Məhkəmə qərarları › İş №2-1(3-8)-147/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-147/2026

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-147/2026 18.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Abşeron rayonu, Masazır kəndi, Əzizə Cəfərzadə küçəsi, ev 119 ünvanının ona məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2-1(118)-5884/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Abşeron rayonu, Masazır kəndi, Əzizə Cəfərzadə küçəsi, ev 119 ünvanının ona məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində sənədsiz fərdi yaşayış evlərinin sayı 450-500 min arasındadır. Həmin sənədsiz evlərdən biri də, “ünvan 1 ünvanında 200 kv. metr torpaq sahəsinin üzərində yerləşən 100 kv. metrlik fərdi yaşayış evidir. Həmin torpaq sahəsi və üzərində fərdi yaşayış evi ona məxsusdur. Qeyd olunan fərdi yaşayış evini özü inşa etmiş və evinin kommunal xəttləridə öz adına çəkilmişdir. Kommunal xəttlər evinə ünvan təyin edilmədən əvvəl çəkildiyindən kommunal xəttlər müəyyən faktiki koordinatlar üzrə qeydiyyata alınmışdır və müvafiq texniki şərtlərdə isə ünvan formal olaraq qeyd edilmişdir. “ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin ona məxsus olması barədə heç bir şəxslə və ya orqanla heç bir mübahisə yoxdur. Uzun müddətdir qeyd olunan ünvanda yaşayır, ünvan 2. metr torpaq sahəsinin və üzərində yerləşən 100 kv. metrlik fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi barədə müraciətinin təmin olunmasından cavabdeh orqan 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən imtina olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarış verilməsindən imtina olunmasına baxmayaraq, həmin orqanın xx.xx.2024-cü il tarixli məktubu ilə sözügedən daşınmaz əmlaka “ünvan 1 ünvanı təyin edilmişdir. Lakin həmin ünvanın ona məxsus olması barədə cavabdeh orqan tərəfindən arayış verilmir. Belə ki, “ünvan 1 ona məxsus olması barədə arayış verilməsi üçün dəfələrlə cavabdeh orqan 4 saylı Abşeron Ərazi İdarəsinə dəfələrlə müraciət olunmuşdur, lakin müxtəlif bəhanələrlə arayış verilməsi təmin olunmur. Cavabdeh orqanın xx.xx.2025-ci il tarixli cavab məktubu ilə də tələb olunan arayışın verilməsi təmin olunmamışdır. Abşeron rayonu, Masazır kəndi, Əzizə Cəfərzadə küçəsi, ev 119 ünvanın ona məxsus olmasını təsdiq edən arayışın verilməsi təmin olunmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron rayonu, Masazır kəndi, Əzizə Cəfərzadə küçəsi, ev 119 ünvanının ona məxsus olmasını təsdiq edən arayış olmadığına görə həmin ünvana qeydiyyata düşə bilər, iş yerindən evinin təmiri üçün maddi yardım ala bilmir və kommunal xəttlərin sənədlərində düzəliş edilməsi üçün müraciət edə bilmir. Müharibə veteranı olduğu üçün iş yeri evinin təmir olunmasında ona köməklik göstərmək istəyir. Bunun üçün iş yeri tərəfindən evin ona məxsus olduğunu təsdiq edən sənəd və ya arayış tələb olunur. Lakin evi sənədsiz olduğuna görə iş yerinə sənəd təqdim edə bilmir. Belə olan halda iş yerinə sözügedən fərdi yaşayış evinin ona məxsus olması barədə arayış təqdim etməlidir. Lakin fərdi yaşayış evinin ona məxsus olması barədə cavabdeh orqan tərəfindən arayış verilmədiyinə görə çətinlik çəkir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə qarşı etirazında qeyd etmişdir ki, sözügedən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici və texniki sənədlərin Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən olunmuşdur. Əlavə olaraq bildirilir ki, fərdi yaşayış evinin kimə məxsus olması barədə arayışın verilməsi Ərazi İdarəsinin səlahiyyəti xaricindədir və aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüvafiqdir. Bu səbəbdən də iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2-1(118)-5884/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin hərəkətləri qanunidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Göründüyü kimi, daşınmaz əmlaklarla bağlı İddiaçı tərəfindən müvafiq maddədə qeyd edilən hər hansı hüquqmüəyyənedici sənəd cavabdeh təşkilata təqdim edilməmişdir. Belə olan halda cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması yolverilməzdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi mümkün hesab edilməməlidir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iş üzrə sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “ünvan 1 ünvanına qeydiyyata düşməyi və evinin təmiri üçün iş yerindən maddi yardım almağı üçün həmin ünvanın ona məxsus olmasını təsdiq edən arayışın cavabdeh orqan Daşınmaz Əmlаkın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilməsinə zərurət yaranmışdır. Bu barədə cavabdeh orqan Daşınmaz Əmlаkın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuş, lakin ərizənin icrasından imtina olunmuşdur. Bundan sonra, cavabdeh orqan Daşınmaz Əmlаkın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə “ünvan 1 ünvanının mənə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)- 5884/2025 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddia tələbinin mümkün sayılmamasına səbəb cavabdeh orqana “ünvan 1 ünvanında hüquq sahibi olmağımı təsdiq edən hüquqmüəyyənedici sənəd təqdim etməməyi olmuşdur. Buna görə də məhkəmə iddia tələbimi mümkün saymamışdır. Hesab edir ki, məhkəmə digər hüquq normalarına istinad edərək iddia tələbinin təmin edilməsi barədə də qərar qəbul edə bilərdi. Hesab edir ki, “ünvan 1 ünvanının ona məxsus olmasını təsdiq edən arayışın verilməsi üçün tələb olunan hüquqmüəyyənedici sənədin olmaması həmin ünvanın ona məxsus olması barədə arayış verilməsini məhdudlaşdırmır. Sözügedən ünvanın məsuliyyəti onun üzərindədir. Ölkə ərazisində dövlət reyestrindən çıxarış verilməmiş on minlərlə fərdi yaşayış evləri var. Həmin fərdi yaşayış evlərinə dövlət reyestrindən çıxarış verilməməsi həmin evlərə dair arayış verilməsini hesab edir ki. məhdudlaşdırmalı deyil. Hesab edir ki, iddia tələbimin mümkünlüyü məsələsinə apellyasiya instansiyası məhkməməsinin hakimləri tərəfindən tərəflərin iştirakı ilə təkrar ümumi qaydada baxılmalıdır. b) Cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçı Abşeron rayonu, Masazır kəndi, Əzizə Cəfərzadə küçəsi, ev 119 ünvanının ona məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi hər hansı hüquqmüəyyənedici sənədin cavabdeh orqana təqdim edilməməsini nəzərə alaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin hüquqi təhlili zamanı həlledici məqam iddia tələbinin mahiyyəti ilə cavabdeh inzibati orqanın qanunla müəyyən edilmiş funksional təyinatı arasında uyğunluğun olub-olmamasının müəyyən edilməsidir. Çünki inzibati məhkəmə icraatında cavabdehin üzərinə hər hansı hərəkətin edilməsi vəzifəsinin qoyulması yalnız həmin hərəkətin birbaşa olaraq normativ hüquqi aktdan irəli gəldiyi və inzibati orqanın səlahiyyətləri çərçivəsində nəzərdə tutulduğu hallarda mümkündür. Hazırkı iş üzrə iddiaçı daşınmaz əmlak üzərində hüququnun tanınmasını və ya həmin hüququn dövlət qeydiyyatına alınmasını deyil, konkret ünvanın ona məxsus olması barədə arayışın verilməsini tələb edir ki, bu tələb öz hüquqi mahiyyəti etibarilə mövcud hüququn qeydiyyata alınmasına deyil, hüquqi statusun ayrıca sənədlə təsdiq edilməsinə yönəlmişdir. Halbuki qüvvədə olan qanunvericilikdə daşınmaz əmlakın konkret şəxsə məxsusluğunu təsdiq edən yeganə rəsmi sənəd dövlət reyestrindən çıxarışdır və belə bir “arayış” institutu ayrıca hüquqi mexanizm kimi ümumiyyətlə nəzərdə tutulmamışdır. Başqa sözlə, cavabdeh orqana qarşı “müvafiq ünvanın iddiaçıya məxsus olması barədə arayışın verilməsi” tələbi qanunvericilikdə mövcud olan hüquqi müdafiə vasitələrindən biri deyildir. Çünki cavabdeh orqan daşınmaz əmlak üzərində hüquqları müəyyən edən və ya faktiki istifadəni hüquqi mülkiyyət kimi tanıyan orqan deyil, yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmış hüquqmüəyyənedici sənədlər əsasında hüquqları dövlət qeydiyyatına alan və həmin qeydiyyatın nəticəsi olaraq çıxarış verən orqandır. Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların qapalı siyahısı müəyyən edilmişdir və həmin siyahıya daxil olmayan hər hansı fakt, o cümlədən şəxsin uzun müddət faktiki istifadə etməsi, kommunal xidmətlərin onun adına olması və ya ünvanın müəyyən edilməsi hüququn dövlət qeydiyyatına alınması üçün hüquqi əsas yaratmır. Bu isə o deməkdir ki, hüquqmüəyyənedici sənədlər mövcud olmadığı halda cavabdeh orqanın həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd verməsi nəinki mümkün deyil, həm də qanunvericiliyin açıq şəkildə pozulması olardı. İş materiallarından aydın şəkildə görünür ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı 8-ci maddədə nəzərdə tutulmuş hüquqi əsaslardan heç biri mövcud deyildir və iddiaçı özü də əmlaka münasibətdə hüquqmüəyyənedici sənədininin olmadığını etiraf edir, belə olan halda isə cavabdeh orqan tərəfindən hüququn dövlət qeydiyyatına alınması mümkün olmadığı kimi, dövlət qeydiyyatı aparılmadan həmin əmlakın konkret şəxsə məxsusluğunu təsdiq edən hər hansı arayışın verilməsi də hüquqi baxımdan mümkünsüzdür. Bununla yanaşı, inzibati orqanların fəaliyyəti qanunçuluq prinsipi ilə məhdudlaşır və onlar yalnız qanunla birbaşa nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirə bilərlər. Buna görə də qanunvericilikdə nəzərdə tutulmayan və hüquqi nəticə doğuracaq yeni sənəd növünün verilməsinə dair öhdəliyin məhkəmə tərəfindən cavabdehin üzərinə qoyulması həmin orqanın səlahiyyətlərinin məhkəmə yolu ilə genişləndirilməsi demək olardı ki, bu da hüquqi dövlət prinsipinə və inzibati fəaliyyətin qanuniliyi tələbinə zidd olardı. Kollegiya xüsusi olaraq vurğulayır ki, cavabdehə qarşı irəli sürülmüş bu tələb, yəni dövlət qeydiyyatına alınmamış və hüquqmüəyyənedici sənədlərlə təsdiq edilməmiş daşınmaz əmlakın konkret şəxsə məxsus olması barədə arayışın verilməsi ümumiyyətlə inzibati məhkəmə icraatında mümkün iddia predmeti hesab edilə bilməz. Belə ki, inzibati məhkəmədə iddia yalnız o hallarda mümkündür ki, inzibati orqan ya qanunla nəzərdə tutulmuş inzibati aktın qəbulundan imtina etmiş olsun, ya da üzərinə düşən konkret vəzifəni yerinə yetirməmiş olsun. Hazırkı halda isə cavabdeh orqanın “mülkiyyət barədə arayış” vermək kimi qanunla müəyyən edilmiş vəzifəsi mövcud deyildir. Başqa sözlə, cavabdeh orqan yalnız qanunda nəzərdə tutulmuş əsaslar olduqda hüququ dövlət qeydiyyatına ala və bunun nəticəsində çıxarış verə bilər. Qanunvericilikdə isə dövlət qeydiyyatına alınmamış əmlakın konkret şəxsə məxsusluğu barədə ayrıca arayış verilməsi kimi bir səlahiyyət və ya vəzifə nəzərdə tutulmamışdır. Buna görə də cavabdehin belə bir arayış verməməsi onun hər hansı qanuni vəzifəni yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçının seçdiyi müdafiə vasitəsi cavabdeh orqanın qanunvericiliklə dəqiq müəyyən edilmiş səlahiyyət çərçivəsi və funksional təyinatı ilə uyğunluq təşkil etmir, çünki tələb olunan hərəkət həmin orqanın həyata keçirməli olduğu hüquqi mexanizmlərə daxil deyildir. Hüquqmüəyyənedici sənədlər mövcud olmadığından daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması və bunun nəticəsi kimi müvafiq çıxarışın verilməsi də mümkün deyil. Bu baxımdan cavabdehin üzərinə qanunda nəzərdə tutulmayan bir öhdəliyin qoyulması hüquqi baxımdan yolverilməzdir. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2-1(118)-5884/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar