Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-143/2026 10.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və statusunun verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1964/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: N saylı hərbi hissənin komandiri, tibb xidməti polkovnik-leytenantının təsdiq etdiyi 02 may 2023-cü il tarixli 1299 saylı Aktda qeyd edilmişdir ki, “Biz aşağıda imza edənlər komissiyanın sədri: hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini-tibb hissəsinin rəisi tibb xidməti mayoru X4, komissiyanın üzvləri tibb hissə rəisinin idioloji iş və mənəvi psixoloji təminat üzrə köməkçisi polkovnik-leytenant X6, Səyyar tibb qrupunun mobil hərbi hospitalının rəisi mayor X7, tibbi təhcizat bölməsinin rəisi tibb xidməti mayoru X5 bu aktı tərtib edirik ona görəki 44 günlük Vətən müharibəsi zamanı tibb xidməti mayoru İddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalından N nömrəli hərbi hissənin Naftalan şəhərində yerləşən Səyyar tibb qrupuna ezam olunduğu müddətdə Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralıların döyüş meydanlarından çıxarılmalarında və cərrahi əməliyyatlarında fəal iştirak etmişdir”.N saylı hissənin komandiri, tibb xidməti polkovnik-leytenantının təsdiq etdiyi arayışda qeyd edilmişdir ki, “Verilir, tibb xidməti mayoru İddiaçı ondan ötrü ki, o həqiqətən "Vətən müharibəsi" zaman; Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından N nömrəli hərbi hissəyə ezam olunmuş "Vətən müharibəsində" Tərtər rayonu Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Arayış: "Veteran adı" verilməsi üçün Müdafiə Nazirliyinin Aparatı nəznində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya təqdim etmək üçün verilir.” Müdafiə Nazirliyinin Baş X8 20 avqust 2021-ci il tarixli 201 saylı əmrindən çıxarışa əsasən Tibb xidməti polkovnik-leytenantı İddiaçı, Ümumi cərrahiyyə şöbəsinin Təxirəsalınmaz cərrahiyyə bölməsinin baş ordinatoru , “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyul 2021- ci il tarixli 0928 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə vəzifəsini və işlərini təhvil vermiş hesab edilsin, 2021-ci ilin hesabından qalan növbəti 45 (qırx beş) təqvim günü məzuniyyət verijməklə xx.xx.2021-ci il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə göndərilsin. Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 020 nömrəli əmri ilə “Birinci" məharət dərəcəsi təsdiq edilib. Tibb xidməti polkovnik-leytenantı İddiaçı 2021-ci ilin yanvar-sentyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə ödənilsin. Tibb xidməti polkovnik-leytenantı İddiaçı xəstəliyə görə ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilsin. 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2021-ci il üçün növbəti məzuniyyətdən 45 (qırx beş) gün istifadə edib və məzuniyyət pulu ödənilib. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyul 2021-ci il tarixli 0928 nömrəli əmrindən çıxarış, (d/o 202 ). Silahlı Qüvvələrin Baş X8 N oktyabr 2020-ci il tarixli 252 saylı əmrindən çıxarışa əsasən N oktyabr 2020-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər, ezamiyyətdən 1. Tibb xidməti mayoru İddiaçı, Təxirəsalınmaz cərrahiyyə bölməsinin baş ordinatoru. Əsas: 4962 nömrəli ezamiyyət vəsiqələri. Silahlı Qüvvələrin Baş X8 05 oktyabr 2020-ci il tarixli 233 saylı əmrindən çıxarışa əsasən 05 oktyabr 2020-ci il tarixdən getmiş hesab olunsunlar: Ezamiyyətə N nömrəli hərbi hissədən N (on) təqvim günü müddətinə. Tibb xidməti mayoru İddiaçı, Təxirəsalınmaz cərrahiyyə bölməsinin baş ordinatoru. Əsas: tibb xidməti polkovnik-leytenantı C.Əkbərovun raportu (dax.ol № 1156). N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 304 saylı Əmrindən çıxarışa əsasən yaralıların müayinə və müalicəsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalından ezam olunmuş tibb xidməti mayoru İddiaçı 05 oktyabr 2020-ci il tarixdən N oktyabr 2020-c il tarixədək ezamiyyətdə olmuş hesab olunsun. Əsas: Hərbi qulluqçuların 05 10.2020-ci il tarixli 4962 nömrəli ezamiyyət vəsiqəsi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2020-ci il tarixli 4962 saylı ezamiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissəyə xidməti zərurətlə əlaqədar 10 gün müddətinə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək ezam edilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli, 2/2-12222 nömrəli məktubundan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə iddiaçının sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissənin N oktyabr 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezamiyyətdə olduğu müddətdə N nömrəli hərbi hissə döyüş əməliyyatlarının aparılmadığı Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşmiş, lakin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmuşdur (o cümlədən Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi ərazilərini əhatə etməklə). Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ildə vətən müharibəsi başlayan zaman Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təxirəsalınmaz cərrahiyyə bölməsinin baş ordinatoru vəzifəsində xidmət edirdi. Zərurət yarandığına görə (döyüş tapşırığını yerinə yetirmək üçün) iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N saylı hərbi hissəyə ezam olunmuşdur. xx.xx.2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin Baş Klinik Hospitalından N nömrəli hərbi hissənin Naftalan şəhərində yerləşən Səyyar tibb qrupuna ezam olunduğu müddətdə Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralıların döyüş meydanlarından çıxarılmalarında və cərrahi əməliyyatlarında fəal iştirak etmiş, onlarla hətta yüzlərlə yaralı əsgər və zabitə cərrahi yardım göstərərək həyatda qalmasına əlindən gələni bilik və bacarığını əsirgəməmişdir (buna dair N saylı hərbi hissənin komandiri polkovnikleytenantı Şahin Əliyev tərəfindən təsdiq olunmuş 1299 №-li xx.xx.2023-cü il tarixli aktı və 310 №-li xx.xx.2023-cü il tarixli arayışı verilmişdir). Talış kəndində olmağı təsdiq edən foto şəkillər mövcuddur. Qeyd edilənləri nəzərə alaraq iddiaçıya veteran statusu verilməsi ilə bağlı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinə müraciət etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibi polkovnik-leytenant Elbrus Mehdixanovun xx.xx.2023- cü il tarixli 2/2-12 222 №-li cavab məktubunda qeyd olunur ki, döyüş əməliyyatları aparılan dövrdə (27 sentyabr 2020ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. İddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı təkrar AR Müdafiə Nazirliyinə təkrar müraciət edilmişdir. Lakin bu günə kimi cavab verilməmişdir (ərizə və qəbz əlavə olunur). İddiaçı tək hərbi hissədə deyil, ezam olunduğu müddətdə Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralıların döyüş meydanlarından çıxarılmalarında və cərrahi əməliyyatlarında fəal iştirak etmiş, onlarla hətta yüzlərlə yaralı əsgər və zabitə cərrahi yardım göstərərək həyatda qalmasına əlindən gələni bilik və bacarığını əsirgəməmişdir. Xüsusi ilə qeyd edir ki, 20 il 8 ay Azərbaycan Silahlı Qüvvələrində hərbi cərrah kimi fəaliyyət göstərmişdir. Vətən müharibəsində onunla eyni yerə ezam olunmuş hərbi qulluqçular polkovnik leytenant Elmir Məmmədov və polkovnik Roman Çobanova veteran statusu verildiyi halda ona veteran statusu verilməyib. Cavabdeh orqanın məktubundan (hərəkətlərindən) belə qənaətə gəlmək olur ki, eyni yerdə eyni xidmət aparan şəxslər arasında ayrı seçkilik edirlər. Bu isə qanunla qadağandır. Yuxarıda göstərilənlər “Müharibə Veteranı’’ adının və vəsiqəsinin verilməsi üçün əsasdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qəraradı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtlən haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya digər ərazilərdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat üzrə tapşırıqları icra etməsi nəzərdə tutulur. Digər ərazilərdə əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin vəzifəsinə uyğun olaraq ixtisas bilik, bacarıqları və səlahiyyətləri çərçivəsində döyüş əməliyyatlarında iştirak edən bölmələrə döyüş təminatı ilə əlaqədar məlumatların ötürülməsi, əməliyyatların planlaşdırılması və idarə edilməsi nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd edirlər ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi; Digər ərazilərdə əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 304 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ezamiyyətdə olmuş hesab olunmuşdur. Qeyd olunan əmrdə iddiaçının Naftalan şəhərində yerləşən səyyar tibb qrupuna, Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndinə göndərilməsi xüsusatları öz əksini tapmamışdır. Əmr N nömrəli hərbi hissənin dislokasiya olunduğu Ağcabədi rayonu, Sarıcalı kəndində verilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli, 2/2-12222 nömrəli məktubundan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə iddiaçının sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM- 14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1964/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün adının müvafiq siyahıya daxil edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 304 nömrəli əmrindən çıxarışda iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ezamiyyətdə olmuş hesab olunmuş, əmrdə iddiaçının Naftalan şəhərində yerləşən səyyar tibb qrupuna, Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndinə göndərilməməsi öz əksini tapmamış, əmr N nömrəli hərbi hissənin dislokasiya olunduğu Ağcabədi rayonu, Sarıcanlı kəndində verilmişdir. Lakin iş materiallarında iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasına dair kifayət qədər sübutlar mövcuddur. İş materialları və məhkəməyə təqdim edilmiş sənədlərdən, eyni zamanda şahid ifadələrindən görünür ki, 44 günlük Vətən müharibəsi zamanı tibb xidməti mayoru İddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalından N nömrəli hərbi hissənin Naftalan şəhərində yerləşən Səyyar tibb qrupuna ezam olunduğu müddətdə Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralıların döyüş meydanlarından çıxarılmalarında və cərrahi əməliyyatlarında fəal iştirak etmişdir. N saylı hərbi hissənin komandiri, tibb xidməti polkovnik-leytenantı Şahin Əliyevin təsdiq etdiyi 02 may 2023-cü il tarixli 1299 saylı Aktda qeyd edilmişdir ki: “Biz aşağıda imza edənlər komissiyanın sədri: hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini-tibb hissəsinin rəisi tibb xidməti mayoru X4, komissiyanın üzvləri tibb hissə rəisinin idioloji iş və mənəvi psixoloji təminat üzrə köməkçisi polkovnik-leytenant X6, Səyyar tibb qrupunun mobil hərbi hospitalının rəisi mayor X7, tibbi təhcizat bölməsinin rəisi tibb xidməti mayoru X5 bu aktı tərtib edirik ona görəki 44 günlük Vətən müharibəsi zamanı tibb xidməti mayoru İddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalından N nömrəli hərbi hissənin Naftalan şəhərində yerləşən Səyyar tibb qrupuna ezam olunduğu müddətdə Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralıların döyüş meydanlarından çıxarılmalarında və cərrahi əməliyyatlarında fəal iştirak etmişdir”. N saylı hissənin komandiri, tibb xidməti polkovnikleytenantı Şahin Əliyevin təsdiq etdiyi arayışda qeyd edilmişdir: “Verilir, tibb xidməti mayoru İddiaçı ondan ötrü ki, o həqiqətən "Vətən müharibəsi" zaman; Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından N nömrəli hərbi hissəyə ezam olunmuş "Vətən müharibəsində" Tərtər rayonu Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. İddiaçının ezam edilməsinin məqsədi həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi olmuşdur. İddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissədə hərbi qulluqçulara tibbi xidməti göstərməsi hazırkı iddianın təmini üçün əsasdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi iş materialları ilə təsdiq olduğundan iddia tələbi əsaslı olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N oktyabr 2025-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ezam olunduğu N nömrəli hərbi hissə Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində yerləşmiş, lakin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmuşdur. İddiaçı döyüş əməliyyatlarında iştirak edən, lakin Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində yerləşmiş N nömrəli hərbi hissəyə ezam olunması qeyd olunan Əsasnamənin 10 və 11-ci bəndində göstərilən (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində) ərazilər kimi qəbul oluna bilməz . Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının döyüş əməliyyatları aparılan ərazilərdə hər hansı təminat növü üzrə tapşırıqları və ya digər ərazilərdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi təsdiq olunmur. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, ona “Müharibə veteranı” adı və statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ...... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən:..... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və statusunun verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının döyüş əməliyyatları aparılan dövrdə xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyi halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təxirəsalınmaz cərrayihə bölməsində baş ordinator işləmiş, müvafiq əmr əsasında xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək N syalı hərbi hissəyə ezam olunmuş, bu barədə əmrlə yanaşı, ezamiyyə vərəqəsi də mövcud olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, hərbi hissə tərəfindən tərtib edilmiş aktın məzmununda iddiaçının müvafiq hərbi hissənin Nafalan şəhərində yerləşən Səyyar tibbi qrupuna ezam olunması, habelə Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndində istiqmətində gedən döyüşlərdə yararlıların döyüş meydanından çıxarılmalarında və cərrahi əməliyyatlarında fəal iştirak etməsi, Tərtər rayonu Talış kəndi və Suqovuşan qəsəbəsində döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara ilkin tibbi yardım göstərməsi, həmçinin ağır yararlıların digər xəstəxana və hospitallara təxliyyə olunmasının həyata keçirilməsində fəal iştirak edərək tibbi təminat üzrə tapşırıqları yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq hərbi hissə tərəfindən verilmiş arayışın məzmununda iddiaçının müvafiq hərbi hissəyə ezam olunması, Vətən müharibəsində Tərtər rayonu Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə tibbi təminat üzrə tapşırıqları yerinə yetirməsi qeyd edilmiş, habelə tibbi əminat üzrə tapşırıqlarının yerinə yetirilməsi barədə arayış-məlumatın məzmununda iddiaçının ezam olunduğu hərbi hissə, ezam olunma tarixi, ezam olunduğu hərbi hissədə məşğul olduğu fəaliyyət kimi “döyüş əməliyyatları zamanı yaralılara ilkin tibbi yardımın göstərilməsində cərrahi əməliyyatlarda Talış kəndində yararlıların toplanması və ilkin tibbi yardımın göstərilməsində və təxliyəsində yaxından köməklik etmişdir”,ezam olunma ərazi Ağdam hərbi hospitalı kimi məlumatlar əks olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının ezam olunduğu müvafiq hərbi hissə Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşmiş, lakin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmuşdur (o cümlədən Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talı kəndi ərazilərini əhatə etməklə). Kollegiya iddianın əsaslılığı baxımından qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin əsası kimi çıxış edən normanın dispoztiv şərtinə əsasən iddiaçının məhz şərtlərdə qeyd edilmiş ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması halının müəyyən edilməsi zəruri olmuşdur. Kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının müvafiq hərbi hissəyə ezam olunması, ezam olunduğu hərbi hisənin döyüş əməliyyatlarında iştirak etməsi (Talış kəndi və Suqovuşan qəsəbəsi), iştirak etdiyi ərazi məhz normanın dizpotiv şərtinə əks olunmuş ərazi şərtinə aid olması, tibbi təminat üzrə tapşırıqları yerinə yetirməsi halı öz təsdiqini tapmışdır. Belə olan halda kollegiya hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ezam olunmuş şəxsin Talış və Suqovuşan ərazilərində döyüş əməliyyatarında iştirak etməsi və həmin ərazidə bütün təminat növü üzrə tapşırığın yerinə yetirilməsi halı sözügedən statusunun verilməsi üçün əsas kimi çıxış etdiyindən, indiki halda iddiaçıya münasibətdə həmin hallar müəyyən edildiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının ezam olunduğu ərazi və yerinə yetirdiyi döyüş tapşırıqlarının mahiyyəti barədə məlumatlı olduğu halda, formal yanaşma tətbiq edərək, işin faktiki hallarını inzibati icraat çərçivəsində düzgün araşdırmamış, bununla da iddiaçıya münasibətdə hərəkətləri anunauyğun olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal xarakter daşımışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, indiki halda iddiaçının hüquqi marağı “müharibə veteranı adı və statusu”nun alınması ilə bağlı olduğundan, iddiaçı tərəfindən hüquqi marağına uyğun olaraq idda tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilmişdir. Kollegiya qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddia tələbinin əsaslılığı müəyyən edildiyindən, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1964/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı (iddia tələbinin dəqiqləşdirildiyi hissədə) dəyişdirilsin. İddiaçı “Müharibə veteranı” adının və statusunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-143/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-143/2026
10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver