Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-142/2026 18.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı qanuni nümayəndəsi Mahmudova Səadət Fikrət qızının iştirakı ilə, İddiaçı (qanuni nümayəndəsi Mahmudova Səadət Fikrət qızı tərəfindən imzalanmaqla) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın 20 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilərək iddiaçıya İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2- 1(118)-1022/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı xx xxxxxxxx 2005-ci il təvəllüdlüdür. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2024-cü il tarixli qəyyum təyin etmə barədə sərəncamından görünür ki, Mahmudova Səadət Fikrət qızı İddiaçı qəyyumu təyin edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya 20 oktyabr 2023cü il tarixindən “ümumi xəstəlik” (Psixi və davranış pozuntuları. Əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu və s. diaqnozları ilə) müddətsiz olaraq orqanizm funksiyalarının 60 faiz pozulmasına görə əlillik dərəcəsi təyin edilmişdir İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi və iddiaçıya 2-ci dərəcəli əlilliyin verilməsi, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixinədək əlil hesab edilərək əlilliyə görə pensiyanın təyin edilməsi və xəstəyə baxdığına görə ARsı Prezidentinin təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının qanuni nümayəndəsi Mahmudova Səadət Fikrət qızı Sumqayıt İnzibati Məhkəməsinə iddia tələbinə daha bir dəqiqləşmə barədə ərizə təqdim edərək, “cavabdeh orqanın 20 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilərək iddiaçıya İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 2005-ci ildə anadan olmuşdur. Uşaqlıqdan “sağlamlıq imkanlarının məhdudluğu 3.17. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatlarının və digər sistem və ya orqanların nəzərə çarpan pozuntuları ilə və ya davranışın pataloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm (F70- F79, F80-E80.9, F84-F84.9, F98.4-F98.9) xəstəliyinin daşıyıcısıdır. Qeyd edilən xəstəlik səbəbindən uşaqlıqdan sağlamlıq imkanı məhdud hesab edilmişdir. xx.xx.2021-ci ildə “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik. İQ 35- 49-dur. Əqli inkişaf 6-9 yaşa uyğundur” diaqnozu ilə iddiaçının sağlamlıq imkanı məhdud hesab edilmişdir. Sumqayıt şəhər Psixatriya Xəstəxanası tərəfindən ona əlillik təyini üçün 88 saylı Formalı B00135198YAY saylı ona müddətsiz üçüncü dərəcəli əlillik təyin etmişdir. Əlilliyin təyini üçün diaqnoz: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., orta dərəcəli əqli gerilik (İQ-37). qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları F80.0 Nitq artikulyasının spesifik pozuntusu” olmuşdur. TSEK-in qərarına görə iddiaçıda “əmək fəaliyyətsiz hesab edilərək, orqanizmin funksiyasının 60% pozulması” müəyyən edilmişdir. Hesab edir ki, cavabdeh üçüncü dərəcədə əlillik təyin edilərkən iddiaçının səhhətini düzgün qiymətlənməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “2-ci dərəcə əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə bldiririkki, Əqli gerilik zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: anadangəlmə və ya erkən neyronal inkişafla əlaqəli olub əqli geriliyə səbəb olan (genetik xəstəliklər, hamiləlik və doğuş zamanı patologiyalar, infeksiyalar, intoksikasiyalar, prenatal və ya postnatal dövrdə beynin digər zədələnmələri, həmçinin digər səbəblər); İQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi; əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn, hiperaktivlik, impulsivlik, aqressiya). İş üzrə iddiaçı əyani müayinədə olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2-1(118)-1022/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar dəyişdirilərək, İddiaçı orqanizm funksiyalarının 61-80 faiz pozulması ilə əlaqədar olaraq əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazını belə təhrif edərək, guya etirazımız şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin“ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 60% (altmış faiz) pozulması” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 60% (altmış faiz) pozulması” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin dərəcəsinin dəyişdirilməsinə (faiz göstəricisinin artırılmasına) nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxxxxxxx 2005-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 20 oktyabr 2023-cü il tarixindən “ümumi xəstəlik” (Psixi və davranış pozuntuları. Əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu və s. diaqnozları ilə) müddətsiz olaraq orqanizm funksiyalarının 60 faiz pozulmasına görə əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı hal-hazırda cavabdeh orqanın 20 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilərək, ona orqanizm funksiyalarının 61-80 faiz pozulmasına uyğun olaraq əlillik təyin edilməsini xahiş edir. İş materiallarında olan müvafiq tibbi göndərişin (Forma 88) məzmunundan görünür ki, iddiaçıda “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik (İQ-37) və nitq artikulyasiyasının spesifik pozuntusu (F80.0)” diaqnozları qeyd edilmiş, onun daimi nəzarət və yardım ehtiyacı olduğu, sosial adaptasiya imkanlarının məhdudluğu və psixofiziki inkişafının həmyaşıdlarından əhəmiyyətli dərəcədə geri qalması göstərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3665/2024 saylı qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında məhkəməyə daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 1349 saylı, xx.xx.2025-ci il tarixli rəyində (nəticə hissəsində) aşağıdakılar qeyd edilmişdir: İ Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, İddiaçı «ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ (F71.1)», «NİTQ ARTİKULYASİYASİNİN SPESİFİK POZUNTUSU (F80.0)» aşkar olunur. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (əqli zəifliyi ilə əlaqədar olaraq evdə təhsil alması, psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu ilə üçüncü dərəcəli əlil olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında “Orta dərəcəli əqli gerilik. Nitq və davranış pozuntuları ilə” diaqnozu ilə stasionar müalicədə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zamana görə bələdliyinin pozulması, davranışının qeyri-adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. İİ Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2005-ci il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2-ci sual: İddiaçı əyani müayinə edilərkən müəyyən edilmiş xəstəliklər ((Yanaşı xəstəliklər H52.1 – Miopiya , zəif dərəcəli miopiya, Əsas diaqnoz F71.1 — Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., Orta dərəcəli əqli gerilik (İQ-37), qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları F80.0 Nitq artikulyasiyasının spesifik pozuntusu) iddiaçıda hal-hazırda müşahidə edilirmi? 3-cü sual: İddiaçı müayinə zamanı əsas diaqnoz olaraq qeyd edilən Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., Orta dərəcəli əqli gerilik (İQ-37), qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları (XBT F71.1); Nitq artikulyasiyasının spesifik pozuntusu (XBT F80.0) aşkar edilirmi? 1-ci, 2-ci və 3-cü suallara cavab: İddiaçı «Orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F71.1)», «Nitq artikulyasiyasının spesifik pozuntusu F80.0» aşkar olunur. H52.1 – Miopiya , zəif dərəcəli miopiya diaqnozu psixiatriya sahəsinə aid olmadığından sualın bu hissəsi cavablandırılmır. 4-cü sual: Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı İddiaçı müşahidə edilir? 4.1 yüngül dərəcəli əqli gerilik İQ 50-69: davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, psixopatik təzahürlər, nadir epileptiform paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri, 4.2. orta dərəcəli əqli gerilik İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması, 4.3. ağır dərəcəli əqli gerilik İQ 20-34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması, 4.4. dərin əqli gerilik İQ < 20: heç bir ünsiyyət formasını, minimal şəxsi gigiyenanı yerinə yetirə bilməməsi və daimi müşahidə və digər şəxslərin qayğısı olmadan yaşamanın qeyri-mümkünlüyü. Cavab: Qeyd olunan meyarlar bilavasitə əmək ekspertizasına aid olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən cavablandırılmır. 5-ci sual: Yanaşı xəstəlik olaraq qeyd edilən Miopiya , zəif dərəcəli miopiya (XBT kodu H52.1) iddiaçıda müşahidə edilirmi? Cavab: H52.1 – Miopiya , zəif dərəcəli miopiya diaqnozu psixiatriya sahəsinə aid olmadığından sual cavablandırılmır. 6-cı sual: Göndərişə əsasən əsas diaqnoz olaraq qeyd edilən xəstəliklər iddiaçıda mövcud olduğu halda, həmin xəstəliklər iddiaçının orqanizminin funksiyalarının neçə faizinin pozulmasına səbəb olmuşdur? Cavab: Qeyd olunan meyarlar bilavasitə əmək ekspertizasına aid olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən cavablandırılmır. Göründüyü kimi rəydə iddiaçıda «Orta dərəcəli əqli gerilik davranış pozuntular ile (F71.1)», «Nitq artikulyasiyasının spesifik pozuntusu F80.0» aşkar olunduğu müəyyən eilir. Həmçinin verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda B00135198YAY nömrəli Forma 088-də qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Kollegiya yuxarıda qeyd edilənləri nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə yalnız iddiaçının müəyyən bir diaqnoza malik olub-olmaması ilə məhdudlaşmır, əksinə, əsas məsələ həmin diaqnozun iddiaçının orqanizminin funksional imkanlarına, gündəlik həyat fəaliyyətinə, sosial adaptasiyasına və əmək qabiliyyətinə real və davamlı təsir dərəcəsinin müəyyən edilməsi ilə bağlıdır. Bu yanaşma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində təsbit edilmiş əlillik anlayışının mahiyyətindən irəli gəlir və inzibati orqanların sırf formal diaqnostik nəticələrlə kifayətlənməsinin yolverilməz olduğunu göstərir İş materiallarından aydın olur ki, iddiaçı uşaqlıq dövründən etibarən davamlı psixi və intellektual inkişaf pozuntularından əziyyət çəkir, onun əqli inkişaf səviyyəsi 6–9 yaş intervalına uyğun qiymətləndirilir, sosial adaptasiya imkanları məhduddur, davranışı qeyriadekvat və emosional dayanıqsız xarakter daşıyır, yaddaş və intellekt funksiyaları zəif inkişaf etmişdir, öz vəziyyətinə qarşı tənqidi münasibəti formalaşmamışdır və gündəlik həyat fəaliyyətinin bir çox istiqamətlərində kənar şəxslərin köməyinə ehtiyac duyur. Məhkəmə-psixiatrik ekspertizasının rəyində də iddiaçıda “Orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F71.1)” və “Nitq artikulyasiyasının spesifik pozuntusu (F80.0)” diaqnozlarının hazırda mövcud olduğu, xəstəliyin davamlı xarakter daşıdığı və sağalma meylinin müşahidə olunmadığı təsdiq edilmişdir. Bu hallar onun həyat fəaliyyətinin əsas sahələrində, təhsil, əmək qabiliyyəti, sosial ünsiyyət və özünəxidmət imkanlarında əhəmiyyətli və daimi məhdudiyyətlərin mövcudluğunu göstərir. Kollegiya qeyd edir ki, əlilliyin müəyyən edilməsi prosesi normativ hüquqi aktlarla, xüsusilə də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunla, “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə və “Əlilliyin müəyyən olunması meyarları” ilə tənzimlənir. Bu normativ sənədlərin mahiyyətindən aydın olur ki, təkcə diaqnozun olması şəxsin əlilliyinin təyin edilməsinə əsas vermir. Əlillik təyini üçün həmin xəstəliyin nəticəsində orqanizmin funksiyalarında davamlı pozulmaların yaranması, həyat fəaliyyətinin müxtəlif istiqamətlərində, hərəkət, özünəxidmət, əmək fəaliyyəti və sosial ünsiyyət sahələrində məhdudiyyətlərin müşahidə olunması vacib şərtdir. Bu meyarlar insanın funksional imkanlarının itirilməsi faizinə əsaslanaraq müəyyən edilir və normativ sənədlərə görə, orqanizmin funksiyalarının 31 faizdən yuxarı məhdudlaşması əlillik təyin olunması üçün yetərli hesab edilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq qərarında qeyd edilən əsaslandırma formal xarakter daşıyır və həmin qərarın qəbul edilməsində normativ meyarların düzgün tətbiq edilmədiyi görünür. Həmçinin cavabdeh apellyasiya şikayətində ağırlaşmaların olmaması” meyarına istinad etmiş, lakin “ağırlaşma” anlayışının hüquqi və tibbi mənası nəzərə alınmamışdır. “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, ağırlaşma təkcə xəstəliyin kəskinləşməsi kimi yox, insanın həyat fəaliyyətinin hər hansı bir sahəsində funksional məhdudiyyətin dərəcəsi kimi qiymətləndirilir. Belə olan halda, şəxsdə həyat fəaliyyətinin əsas sahələrində davamlı funksional məhdudiyyətlərin dərinləşməsi və sosial adaptasiya qabiliyyətinin daha da zəifləməsi riski əlilliyin daha yüksək faiz diapazonunda qiymətləndirilməsinə əsas verir. Apellyasiya şikayətinin dəlillərində cavabdeh göstərmişdir ki, məhkəmə tibbi bilik tələb edən sahəyə müdaxilə etmiş və orqanın diskresion səlahiyyətinə əsasız təsir göstərmişdir. Lakin məhkəmənin qərarından aydın olur ki, məhkəmə heç bir halda tibbi nəticə çıxarmamış, yalnız təqdim olunmuş tibbi sənədlərin və ekspert rəylərinin hüquqi qiymətləndirilməsini aparmışdır. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə və İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə görə, məhkəmə inzibati aktın qanuniliyini və əsaslılığını yoxlamaqla mübahisənin düzgün həllinə yönəlmiş bütün faktiki halları müstəqil şəkildə araşdırmağa borcludur. Bu baxımdan, məhkəmənin fəaliyyəti inzibati orqanın səlahiyyətlərinə müdaxilə deyil, həmin səlahiyyətlərin qanuna uyğun həyata keçirilib-keçirilməməsinin hüquqi nəzarəti kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın diskresion səlahiyyətinə istinad edərək düzgün olmayan faiz diapazonunda əlillik təyin etməsi mütənasiblik prinsipini pozmuş, nəticədə isə iddiaçının sosial təminat hüququna əsassız müdaxilə etmişdir. İnzibati orqanın diskresiyası məhdudiyyətsiz olmayıb, faktlara, sübutlara və ixtisaslaşmış ekspert rəyinə uyğun həyata keçirilməlidir, əks halda məhkəmənin müdaxiləsi qanuni və zəruri hesab olunur. O da nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin göndərişi əsasında orqanizm funsiyalarının 60% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi barədə müvafiq qərar xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(102)185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlilliyin xx.xx.2023-cü il tarixdən nəzərə alınmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, sübutlara obyektiv və hərtərəfli qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, cavabdeh inzibati orqanın qəbul etdiyi qərarın qanuniliyini əsaslı şəkildə yoxlamışdır. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və həmin qərarın ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar dəyişdirilərək, İddiaçı orqanizm funksiyalarının 61–80 faiz pozulması ilə əlaqədar olaraq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması qərara alınsada, işin faktiki hallarından görünür ki, iddiaçıya artıq həmin tarixdən etibarən orqanizm funksiyalarının 60 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilmişdir və mübahisə əlilliyin ümumiyyətlə təyin olunub-olunmaması ilə bağlı deyil. İddiaçının hüquqi marağı yeni bir əlillik öhdəliyinin müəyyən edilməsində deyil, mövcud əlillik dərəcəsinin düzgün qiymətləndirilməsində, yəni onun orqanizm funksiyalarının pozulma faizinin 61–80 faiz diapazonuna uyğun olaraq müəyyən edilməsindədir. Bu baxımdan mübahisənin predmeti inzibati orqanın yeni öhdəliyinin yaradılması deyil, qəbul edilmiş inzibati aktın dəyişdirilərək əlilliyin daha yüksək faiz dərəcəsində müəyyən edilməsindən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdən etibarən dəyişdirilərək orqanizm funksiyalarının 61–80 faiz pozulması səviyyəsində müəyyən edildiyindən, bu hal yeni öhdəliyin qoyulması kimi deyil, mövcud inzibati aktın faiz göstəricisi üzrə dəyişdirilməsi və iddiaçının orqanizm funksiyalarının 61- 80 faiz pozulması ilə əlaqədar olaraq əlilliyin müəyyən edilməsi kimi başa düşülməlidir. Kollegiya qeyd edilənlərə əsasən (formal olaraq) birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas görmür. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2-1(118)-1022/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.