Məhkəmə qərarları › İş №2-1(3-8)-187/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-187/2026

01.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-187/2026 01.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Cabbarova Gülnar İnqilab qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı İddiaçı İzafəddin oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “icarəyə verilmiş torpaq sahəsinə hüququn qeydə alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı İzafəddin oğlu, icarəyə verilmiş torpaq sahəsinə hüququn qeydə alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılır ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2006-cı il tarixli *** saylı sərəncamına əsasən İddiaçı İzafəddin oğluna Gəndab-Xaçmaz Xudat yolunun Mürşüdoba kəndi ərazisində yolun sol tərəfində 110 kv.m Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə torpaq sahəsinin ayrılması və orada tikinti işlərinin aparılmasına icazə verilməsi barədə sərəncam verilib. Bütün sənədlərini torplayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestr Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etdim ki qeydiyyata düşərək çıxarış əldə etmişdir. Lakin Əmlak Məsələləri Dövlət Reyestr Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsi imtina vermiş və imtinada göstərmişdir ki, Sənədlərin ekspertiza zamanı aşkar olunmuşdur ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2006-cı il tarixli ** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında sahibkarlıq fəaliyyəti fəaliyyəti üçün 99 il müddətinə icarəyə verilmiş 110 kv.m torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) bələdiyyə fonduna aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilib. Hazırdada rəsmi olaraq sərəncam və digər sənədləri olsa da çıxarış almaq üçün imtina verildiyinə görə son ümüdi məhkəmə olduğuna görə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, icarə hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı iddiaçının müraciət etdiyi Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixli *** nömrəli sərəncamından çıxarışa və ##.##.2007-ci il tarixli ** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında sahibkarlıq fəaliyyəti üçün 99 il müddətinə icarəyə verilmiş 110 kv.m torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) bələdiyyə fonduna aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilib. Göstərilən kateqoriyaya aid olan torpaq sahələrinin sahibkarlıq fəaliyyəti məqsədi ilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixli *** saylı Sərəncamı ilə İddiaçı İzafəddin oğluna sahibkarlıq məqsədilə 110 kv.m torpaq sahəsi ayrılmışdır. ##.##.2007-ci il tarixli ** saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixli *** saylı Sərəncamı əsasında 110 kv.m torpaq sahəsi 99 il müddətinə İddiaçı İzafəddin oğluna icarəyə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin ##.##.2024-cü il tarixli məktubu ilə ki, İddiaçı İzafəddin oğlunun icarəyə verilmiş, torpaq sahəsinə yaxın olan ərazidə yerləşən , ********** qeydiyyat nömrəli Mürşüd-oba bələdiyyəsinə verilmiş çıxarış və onun verilməsinə əsas olan sənəd surətinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Xaçmaz rayon İcra Hakimiyyətinin ##.##.2024- cü il tarixli məktubu ilə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixli *** saylı Sərəncamı və ##.##.2006-cı il tarixli akt məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə torpaq sahəsinin ətrafında yerləşən torpaq sahəsinə verilmiş ************ reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq ************ reyestr nömrəli çıxarış və verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, Xaçmaz rayon İHB-nın ## ###### 2006-ci il tarixli *** saylı qərari ilə iddiaçı İddiaçı İzafəddin oğlunun istifadəsinə verilmiş Xaçmaz-Xudat yolunun Mürşüdoba kəndi ərazisində yolun sol tərəfində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 110 kv.m torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir, qonşu torpaq sahələri ilə üst-üstə düşmür, kommunikasiya xətləri keçmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı İzafəddin oğluna 99 il müddətinə icarəyə verilmiş 110 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh həvalə edilməsi qərara alınmışdır.(hakim Aynur Axundova) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati icraat haqqında” Qanun: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi maragı Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı İzafəddin oğluna 99 il müddətinə icarəyə verilmiş 110 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə aşağıda qeyd edilən halları müəyyən etmişdir: Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixli *** saylı Sərəncamı ilə İddiaçı İzafəddin oğluna sahibkarlıq məqsədilə 110 kv.m torpaq sahəsi ayrılmışdır. ##.##.2007-ci il tarixli ** saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixli *** saylı Sərəncamı əsasında 110 kv.m torpaq sahəsi 99 il müddətinə İddiaçı İzafəddin oğluna icarəyə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin ##.##.2024-cü il tarixli məktubu ilə ki, İddiaçı İzafəddin oğlunun icarəyə verilmiş, torpaq sahəsinə yaxın olan ərazidə yerləşən , ********** qeydiyyat nömrəli Mürşüd-oba bələdiyyəsinə verilmiş çıxarış və onun verilməsinə əsas olan sənəd surətinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Xaçmaz rayon İcra Hakimiyyətinin ##.##.2024- cü il tarixli məktubu ilə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixli *** saylı Sərəncamı və ##.##.2006-cı il tarixli akt məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə torpaq sahəsinin ətrafında yerləşən torpaq sahəsinə verilmiş ************ reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq ************ reyestr nömrəli çıxarış və verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, Xaçmaz rayon İHB-nın ## ###### 2006-ci il tarixli *** saylı qərari ilə iddiaçı İddiaçı İzafəddin oğlunun istifadəsinə verilmiş Xaçmaz-Xudat yolunun Mürşüdoba kəndi ərazisində yolun sol tərəfində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 110 kv.m torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir, qonşu torpaq sahələri ilə üst-üstə düşmür, kommunikasiya xətləri keçmir. Cavabdeh inzibati orqanın imtinasının yeganə əsası ondan ibarətdir ki, torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) bələdiyyə fonduna aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilib. Göstərilən kateqoriyaya aid olan torpaq sahələrinin sahibkarlıq fəaliyyəti məqsədi ilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın dəlillərini əsaslı hesab etmir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, məktubda göstərilən Xaçmaz rayon İHB-nın ## ###### 2006-ci il tarixli *** saylı qərari ilə iddiaçı İddiaçı İzafəddin oğlunun istifadəsinə verilmiş Xaçmaz-Xudat yolunun Mürşüdoba kəndi ərazisində yolun sol tərəfində sahibkarlıq fəaliyyəti ilə məşkul olmaq məqsədilə 110 kv.m torpaq sahəsi ayrılarkən Nərəcan təsərrüfatının yerquruluşu xəritələrində mübahisəli torpaq sahəsi hansı mülkiyyətə aid olması göstərilməmişdir. Lakin torpağların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində həmin ərazinin mülkiyyət növü bələdiyyə kimi göstərilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən bildirilmişdir ki, məktuba əlavə edilən qoşmada təqdim olunan koordinatlarda yerləşən torpaq sahəsi 2004-cü il tarixli Azərbaycan Respublikası Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planına əsasən dövlət mülkiyyətinə aiddir. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının (## ####### 2024-cü il tarixli 50-VIIQ) Qanununa əsasən ölkə üzrə 1606 bələdiyyə birləşərək 685 bələdiyyə yaranmışdır. Yeni formalaşmış bələdiyyə xəritələri hazırlanan zaman həmin torpaq sahəsinin hazırkı mülkiyyət növü barəsində məlumat veriləcəkdir. Əlavə olaraq bildiririk ki, TEKUİS məlumatlarına və Xaçmaz rayonu Nərəcan təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, şərti yararsız sahəyə aiddir. Bu səbəbdən həmin ərazidə tədqiqat işləri aparılmadığından bonitet balı müəyyənləşdirilməmişdir. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi ## ###### 2006-cı il tarixdə müvafiq rəy verərək, torpaq sahəsinin dövlət mülkiyyətinə aid torpaq sahəsi olmasını bildirmiş və həmin torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədi ilə uzunmuddətli icarəyə ayrılmasını məqsədə uyğun hesab etmişdir. Göründüyü kimi iddiaçıya torpaq sahəsi ayrılan zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi müvafiq araşdırma apararaq müəyyən etmişdirki, mübahisə predmeti olan torpaq sahəsindən 325 metr məsafədə yerləşən eyni əsaslarla ayrılmış başqa torpaq sahəsi üzərində hüquqlar cavabdeh orqan tərəfindən dövlət reystrində qeydə alınmışdır. Məhkəmə kollegiyası bərəbərlik prinsipi baxımındanda cavabdeh inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Belliklə qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar