Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1353/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər X2 ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qaraj üzərində hüququn qeydə alınması və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Işin halları Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri,5-ci mikrorayon ərazisində iddiaçının faktiki istifadəsində və sahibliyində olan ümumi sahəsi 20,7 kv.m. olan qeyri-yaşayış binasının (qaraj) iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, Sumqayıt şəhəri,2-ci mikrorayon ərazisində iddiaçının faktiki istifadəsində və sahibliyində olan ümumi sahəsi 20,7 kv.m. hündürlüyü 4,15 m olan qeyri-yaşayış binasının (qaraj) iddiaçının hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Qəşəm Məmmədli). Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək, öz izahatında apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. Inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. .... Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ..... Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ..... Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ..... Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ərizənin dəlillərini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, hesab edir ki, məhkəmə qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya şikayətin mümkülüyü məsələsi ilə bağlı qeyd edir ki, hazırki iş üzrə ##.##.2026-cı il tarixdə yekun məhkəmə aktı qəbul edilmiş, ##.##.2026-cı il tarixdə məhkəmə aktı elektron kabinet vasitəsilə tərəflərə göndərilmişdir. Həmçinin, elektron məhkəmə informasiya sistemində əks olunmuş məlumatdan görünür ki, iddiaçıya məxsus şəxsi elektron kabinet ##.##.2025-ci il tarixdən mövcud olmuş, məhkəmə qərardadı elektron kabinetə yerləşdirilməklə, ona çatdırılması təmin edilmişdir. Göründüyü kimi iddiaçı ##.##.2026-cı il tarixdən elektron kabinet vasitəsilə müvafiq məhkəmə qərarı barədə məlumatlı olması halı işin mübahisəsiz halıdır. Iddiaçı tərəfindən isə iş üzrə qəbul edilmiş məhkəmə aktından verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Nəticə etibarilə iddiaçının müvafiq məhkəmə qərarını elektron kabinet vasitəsilə təhvil aldığı vaxtdan, qanunla müəyyən edilmiş qaydada 30 gün müddətində (##.##.2026-cı il tarixədək) şikayət verməli olduğu halda, apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim edildiyindən, məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçıya qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən ötürüldüyü halda, bu hala dair sübutlar təqdim etməklə, ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsi təklif edilsə də, iddiaçın tərəfindən həmin hala dair heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinə əsas olan hal kimi elektron kabineti əvvəllər mövcud olsa da, iddiaçının elektron məhkəmə sistemindən anlayışı olmadığı üçün məhkəmənin qərarının sistemə yüklənməsindən xəbəri olmaması, ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, həmin tarixdə təhvil alması və qərar barədə ##.##.2026-cı il tarixdə məlumatlı olması halına istinad etmişdir. Kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı qeyd edir ki,inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda sənədlərin, o cümlədən şikayətlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin çatdırılması məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir, bu qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə aktından şikayət verilmə müddətinin axımı məhz məhkəmə aktının rəsmi qaydada çatdırıldığı andan (elektron kabinetə yerləşdiyi andan) andan hesablanır. Kollegiya hesab edir ki, indiki halda iddiaçının adına aktiv elektron kabinet mövcud olduğundan, məhkəmə aktı ona məxsus elektron kabinetə yerləşdirildiyindən, məhkəmə aktının eyni zamanda poçt vasitəsilə göndərilməsi zərurəti və qanuni əsası mövcud olmamışdır. Nəticə etibarilə hazırki iş üzrə prosessual qanunvericiliyin tələbinə əsasən qanunla müəyyən edilmiş prosessual müddətin axımı məhz məhkəmə aktının iddiaçıya məxsus elektron kabinetə yerləşdirildiyi tarixdən (##.##.2026-ci il tarixdən) hesablanır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının “müddətin axımının məhkəmə aktının qəbzə imza etməklə təhvil aldığı vaxtdan hesablanması” hissəsində istinad etdiyi arqumenti əsassız olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, konstitusion normanın tələbinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmənin əsasını təşkil etmir (bu hal qanunauyğun davranmamanın əsasını təşkil edə bilməz, qanunvericilikdə buna dair hər hansı xüsusi istisna norma müəyyən edilməmişdir). Başqa sözlə desək, şəxsin qanunauyğun davranmamasının nəticələrinə görə özü məsuliyyət daşıyır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının “elektron məhkəmə sistemi barədə anlayışının olmaması” hissəsində istinad etdiyi arqumenti də əsassız olmuşdur. Nəticə etibarilə məhkəmə araşdırması zamanı iddiaçının onun iradəsinin ziddinə olaraq qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanını məhdudlaşdıran halın mövcudluğunu müəyyən etmək mümkün olmamışdır.Bu hal isə hazırki iş üzrə şikayətin verilməsi üçün qanunla müəyyən edilən müddətin ötürülməsi halının heç bir üzrlü hallara əsaslanmadığını deməyə əsas verir. Həmçinin, qeyd edilməlidir ki, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda iş üzrə məhkəmə aktından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülməsi halı müəyyən edilmədiyindən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, hazırki iş üzrə məhkəmə qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən, qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 22, 24 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1353/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1353/2026
15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver