Məhkəmə qərarları › İş №2-1(3-8)-163/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-163/2026

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-163/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızının və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan Bələdiyyəsinin ## ###### 2025-ci il tarixli, **/**-**** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan bələdiyyəsinin ## ###### 2025-ci il tarixli, **/**-**** saylı qərarına əsasən, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 15 ünvanında yerləşən 3775.4 kv.m əmlak, 38705 kv.m torpaq sahəsinə görə cari il üçün 1132.62 manat əmlak, 5392.8 manat torpaq, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 32627,1 manat, faiz üzrə 10492,87 manat, maliyyə sanksiyası üzrə 500 manat olmaqla, ümumilikdə 50145,39 manat vergi borcunun olduğu iddia edilmişdir. Qeyd edilən borcun Xırdalan bələdiyyəsinin yerli büdcəsinə məcburi ödənilməsi üçün Abşeron rayon Icra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Inzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibatiməhkəmə icraatı qaydasında baxılır. “Inzibati Icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Xırdalan Bələdiyyəsi iddiaçının mülkiyyətində olan Xırdalan şəhəri, Bakı- Şamaxı şosesi 15 ünvanında yerləşən 3775.4 kv.m əmlak, 38705 kv.m torpaq sahəsinə görə vergi borcunun ödənilməsi məsələsi barədə iclas keçirmiş, lakin, iddiaçıya bununla bağlı hər hansı məlumat verməmiş və işdə iştirakını təmin etməmişdir. Həmin Qanunun 58.2-ci maddəsinə əsasən, inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır, lakin Xırdalan Bələdiyyəsinin qərarıməzmun baxımından anlaşılan deyildir. Həmin Qanunun 61-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibatiakt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Xırdalan Bələdiyyəsinin qəbul etdiyi qərar tamamilə əsassızdır. Əlavə olaraq bildirir ki, iddiaçının mülkiyyətində olan Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 15 ünvanında yerləşən 3775.4 kv.m əmlak, 38705 kv.m torpaq sahəsinə görə cari il üçün 1132,62 manat əmlak, 5392,8 manat torpaq, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 32627,1 manat, faiz üzrə 10492,87 manat, maliyyə sanksiyası üzrə 500 manat olmaqla, ümumilikdə 50145.39 manat vergi borcunun hansı əsasla hesablanması iddiaçıya məlum deyildir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Eyni zamanda, məhkəmənin nəzərinə çatdırır ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə Xırdalan Bələdiyyəsinin iddiaçı barəsində ##.##.2023-cü il tarixli, **/**-**** saylı qərarı ləğv edilmiş, həmin qərarda da hazırki iddia ərizəsində istinad olunan əsaslar nəzərə alınmışdır. Inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bu qayda maraqlı şəxsin inzibat aktı almadığı və ya gec aldığı hallara şamil edilmir. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Xırdalan Bələdiyyəsinin ## ###### 2025-ci il tarixli, **/**-**** saylı qərarı icraya yönəldilmiş, Abşeron rayon Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən iddiaçıya edilmiş zəngdən sonra, ##.##.2025-ci il tarixdə Icra və Probasiya Şöbəsinə gedərək qərarı əldə etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı məktubda bildirmişdir ki, iddiaçı İddiaçı tərəfindən bələdiyyənin ##.##.2025-ci il tarixli qərarından şikayət etmişdir. Həmin qərar bələdiyyə tərəfindən vətəndaşın uzun müddət ərzində ödəmədiyi verci borclarının tələb olunması ilə bağlı qəbul olunmuşdur. Bildirilir ki, bu qərar Vergi Məcəlləsinin, Bələdiyyələrin maliyyəsinin əsasları haqında qanunun, eləcədə yerli yerli özünüidarə orqanlarının səlahiyyətləri çərçivəsində qəbul edilmişdir. Iddiaçı cavablarda və aktda göstərilən məlumatları guya kifayət qədər anlaşılan olmaması iddiasını istinadla inzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 58.2 maddəsinə əsaslanır. Lakin nəzərinizə çatdırırıq ki, iddiaçıya ünvanlanan tədiyə bildirişləri və aktlar aydın və səlis formada, vergi öhdəliklərini və məbləği açıq şəkildə göstərməklə təqdim olunmuşdur. İddiaçı heç bir halda tədiyə bildirişləri ilə bağlı izahat almaq üçün bələdiyyəyə yaxınlaşmamış, əməkdaşlarla ünsiyyətdən yayınmış, dəfələrlə ərazi üzrə müfəttişin etdiyi dəvətlərə cavab verməmişdir. Əgər sənədlərin anlaşılan olması iddiası obyektiv olsaydı, vətəndaş ilk növbədə bələdiyyəyə yazılı və ya şifahi formada sorğu etməli, izahı tələb etməli idi, lakin bu edilməmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsində vergitutma obyektini gizlədən, vergiləri düzgün hesablamaqdan və ödəməkdən yayman şəxs inzibati məsuliyyət daşıyır. Öhdəlikdən yayınmaq, məlumat verməmək və ya bilmirdim demək və yaxud dolayı fikirlər söyləmək qanun qarşısında məsuliyyəti azaltmır, əksinə artırır. Qanunvericiliyə əsasən, vergi öhdəliyinin mövcudluğu və məcburi xarakteri bəhanələrlə aradan qaldırıla bilməz. Bu öhdəlik subyektiv fikirlərə deyik mövcud qanunvericiliyə əsaslanır. Qeyd edir ki, Inzibati icraat haqında Qanunun 58.2-ci maddəsi informasiyanın və sənədlərin anlaşıqlı olmasına yönəlib. Lakin bu vergi borcunun ödənilməsini gecikdirməyə və ya məsuliyyətdən yayınmağa əsas vermir. Vergi borcunun ödənilməsi hüquqi öhdəlikləri AR-nın Vergi Məcəlləsinin 13.2.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinə əməl elməli və vergiləri tam həcmdə və vaxtında ödəməlidir. Həmin maddənin 16.1.1 və 16.1.3-cü vergi ödəyicisinin əsas vəzifələrinə vergiləri hesablamaq və ödəmək daxildir. Maddə 58-də vergilərin vaxtında ödənilməməsi vergi ödəyicisinin məsuliyyətinə səbəb olur. Bələdiyyələrin maliyyəsinin əsasları haqında AR Qanunun 4.1 və 5.1.1-ci maddəsinə əsasən, bələdiyyələrin gəlir mənbələrindən biri bələdiyyə vergiləridir və bu gəlirlər qanunla tənzimlənir. Bu maddələrə əsasən, vergi borcu hüquqi məsuliyyət daşıyır və subyektiv fikirlər, ya da əvəlki proseslərə istinadla bu məsuliyyətdən yayınmaq yolverilməzdi. AR Vergi Məcəlləsinin 59-cu maddəsinə görə, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçtin vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Keçmişdə olan məhkəmə işlərinə istinad əsassızdır, İddiaçı köhnə məhkəmə işlərindədə tədiyyə bildirişinin anlaşılmaz, vergi borcunun düzgün hüsablanılmadığını və indiki iş üzrə dolayı yolla təsir yaratmağa çalışır. Həmin işlərdə bələdiyyənin indiki heyəti iştirak etməyib, bu cür yanaşma Məhkəməyə təzyiq göstərmək cəhdi kimi qiymətləndirmək olar. Iddiaçı İddiaçı iddiası hüquqi əsasdan məhrumdu və yalnız vergi borcunun ödənilməsindən yayınmaq məqsədi daşıyır. Vergi borcunun hesablanma qaydası: Əmlak sahəsi 3775.4 kv m, x 0.30 qəpik = 1 132.62 (1 illik əmlak vergisi) 1132,62 x 0.1% x 365 günə = 413.40 (1 illik faiz borcu) 1132,62 + 413.40 = 1546.02 (1 illik ümumi əmlak vergisi) Torpaq sahəsi 38705 kv m. 1 hektara qədər 0.08 qəpikə vurulur. 10000 x 0.08 = 800 manat. Yerdə qalan 28705 kv m torpaq sahəsi 0.16 qəpikə vurulur. 28705 x 0.16 = 4592.8 + 800 = 5932,80 manat ( 1 illik torpaq vergisi) 5932,80 x 01% x 365 günə = 1968.37 (1 illik faiz borcu) 5932,80 + 1968.37 = 7361.17 (1 illik ümumi torpaq vergisi) 1 illik əmlak və torpaq vergisi % lə birlikdə 7361.17 + 1546.02 = 8907.19 Maliyyə sanksiyasına görə 500 manat. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayonu Xırdalan bələdiyyəsinin ## ###### 2025-ci il tarixli, **/**-**** nömrəli qərarından görünür ki, ümumilikdə hesablanmış 50145,39 manat borc məbləğinin vergi ödəyicisindən tutulub, Abşeron rayonu Xırdalan bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi qərara alınmışdır. Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli arayışdan görünür ki, vətəndaşın Xırdalan bələdiyyəsinə ödəyəcəyi əmlak və torpaq sahəsinə görə 2023, 2024 və 2025-ci illər üzrə borc ödənişləri yerinə yetirməmişdir. 2023, 2024 və 2025-ci illər üzrə ödəniş faizsiz şəkildə, həmdə 2024-cü il isə faizlə hesablanmışdır. Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli və ##.##.2025-ci il tarixli, **** nömrəli ərizələrdən görünür ki, Bələdiyyə tərəfindən aparılmış araşdırmalar və müvafiq uçot sənədlərinə əsasən, cavabdeh tərəfindən 2024-cü ildən 2025-ci ilin cari tarixinədək olan dövr üzrə torpaq və əmlak vergilərinin ödənilmədiyi müəyyən edilmişdir. Qeyd edir ki, 2022 və 2024-cü illərdə məhkəmələr tərəfindən həmin şəxsin əvvəlki illərə aid borcu üzrə qərarlar qəbul olunmuş, bələdiyyə qərarları ləğv edilmişdir. Bu vətəndaşın tamamilə vergidən azad olunması demək deyil. Bələdiyyə bu qərarların hüquqi qüvvəsini tanıyır və həmin illərə aid tələbləri irəli sürmür, həmin illər üzrə məhkəmə qərarı olsa belə. Hazırki iş üzrə tələblər yalnız 2024-cü ildən 2025-ci ilə qədər olan dövrə aiddir və qanunvericiliyə uyğun olaraq cavabdeh tərəfindən ödənilməli olan torpaq və əmlak vergiləri ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri tam həcmdə və vaxtında ödəməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78. Maddəsində Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Qanunvericiliyə əsasən vergi öhdəliyinin mövcudluğu və məcburi xarakteri bəhanələrlə aradan qaldırıla bilməz. Bu öhdəlik subyektiv fikirlərə deyil, mövcud qanunvericiliyə əsaslanır. Həmin məcəllənin 59-cu maddəsində vergi və ya cari vergi ödəməsi bu məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bələdiyyə tərəfindən aparılmış uçot sənədlərinə əsasən, cavabdeh İddiaçı yenədə 2024-cü ildən 2025-ci ilin cari tarixinə dək olan dövürdə öz mülkiyyətində və istifadəsində olan torpaq və əmlak üzrə qanunla müəyyən edilmiş vergiləri ödəməkdən yayınmışdır. Bu baxımdan məhkəmədən xahiş edirəm qarşı tərəfdən özlərinin hesabladıqları düzgün vergi məbləğini və hesablama metodikasını məhkəməyə təqdim etsinlər. Yuxarıda göstərilənləri və mövcud qanunvericiliyi rəhbər tutaraq, məhkəmədən xahiş edirik cavabdehin 2023-cü ilin son 4ayı və 2024-2025-ci illər üzrə torpaq və əmlak vergilərinin bələdiyyə hesabına ödənilməsi barədə qərar qəbul edilsin və cavabdehin vergi ödəməkdən yayınmasının qarşısının alınması üçün qanunla müəyyən tədbirlərin görülməsini təmin olunsun. Əvvəlki illərə aid qüvvədə olan məhkəmə qərarları nəzərə alınaraq, həmin dövürlər üzrə tələblər baxışdan kənar saxlanılsın. Vergi borcunun hesablanma qaydası: Əmlak sahəsi 3775.4 kv m, x 0.30 qəpik = 1132.62 (1 illik əmlak vergisi) 1132,62 x 0.1% x 365 günə = 413.40 (1 illik faiz borcu) 1132,62 + 413.40 = 1546.02 (1 illik ümumi əmlak vergisi) Torpaq sahəsi 38705 kv m, 1 hektara qədər 0.08 qəpikə vurulur. 10000 x 0.08 = 800 manat. Yerdə qalan 28705 kv m torpaq sahəsi 0.16 qəpikə vurulur. 28705 x 0.16 = 4592.8 + 800 = 5392.80 manat ( 1 illik torpaq vergisi) x 01% x 365 günə = 1968.37(1 illik faiz borcu) 5932,80 + 1968.37 = 7361.17 (1 illik ümumi torpaq vergisi) 1 illik əmlak və torpaq vergisi %lə birlikdə 7361.17 + 1546.02 = 8907.19 Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli, № **/**-**** saylı qərar qismən, 28187,36 manat borcun ödənilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən qərara diqqət yetirilsə aydın olar ki, qərarı qəbul edən orqan ümumiyyətlə fiziki şəxsdən tutulmasını qərara aldığı məbləği heç cür əsaslandıra bilməmiş, 50145,39 manat məbləği hansı hesablamalar nəticəsində əldə etdiyini, faiz məbləğlərini necə hesabladığını qərarda qeyd etməmişdir. Bu da, hazırki maddi hüquq normasının tələbləri baxımından aydın və anlaşılan deyildir. Hər nə qədər məhkəmə iddianı qismən təmin edərək, faiz hesablanmasını 1 il kimi, iki ilin vergisi tələb olunmasına baxmayaraq 3 ilin vergisini hesablasa da, söhbət qəbul edilmiş qərardan gedir və məhkəmə bələdiyyənin əvəzinə yoxlama və araşdırma apararaq düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, iş üzrə əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, mübahisələndirilən qərar 2025-ci ilin fevral ayında qəbul edilmiş və məhkəmə qərarında da qeyd edildiyi kimi cavabdeh yalnız 2024 və 2025-ci il üzrə borc hesablanmalı olduğunu etiraf etmiş, məhkəmə isə əksinə 2023, 2024, 2025-ci ili isə bütov şəkildə vergi hesablayaraq düzgün olmayan qərar qəbul etmişdir. Mübahisələndirilən qərar 2025-ci ilin fevralına qədər olan hesablamanı özündə ehtiva etsə də, məhkəmə bələdiyyənin səlahiyyətlərini də üzərinə görütərərək 2025-ci ilin sonuna qədər vergi borcu hesablamışdır. Qeyd olunanlardan da göründüyü kimi, məhkəmə düzgün hesablama apramayaraq, hazırki maddi hüquq normasının da tələblərini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi tərəflər arasında barışıq əldə olunduğunu, barışıq sazişi imzalandığını bildirərək barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflər arasında barışıq əldə olunduğunu, barışıq sazişi imzalandığını bildirərək barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: M a d d ə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.2. Inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. M a d d ə 66. Barışıq sazişinin mümkünlüyü 66.1. Mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir. 66.2. Barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər 66.3. Məhkəmə, sədrlik edən və ya məruzəçi hakim barışıq sazişinin bağlanması barədə tərəflərə məhkəmə qərardadı formasında təklif verməyə haqlıdır. Bu halda barışıq sazişi tərəflərin məhkəmənin təklifinə yazılı formada razılığı əsasında bağlana bilər. 66.4. Protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir. Maddə 117. Icra sənədi 117.1. Icra aşağıdakı sənədlər əsasında həyata keçirilir: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında; 117.1.2. müvəqqəti xarakterli müdafiəyə dair məhkəmə qərardadı əsasında; 117.1.3 məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında; 117.1.4. prosessual xərclərin müəyyən edilməsi haqqında məhkəmə qərardadı əsasında. 117.2. Məhkəmə qərarının icrası ilə bağlı inzibati məhkəmə icraatının iştirakçılarına, onların ərizəsinə əsasən, təsviri və əsaslandırma hissəsi olmadan məhkəmə qərarının surəti verilə bilər. Belə qərar hüquqi qüvvəsinə görə tam formada təqdim olunmuş məhkəmə qərarına bərabər sayılır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Işə apellyasiya qaydasında baxılarkən tərəflər barışıq sazişinin təsdiq edilməsi barədə ərizəni və barışıq sazişini məhkəməyə təqdim edərək, aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəfləri dinləyib, hesab edir ki, tərəflər arasında barışıq əldə edildiyindən, həmin saziş qanunvericiliyə zidd olmadığından, barışıq sazişi təsdiq edilməli iş üzrə icraata xitam verilməlidir. Tərəflər aşağıda qeyd edilən şərtlərdə Barışıq Sazişini təsdiq edən ərizəni məhkəməyə təqdim etmişlər. 1.Tərəflər razılığa gəlirlər ki, İddiaçı tərəfindən 14 500 (on dörd min beş yüz) manat ödənilməsilə Xırdalan Bələdiyyəsinin ##.##.2023-cü il tarixli, **/**-**** saylı qərarı ləğv edilir. 2.Xırdalan Bələdiyyəsi qəbul və təsdiq edir ki, Hazırki Sazişin 1 -ci bəndində göstərilən məbləğin ödənilməsilə 2025-ci il də daxil olmaqla, İddiaçı sözügedən əmlak üzrə Bələdiyyə qarşısında hər hansı vergi öhdəliyi (əmlak və torpaq vergisi, eyni zamanda onlara hesablanmış faiz məbləği) qalmır. 2026-cı ildən başlayaraq qanunvericiliyə uyğun olaraq hesablanan vergi məbləğləri hazırki barışıq sazişinin predmeti deyil və İddiaçı tərəfindən ödənilməsinə etiraz edilmir. 3.Tərəflər təsdiq edirlər ki, hazırkı barışıq sazişinin şərtlərinin yerinə yetirilməsi şərti ilə hazırki iddia üzrə bir-birinə qarşı iddia və tələbləri qalmır. 4.Bu Barışıq sazişindən yaranan hüquqlardan tərəflərin bir-birilərinə qarşı ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir və bununla əlaqədar edilən bütün hərəkətlər özlüyündə əhəmiyyətsizdir. 5.Tərəflər təsdiq edir ki, mübahisənin hazırkı barışıq sazişinin şərtləri ilə həll edilməsi onların mənafelərinə uyğundur. 6.Bu barışıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunduqdan sonra qüvvəyə minir. 7.Barışıq sazişinin şərtlərini əks etdirən hazırkı ərizə Sumqayıt Apellyasiya Məhkəməsində və hər Tərəfdə bir nüsxə saxlanılmaqla 3 (üç) əsl nüsxədə tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərə və Inzibati Prosessual Məcəllənin 66 maddəsinə əsasən, Məhkəmədən xahiş edirik: Barışıq sazişini təsdiq edəsiniz və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edəsiniz. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi 66.1-ci maddəsinə əsasən Mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir. 66.2. Barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın öz qərarını ləğv etmək səlahiyyəti olduğuna görə, barışıq sazişi qanuna zidd deyil və eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görədə barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda izah edilir ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 117 və 117.1.3 –cü maddələrinə əsasən məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında icra həyata keçirilməlidir. Qeyd edilən sənəd icra sənədi hesab olunur. Sadalnanları nəzərə alaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati mübahisə üzrə tərəflər arasında baglanmış barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.Tərəflər razılığa gəlirlər ki, İddiaçı tərəfindən 14 500 (on dörd min beş yüz) manat ödənilməsilə Xırdalan Bələdiyyəsinin ##.##.2023-cü il tarixli, **/**-**** saylı qərarı ləğv edilir. 2.Xırdalan Bələdiyyəsi qəbul və təsdiq edir ki, Hazırki Sazişin 1 -ci bəndində göstərilən məbləğin ödənilməsilə 2025-ci il də daxil olmaqla, İddiaçı sözügedən əmlak üzrə Bələdiyyə qarşısında hər hansı vergi öhdəliyi (əmlak və torpaq vergisi, eyni zamanda onlara hesablanmış faiz məbləği) qalmır. 2026-cı ildən başlayaraq qanunvericiliyə uyğun olaraq hesablanan vergi məbləğləri hazırki barışıq sazişinin predmeti deyil və İddiaçı tərəfindən ödənilməsinə etiraz edilmir. 3.Tərəflər təsdiq edirlər ki, hazırkı barışıq sazişinin şərtlərinin yerinə yetirilməsi şərti ilə hazırki iddia üzrə bir-birinə qarşı iddia və tələbləri qalmır. 4.Bu Barışıq sazişindən yaranan hüquqlardan tərəflərin bir-birilərinə qarşı ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir və bununla əlaqədar edilən bütün hərəkətlər özlüyündə əhəmiyyətsizdir. 5.Tərəflər təsdiq edir ki, mübahisənin hazırkı barışıq sazişinin şərtləri ilə həll edilməsi onların mənafelərinə uyğundur. 6.Bu barışıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunduqdan sonra qüvvəyə minir. 7.Barışıq sazişinin şərtlərini əks etdirən hazırkı ərizə Sumqayıt Apellyasiya Məhkəməsində və hər Tərəfdə bir nüsxə saxlanılmaqla 3 (üç) əsl nüsxədə tərtib edilmişdir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar