksinin göstərilməsi mütləq nəzərə alınmalıdır. Apellyasiya şikayətində bu sonrakı rəsmi məlumatın hansı səbəbdən nəzərə alınmadığı və ya niyə təkzib edildiyi əsaslandırılmamışdır. ##.##.2026-cı il tarixli rəsmi məktubda həmin idarə tərəfindən mübahisəli torpaq sahəsində aparılmış yerində baxışın müayinə aktının məhkəməyə təqdim edildiyi göstərilmişdir. Bu sənəd də apellyasiya şikayətindəki “araşdırma aparılmayıb” xarakterli iddiaların əsassız olduğunu göstərir. Əgər yerində baxış aparılmış, müayinə aktı hazırlanmış və məhkəməyə təqdim edilmişdirsə, artıq “ümumiyyətlə araşdırma aparılmayıb” kimi təqdimat faktiki vəziyyətə uyğun gəlmir. Mübahisə araşdırmanın ümumiyyətlə aparılıb-aparılmaması deyil, araşdırma zamanı məhz hansı torpaq sahəsinin müayinə edilməsi və əldə edilmiş məlumatların bir-biri ilə nə dərəcədə uyğun olmasıdır. Hazırkı iş üzrə ziddiyyətlər vətəndaş tərəfindən deyil, aidiyyəti dövlət orqanının müxtəlif tarixlərdə verdiyi sənədlərdən irəli gəlir. Bir sənəddə torpaqların tam üst-üstə düşdüyü, digər sənəddə üst-üstə düşmənin aşkar edilmədiyi bildirilir. Bir halda həmin torpaq sahəsi başqa torpaq sahəsi kimi təqdim edilir, digər halda isə qonşu torpaq sahəsi kimi göstərilir. Belə ziddiyyətlərin mövcudluğu şəraitində vətəndaşın əlində olan ilkin hüquqmüəyyənedici sənədlər kənara qoyularaq dövlət orqanının ziddiyyətli məlumatlarından birinin onun əleyhinə istifadə edilməsi düzgün deyil. Əksinə, həmin ziddiyyətin səbəbi aidiyyəti dövlət orqanından aydınlaşdırılmalıdır. Apellyasiya şikayətində iş materiallarında mövcud olan sənədlər bütöv şəkildə qiymətləndirilməmişdir. Şikayətçi öz mövqeyini əsaslandırmaq üçün bəzi yazışmalara istinad edir, lakin həmin yazışmaların sonrakı tarixli və ziddiyyətli məzmununu nəzərə almır. Halbuki sübutlar ayrıayrılıqda deyil, qarşılıqlı əlaqədə və iş üzrə bütün materiallarla birlikdə qiymətləndirilməlidir. Bu baxımdan: arxiv sənədləri; torpaq qərarı; alqı-satqı aktı; ödəniş qəbzi; yerquruluşu planı; yerində baxış aktı; ##.##.2025-ci il tarixli məktub; ##.##.2026-cı il tarixli məktub; ##.##.2026-cı il tarixli məktub birlikdə qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçının vərəsəsinin vəkili və nümayəndəsi prosessual hüquqi varisin işə cəlb edilməsi barədə ərizə təqdim edərək, iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə vəfat etdiyindən, onun vərəsəsi qismində çıxış edən oğlu Hüquqi varis iddiaçının prosessual hüquqi varisi qimsində cəlb edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının qərardadı (ayrıca akt şəklində olmayan) ilə Hüquqi varis Ağabal oğlu iş üzrə iddiaçının prosessual hüquqi varisi qismində işə cəlb edilmişdir. İddiaçının prosessual hüquqi varisinin nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, X2 ##.##.2026-cı il tarixdə vəfat etdiyindən, vəfat etmiş X2 adına 0,0975 ha torpaq sahəsin dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının prosessual hüquqi varisinin vəkili və nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etirazın dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə tələbinin nəzərə alınaraq, birinci intansiya məhkəməsinin qərarının həmin hissədə dəyişdirilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;.... Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının prosessual hüquqi varisinin hüquqi marağı müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına ayrılmış 0,0975 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinə dair arxiv arayışın təqdim edilməməsi, yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilməməsi, torpaq sahəsinin sənəd üzrə başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, müvafiq bələdiyyə qərarı əsasında iddiaçıya 0,10 ha torpaq sahəsinin satılması qərar alınmış, alqı-satqı aktı tərtib edilmiş, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz mövcud olmuşdur, həmin sənədlərin əsilləri, habelə bələdiyyə qərarının və ödəniş qəbzinin arxiv nüsxəsi mövcud olmuşdur. Həmçinin, müvafiq bələdiyyə tərəfindən həmin torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib edilərək, təsdiq olunmuş, nişangahlar qoyularaq iddiaçıya təhvil verilməsi barədə akt tərtib edilərək, təsdiq edilmişdir. DTXK tərəfindən sözügedən torpaq sahəsinin qeyd edilən şərtlərlə (müvafiq mühafizə zonasında yerləşmədiyi müəyyən edildikdən sonra) satılmasının məqsədəmüvafiq olması barədə rəy tərtib edilmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, həmin torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,10 ha, faktiki ölçüsü 0,0975 ha təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən verilmiş məlumatın məzmununda sözügedən torpaq sahəsinin başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üs-üstə düşmə halı mövcud olmamış, daha öncə üst-üstə düşmə halının mövcudluğuna dair məluatın yanlışlıq olaraq verildiyi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.2026-cı il tarixdə vəfat etmiş, onun adına vərəsəlik işi açılmış, Hüquqi varis Ağabal oğlu onun vərəsəsi qimsində çıxış etmişdir. Kollegiya sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı hissədə onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən mərhum şəxsə torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Həmçinin, qeyd edilməlidir ki, müvafiq torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, dəyişdirilməsi və ya geri çağırılması halı müəyyən edilməmişdir.Bu baxımından kollegiya hesab edir ki, mərhum şəxsin sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Kollegiya mülkiyyət hüququnun qeydiyyatından alınmasından imtina olunması əsasları ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsi mövcud olmuşdur. Cavabdeh inzibati orqan isə inzibati icraat çərçivəsində öz səlahiyyətləri daxilində bu halı araşdırmaq, həmin sənədləri əldə etmək imkanı olduğu halda, formal yanaşma tətbiq edərək, imtina əsası kimi əsassız olaraq həmin arqumentə istinad etmişdir.Bu baxımından kollegiya hesab edir ki, cavabdeh həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki,”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar)......” qeyd edilmişdir. Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İndiki halda müvafiq bələdiyyə qərarı qüvvədə olmaqla, torpaq sahəsinin dəyərinin iddiaçı tərəfindən ödənilməsi halı öz təsdiqini tapır. Torpaq sahəsi ayrıldığı vaxtdan indiyədək iddiaçının faktiki istifadəsindədir. Torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi və təsdiq edilməsi halı məhz müvafiq qurumun səlahiyyətlərinə aid olmuşdur. Qeyd edilən hal iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Başqa sözlə desək, qeyd edilən hal iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu hal isə özlüyündə inzibati icraat haqqında qanunvericiliyin tələblərinə, məqsədinə və prinspilərinə (mütənasiblik) ziddir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin imtina və şikayətin dəlilləri həmin hissədə də əsassız olmuşdur. Kollegiya cavabdehin digər imtina əsası ilə bağlı qeyd edir ki, cavabdeh imtina əsası kimi torpaq sahəsinin başqa şəxslərə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmə halına istinad etsə də, məhkəmə icraatı zamanı həmin halın texniki səhv qeyd edildiyini, üst-üstə düşmə halının olmadığını bildirmişdir. Bu baxımından kollegiya hesab edir ki, həmin hissədə imtina əsası aradan qalxdığından, bu hal iddianın əsaslılığını təkzib edən hal kimi çıxış etməmiş, əlavə araşdırma predmeti olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən və cavabdehin şikayətinin dəlilləri təkzib edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, indiki halda iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı vəfat etdiyindən (bu barədə məhkəməyə məlumat verilməmişdir), onun prosessual hüquqi varisi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərzə təqdim edərək, torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin əsaslılığı müəyyən edildiyindən, həmin ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı məhz “mülkiyyət hüququnun qeydə alınması” hissəsində “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” qismində dəyişdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. Abşeron rayonu Göradil bələdiyyəsinin ##.##.2005-ci il tarixli, * saylı sərəncamı ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin 0,0975 ha hissəsi üzərində mülkiyyət hüquqlarının mərhum şəxs İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar