Məhkəmə qərarları › İş №2-1(3-8)-151/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-151/2026

04.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qərar Sumqayıtşəhəri İş№2-1(3-8)-151/2026 04.05.2026 SUMQAYITAPELLYASIYAMƏHKƏMƏSI HakimlərBabayevaHöküməÇingizqızı(sədrlikedənvəməruzəçi), AxundovToğrulBəhruzoğluvəHacıyevVahidMəcidoğlundanibarəttərkibdə, X2qızınınkatibliyi, IddiaçınınnümayəndəsiX4,vəkilivənümayəndəsiNümayəndə, CavabdehinnümayəndəsiX3iştiraklarıilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakıqərarıqəbuletdi. IŞIN HALLARI

1. Cavabdeh Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortasıhaqlarınınhesablanmasıbarədə”: 1) ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla vergi orqanı tərəfindən iddiaçıİddiaçıMMCbarəsində2021-ciilüzrə388.412,73manatmənfəətvergisi; 2) ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla 2021-ci il üzrə 2.682,6 manatmənfəətvergisi; 3) ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla 2022-ci il üzrə 77.924,23 manatmənfəətvergisi; 4) ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla 2022-ci ilin 1-ci rübü üzrə 212.189,39manatödəməmənbəyindətutulanvergi; 5) ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla 2022-ci ilin 4-cü rübü üzrə 105.325,58manatödəməmənbəyindətutulanvergi; 6) ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla 2022-ci ilin 3-cü rübü üzrə 682,50manatödəməmənbəyindətutulanvergihesablanmışdır.

2. Iddiaçı İddiaçı MMC cavabdeh DVX-nin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” ##.##.2022-ci il tarixli, ****************nömrəliqərarınınləğvedilməsinixahişetmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisənin əsas fəaliyyəti əhalidən (fiziki şəxslərdən) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınması (tullantıların utilizasiyası) prosesi təşkil edir. Belə ki, ayrı-ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları (mis qazanlar, samavarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri, məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri, latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları) Vergi Məcəlləsinin 71-2.3-cü və 130.1-1-ci maddələrinə uyğun olaraq elektron alış aktı və kağız daşıyıcıda malların qəbul aktı əsasında fiziki şəxslərdən təhvil alınıb emal edilmiş (saflaşdırılmış) və xaricə (satılmış) ixrac edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” nın 3.2-ci bəndinə, Vergi Məcəlləsinin 71-2.3cü maddəsinə, NK-nın 2020-ci il # #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinin tələblərinə uyğun olaraq əhalidən yığılan məişət metal tullantı və qırıntıları tərəflərindən həm elektron alış aktları, həm də kağız daşıyıcıda malların alış aktları ilə rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları və kağız daşıyıcıda malların alış aktları Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq tərəflərindən yoxlamaya təqdim edilmişdir. Lakin, vergi orqanı tərəfindən həmin aktlar hər hansı səbəb göstərilmədən nəzərə alınmamış və nəticədə ##.##.2022-ci il tarixli, **************** nömrəli qanunsuz qərar qəbul edilmiş və müəssisəyə əsassız əlavə vergi məbləği hesablanmışdır. Cavabdehə təqdim edilmiş izahat və alış aktları nəzərə alınmadığından 2021-ci ilin mənfəət vergisi üzrə 1.908.520,82 manat xərclər həmin ilin mənfəət vergisindən çıxılmamışdır. Bu səbəbdən müəssisəyə kameral qaydada qanunsuz vergi məbləği hesablanmışdır. Hesab edirlər ki, hazırki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir.

4. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı MMC-yə 2021ci ilin mənfəət bəyannaməsi üzrə 384.924,16 manat analoji qaydada vergi məbləği hesablanmışdır. Iddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilən bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7ci), “Qaz xərcləri”, “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” 221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (14.034.255,44 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (13.895.338.79 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (155.700,83 manat) məbləği (+) bəyannamənin aid olduğu müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri” nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (14.051.039,62 manat) bəyannamənin 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (1925305.00 manat) çıxılması nəticəsində yaranan (12.125.734,62 manat) məbləğin müqayisəsi nəticəsində 1.908.520,82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən ##.##.2022-ci il tarixdə **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Iddiaçı vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi üzrə 384.924,16 manat vergi hesablanılmışdır. Vergilərin hesablanması barədə ##.##.2022-ci il tarixli **************** nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, iddiaçı tərəfindən 2022-ci ilin yanvar-mart ayları ərzində 4.243.787,5 manat, oktyabr sentyabr ayları ərzində 13.650 manat, oktyabr-dekabr ayları ərzində 2.106.511,5 manat dəyərində alış aktları ilə mallar alınmasına baxmayaraq, müvafiq dövrlər üzrə ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin 1-ci rübü üzrə kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə ##.##.2022-ci il tarixdə **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 212.189,38 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergilərin hesablanması barədə ##.##.2023-cü il tarixli **************** nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. 2022-ci ilin 3-cü rübü üzrə kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə ##.##.2022-ci il tarixdə **************** nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 682.5 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergilərin hesablanması barədə ##.##.2022-ci il tarixli **************** nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. 2022-ci ilin 4-cü rübü üzrə kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə ##.##.2023-cü il tarixdə **************** nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 105.325,58 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergilərin hesablanması barədə ##.##.2023-cü il tarixli **************** nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir.

5. Iddiaçı məhkəməyə bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, sonuncu ərizəsində cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli, ##.##.2023-cü il tarixli, **************** nömrəli **************** nömrəli, **************** nömrəli və **************** nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı İddiaçı MMC barəsində qəbul edilmiş ##.##.2023-cü il tarixli, **************** nömrəli (2021-ci ilin mənfəət vergisi), ##.##.2023-cü il tarixli, **************** nömrəli (2022-ci ilin mənfəət vergisi), **************** nömrəli, (1-ci rüb 2022 ÖMV), **************** nömrəli, (3-cü rüb 2022 ÖMV) və **************** nömrəli (4-cü rüb 2022 ÖMV) qərarların ləğv edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov).

7. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən qiymətli metal və onların məlumatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və VM-nin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin, qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların, habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz. Bundan başqa o da nəzərə alınmalıdır ki, iş materialına əlavə edilmiş vergi orqanının ##.##.2017-ci il tarixli, **************** nömrəli münasibət bildirilməsi barədə xidməti məktubda göstərilmişdir ki, malların alışını təsdiq edən ciddi hesabat blankı hesab edilən sənədlər olmadıqda, lakin həmin malların alışını özündə əks etdirən digər ilkin uçot sənədləri mövcud olduqda malların dəyəri uçot sənədləri əsasında gəlirdən çıxılan xərclərə aid edilə bilər. Qeyd olunan mövqe Azərbaycan Respublikası Auditorlar Palatası “xxxx” MMC tərəfindən verilmiş rəydə də öz əksini tapmış və cavabdeh tərəfindən tərtib edilmiş sözügedən qərarlar vergi qanunvericiliyinin tələblərinə uyğun qəbul edilməməsi bildirilmişdir. Belə ki, auditor rəyindən görünür ki, vergi ödəyicisinin 2021-2022-ci illər üzrə xərclərinin tanınması mövcud Azərbaycan Respublikası Vergi Məcəlləsinə və müvafiq normativ hüquqi aktlara uyğun olaraq istehsala çəkilmiş xərclərdir. Bəhs edilən xərclər yoxlamaya təqdim edilmiş elektron qaimə-faktura, elektron alış aktları, kağız daşıyıcıda olan alış aktları, gömrük bəyannamələri, vergi bəyannamələri, kassa mədaxil və məxaric orderləri, idxal ixrac məlumatları, itki normaları barədə ekspert rəyi və digər mühasibatlıq sənədləri ilə öz təsdiqini tapmışdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinintəminedilməməsibarədəqərarqəbuledilməsinixahişetmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat:

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədənsaxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi vəgəldiyinəticəilərazılaşmışdır.

c) Kassasiya instansiya məhkəməsindəki icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya məhkəməsinin qismən cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli (2021-ci ilin mənfəət vergisi), ##.##.2023-cü il tarixli, **************** nömrəli (2022-ci ilin mənfəət vergisi) qərarları ilə bağlı hissədə ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmiş, qərar qalan cavabdehin **************** nömrəli, (1-ci rüb 2022 ÖMV), **************** nömrəli, (3-cü rüb 2022 ÖMV) və **************** nömrəli (4-cü rüb 2022 ÖMV) qərarları ilə bağlı hissədə isə dəyişdirilmədən saxlanılmışdır.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri:

12. Cavabdehin apellyasiya şikayəti iddia tələbinə qarşı etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi” nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) sətirində göstərilmiş cəmi 5665743.00 manat gəlir məbləği hesabat dövrü ərzində ixrac edilmiş (6026357.34 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (350308.80 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 6376666.14 manat məbləğdən 710923.14 manat az əks etdirilmişdir. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə ##.##.2023-cü il tarixdə **************** nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2022-ci ilin mənfəət vergisi üzrə 77.924,23 manat vergi hesablanılmışdır. Vergilərin hesablanması barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində nəzərdə tutulmuş azadolma hallarını düzgün şərh etməmiş, həmin normanı əsassız olaraq məhdudlaşdırıcı şərh etmişdir. Həmin maddi hüquq normasının məhkəmə tərəfindən məhdudlaşdırıcı şərhi nəticədə vergi ödəyicisinin vergidən yayınmasına şərait yaratmışdır. Belə ki, həmin maddi hüquq normasının dispozisiyasında ifadə olunan qiymətli daşlar və metallar ifadəsi, metalların da qiymətli olması tələbini istisna edir. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, */**** nömrəli ekspert rəyində ekspert ancaq Vergi Məcəlləsinin ÖMV vergisinin hesablanması ilə bağlı maddələrini qeyd etmiş, cavabdeh vergi orqanının ÖMV vergisinin düzgün hesablanmamasını qeyd etməklə kifayətlənmiş, mənfəət vergisi və ÖMV ilə bağlı suallar qoyulmuş, lakin, ekspert həmin sənədləri tədqiq etməmiş, hüquqi məsələ üzrə rəy vermişdir. Daha sonra məhkəmənin ##.##.2024-cü il tarixli, 2-1(118)- ***/**** nömrəli qərardadına əsasən məcburi audit yoxlaması təyin edilmişdir. Audit yoxlaması nəticəsində “xxxx” MMC tərəfindən verilmiş #/##/2024 nömrəli rəyə əsasən iddiaçının 2021-ci il üzrə mənfəət vergisi 2.316,43 manat, 2022-ci il üzrə isə 0,0 manat müəyyən edilmişdir. Hesab edirlər ki, həmin rəy qanunsuz və əsassızdır. Belə ki, iddiaçının özü təqdim etdiyi 2021-ci il üzrə bəyannaməyə əsasən 2021-ci üzrə mənfəət vergisi 37.965,78 manat göstərilmişdir. 2021-ci il üzrə vergi orqanı tərəfindən müəyyən edilən gəlir (14.671.039,08) vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində ƏDV bəyannamələrində təqdim olunan gəlirlərin ümumi cəminə əsasən müəyyən edilmişdir. Audit rəyində qeyd olunan xərclərlə bağlı isə qeyd edilir ki, 2021-ci il üzrə elektrik enerjisi üzrə (audit rəyində qeyd edilən: 99.427,82) vergi ödəyicisi tərəfindən bəyannamənin 221.7-ci sətrində hər hansı xərc bəyan edilməmişdir. Yanacaq üzrə (audit rəyində qeyd edilən: 99.427,82) vergi ödəyicisi tərəfindən bəyannamənin 221.9-cu sətrində hər hansı xərc bəyan edilməmişdir. Digər xərclər üzrə (audit rəyində qeyd edilən: 99.427,82) vergi ödəyicisi tərəfindən bəyannamənin 232-ci sətrində 81.100,2 manat bəyan edilmişdir. Həmçinin, 2022-ci il üzrə vergi orqanı tərəfindən müəyyən edilən gəlir ixrac edilmiş (6.026.357,34 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış malların (işlər, xidmətlər) (350308.80 manat) cəmi 6.376.666,14 manat məbləğ əsasında müəyyən edilmişdir. 2022-ci il üzrə xərclərlə bağlı vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamənin xərc maddələrində yalnız malın dəyəri üzrə 5.987.045 manat xərc bəyan edilmişdir ki, bu xərclər də sənədlə təsdiqini tapdığından vergi orqanı tərəfindən nəzərə alınmışdır. Beləliklə, Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli, */**** nömrəlivə“xxxx”MMC-nin #/##/2024nömrəlirəyiqanunsuzvəəsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Iddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi vergi bəyannamələri ilə cavabdehin hesablamaları arasında kənarlaşmaya səbəb iki hal olmuşdur: 1) 2021-ci il üzrə mənfəət bəyannaməsində göstərilən xərclərdən 1.908.520,82 manat məbləğində xərcin sənədlə təsdiq edilməməsi; 2) 2022-ci il üzrə mənfəət bəyannaməsinə münasibətdə xammal alışının və mal satışının iddiaçı tərəfindənazgöstərilməsivənəticədəuyğunsuzluğunyaranması. Birinci kənarlaşmaya səbəb 2021-ci ilin oktyabr-dekabr ayları üzrə əhalidən 1.925.305,0 manat məbləğində alınmış metal tullantılarına görə tərtib edilmiş 129 ədəd kağız daşıyıcıda olan alış aktlarının texniki nasazlıq səbəbindən 2022-ci ilin yanvar ayında elektron sistemdə görünməsidir. Yəni, cavabdeh elektron alış aktlarını 2022-ci ilin yanvar ayında sistemdə gördüyü üçün həmin məbləğdə xərcləri 2021-ci ilin xərclərinə dair uçotunda nəzərə almamışdır. Halbuki, 2022-ci ilin yanvar ayında sistemdə görünən 129 ədəd elektron alış aktının “Əsas" adlanan bölməsində hansı dövr (2021-ci il) üzrə metal tullantısının əldə edilməsinə görə həmin alış aktının tərtib edildiyi aydın göstərilmişdir. Bununla bağlı cavabdehin uyğunsuzluq məktubuna cavab olaraq iddiaçı tərəfindən müvafiq izahat və kağız alış aktlarının surəti əlavə edilməklə həmin sənədlər vergi orqanına təqdim edilsə də, cavabdehhəminsənədlərinəzərəalmamışvəbununsəbəbiniizahetməmişdir. Vergi qanunvericiliyin tələblərinə əsasən xərclərin uçotu və xərclərin gəlirdən çıxılması fərqli prosedurlardır. Xərclər onların çəkildiyi hesabat dövründə uçota alınsa da, həmin dövrün gəlirlərindən çıxılmaya bilər. Çünki, yalnız satılan məhsulun əldə edilməsinə çəkilən xərclər gəlirdənçıxılabilər. Bu baxımdan, nəzərə almaq lazımdır ki, iddiaçı ilə cavabdeh arasında xərclərin uçotuna dair yaranmış mübahisə mənfəət vergisinin məbləğinə təsir etməmişdir. Belə ki, hər iki tərəfin tətbiq etdiyi üsul nəticə etibari ilə eyni hesablamalara gətirib çıxarır. Yəni, iddiaçı 2021-ci ilin dekabr ayı üzrə kağız daşıyıcı əsasında tərtib edilməklə əldə edilən və 2022-ci ilin yanvar ayında elektron alış aktı əsasında sistemə əlavə edilmiş mal-material xərclərinin uçotunu qanunvericiliyin tələbinə uyğun olaraq xərclərin çəkilmə vaxtına, yəni 2021-ci ilin hesabatına daxil etmişdir. Bununla belə həmin xərclər 2021-ci ilin mənfəətində iştirak etmədiyi üçün mal qalığıolaraqnövbətiiləkeçirilmişvə2022-ciilinmənfəətvergisindəxərclərkimiçıxılmışdır. Cavabdeh isə öz növbəsində elektron alış aktının rekvizitlərini nəzərə almamış və yalnız həmin aktların tarixini (2022) rəhbər tutaraq iddiaçı tərəfindən faktiki olaraq 2021-ci ildə çəkilmiş xərcləri məhz 2022-ci ilin hesabatında nəzərə almış və həmin ilin mənfəətində gəlirdən çıxılan xərclər olaraq qəbul etmişdir. Nəticədə, xərclərin uçot vaxtı ilə bağlı tərəflər arasında ziddiyyət yaransa da, xərclərin hansı ilin gəlirinə (2022) aid edilmə vaxtı ilə bağlı tərəflərinhesablamalarıarasındauyğunsuzluqyaranmamışdır. Ikinci kənarlaşmaya səbəb isə yuxarıda qeyd edildiyi kimi əslində 2021-ci ilə aid metal tullantısının alışını təsdiq edən elektron alış aktlarının 2022-ci il üzrə mənfəətdə nəzərə alınması və 2021-ci ildən qalmış mal qalığının üzərinə əlavə edilməsi, yəni 2022-ci il üzrə xammalın alışının məbləğinin bu yolla süni olaraq artırılması və 2021-ci ilin dekabr ayında tərtibedilmiş01212000110729, 01212000110733, 0121200011105, 01212000111054, 01212000111056, ************** nömrəli yük gömrük bəyannamələrinə əsasən iddiaçı tərəfindən 2021-ci ildə ixrac edilməklə satılmış 973.358,8 manat dəyərində məhsulun səhvən yenidən 2022-ci ilin gəlirlərinə daxil edilməsidir. Belə ki, 2021-ci il üzrə tərtib edilmiş bəhs edilən görmük bəyannamələri iddiaçıdan asılı olmayan səbəblərdən (gömrük və vergi orqanlarının elektron sistemində olan inteqrasiya nəticəsində) 2022-ci ilin 02-09 yanvar tarixləri aralığında elektron sistemə əlavə edilmişdir. Nəticədə, cavabdeh həmin gömrük bəyannamələri üzrə əldə edilmiş gəliri də 2022-ci ilin mənfəəti olaraq nəzərə almışdır. Halbuki, iddiaçı həmin gömrük bəyannamələri üzrə əldə edilmiş gəliri artıq 2021-ci ilin mənfəətinə aid etmiş və həmin ilin vergi bəyannaməsində əks etdirmişdi. Bu baxımdan, vergi qanunvericiliyinəəsasəncavabdehinhərəkətləriqanunsuzolmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı vergi orqanına mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə verərək, 2021-ci il üzrə 14.557.761 manat dəyərində mal alışı olduğunu qeyd etmişdir. Elektron sistemdə isə iddiaçının mal alışı 14.671.039 manat məbləğində görünür. Əgər iddiaçının mal alışı 16.0000.000 manat olsa və növbəti ilə 2.000.000 manat mal qalığı keçsəydi, vergi ödəyicisi hazırkı tələbində haqlı olardı. Cavabdehinnümayəndəsişikayətintəminedilməsinixahişetmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətə etirazla eyni məzmunda izahatverərəkşikayətintəminedilməməsinixahişetmişdirlər.

TƏTBIQ EDILƏN HÜQUQ:

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə6.Dövlətvergiləri 6.1.Dövlətvergilərinəaşağıdakılaraiddir: 6.1.1.fizikişəxsləringəlirvergisi; 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); ... Maddə13.BuMəcəllədəistifadəedilənəsasanlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa,həminqanunvericiliksahələrindəqəbuledilmişmənadatətbiqedilir. 13.2.BuMəcəlləninməqsədləriüçünaşağıdakıanlayışlaristifadəolunur: ... 13.2.19.Xalismənfəət-mənfəətvergisiçıxıldıqdansonraqalanmənfəət. ... Maddə24. Vergiorqanlarınınvəzifələri 24.1.Vergiorqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə;vergiqanunvericiliyinətamvədəqiqriayətetməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə37.Kameralvergiyoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergiorqanındaolansənədlərvəmənbəyiməlumolanməlumatlarəsasındakeçirilir. ... Maddə53.Vergiqanunvericiliyininpozulmasınagörəməsuliyyətinümumiəsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərholunur. Maddə67.Vergitutmaobyektininayrı-ayrıhallardamüəyyənedilməsiqaydaları 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habeləsəyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda,mühasibatuçotuvə hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardanistifadəetməkləhesablamaqhüququvardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmişvergibəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlakbarədərəsmiməlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin,xidmətlərin)fizikihəcmibarədərəsmiməlumatlar; 67.1.6.vergiödəyicisininidxal-ixracəməliyyatlarıbarədərəsmiməlumatlar; 67.1.7. vergi ödəyicisinin bankvə digər ödənişhesablarındakı vəsaitlər, o cümlədən bankvə digər ödənişhesablarındakıvəsaitlərinhərəkətibarədəalınanrəsmiməlumatlar; 67.1.8.vergiödəyicisindəaparılmışxronometrajmüşahidələrinnəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır (##.##.2024-cü il tarixədək qüvvədə olmuşdur). Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra(səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə103.Vergiödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatlarımənfəət vergisinin ödəyiciləridir. Maddə105.Verginindərəcələri 105.1.Müəssisələrinmənfəətindən20faizdərəcəsiiləvergitutulur. ... Maddə108.Gəlirinəldəedilməsiiləbağlıxərclər 108.1.Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə109.Gəlirdənçıxılmayanxərclər 109.1. Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.2. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.3. Bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir. ... 109.5.Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fizikişəxsin fərdiistehlaklavəyaəməkhaqqınınalınmasıiləbağlıolanxərclərigəlirdənçıxılmır. ... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləritəsdiqedənsənədhesabedilmir. Maddə136.Hesablamametodundanistifadəedilərkənxərcinçəkilməsivaxtı 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa,aşağıdasadalananşərtlərinhamısınaəməledildiyivaxtsayılır: 136.1.1.vergiödəyicisibirmənalıolaraqmaliyyəöhdəlikləriniqəbuledir; 136.1.2.maliyyəöhdəliklərininməbləğidəqiqqiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənindigəriştirakçısıpulşəklindəvəyadigərşəkildəmüvafiqvəsaitverməliolsun. ...

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il # #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli əlavə Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları: 2.1-ci bənd. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi Internet Vergi Idarəsinə daxil olaraq elektron alış aktını hazırlayır, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonragücləndirilmiş elektron imza vasitəsiləimzalayaraqtəsdiqedir.

18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə14.Sübutetməvəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsinizəruriedənfaktikişərtlərinmövcudluğunusübutetməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə81.Apellyasiyaşikayətiverməkhüququ 81.1.Inzibatiməhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyasıinzibatikollegiyaları (bundan sonra apellyasiyainstansiyasıməhkəmələri)tərəfindənbaxılır Maddə85. Şikayətinverilməsinədairtələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətindəinzibatiməhkəmə vasitəsiləverilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən)yeniqərarqəbuledəbilər. Maddə87.8.Apellyasiyainstansiyasıməhkəməsiqərarınıəsaslandırmağaborcludur. Maddə89.Apellyasiyainstansiyasıməhkəməsininqərarınınqanuniqüvvəyəminməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyəminir. Maddə90. Kassasiyaşikayətiverməkhüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali MəhkəməninInzibatikollegiyasına (bundansonra–AliMəhkəməyə)şikayətveriləbilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

19. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiyamümkünhesabedilmişdir.

20. Birinci instansiyası məhkəməsinin qərarı – cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli, (1-ci rüb 2022 ÖMV), **************** nömrəli, (3-cü rüb 2022 ÖMV) və **************** nömrəli (4-cü rüb 2022 ÖMV) qərarlarının ləğv edilməsinə dair iddianın təmin edilməsihissəsindəqanuniqüvvəyəminmişdir.

21. Bu baxımdan, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli (2021-ci ilin mənfəət vergisi), ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarlarının ləğv edilməsinə dair iddianın təmin edilməsihissəsindətamolaraqyoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədənsaxlanılmalıdır. 23.Yaranmışmübahisəiləbağlıkollegiyaaşağıdakılarıqeydedir:

24. Yuxarıda qeyd edildiyi kimi ödəmə mənbəyində verginin hesablanması ilə bağlı cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli, **************** nömrəli və **************** nömrəli qərarlarının ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində birinci instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə mindiyindən hazırkı icraat çərçivəsində mübahisə predmetini mənfəət vergisi ilə bağlı cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli, ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarlarının qanuniliyitəşkiledir. 1) ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla iddiaçı barəsində 2021-ci il üzrə 2.682,6manatmənfəətvergisi; 2) ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla 2022-ci il üzrə 77.924,23 manat mənfəətvergisihesablamışdır.  ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla 2021-ci il üzrə 2.682,6 manat mənfəət vergisinin hesablanmasına münasibətdə kollegiya aşağıdakıları qeyd edir:

25. Əvvəla, işdən görünür ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində əvvəlcə ##.##.2023-cü il tarixli, **************** nömrəli qərar qəbul edilərək həmin qərarla 2021-ci il üzrə 388.412,73 manat mənfəət vergisi hesablanmışdır. Daha sonra isə ##.##.2023-cü il tarixli, **************** nömrəli qərar qəbul edilərək həmin il üzrə 2.682,6 manat mənfəət vergisi hesablanmışdır.

26. Hər iki qərarla verginin hesablanması əsası eyni olmaqla, birinci qərarla əsas olaraq iddiaçı tərəfindən 2021-ci il üzrə verilmiş mənfəət vergisi bəyannaməsində göstərilən xərclərdən 1.842.198,58 manat məbləğində xərcin, ikinci qərarla isə həmin il üzrə göstərilən 13.413,00manatməbləğindəxərcinsənədlərlətəsdiqedilməməsidir.

27. Işdən görünür ki, iddiaçı 2021-ci il üzrə mənfəət vergi bəyannaməsində (3-cü cild, səhifə 104) həmin il üzrə gəlirini 14.557.761 manat, ümumi gəlirdən çıxılan xərclərini isə 14.367.932 manat məbləğində bəyan edərək, yaranan 189.828 manat mənfəətin 20%-i həcmində (37.965 manat) mənfəət vergisi bəyan etmiş, bəyannaməyə * nömrəli əlavəsinin 1.3-cü bəndində hesabat dövrünün əvvəlinə ehtiyatlar üzrə mal qalığını 1.925.305,00 manat olaraqgöstərmişdir.

28. Vergi orqanı tərəfindən verilmiş mənfəət vergi bəyannaməsindən (3-cü cild, səhifə 171) isə müəyyən edilir ki, vergi orqanı iddiaçının 2021-ci il üzrə ümumi gəlirini 14.671.039 manat, ümumi gəlirdən çıxılan xərclərini isə 12.525.733 manat məbləğində qəbul edərək, yaranan 2.145.305 manat mənfəətin 20%-i həcmində (429.061,11 manat) mənfəət vergisi ödənilməli olduğunu qeyd etmişdir. Eyni zamanda, vergi orqanı da bəyannaməyə * nömrəli əlavəsinin 1.3-cü bəndində hesabat dövrünün əvvəlinə ehtiyatlar üzrə mal qalığını 1.925.305,00manatolaraqgöstərmişdir.

29. Iddiaçının özü tərəfindən 37.965 manat məbləğində mənfəət vergisi bəyan edildiyindən həmin məbləğ çıxılmaqla (429.061,11 - 37.965 manat) 2021-ci il üzrə ümumilikdə 391.096,11manat(388.412,73+2.682,6)mənfəətvergisihesablanmışdır

30. Yəni, əslində cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə 2021-ci il üzrə 2.682,6 manat mənfəət vergisi əvvəlcə hesablanmış 388.412,73 manat vergi məbləğinəəlavəedilmişdir.

31. Göründüyü kimi iddiaçı 2021-ci il üzrə xərcinin 14.367.932 manat olduğunu iddia edir, vergi orqanı isə xərci yalnız 12.525.733 manatməbləğindəqəbuledir.

32. Həm birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert və audit rəylərindən, həm də ikinci apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən işin hallarının əlavə olaraq araşdırılması nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan fərqin səbəbi iddiaçının 2021-ci ilin sonunda aldığı malları 2022-ci ilin yanvar ayında elektron alış aktlarıilərəsmiləşdirməsiolmuşdur.

33. Belə ki, iddiaçı tərəfindən 2021-ci ilin dekabr ayı üzrə əhalidən 1.925.305,0 manat məbləğində metal tullantılar alınmış, həmin tarixdə mallara görə 129 ədəd kağız daşıyıcıda alış aktı tərtib edilmiş, lakin, malların elektron alış aktı 2022-ci ilin yanvar ayında tərtib edilmişdir.

34. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sözügedən 129 ədəd kağız alış aktlarının qovluğuna kollegiya tərəfindən baxış keçirilərək müəyyən edilmişdir ki, həmin mallar həqiqətən də 2021-ci ilin dekabr ayında müxtəlif fiziki şəxslərin dəyəri ödənilməklə, satın alınaraq elə həmin tarixdə “hazır məhsulların təhvil-qəbul aktı” tərtib edilmiş, akt alıcı və satıcı şəxslər tərəfindən imzalanaraq təsdiqlənmiş, lakin, malların elektron alış aktları 2022-ci ilin yanvarayındatərtibedilmişdir.

35. Qeyd olunan situasiyanı konkret olaraq göstərmək üçün kollegiya həmin aktlardan birini nümunə olaraq qeyd edir. Belə ki, ##.##.2021-ci il tarixli, ****** nömrəli “hazır məhsulların təhvil-qəbul aktı” na əsasən iddiaçı həmin malları qeyd olunan tarixdə X7 almış, malları dəyəri olaraq 15.525 manat pul ##.##.2021-ci il tarixdə iddiaçı tərəfindən satıcı şəxsə ödənilmiş, həmin mallara dair EAA seriyalı, ****** nömrəli, ##.##.2022-ci il tarixli elektron alış aktı tərtib edilmişdir.

36. Yerdə qalan 128 ədəd kağız daşıyıcıda alış aktları da eyni qaydada qaydada 2021ciilindekabrayında,elektronalışaktlarıisə2022-ciilinyanvarayındatərtibedilmişdir.

37. Odur ki, alınmış mallar 2021-ci ilin sonunda Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsi portalında görünmədiyindən iddiaçı 1.925.305,0 manat məbləğində malları 2021-ci il üzrə bəyan etdiyi 14.367.932 manat xərclərinə aid etməyərək, həmin ilin sonuna mal qalığı olaraqbəyanetmişdir.

38. Lakin, vergi orqanı elektron alış aktları ilə malların rəsmiləşdirməsi 2022-ci ilin yanvar ayında həyata keçirildiyindən həmin 1.925.305,0 manat məbləğində olan mallar üzrə xərcləri iddiaçı tərəfindən 2021-ci üzrə bəyan edilən 14.367.932 manat xərcdən çıxaraq, iddiaçının cəmi xərcini 12.525.733 manatməbləğindəqəbuletmişdir.

39. Işin bu halı yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsində icraat zamanı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi və Azərbaycan Respublikası Auditorlar Palatası “xxxx” MMC tərəfindən verilmiş audit rəyi ilə də təsdiq edilmişdir.

40. Iş üzrə kassasiya instansiya məhkəməsi həmin ekspert və audit rəyləri arasında ziddiyyətlər olduğunu, apellyasiya məhkəməsi tərəfindən bu ziddiyyətlərin araşdırılmadığını bildirmişdir. Bununla əlaqədar təkrar apellyasiya baxışı zamanı qeyd olunan rəylər kollegiya tərəfindən hərtərəfli tədqiq edilmişdir. Rəylərin məzmununun, eləcə də ekspertin və auditorun məhkəmə iclasında verdikləri ətraflı şifahi izahatların qarşılıqlı təhlili nəticəsində kollegiya belə qənaətə gəlmişdir ki, adıçəkilən rəylər arasında işin faktiki hallarının müəyyən edilməsinə təsir edəcək hər hansı ziddiyyət mövcud deyildir. Əksinə, hər iki rəy mahiyyət etibarilə eyni məntiqi vəhüquqi-iqtisadinəticənitəsdiqedərəktamolaraqbir-birinitamamlayır. 41.Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, vergi orqanının kameral bəyannaməsinə və 2021-ci il üzrə mənfəət vergisi hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 2021-ci il üzrə iddiaçı barəsində mənfəət vergisi hesablanmasının səbəbi həmin il üzrə 1.925.305,0 manat məbləğində mal qalığının nəzərə alınmaması olmuşdur. Lakin, iş materiallarında olan 2022-ci ilin yanvar ayında elektron sistemə yerləşdirilmiş elektron alış aktlarının “əsas” adlanan bölməsində hansı dövr üzrə əldə edilmiş mallara görə həmin alış aktının tərtib edildiyi tarix göstərilmişdir. Həmin elektron alış aktları 2021-ci ilin müvafiq ayları üzrə əldə edilmiş metaltullantılarınagörətərtibedilmişvəhəminmallarındəyəri1.925.305,0manatolmuşdur.

42. Bundan sonra “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli audit rəyində qeyd olunan hallar daha ətraflı şəkildə göstərilmişdir. Həmin rəydən müəyyən edilir ki, iddiaçının 2021-ci il üzrə alınmış metal tullantılarının ümumi dəyəri 15.274.276,86 manat, o cümlədən, elektron alış aktları əsasında 14.972.307,50 manat olmuşdur. Elektron alış aktları əsasında əldə edilmiş metal tullantılarının 1.925.305,00 manat (129 ədəd alış aktı) dəyərində olan hissəsi 2021-ci ildə sənədləşdirilməsinə baxmayaraq, 2022-ci ilin yanvar ayında vergi orqanının elektron məlumat bazasına işlənilmişdir. Bu hal vergi ödəyicisi ilə vergi orqanının hesablamaları arasında müəyyən uyğunsuzluğun yaranmasına səbəb olmuşdur. Qeyd edilən 1.925.305,0 manat (129 ədəd alış aktı) dəyərində əldə edilmiş metal tullantılarının alışı barədə sənədləşdirilmiş mallar (ehtiyatlar) vergi orqanının və vergi ödəyicisinin tərtib və təqdim etdikləri bəyannamələrdə öz əksini tapmışdır (mənfəət vergisi bəyannaməsinə * saylı əlavə, sətir kodu 1.3.4 Sair ehtiyatlar). Ciddi uçot blankları ilə 2021-ci ilin dekabr ayında əldə edilmiş və 2022-ci ilin yanvar ayında vergi orqanının elektron bazasına işlənilmiş 1.925.305,0 manat (129 ədəd alış aktı) dəyərində metal tullantıları hər iki tərəfin mənfəət vergisi bəyannaməsində 2021-ci ilin sonuna yəni ## ###### 2021-ci il tarixə mal (ehtiyat) qalığı və 2022-ci ilin əvvəlinə yəni ## ###### 2022-ci il tarixə mal (ehtiyat) qalığı kimi əks olunduğundan 1.925.305,0 manat həcmində malların hansı ildə alınıb-alınmaması hazırki yoxlama üzrə mənfəət vergisinin hesablanması nöqteyi-nəzərdən heç bir mahiyyət kəsb etmir. Belə ki, həmin mallar vergi ödəyicisi tərəfindən əldə edildiyi ilin (2021) hesabatına daxil edilmiş, lakin həmin ilin mənfəətindən çıxılan xərclər kimi nəzərə alınmamış, məhz növbəti ilə mal qalığı kimi keçirilməklə onların dəyəri növbəti ilin mənfəətində xərcə daxil edilmişdir. Vergi orqanı isə həmin malların dəyərini onlara dair məlumatın elektron sistemə daxil edildiyi dövrə, yəni 2022ci ilə aid etmiş və həmin ilin mənfəətində onları xərc olaraq nəzərə almışdır. Beləliklə, həm vergi ödəyicisi, həm də vergi orqanı həmin xərcləri məhz 2022-ci ilin mənfəətinə daxil etmişdir. Audit yoxlaması nəticəsində təqdim edilmiş sənədlərlə, həmçinin, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı tərtib edilmiş mənfəət vergisi bəyannaməsində cəmiyyətin 2021-ci ilin sonuna mal qalığı 1.925.305,00 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən audit yoxlaması nəticəsində iddiaçının 2021-ci il üzrə gəliri 14.566.737,56 manat, xərc sənədləri ilə öz təsdiqini tapmış xərcləri 14.555.155,41 manat, vergiyə cəlb olunan mənfəəti 11.582,15 manat, tərəfindən ödənilməli olan mənfəət vergisi isə 2.316,43 manatmüəyyənedilmişdir.

43. Apellyasiya məhkəməsində icraat zamanı qeyd olunan ekspert rəyini verən ekspert X5 videokonfrans əlaqə sistemi vasitəsilə dindirilərək, izahatında ekspert rəyində qeyd olunanları müdafiə edərək bildirmişdir ki, iddiaçının 2021-ci il üzrə mal qalığı 1.925.000 manat (bir milyon doqquz yüz iyirmi beş min) olmuş, həmin malla bağlı 2022-ci ilin alış aktının əlavə qeyd hissəsində malların 2021-ci ilin sonunda alınması barədə məlumat öz əksini tapmışdır. Həmçinin, Azərekspertiza birliyinin hazırki iş üzrə rəyindən də göründüyü kimi istehsal həcminə görə mal qalığı müəyyən edilmişdir. Bu hallar əsasında 2021-ci il üzrə mal qalığının 1.925.305 manat olduğu öz təsdiqini tapmışdır. Vergi Məcəlləsinin 130-cu maddəsinin tələbi nəzərə alınaraq 2021-ci ilin sonu alınıb 2022-ci ilin yanvar ayında rəsmiləşdirilən mallar 2021ciilinhesabatdövrünəaidedilməlidir.

44. Həmçinin, yuxarıda qeyd olunan audit rəyini tərtib edən “xxxx” MMC-nin direktorauditoru X1 da məhkəmə iclasında iştirak edərək, audit rəyində qeyd olunanlarla bağlı ətraflı izahat vermişdir. Audit bildirmişdir ki, 2021-ci ilin dekabr ayında 15.000.000 manat dəyərində mal kağız alış aktı əsasında DVX-nin Internet Vergi Idarəsi portalına daxil edilməli idi. Lakin, həmin malın bir hissəsi portala daxil edilmiş, 1.925.000 manatlıq hissəsi isə daxil edilməmişdir. 2021-ci ildə alınan, lakin portala daxil edilməyən mal vergi orqanının bəyannaməsində də mal qalığı kimi göstərilmişdir. Yəni, həmin mal nə satış, nə də istehsal kimi göstərilmişdir. Portala daxil edilməyən mallar vergi orqanının elektron sistemində görünə bilməz. O halda, vergi orqanı 2022-ci ildə həmin malları mal mədaxili kimi qəbul etməli idi, lakin, hazırkı halda qəbul edilməmişdir. Vergi orqanı həmin malları ## ###### 2022-ci ilədək qəbul etmirsə, 2022-ci il üzrə qəbul etməli idi. Vergi orqanı isə həmin mallara görə həm 2021, həmdə2022-ciilüzrəmənfəətvergisihesablamışdır.

46. Beləliklə, iş materiallarında olan mənfəət vergi bəyannamələrinin, ekspert və audit rəylərinin, eləcə də, malların alış aktlarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, iddiaçı 2021ci ilin sonunda 1.925.305,0 manat məbləğində olmaqla, həmin il ərzində, ümumilikdə, 16.492.042,56 manat (14.566.737,56 + 1.925.305,0) məbləğində mal almış, həmin il üzrə ümumi xərci isə alınmış 14.566.737,56 manat məbləğində mallara münasibətdə 14.555.155,41manattəşkiletmişdir. 46.Işinbuhalıcavabdehtərəfindəndəmübahisələndirilmir.

47. Yerdə qalan – yəni, 2021-ci ilin sonunda alınmış 1.925.305,0 manat məbləğində olan mallara münasibətdə isə alındığı ildə deyil, 2022-ci ilin yanvar ayında elektron alış aktları tərtib edildiyindən iddiaçı həmin malları 2021-ci ilin sonuna mal qalığı olaraq göstərmiş, cavabdeh orqan isə həmin mal qalığını iddiaçının özü tərəfindən bəyan edilmiş 14.367.932 manat xərcdənçıxmışdır.

48. Halbuki, iddiaçının özü tərəfindən bəyan edilən 14.367.932 manat xərc müvafiq xərc sənədləri ilə təsdiqlənmiş mübahisəsiz xərclər olmuş, 1.925.305,0 manat məbləğində mal qalığınınhəminxərclərəaidiyyətiolmamışdır.

49. Həmin 1.925.305,0 manat məbləğində olan mallar 2022-ci ilin yanvar ayında elektron alış aktları ilə rəsmiləşdirildiyindən iddiaçı həmin mallar üzrə xərclərini 2022-ci il üzrə mənfəət vergi bəyannaməsində 5.987.045,00 manat məbləğində bəyan etmiş, cavabdeh isə həmin xərcləri2022-ciilüzrətamməbləğdəqəbuletmişdir.

50. Bununla yanaşı, cavabdeh vergi orqanının mövqeyi öz daxilində də ziddiyyətlidir. Belə ki, vergi orqanı bir tərəfdən 1.925.305,0 manat məbləğində malların alışını 2021-ci ilin xərclərindən çıxmış, digər tərəfdən isə həmin malları ##.##.2021-ci il tarixinə iddiaçının mal qalığıkimiqəbuletmişdir.

51. Halbuki, mal qalığının mövcudluğu həmin malların artıq vergi ödəyicisinin mülkiyyətinə daxil olduğunu və 2021-ci ildə əldə edildiyini təsdiq edir. Əgər cavabdehin iddia etdiyi kimi həmin mallar 2021-ci ildə alınmamış hesab edilirsə, bu halda onların həmin ilin sonunaehtiyatqalığıkimitanınmasıdamümkünolmazdı.

52. Digər tərəfdən, əgər mallar ##.##.2021-ci il tarixinə qalıqdadırsa (vergi orqanı bunu qəbul edir), bu o deməkdir ki, mallar həqiqətən də 2021-ci ildə alınmışdır və alış xərcləri 2021ci ilə aiddir. Cavabdeh tərəfindən bu yanaşma da tətbiq edilməmiş, malların alış xərcləri 2021ciilədeyil,2022-ciiləaidedilmişdir.

53. Cavabdehin ziddiyyətli mövqeyi həm də onunla müəyyən edilir ki, cavabdeh həmin malları ##.##.2021-ci il tarixinə DVX-nin Internet Vergi Idarəsi portalında görünmədiyini bildirirsə,buhalda,həminmalları2022-ciilüzrəmədaxilolaraqqəbuletməliidi.

54. Lakin, hazırkı halda həmin mallar cavabdeh tərəfindən 2022-ci il üzrə də mədaxil edilənmallarkimiqəbuledilməmişdir.

55. Belə ki, əgər cavabdehin iddia etdiyi kimi həmin 1.925.305,0 manat dəyərində mallar 2022-ci ilin yanvar ayında elektron alış aktları ilə rəsmiləşdirildiyi üçün məhz həmin il (2022-ci il) üzrə mədaxil (alış) kimi qəbul edilirsə, bu halda vergi orqanı həmin məbləği mütləq şəkildə iddiaçının 2022-ci il üzrə gəlirdən çıxılan xərclərinə əlavə etməli idi. Lakin, cavabdeh bunu etməmişdir.

56. Bu hal iş materiallarında olan 2022-ci il üzrə mənfəət vergisi bəyannamələri ilə də öz təsdiqini tapır. Belə ki, iddiaçı 2022-ci il üzrə mənfəət vergi bəyannaməsinin (4-cü cild, səhifə 9) 200-cü sətrində həmin il üzrə gəlirini 5.665.743,00 manat, 221-ci sətrində ümumi gəlirdən çıxılan xərclərini isə 5.987.045,00 manat bəyan etmişdir. Cavabdeh orqan isə iddiaçı barəsində tərtib etdiyi bəyannamədə (3-cü cild, səhifə 131) iddiaçının 2022-ci il üzrə gəlirdən çıxılan xərclərini artırmamış, iddiaçının bəyan etdiyi kimi 5.987.045,00 manat məbləğində olduğukimisaxlamışdır.

59. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəli 1.925.305 manat məbləğində mallar faktiki olaraq 2021-ci ilin sonunda əldə edildiyindən həmin məbləğin yenidən 2021-ci ilin xərclərindən çıxılması nəticəsində iddiaçıya əlavə mənfəət vergisinin hesablanmasıVergiMəcəlləsinin136.1-cimaddəsinintələblərinəuyğunhesabediləbilməz.

60. Belə ki, işdən görünür ki, iddiaçı vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablamametodunuseçmişdir.

61. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan 136.1-ci maddəsinə görə hesablama metodunda xərcin çəkilməsi vaxtı elektron alış aktının tərtib edildiyi tarix deyil, üç şərtin eyni zamandayerinəyetirildiyitarixdir: 1.Maliyyəöhdəliyininbirmənalıqəbuledilməsi; 2.Öhdəliyinməbləğinindəqiqqiymətləndirilməsi;

3. Tərəflərin öhdəliklərini yerinə yetirməsi (mallar təhvil verilib, ödəniş edilib və ya ödənilməlidir).

62. Hazırkı iş üzrə həmin şərtlərin hamısının məhz 2021-ci ilin sonunda mövcud olduğu iş materialları ilə tam təsdiq edilir. Belə ki, mallar 2021-ci ilin dekabr ayında fiziki şəxslərdən satın alınaraq faktiki qəbul edilmiş, alış aktları tərtib olunmuş, malların dəyəri satıcılara ödənilmiş və mallar iddiaçının həmin il üzrə ehtiyatlarına daxil edilmişdir. Deməli, iqtisadi əməliyyat tamamlanmış, xərcin hüquqi və iqtisadi əsası formalaşmışdır. Elektron alış aktlarının sonradan — 2022-ci ilin yanvar ayında sistemə daxil edilməsi isə yalnız texniki və prosedur xarakterli rəsmiləşdirmə olmaqla, əməliyyatın iqtisadi mahiyyətini və onun aid olduğuhesabatdövrünüdəyişdirəbilməz.

63. Kollegiya xüsusi olaraq vurğulayır ki, hesablama metodunun əsas mahiyyəti gəlir və xərclərin onların faktiki iqtisadi başvermə dövrünə aid edilməsindən ibarətdir. Əks yanaşma, yəni xərcin yalnız elektron sistemdə görünmə tarixi ilə müəyyən edilməsi Vergi Məcəlləsinin 136-cı maddəsinin məqsədinə zidd olmaqla yanaşı, hesablama metodunun mahiyyətini aradan qaldıraraq faktiki olaraq kassa metodunun tətbiqinə gətirib çıxarardı. Halbuki, qanunvericihəminnormadaməhziqtisadiməzmunuəsasgötürmüşdür.

64. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında Vergi Məcəlləsinin 71-2.1ci maddəsinə istinad edərək elektron alış aktlarının malların alışı tarixindən 5 gün müddətində tərtib edilməli olduğunu, hazırkı halda isə iddiaçı tərəfindən elektron alış aktlarınınhəminmüddətötürülməklətərtibedildiyinibildirmişdir.

65. Kollegiya hesab edir ki, cavabdehin qeyd olunan yanaşması vergi hüquq münasibətlərində normanın mahiyyətindən daha çox onun formal tətbiqinə üstünlük verilməsi ilənəticələnirvəbuisəhüquqimüəyyənlikvəədalətlivergitutmaprinsipləriiləuzlaşmır.

66. Əvvəla, Vergi Məcəlləsinin 71-2.1-ci maddəsində nəzərdə tutulmuş müddət elektron alış aktlarının rəsmiləşdirilməsi qaydasını və vergi inzibatçılığı prosedurunu müəyyən edir. Həmin normanın məqsədi əməliyyatların operativ uçotunun təmin olunmasıdır. Lakin, həmin müddətin pozulması öz-özlüyündə əməliyyatın mövcud olmadığını, yaxud malların faktiki əldə edilmədiyinigöstərmir.

67. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin ##.##.2023cüiltarixli,****************nömrəliqərarıqanunsuzvəəsassızdır.  ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla 2022-ci il üzrə 77.924,23 manat mənfəət vergisinin hesablanmasına münasibətdə kollegiya aşağıdakıları qeyd edir:

68. Qeyd olunan vergi məbləğinin hesablanmasına əsas isə yuxarıda qeyd edildiyi kimi iddiaçı və cavabdeh tərəfindən hesablanmış ümumi gəlir məbləğləri (iddiaçı 5.665.743,00 manat ümumi gəlirini göstərdiyi halda, cavabdeh 6.376.666,14 manat qəbul etmişdir) arasındakı710.923,14manatfərqləbağlıdır.

69. Bununla bağlı audit rəyində ətraflı məlumat verilmişdir. Rəydən görünür ki, 01212000101961, 01212000110733, 01212000110729, 01212000111054, 01212000111056, ************** nömrəli gömrük bəyannamələri ilə iddiaçı vergi ödəyicisi tərəfindən 2021-ci ildə ixrac edilmiş (xaricə satılmış) 798.598,80 manat dəyərində hazır məhsulun dəyəri iddiaçı tərəfindən 2021-ci ilin gəlirlərinə daxil edilərək vergiyə cəlb edilmişdir (2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlirlər hissəsində öz əksini tapmışdır). Qeyd edilən həmin gömrük bəyannamələri vergi orqanının idxal-ixrac əməliyyatları sisteminə 02-## ###### 2022-ci il tarixləri aralığında inteqrasiya olunmuşdur (Dövlət Gmrük Komitəsi ilə Dövlət vergi Xidməti arasında məlumat mübadiləsinə əsasən). Nəticədə, qeyd edilən malların ixracı vergi orqanı tərəfindən yenidən iddiaçının 2022-ci ilin hesabat dövrünə daxil edilmişdir ki, bu hal da vergi ödəyicisi ilə vergi orqanının hesablamaları arasında uyğunsuzluğunyaranmasınasəbəbolmuşdur.

70. Iş materiallarında (2-ci cild, səhifə 210) olan ##.##.2021-ci il tarixli, IX 10 seriyalı, ************** nömrəli, ##.##.2021-ci il tarixli, IX 10 seriyalı, 01212000110729, ##.##.2021-ci il tarixli, IX 10 seriyalı, 01212000111056, 01212000111054, ************** nömrəli gömrük bəyannamələrinə əsasən iddiaçı vergi ödəyicisi tərəfindən 2021-ci il dekabr ayında müvafiq mallar müxtəlif xarici şirkətlərə (“MEHMETAL OU”, “Remet Metal Sanayi və Ticaret LTD ŞTI”, “BosphorusYatırımveDışTic.A,Ş”)satılmışdır.

71. Vergi orqanının bu əməliyyatları yenidən 2022-ci ilin gəlirlərinə daxil etməsi həm mülki-qanunvericiliyin,həmdəgömrüktənzimlənməsiqaydalarınınprinsiplərinəziddir.

72. AR Mülki Məcəlləsinin 570.1.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamdaicraedilmişsayılır. Həmin Məcəllənin 571.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andanalıcıyakeçir.

74. Yuxarıda qeyd olunan ##.##.2021-ci il tarixli, IX 10 seriyalı, ************** nömrəli, ##.##.2021-ci il tarixli, IX 10 seriyalı, 01212000110729, ##.##.2021-ci il tarixli, IX 10 seriyalı, 01212000111056, 01212000111054, ************** nömrəli gömrük bəyannamələrinin 20-ci qrafasındamallarınçatdırılmaşərtikimiEXW(ExWorks)qeydedilmişdir.

75. X8 (YGB) 20-ci qrafasında malların çatdırılma şərtləri qeyd olunur. EXW şərti beynəlxalq Incoterms qaydalarına görə satıcı üçün minimum öhdəlik nəzərdə tutur. Bu şərtə görə satıcı malı öz müəssisəsində (anbarında, fabrikində) alıcının ixtiyarına verdiyi andan tədarük başa çatmış hesab olunur. Malın anbardan çıxarılması, gömrük rəsmiləşdirilməsi, ixrac prosedurları, nəqliyyat və sığorta xərcləri, habelə bütün risklər tamamilə xarici alıcının üzərinədüşür.

76. AR Dövlət Gömrük Komitəsinin ##.##.2014-cü il tarixli, ***/*** nömrəli sərəncamı ilə təsdiq edilmiş "Gömrük bəyannamələrinin doldurulması Qaydası" na əsasən bəyannaməçi tərəfindən 54-cü qrafada bəyannamənin doldurulduğu/təqdim edildiyi tarix qeyd olunur. Hazırkı halda da, qeyd olunan mallar 2021-ci ilin dekabr ayında iddiaçı tərəfindən satılmış, gömrük bəyannamələri 2021-ci il tarixdə doldurulmuş, lakin, sözügedən gömrük bəyannamələri Dövlət Gömrük Komitəsi ilə Dövlət Vergi Xidməti arasında aparılan elektron məlumat mübadiləsi nəticəsində vergi orqanının informasiya sisteminə 2022-ci ilin 02–09 yanvar tarixlərində inteqrasiya olunmuşdur. Cavabdeh isə yalnız həmin texniki inteqrasiya tarixini əsas götürərək müvafiq ixrac əməliyyatlarını yenidən 2022-ci ilin gəlirləri sırasına daxil etmişdir.

78. Kollegiya hesab edir ki, məlumatların DVX-nin elektron sisteminə gec inteqrasiya olunması tərəflər arasında bağlanmış müqavilənin hüquqi qüvvəyə mindiyi və əməliyyatın faktiki baş tutduğu tarixi (təqvim ilini) dəyişdirə bilməz. Vergi orqanı hesablama apararkən "məlumatın sistemə daxil edildiyi tarixi" deyil, bəyannamənin özünün rəsmi qeydiyyat tarixini vəmalınmülkiyyəthüquqununkeçməanını(EXWşərtini)əsasgötürməlidir.

79. Kollegiya bu məqamda da Vergi Məcəlləsinin 136.1-ci maddəsinin ümumi məzmunu və məqsədini bir daha diqqətə çatdırır ki, hesablama metodunda gəlirin və ya xərcin aid olduğu hesabat dövrü əməliyyatın iqtisadi mahiyyətinin yarandığı dövrə əsasən müəyyən edilir.

80. Hazırkı işdə malların ixracı, mülkiyyət hüququnun alıcılara keçməsi və gəlirin əldə olunması ilə bağlı hüquqi nəticələr 2021-ci ilin dekabr ayında baş vermişdir. Gömrük bəyannamələrinin sonradan elektron sistemə inteqrasiya olunması həmin əməliyyatların iqtisadiməzmununuvəonlarınaidolduğuhesabatdövrünüdəyişdirmir.

81. Digər tərəfdən, kollegiya xüsusilə vurğulayır ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi iddiaçı 2021-ci ildə ixrac edilmiş 798.598,80 manat dəyərində hazır məhsulun dəyəri iddiaçı tərəfindən 2021-ci ilin gəlirlərinə daxil edilərək vergiyə cəlb edilmiş, bu məbləğ vergi orqanı tərəfindən mübahisəsiz olaraq iddiaçının 2021-ci il üzrə gəliri olaraq qəbul edilmişdir. Buna baxmayaraq, cavabdeh eyni gəliri təkrarən iddiaçının 2022-ci ilin gəlirlərinə aid etmiş və nəticə etibarilə eyni gəlir məbləği üzrə həm 2021, həm də 2022-ci illər üçün mənfəətvergisihesablamışdır.

82. Halbuki, VM-nin 3.5-ci maddəsinə görə heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən)eyninövverginibirdəfədənartıqödəməyəməcburediləbilməz.

83. Göründüyü kimi cavabdehin eyni gəlir məbləğini ardıcıl iki vergi dövrü üzrə ayrıca vergitutma obyekti kimi qiymətləndirməsi vergi qanunvericiliyinin qeyd olunan tələbləri ilə uzlaşmır.

84. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilmiş ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla 2022-ci il üzrə 77.924,23 manat mənfəət vergisinin hesablanması da qanunsuz və əsassız olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilmiş 2021 və 2022-ci il üzrə mənfəət vergisinin hesablanması qanunsuz və əsassız olmuşdur. Birinci instansiya məhkəməsi bu hissədə iddianıtəminetməklədoğrunəticəyəgəlmişdir. Göstərilənlərəəsasən,məhkəməkollegiyası

QƏRARA ALDI:

Apellyasiyaşikayətitəminedilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarımübahisələndirilənhissədədəyişdirilmədənsaxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti70)vasitəsiləkassasiyaşikayətiveriləbilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar