Məhkəmə qərarları › İş №2-1(3-8)-159/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-159/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-159/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əlilliyin müəyyən edilməsi, iddiaçının hüquqi marağı) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Tibbi-Sosial Ekspert Komissiyasında sonuncunun müayinəyə dair məlumatından görünür ki, ##.##.2015-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncunun müayinəyə dair məlumatından görünür ki, ##.##.2016-cı ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı barəsində Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncunun müayinəyə dair məlumatından görünür ki, ##.##.2023-cü ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçı barəsində “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının *-**-*/*-*-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin T***/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, “vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün * saylı şəhər poliklinikasında tərtib edilmiş *******AACCY nömrəli Forma 088 göndərişində qeyd edilmiş T90.5- Kəllədaxili travmalarm nəticələri. Xəstə 1-ci Qarabağ müharibəsində QKBT, kontuziya qazanmışdır. G93.4- Dəqiqləşdirilməmiş ensefalopatiya. Postravmatik ensefalopatiya. I67.8- Beyin damarlarının digər dəqiqiləşdirilməmiş zədələnmələri. Xroniki beyin işemiyası. Yaddaş zəifliyi, baş gicəllənmə. H35.0-Fon retinopatiyaları və retinal damar dəyişiklikləri görmənin zəifləməsi; I20-Stenokardiya (döş inağı), sinədə hərəkət zamanı yandırığı ağrılar; F45.4-Davamlı somatoform ağrı pozğunluğu. Tez-tez baş verən baş ağrıları, təzyiq ilə bağlı olmayan; El 1.4-Insulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla. Ayaqlarda ağrı, görmə zəifliyi; IlO-Essensial (birincili) hipertenziya. Müalicəyə çətin tabe olan hipertenziya” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, onun istər DTSERA-da 2023 və 2024-cü illərdə, istərsə də hazırkı müayinələri zamanı sol saidin yuxarı 1/3-də və sol qoltuqaltı nahiyədə çapıqlar izlənmiş, hərəkətləri sərbəst olmuş, nevroloji olaraq konkret şikayət bildirməmiş, Romberq vəziyyətində əllərində tremor müşahidə edilmiş, parez, ataksiya izlənilməmiş, ətraflarda hərəkət həcmi tam, yeriş sərbəst olmuş, psixi statusda təqdim edilmiş instrumental müayinə nəticələrində əsasən yaşla bağlı dəyişikliklər izlənilmiş, bildirmiş olduğu şikayətlər yaşa bağlı somatik, subyektiv şikayətlər olmuş, müayinə zamanı təfəkkür ardıcıllığı, məntiqliyi və mühakiməsinin tam adaptiv olması atrofiyanın səbəb olma ehtimalı olan dementiv ağırlaşmanı inkar etmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji defısit, psixi pozuntular aşkarlanmamışdır. - Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyinatına əsas vermədiyindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndinə aid etmək mümkün olmadı”. "xxxx" publik hüquqi şəxs "X2" publik hüquqi şəxsin # ##### 2026-cı il tarixli, **-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı ##.##.2021-ci il tarixdən ##.##.2021- ci il tarixədək “T90.9 Dəqiqləşdirilməmiş kəllədaxili travma (hərbi travma); T90.5 Keçirilmiş qapalı kəllə beyin travmasından sonra davamlı qalıq əlamətləri; G93.4 Posttravmatik ensefalopatiya, koqnitiv funksiyaların zəifləməsi ilə; I67.4 Baş beyinin xroniki işemiyası; F45.4 davamlı somatoform ağrı pozuntusu diaqnozu ilə, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək “ S06.2 Qapalı kəllə beyin travmasından sonrakı kontuziya (hərbi travma); T90.5 Keçirilmiş qapalı kəllə beyin travmasından sonra davamlı qalıq əlamətləri; G93.4 Posttravmatik ensefalopatiya; G31.0 Serebral atrofiya; I67.4 Baş beyinin xroniki işemiyası; I10 Arterial hipertoniya xəstəliyi III mərhələ diaqnozu ilə,##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək “T90.5 Keçirilmiş qapalı kəllə beyin travmasından sonra davamlı qalıq əlamətləri; G93.4 Posttravmatik ensefalopatiya; G31.0 Serebral atrofiya; I67.4 Baş beyinin xroniki işemiyası; I10 Arterial hipertoniya xəstəliyi III mərhələ diaqnozu ilə Sabunçu TM-nin Nevrologiya şöbəsində stasionar rejimdə müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin ##.##.2026-cı il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı ##.##.2026-cı tarixdə “* nömrəli X8”nda həkim-psixiatr komissiyası tərəfindən müayinə olunarkən ona “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT) şəxsiyyət dəyişikliyi, davranış pozuntusu və koqnitiv funksiyasının enməsi ilə MMSE-24,(F07,0, F07.8, F06,7) diaqnozu qoyulmuşdur. Həmin xəstəliklər, “S06.2-baş beyinin diffuz travması” diaqnozu da daxil olmaqla, hərbi travma nəticəsində yaranmış keçirilmiş qapalı kəllə-beyin travmasının (kontuziyanın) ağırlaşmaları ola bilərdilər. İddiaçı adına “* nömrəli şəhər poliklinikası”ndan olan ambulator kitabçadan çıxarışdan görünür ki, o, ##.##.2026-cı il tarixdə poliklinikaya müraciət etmiş və ona XBT-10 kodu ilə “Əsas xəstəliklər: 111.0-(durğunluq) ürək çatışmamasızlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, S06.2-baş beyinin diffuz travması. Əsas xəstəliyin ağırlaşması: 120-stenokardiya (döş inağı).Yanaşı xəstəliklər: E11.4-insuliden asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla” diaqnozu qoyulmuşdur. vətəndaş İddiaçı ##.##.2026-cı il tarixdə “Elmi- X9”nda (əyani, EKQ və Exo-KQ) müayinələrdən keçirilərkən ona “I42.1-obstruktiv asimetrik hipertrofik kardiomiopiya, I11.0-arterial hipertoniya III dərəcə, I49.3-mədəcik ekstrasistoliyası, I50.0-xroniki ürək çatmamazlığı IIF.S” diaqnozu qoyulmuşdur. Yuxarıa qeyd edilən xəstənin şikayətləri və klinik əlamətləri əsasında müayinə edilmiş, labarator və instrumental müayinə metodları ilə təsdiqlənmişdir. Nəticə etibarı ilə o qeyd olunan xəstəliklərdən hazırda da əziyyət çəkir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə təyin edilmiş ikinci dərəcəli əlilliyin ləğv edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi və təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1961-ci il tarixdə anadan olmuş, 1992-ci ilin iyun ayında erməni işğalçıları tərəfindən Qubadlı rayonuna hücum olunarkən könüllü olaraq hərbi xidmətə getmiş, Kəşfiyyat rotasınm kamandiri olmuş, XXX(XXX) saylı hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirərkən, döyüş zonasında, düşmən ordusunun döyüş xəttinin arxasında kəşviyyatda olarkən 1992-ci ilin avqust ayında mina partlayışı nəticəsində kəllədaxili travma “qapalı kəllə-beyin travması” (baş beyin kontuziyası) xəsarətini almışdır. Hərbi Hospitalda müalicə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2010-cu il tarixli *** saylı qərarı ilə onun xəstəliyi “Kontuziya, orta ağır forma” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. 2010cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.TSEK-in diaqnozu kəllədaxili travma “qapalı kəllə-beyin travması” (baş beyin kontuziyası) müəyyən edilmişdir. Növbəti müayinə tarixi ##.##.2016-cı il tarixə təyin edilmişdir. ##.##.2016-cı il tarixdə təkrar müayinədən keçərək, eyni diaqnozla növbəti müayinə tarixi ##.##.2021-ci il tarixə təyin edilmişdir. Ancaq təyin olunan vaxtı müayinə keçirilməmişdir.Müayinə ##.##.2022-ci il tarixində keçirilmiş, müayinədən keçərkən ona təyin edilmiş ikinci dərəcə müharibə əlilliyi ləğv edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilikdən imtina barədə qərarı ##.##.2021-ci ildə olmuşdur. Belə görünür ki, ##.##.2022-ci il tarixində keçirilən müayinə formal xarakter daşımışdır. Onun əlillik dərəcəsi təyin edildikdən 10 il keçdiyi üçün müddətsiz hesab olunmalı halda, qanunsuz olaraq ləğv edilmişdir. O, dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə təyin edilmiş ikinci dərəcəli əlilliyinin bərpası ilə əlaqədar cavabdehə müraciət etsə də, hər dəfə, o cümlədən sonuncu dəfə ##.##.2024-cü il tarixli məktubu ilə cavabdeh tərəfindən əsassız səbəblərlə imtina verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin *******AACCY nömrəli ##.##.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin J********AEQ nömrəli ##.##.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir.Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması apartlaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2010-cu il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Kontuziva, orta aqır forma” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Keçirilmiş qapalı kəllə - beyin travmasının qalıq əlamətləri, insulindən asılı olmayan şəkərli diabet ağırlaşmalarsız. Beyin damarlarının diger dəqiqləşdirilməmiş zədələnmələri, Diabetik polinevropatiya. Ürəyin hipertenziv xəstəliyi III mərhələ." diaqnozu araşdırılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı güclü başağrıları, başgicəllənmə, halsızltq, yuxusuzluq, həyəcanlıiıq, başında küydən şikayətlənmiş, şəkərli diabet xəstəliyindən, görmə zəifliyindən əziyyət çəkdiyini bildirmişdir. Baxış zamanı sol saidin yuxarı 1/3-də və sol qoltuqaltı nahiyədə çapıqlar izlənmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji olaraq konkret şikayət bildirməmiş, əlillik təyinatına əsas verə biləcək ağırlaşmalar müşahidə edilməmişdir. X2 ##.##.2023-17.08,2023-cü il tarixli **** nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı həftə-beyin travmasının qalıq əlamətləri, Postravmatik ensefalopativa. Serebral ateroskləroz, Bas-beyin xroniki işəmiya. Kortikal atrofiya. Arterial hipərtenizva, III dərəcə. ÖIX, Gərginlik stenokardivası. Şəkərli diabet tip 2. Diabetik Dolinevropatiya. Asteno-nevrotik sindrom” kimi qeyd edilmişdir. Loğman Klinikasının ##.##.2023-cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Bas bevin atmfivast. Hər iki beyin yarımkürəsində periventrikulvar dərin aö maddədə və sentrum semiovaledə çoxsaylı T2, FLAIR hiperintens isemik-aliotik ocaalar. Sol tənə payında ətrafında gliozis olan 10 mm ölçülü ensefalomatvasıva sahəsi" kimi qeyd edilsə də, X2 22,06.2023- ##.##.2023-cü il tarixli Epikrizində qeyd edilmiş MRT müayinəsinin nəticəsində ensefalomalyasiya sahələri qeyd edilməmişdir. 2 ay ərzində belə sahələrin əmələ gəlməsi sənədlərin doğruluğuna şübhə yaratmışdır.Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji dəyişikliklər aşkar edilməmişdir.Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-cI il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyariarfna müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qabul edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərarı mübahisələndirməmişdir. Həmin qərarı mübahisələndirmaklə əlaqədar iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq meyarlarına uyğun gəlmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçının apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə dair etirazda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRI-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 2.1. Serebrovaskulyar xəstəliklər-XBT kodu I60-I69;Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər-XBT kodu I10-I15 Qiymətləndirmə üzrə əlamətləri:2.1.1 arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə; 2.1.2. arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə;2.1.3. arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə Bənd 6.1. Başın travmalarının nəticələri- XBT kodu T90 Qiymətləndirmə üzrə əlamətləri: 6.1.1.ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; 6.1.2.ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası;6.1.3.baş beynin əzilməsi, kontuziyası; 6.1.4.psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası; 6.1.5. vegeto-damar mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası;6.1.6.vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası teztez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə;6.1.7 beyin maddəsində yad cismin olması;6.1.8. ventrikuloperitoneal şuntlama;6.1.9.anadangəlmə inkişaf qüsurlarının ağır formalarında;6.1.10.müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik) Bənd 6.8. Polinevropatiyalar-XBT kodu G63 Qiymətləndirmə üzrə əlamətləri: 6.8.1. cüzi əzələ zəifliyi (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin, əşyaları tutma və saxlama kimi əsas funksiyanın tam həcmdə olmaması ilə);cüzi dərəcəli hissi pozulmalar;cüzi statodinamik pozuntular; 6.8.2. orta dərəcəli əzələ zəifliyi (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası , yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının orta dərəcəli məhdudlaşması, yerişin çətinləşməsi, xırda əşyaların tutulmasının çətinləşməsi);orta dərəcəli hissi pozulmalar;neyropatik tipli ağrılar;mülayim statodinamik pozuntular; 6.8.3.təzahür edən əzələ zəifliyi (əzələ gücünün 2 bala qədər azalması, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının ağır dərəcəli pozulması, yerişin çətinləşməsi);kobud dərəcəli hissi pozulmalar;neyropatik tipli ağrılar;statodinamik funksiyanın əhəmiyyətli pozuntusu;6.8.4.əhəmiyyətli təzahür edən əzələ zəifliyi (əzələ gücünün 1 bala qədər azalması, sərbəst hərəkətin qeyri-mümkünlüyü, yuxarı ətrafın əsas funksiyasının pozulması (kiçik və böyük əşyaların tutulması və saxlanılmasının qeyri-mümkünlüyü), mahiyyətcə yataq xəstəsi);ağır dərəcədə təzahür edən statodinamik pozuntula Bənd 11.2 Şəkərli diabet- XBT kodu E10-E14 11.2.1. insulindən asılı olmayan şəkərli diabet-E11; 11.2.2. böyrəklərin zədələnməsi ilə şəkərli diabet-diabetik nefropatiya (ifrazetmə funksiyasının pozuntusu dərəcəsindən asılı olaraq)- E10- E14; 11.2.3. gözlərin zədələnməsi ilə şəkərli diabet-diabetik retinopatiya (görmə funksiyasının pozuntusu dərəcəsindən asılı olaraq (görmə itiliyi, torlu qişasının lazer koaqulyasiyasından sonra skatomaların olması)-E10-E14 “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı əlilliyin müəyyən edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində göndərişin natamam doldurulması barədə qərar qəbul etmiş, daha sonra əlilliyin qiymətləndirilməsi zamanı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazrki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Bundan əlavə, kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində müvafiq tibbi göndəriş əsasında əlilliyin qiymətləndirilməsinin nəticəsinə aid qərar ##.##.2023-cü il tarixdə qəbul edilmiş (sonrakı tarixlərdə qəbul edilmiş qərarlar məhkəmə araşdırmasının gedişatı zamanı qəbul edilməklə, tibbi göndərişlə bağlı imtina qərarı kimi çıxış etməmişdir), iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə ##.##.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən ötürüldüyü müəyyən edildiyindən, iddia müddətinin bərpa edilməsi qərara alınmışdır. Nəticə etibarilə hazırki iş üzrə iddianın mümkünlük şərti kimi iddia müddətinə aid şərt ödənilmişdir. Həmçinin, kollegiya iddianın mümkünlüyü ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbində əlilliyin müddətinin bitdiyi vaxtdan bərpa edilməsini qeyd edərək, ikinci dərəcə əlilliyin təyin edildiyi vaxtdan 10 il keçdiyindən, müddətsiz əlilliyin təyin edilməli olması halına istinad edərək, məhz əlilliyin müəyyən edilməsinin 2021-ci ildən davam etməli olduğunu bildirmişdir. Kollegiya hesab edir ki, iddiaçının əlilliyin müddəti 2021-ci ildə bitdiyindən və onun hüquqi marağı hər bir halda əlilliyin müəyyən edilməsi ilə bağlı olduğundan, qeyd edilən hallar məhz iddianın əsaslılığı mərhələsində yoxlanılmaqla, hüquqi qiymət verilməli olduğundan, həmin hallar iddia müddətinin tələbi baxımından iddianın mümkün sayılmaması üçün əsas qismində çıxış etməmişdir. Bu halın hazırki iş üzrə nəzərə alınması zəruri olmuşdur. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş (##.##.2023-cü il tarixli), həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri (XBT kodu T90.5), ağırlaşmaları “Baş beynin məhdud atrofiyası (XBT kodu G31.0), “Dəqiqləşdirilməmiş ensefalopatiya (XBT kodu G93.4), “Xroniki posstravmatik baş ağrısı (XBT kodu G44.3), yanaşı xəstəlikləri “Insulindən asılı olmayan şəkərli diabet ağırlaşmalarsız (XBT kodu E11.9), “Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədlənmələri (XBT kodu I67.8), “Ürəyin hipertenziv xəstəliyi III mərhələ (XBT kodu I11), “Diabetik polinevropatiya (E10-14 dördüncü 4. Işarəsi ilə), diabetik polinveropatiya EMQ müayinəsində təsdiq (XBT kodu G63.2) kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan həmin göndəriş əsasında iddiaçının əlilliyini qiymətləndirərək, ##.##.2023-cü il tarixli “göndərişin natamam doldurulması” əsası ilə imtina etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən həmin tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklər üzrə iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün vaxt təyin edilmiş, inzibati icraatın nəticəsində cavabdeh iddiaçı barəsində tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin əlamətlərinin əlilliyin təyin edilməsi üçün əsas vermədiyini bildirmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2011-2012, 2012-2013, 2013-2014,2015- 2016-cı ilədək, sonuncu dəfə 2016-2021-ci ildə beş il müddətinə müharibə zamanı alınmış travma ilə bağlı ikinci dərəcə əlilliyi müəyyən edilmişdir. Iş materiallarından görünür ki, müvafiq Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində ## ### 2010-ci il tarixdə xəstəlik şəhadətnaməsi tərtib edilmiş, iddiaçı barəsində qoyulmuş diaqnoz kimi “Kontuziya, orta ağır forma”, səbəb əlaqəsi kimi “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ##.##.2026-cı il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıda “Üzvi (İ Qarabağ zamanı alınmış QKBT) şəxsiyyət dəyişikliyi, davranış pozuntusu və koqnutiv funksiyanın enməsi ilə MMSE-24 (F07.0,F07.8,F06.7) diaqozu qoyulmuş, həmin xəstəliklər “S06.2-baş beyinin diffuz travması” diaqnozu da daxil olmaqla, hərbi travma nəticəsində yaranmış keçirilmiş qapalı kəllə-beyin travmasının (kontuziyanın) ağırlaşmaları ola bilərdilər, iddiaçıya XBT-10 kodu ilə “Əsas xəstəliklər: I11.0-(durğunluq) ürək çatışmamasızlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, S06.2-baş beyinin diffuz travması. Əsas xəstəliyin ağırlaşması: 120-stenokardiya (döş inağı).Yanaşı xəstəliklər: E11.4-insuliden asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla” diaqnozunun poliknikada müayinə zamanı qoyulduğu, əyani, EKQ və Exo-KQ müayinələrdən keçirilərkən ona “I42.1-obstruktiv asimetrik hipertrofik kardiomiopiya, I11.0-arterial hipertoniya III dərəcə, I49.3-mədəcik ekstrasistoliyası, I50.0-xroniki ürək çatmamazlığı IIF.S” diaqnozu qoyulduğu, xəstəlik əlamətlərinin labarator və instrumental müayinə metodları ilə təsdiqləndiyi, onun həmin xəstəliklərdən hazırda da əziyyət çəkdiyi qeyd edilmişdir. Həmçinin, kollegiya onu qeyd edir ki, ##.##.2025-ci ildə tərtib edilmiş ekspert rəyi cavabdehin nümayəndəsinin iştirakı ilə aparılmış tədqiqatın nəticəsində tərtib edildiyindən, bu hal isə həmin rəyin mötəbərliyini şübhə altına aldığından, iddianın əsaslılığının yoxlanılması üçün həmin rəy mötəbər sübut qismində çıxış etmədiyindən, məhz ##.##.2026-cı il tarixli ekspert rəyi əsas götürüməklə, iddianın əsaslılığına hüquqi qiymət verilməlidir. Kolegiya hesab edir ki, indiki halda işin mübahisəli halı iddiaçıda aşkar edilmiş diaqnoz xəstəliklərin və onların əlamətlərinin müvafiq Qərarda əks olunmuş əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik qismində çıxış edib-etməməsi və onun məhz aldığı hərbi travmanın nəticəsində yaranıbyaranmaması ilə bağlı olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, iş materiallarında olan ekspert rəyi, tibbi müyainələrin nəticələri, həkim rəyləri, izahatları əsasında iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin bir qisminin (XBT kodu T90.5, G31.0,G93.4, G44.3) məhz hərbi travma ilə bağlı ortaya çıxdığı, bir qisminin isə (XBT kodu E11.9,I67.8,G63.2) tibbi göndərişdə yanaşı xəstəliklər kimi qeyd edilməklə, ümumi xəstəlik kimi ortaya çıxdığı, aldığı hərbi travma ilə səbəb əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstliklərdən yalnız XBT kodu T90, E11, I67, G63 olan diaqnoz xəstəliklər və onların qiymətləndirmə üzrə əlamətləri müvafiq Qərar əsasında təsdiq edilmiş meyarlarda əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik kimi ehtiva edilmişdir. Hansı ki, yalnız XBT kodu T90 olan diaqnoz xəstəliyin məhz iddiaçının aldığı hərbi travma ilə bağlı səbəb əlaqəsinin olduğu müəyyən edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, indiki halda iddiaçının hüquqi marağı məhz hərbi travma səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsi olduğundan, onun hüquqi marağına uyğun olaraq, məhz XBT kodu T90 olan diaqnoz xəstəlik əlamətləri üzrə dəyərləndirmə aparılması zəruri olmuşdur. Kollegiya həmin istiqamətdə aparılmış dəyərləndirmə ilə bağlı qeyd edir ki, iş üzrə tədqiq edilmiş ekspert rəyində iddiaçıda aşkar edilən diaqnoz xəstəliklər və onların əlamətləri qeyd edilsə də, XBT kodu T90 olan diaqnoz xəstəlik və onun qiymətləndirmə üzrə əlamətlərinin iddiaçıda mövcudluğuna dair heç bir məlumat əks olunmamışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı işin hallarının ətraflı araşdırılmasının təmin edilməsi və qeyd eidlən diaqnoz xəstəliyin əlamətlərinin iddiaçıda mövcud olub-olmamasının aydınlaşdırılması məqsədilə iddiaçının əyani müayinəsini həyata keçirmiş həkim məhkəmə iclasında mütəxəssis qismində dinlənilmiş, o, izahatında bildirmişdir ki, “Vətəndaş müayinə olunmuş və müvafiq olaraq instrumental müayinələrə yönləndirilmişdir. Elektroensefaloqrafiya (EEQ) müayinəsi aparılmış və nəticələri tibbi sənədlərdə öz əksini tapmışdır.Baş beynin əzilməsi (beyin kontuziyası) diaqnozu psixiatr tərəfindən qiymətləndirilir və bu hal birbaşa nevroloji ixtisasa aid edilmir.“Şuntlama” ilə bağlı hər hansı göstəriş və ya diaqnoz müəyyən edilməmişdir; bu müdaxilə əsasən cərrahi ixtisasa aiddir. Maqnit-rezonans tomoqrafiya (MRT) müayinəsi aparıldığı halda kəllədaxili yad cismin mövcudluğu aşkar edilməmişdir.Arterial hipertenziya diaqnozu arterial təzyiqin 160 mm civə sütunundan yuxarı olduğu hallarda qoyulur və bu diaqnozun dəqiqləşdirilməsi kardioloq tərəfindən həyata keçirilir. Müvafiq olaraq, xəstədə arterial hipertenziya mövcud olduğu qeyd edilmişdir.Əzələ zəifliyi ilə bağlı obyektiv klinik əlamətlər müayinə zamanı aşkar edilməmişdir. Xəstənin anamnezində baş ağrıları və travma faktı qeyd olunur.Vizual və klinik müayinə zamanı ağır dərəcəli baş beyin zədələnməsinə xas əlamətlər müşahidə edilməmişdir. Ambulator kartadan çıxarış mövcud tibbi sənədlərə əsasən tərtib edilir.Vətəndaş müraciət etdiyi zaman kompleks şəkildə müayinə olunmuş, hər bir ixtisas üzrə həkim tərəfindən müvafiq qiymətləndirmə aparılmışdır.” Həmçinin, məhkəmə araşdırması zamanı ekspert rəyinin tərtib edilməsində iştirak etmiş həkimmütəxəssis dinlənilmiş, o, izahatında bildirmişdir ki,” Qapalı kəllə-beyin travması elə bir travmadır ki, müəyyən müddətdən sonra onun özü deyil, yalnız qalıq əlamətləri mövcud ola bilər. Kontuziya isə baş beynin əzilməsi deməkdir. Kontuziya tibbi baxımdan yüngül, orta və ağır dərəcələrə bölünür. Yüngül dərəcəli hallarda bəzi hallarda baş beynin silkələnməsi diaqnozu qoyulur, orta və ağır dərəcəli hallarda isə baş beynin əzilməsi, yəni kontuziya diaqnozu müəyyən edilir.Hazırkı halda vətəndaşda kontuziyanın özü deyil, onun qalıq əlamətləri müşahidə olunur. Kontuziyanın özü travmadan sonrakı ilkin dövrdə, əsasən ilk bir neçə il ərzində mövcud olur. Hazırda isə qapalı kəllə-beyin travmasının nəticəsi olaraq şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları və digər qalıq nevroloji əlamətlər müşahidə edilməkdədir.Əgər kontuziyanın özü hazırda mövcud olsaydı, bu hal xəstəxanaya təqdim edilmiş tibbi sənədlərdə öz əksini tapardı. Belə hallarda xəstənin vəziyyəti ağır olur, xəstə uzun müddət yataq rejimində qalır, işıq və səs qıcıqlarına qarşı həssaslıq göstərir və ciddi nevroloji əlamətlər müşahidə edilir, lakin mövcud tibbi sənədlərdə belə bir vəziyyət qeydə alınmamışdır. Buna görə də xəstəyə qoyulmuş diaqnozun düzgün hesab edildiyini bildirirəm.Tibbi müayinədən sonra xəstəni əlavə müayinələr üçün müvafiq ixtisaslaşmış tibb müəssisələrinə, o cümlədən endokrinoloqun müayinəsinə yönləndirmişəm. Xəstədə III dərəcəli arterial hipertenziya mövcuddur. Bu xəstəlik hədəf orqanların zədələnməsinə səbəb ola bilən ciddi patologiyadır.Arterial hipertenziya nəticəsində zaman keçdikcə ürək, beyin, böyrəklər, göz dibi damarları və digər orqanlarda ciddi dəyişikliklər yarana bilər. Xəstədə nevroloji ağırlaşmaların olması da tibbi sənədlərdə öz əksini tapmışdır və bu hallar xəstəliyin II və III mərhələlərinə uyğun qiymətləndirilə bilər.Bundan əlavə, tibbi sənədlərdə müayinə zamanı görmə pozuntularının olduğu da qeyd edilmişdir, lakin həmin dəyişikliklərin dəqiq nevroloji qiymətləndirilməsi və səbəblərinin müəyyən edilməsi nevropatoloqun səlahiyyətlərinə aid məsələdir.” Göründüyü kimi məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi, müvafiq ixtisaslaşmış həkimlərin tərtib etdyi tibbi rəylər, həkim-mütəxəssislərin izahatı nəticəsində iddiaçıda həmin XBT kodu T90.5 olan diaqnoz xəstəliyin və məhz müvafiq Meyarlarda əlilliyin təyin edilməsi üçün əsas olan qiymətləndirmə üzrə əlamətlərinin (6.1.1.ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; 6.1.2.ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası;6.1.3.baş beynin əzilməsi, kontuziyası; 6.1.4.psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası; 6.1.5. vegeto-damar mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası;6.1.6.vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə;6.1.7 beyin maddəsində yad cismin olması;6.1.8. ventrikuloperitoneal şuntlama;6.1.9.anadangəlmə inkişaf qüsurlarının ağır formalarında;6.1.10.müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik) mövcudluğu aşkar edilməmiş, bu hal öz təsdiqini tapmamışdır. Hansı ki məhz həmin xəstəlik əlamətlərinin mövcudluğunun müəyyən edilməsi halı iddianının əsaslılığını müəyyən etməyə imkan verir. Başqa sözlə desək, iddiaçıda həmin xəstəliyin mövcudluğu halı özlüyündə əlilliyin təyin edilməsi üçün əsas kimi kifayət etmir, bunun üçün məhz müvafiq Meyarlarda əks olunmuş əlilliyin təyin edilməsinə əsas olan əlamətlər aşkar edilməlidir. Indiki halda isə bu hal öz təsdiqini tapmamışdır. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçının özünün təqdim etdiyi tibbi sənədlərin (ambulator kartadan çıxarış məlumatları, müayinə nəticələrinə aid tibbi sənədlər) məzmununda da XBT kodu T90.5 olan diaqnoz xəstəliyin məhz müvafiq Meyarlarda olan qiymətləndirməüzrə əlamətlərinin mövcudluğu öz əksini tapmamışdır. Bu hal da özlüyündə iddianın əsaslılığını təkzib edən hal kimi çıxış edir. Nəticə etibarilə iddiaçı barəsində müvafiq Qərarda əks olunmuş əlilliyin təyin edilməsi üçün əsas olan XBT kodu T90.5 olan diaqnoz xəstəlik və onların əlamətlərinin mövcudluğu öz təsdiqini tapmadığından, iddiaçı hərbi travma səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsi ilə bağlı iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, indiki halda iddiaçı onun barəsində təyin edilmiş əlilliyin on ildən artıq olduğundan, müddətsiz təyin edilməli olduğunu bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Indiki halda isə işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçıya münasibətdə fasiləsiz olaraq 10 il müddətinə ikinci dərəcə əlilliyin müəyyən edilməsi və ya 15 il müddətinə əlillik müəyyən edilməsi halı öz təsdiqini tapmadığından iddiaçı belə bir hala istinad etməkdə haqlı olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, indiki halda iddiaçı barəsində hərbi travma səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsinin qanunla müəyyən edilmiş əsasları aşkar edilmədiyindən, cavabdehin imtina ilə bağlı hərəkətləri qanunauyğun olmuş, iddiaçının iddia tələbi və şikayəti əsassız olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi, həkim-mütəxəssisin izahatı və s. tibbi sənədlər əsasında iddiaçıda XBT kodu I67.8 olan diaqnoz xəstəliyin müvafiq Meyarların 2.1.2-ci bəndində əks olunmuş əlamətlərinin mövcudluğu müəyyən edildiyindən, həmin hal isə orqanizmin funksiyasının 65-80 faiz dərəcəsi ilə iki il müddətinə əlilliyin müəyyən edilməsi üçün əsas olduğundan, iddiaçıya ümumi xəstəlik səbəbindən əlilliyin müəyyən edilməsi ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilmişdir. Iddiaçı isə israrlı olaraq hüquqi marağının yalnız hərbi travma səbəb əlaqəsi ilə bağlı əlilliyin müəyyən edilməsi olduğunu, ümumi xəstəlik səbəbindən əlilliyin müəyyən edilməsini istəmədiyini bildirərək, öz tələbini israrla müdafiə etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının hüquqi marağı ümumi xəstəlik səbəbindən əlilliyin müəyyən edilməsi olmadığından (israrlı olaraq bildirmişdir), iddia tələbini dəqiqləşdirmədiyindən, hazırki icraat çərçivəsində ümumi xəstəlik səbəbindən iddiaçı barəsində əlilliyin müəyyən edilməsi əsaslarının dəyərləndirilməklə, təyin edilməsi mümkün olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, hazırki icraat çərçivəsində iş materiallarında olan ekspert rəy, həkim-mütəxəssis rəyi, tibbi sənədlər əsasında iddiaçı barəsində hərbi travma səbəb əlaqəsi ilə bağlı olan XBT kodu F07 və S06 olan xəstəliklərin və onların əlamətlərinin mövcudluğu müəyyən edilmiş olsa da (hansı ki həmin xəstəliklər müvafiq Meyarlarda əlilliyin müəyyən edilməsi üçün əsas olan xəstəliklər kimi qeyd edilmişdir), qanunvericiliyin tələbinə əsasən əlilliyin qiymətləndirilməsi məhz tibbi göndəriş əsasında aparılmalı olduğundan, indiki halda isə həmin diaqnoz xəstəliklər müvafiq tibbi göndərişdə öz əksini tapmadığından, həmin xəstəliklər üzrə iddianın əsaslılığı baxımından dəyərləndirmə aparılması və əlilliyin müəyyən edilməsi mümkün olmamışdır. Bununla bağlı, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçı həmin diaqnoz xəstəliklərlə (XBT kodu F07 və S06) bağlı sağlamlığının yenidən qiymətləndirilməsini və ona dair yeni tibbi göndərişin tərtib edilməsi ilə bağlı müvafiq tibbi müəssisəsinə müraciət edə, bundan imtina olunduğu və bu halın onun hüququnu pozduğunu ehtimal etdiyi halda, həmin tibb müəssisəsinə qarşı qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət edə bilər, habelə yeni tibbi göndərişin tərtib edildiyi və yeni tibbi göndəriş əsasında əlilliyin qiymətləndirilməsi aparılmaqla, əlilliyin müəyyən edilməsindən imtina olunduğu və bu halın onun hüququnu pozduğunu ehtial etdiyi halda, hazırki cavabdehə qarşı qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməklə, mümkün hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Nəticə etibarilə kollegiya hesab edir ki, indiki halda iddiaçının hüquqi marağı məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsi bağlı olduğundan, mübahisə predmeti olan müvafiq tibbi göndəriş və ona aid imtina qərarı əsasında aparılmış dəyərləndirmə nəticəsində iddiaçıda Meyarlara əsasən bu əsasla əlilliyin müəyyən edilməsinin qanuni əsasları aşkar edilmədiyindən, habelə aşkar edilmiş xəstəlik əlamətləri ümumi xəstəlik səbəbi ilə bağlı olduğundan (iddiaçı israrla bu əsasla əlilliyin müəyyən edilməsini istəməmişdir),Qaydaların 4.2-ci maddəsinin dispoztiv şərtlənin ödənilməsi halı müəyyən edilmədiyindən, iddianın əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunan hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar