Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-199/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı “İddiaçıil xxxx” Şirkətinin təsisçisi və direktoru Nümayəndə iştirakı ilə, Iddiaçı “İddiaçıil xxxx” Şirkətinin cavabdeh «Azərbaycan Avtomobil X5» X1rşı “iddiaçıya məxsus 1000 kv.metr torpaq sahəsi və ticarət obyekti dövlət ehtiyacı üçün söküldüyündən (2008-2025) 17 il ərzində iddiaçıya dəymiş 1.200.000 manat (bir milyon iki yüz min) ziyanın (əldən çıxmış faydanın) ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı “İddiaçıil xxxx” Şirkətinin cavabdeh «Azərbaycan Avtomobil X5» X1rşı “iddiaçıya aid olan ticarət obyektinin tərkibinə daxil olan qeyri-yaşayış obyektlərinin və istifadəsində olan 1.000 kv.metr torpaq sahəsinin dövlət ehtiyacları üçün sökülməsi ilə bağlı, habelə 13 il ərzində şirkətə dəymiş ziyana görə 894.000 manat kompensasiyanın ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli qərarına əsasən iddia tələbi qismən təmin edilmiş, “Bakı-Quba magistral yolunun 16-cı kilometrliyində yerləşən 50.4 kv.metr qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 50.000 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” qərar alınmışdır. Məhkəmənin həmin qərarından iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qərardadına əsasən cavabdeh tərəfindən təqdim edilmiş apellasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin 2-1(118)- **/**** saylı, ##.##.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi tərəfindən iddia tələbi dəqiqləşdirilərək, “iddiaçıya məxsus 1000 kv.metr torpaq sahəsi və ticarət obyekti dövlət ehtiyacı üçün söküldüyündən (2008-2025) 17 il ərzində iddiaçıya dəymiş 1.200.000 manat (bir milyon iki yüz min) ziyanın (əldən çıxmış faydanın) ödənilməsi” barədə qərar qəbul edilməsi xahiş edilmişdir IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Abşeron rayonu, Bakı-Sumqayıt yolunun 36-cı kilometrliyində yerləşən sahəsi 50.4 kv.metr olan ticarət obyekti şirkətə məxsus olmuşdur. Elə həmin ticarət obyektində ticarətlə məşğul olmuşdur. Həmin ticarət obyektinin yerləşdiyi 1000 kv.m torpaq sahəsi də iddiaçının istifadəsində olmuşdur. Həmin torpaq sahəsini dəmir məftildən toxunmuş torla hasara almış, çoxlu ağaclar əkmiş və həmin sahəni piltə ilə döşəyib ticarət meydançası qurmuş, dəmir konstruksiyadan çətir inşa etmiş, orada Almaniyadan gətirilmiş ikinci əl avtomobil təkərlərinin topdan və pərakəndə satışı, avtomobillərin motor уağlarının topdan və pərakəndə satışı, yağdəyişmə və xırdabuynuzlu heyvanların satışı ilə məşğul olmuşdur. Iddiaçı sözügedən tikililərə və infrastrukturların yaradılmasına 582000 (beş yüz səksən iki min) manat investisiya qoymuşdur. Möhtərəm Prezidentimiz "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006- 2007-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncam vermişdir. Bu Sərəncam əsasında aparılan yol tikintisi ilə bağlı sözügedən, yəni iddiaçıların birgə vəsaiti ilə inşa edilmiş və genişləndirilmiş ticarət mağazaları və iaşə obyektləri sökülmüşdür. Yeni sahə ayrılması və tikililərin dəyərinin ödənilməsi, dövlət tərəfindən bu işlər üçün ayrılmış maliyyə vəsaitinin hesabına kompensasiya veriləcəyi bildirilsə də, bu günə qədər heç bir kompensasiya verilməmişdir. Sahibliyində olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Mənzil Kommunal Təsərrüfatı Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsi tərəfindən verilmiş ## #### 2001-ci il tarixli *** saylı qeydiyyat vəsiqəsi ilə iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmış əmlakın sökülməsi və istifadəsində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün ayrılması nəticəsində kompensasiya ödənilməsindən Azərbaycan Avtomobil X5 imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı İddiaçıil “xxxx” şirkəti məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərib ki, “ona məxsus olan xüsusi mülkiyyət hüququ əsasında Bakı-Sumqayıt şosenin 16- kilometrliyində, Xırdalan qəsəbəsində yerləşən “VAZ” avtomobillərin texniki xidmət stansiyasınin qarşısında yolun kənarında, şimal-şərq tərəfində yerləşən 28/4 kv.metr sahəsi olan komission mağaza və 22,0 kv.metrə sahəsi olan avtobus dayanacağı, Azərbaycan Avtomobil X5 tərəfindən inşa edilən magistral yolun tikintisi ərazisinə düşmüşdür. Həmin ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin dəmir məftildən toxunmuş torla hasara almiş, çoxlu ağaclar əkmiş və həmin sahəni plita ilə döşəyib ticarət meydançası qurmuş, dəmir konstruksiyadan çətir inşa etmiş, orada Almaniyadan gətirilmiş ikinci əl avtomobil təkərlərinin topdan və pərakəndə satışı, avtomobillərin motor yağlarının topdan və pərakəndə satışı, yağ dəyişmə və xırdabuynuzlu heyvanların satışı təşkil olunmuşdur. Sözügedən tikililərə və infrastrukturların yaradılmasına 582000 (beş yüz səksən iki min) manat investisiya qoyulmuşdur. Şirkət ət dükanı, yağ dəyişmə və təkərlərin satışında ayda 2000 manat gəlir əldə edirdi.” “xxxx" şirkətinə aid Ticarət obyektinin tərkibinə daxil olan inşa edilən ticarət təyinatlı qeyri-yaşayış obyektlərinin və istifadəsində olan 1000 kv.m torpaq sahəsinin dövlət ehtiyacları üçün sökülməsi ilə bağlı, habelə 13 il ərzində dəymiş ziyana görə cəmi 894.000 (səkkiz yüz doxsan dörd min) manat kompensasiyanın ödənilməsini cavabdeh Azərbaycan Avtomobil X5nin üzərinə vəzifə olaraq qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayit Inzibati-Iqtisadi Məhkəməsinin *-*(***)-****/**** nömrəli sərəncamı ilə cavabdehdən iddia tələbinə münasibətinin bildirilməsi tələb edilmişdir. Bu iddia ilə razı deyil və aşağıdakı sadalanan qanunda olan müddəalara və mülki işdə olan sübutlara əsasən etirazlarını bildirirlər. Qeyd edirlər ki, Abşeron rayon Icra Hakimiyyətinin *** nömrəli, ##.##.1994-cü il tarixli sərəncamına əsasən iddiaçı İddiaçıil “xxxx” şirkətinə Bakı- Sumqayıt yolunun 16-cı km-də, şimal-şərq tərəfində sahəsi komission mağaza və avtobus dayanacağını tikilməsinə icazə verilməsi üçün 32 kv.m. torpaq sahəsi ayrılmışdır. Sərəncamda xüsusən vurğulanmışdır ki, 1-si Avtomobil yolları idarəsinin məktubuna nəzərə alaraq icazə verilmişdir. Həmin sərəncamın əsasında komissiya tərtib edilmiş və protokolunda da qeyd olunmuşdur ki, 1-si Avtomobil yolları idarəsinin məktubunun razılıq əsasında torpaq sahəsi ayrılmışdır. “xxxx” Dövlət Şirkətinin 1-si Avtomobil yolları idarəsinin İddiaçıil “xxxx" şirkətinə icazə məktubunun, 4-cü bəndində xüsusən vurğulanmışdır ki, gələcək də yolda genişləndirmə işləri aparılsa obyekt sahibi tərəfindən lazımı məsafəyə çəkilməlidir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2004-ci il tarixli, ** saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi X4”na əsasan “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu” Azərbaycan Avtomobil X5nin tərəfindən inşa edilmişdir. Iddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası zamanı, göstərdiyi yolun tikintisi altına düşən torpaq sahəsi tam şəkildə ona məxsus deyildi və mülkiyyət hüququna malik olmayib. Beləliklə iddiaçının iddia ərizəsində göstərdiyi əraziyə dair Azərbaycan espublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyətçi, istifadəçi və ya icarəçi hüquqları qeydiyyata alınmamışdır. Abşeron Rayon Icra Hakimiyyəti Başçısının Sərəncamına əsasən “Bakı-QubaRusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun” 6-45 km. hissəsinin yenidənqurulması ilə əlaqədar Abşeron inzibati ərazisindən keçən hissəsində avtomobil yolunun mühafizə (60m.) və daimi təhkim zolağına düşən maneələrinin və torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədi müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil X5, ƏMDK, “xxxx” MMC, notarius, və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlayıb və mövcud olan hər hansı əmlak qeydə alınırdı. Lakin siyahıyaalma zamanı hazırda iddiada göstərdikləri ağaclar və tikililərbarəsində heç bir məlumat aşkar olunmamışdır. Mülki hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra iddiaçı zərər deliktin törədilməsində təqsirliliyini və zərər vuranın əməli (hərəkət və ya tsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Hazırkı halda ona vurulan zərərin məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsinə Azərbaycan Avtomobil X5 işçilərin təqsirli hərəkətləri nəticəsində yəni iddiaçının iddiada qeyd edilən sahəsində ağacların, dəmir məftildən toxunmuş torla hasarın, sahəni pilta ilə döşəyib meydançanın, inşa edilmiş dəmir konstruksiyadan çətirin və s., məhv olması ilə əlaqədar və ona maddi ziyanın vurulması, hətta məhv edilmiş ağacların və tikililərin olub-olmamağı barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Avtomobil X5 tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sübut təqdim olunmayıb, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçı tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Iddiaçının iddia ərizəsində qeyd etdiyi tikililər və ağaclar Azərbaycan Avtomobil Dövlət Agentliyi tərəfindən sökülməmiş, ümumiyyətlə hər hansı bir maneə iddiaçının qeyd etdiyi ərizədə mövcud olmadığından, bu işlərlə bağlı Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmamışdır. Eyni zamanda Baki-Sumqayıt şosesinin 16-kilometrliyində, “VAZ” avtomobillərinin texniki xidmət stansiyasının qarşısında, yolun kənarında yerləşən ticarət obyektinin sahibkarlıq fəaliyyəti ilə bağlı sənədləri, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) uçotu, dövlət büdcəsinə vergilərin ödənilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı icazə sənədləri (lisenziyalar) İddiaçıil “xxxx” tərəfindən məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Şikayətdə qeyd edilir ki, iş üzrə toplanmış materiallardan da görünür ki Bakı- Sumqayıt yolunun 16-cı km-də yerləşən sahəsi 50,4 kv.metr olan ticatər obyekti və obyektin yerləşdiyi 1000 kv.m torpaq sahəsi açıq- aşkar şirkətin istifadəsində olmuşdur. Həmin torpaq sahəsi isə piltə ilə döşənmiş, metal və məftillə hasarlanmış, orada kommunikasiya xətləri olmuş, sahə üzrə sənədləşmələr aparılmışdır. Həmin obyektdə ət dükanı, yağ dəyişmə, bütün növ maşınların təkərlərinin topdan və pərakəndə satışı ilə məşğul olurduq. Aylıq qazanc 5000 - 7000 azn təşkil edirdi. “xxxx’ şirkətinə məxsus qeyri -yaşayış obeyktinin dövlət ehtiyacı üçün alınması və 17 il ərzində şirkətə dəymiş ziyanın hesablanması üçün obyekt qiymətləndirilmişdir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, 17 il ərzində şirkətə dəymiş ziyanın və əldən çıxmış faydanın hesablanması üçün şirkətimiz ## ###### 2025-ci ildə azərbaycan respublikası Audutorlar Palatasına müraciət etmişdir. ( rəylər Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir).
1. “xxxx” tərəfindən
2. X8 MMC tərəfindən
3. Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən qiymətləndirilib, əsaslandırılıb Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt Inzibati Məhkəməsində “xxxx” şirkətinin 2 dəfə kompensasiya ilə təmin olunması barədə işlərimizə baxılmışdır. 1-ci dəfə hakim Ceyhun Məmmədov Azərbaycan Respublikası Inzibati Prosesial Məsələsinin 2.68.69.75.81 və 85-ci maddələrini rəhbər tutaraq Bakı-Rostov yolunun 16cı km-də yerləşmiş 50.4 m2 qeyri yaşayış obyekti dövlət ehtiyacı üçün alınması ilə əlaqədar olaraq qismən 50.000 azn ( əlli min manat) məbləğində kompensasiyanın İddiaçıil “xxxx’ şirkətinə ödənilməsi öhdəliyini cavabdeh Azərbaycan Avtomobil X5nin üzərinə qoymuşdur. 2-ci dəfə isə Sumqayıt Inzibati məhkəməsinin hakimi Leyla Mirzəyeva Azərbaycan Respublikası !!!!!!! maddələrini rəhbər tutaraq “xxxx’ şirkətinə kompensasiyanın ödənilməsini təmin etməmişdir. Sumqayıt Inzibati Məhkəməsində iki hakim əks qərarlar çıxarmışlar. Sumqayıt Inzibati Məhkəməsinin hakimi Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə ##.##.2024-cü ildə “xxxx’ şirkətinin işlərinə baxılıb, iş üzrə məhkəmə-texniki-ikinti ekspertiziyasının təyin olunması üçün sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi ## #### 2025-ci il tarixli **/**** nömrəli nəticəyə əsasən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” rublik hüquqi şəxsi, * saylı Abşeron ərazi idarəsinin 3-21-3-32/2- 3367/2025-c i il tarixli mütəxəssis məlumatına (rəyinə) əsasən qeyd olunduğu kimi həmin ərazidən Bakı- Rostov magistral yolu keçdiyini təsdiq etmişdir (koordinant - 392946=448 1002). Belə ki, bu ekspertiza rəyi şirkətə məxsus qeyri yaşayış obyektinin cavabdeh Azərbaycan Respublikası Avtomobil X5 tərəfindən dövlət ehtiyacı üçün alınmasının sübutudur. Belə ki, AR qanununun 7.2 -ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs kompensasiya almaq hüququna malikdir.
b) Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “İddiaçıil xxxx” Şirkətinin təsisçisi və direktoru Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ Inzibati Prosessual Məcəllə: 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ..... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); ..... 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə İddiaçıil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya dəymiş ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsindən cavabdehin imtinası təşkil edir. Iddiaçının hüquqi marağı müvafiq kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, “Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları və iddia ərizəsində qeyd edilənlərdən müəyyən olunur ki, Abşeron rayon Icra Hakimiyyətinin Başçısının ##.##.1994-cü il tarixli, *** saylı sərəncamına əsasən Bakı-Sumqayıt yolunun 16-cı km-də komission mağaza və avtobus dayanacağının tikintisi üçün iddiaçıya 32 kv.metr torpaq sahəsi ayrılmışdır. Daha sonra iddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində sahəsi 50.2 kv.metr olan qeyri-yaşayış sahəsi tikilmişdir. Buna dair iddiaçının adına Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsin tərəfindən qeydiyyat vəsiqəsi və texniki pasport da tərtib edilmişdir. Iddiaçı qeyd edilən torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsinin Bakı- Quba magistral yolunun tikintisi ilə əlaqədar söküldüyü üçün ona dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, «Azərbaycan Avtomobil X5» X1 müraciətini təmin etməmişdir. Iddiaçı hal- hazırda ona kompensasiya ödənişinin edilməsi iə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2020-ci il tarixli məktubunda keçmiş Abşeron Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən “xxxx şirkətinin adına Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 16-cı kilometri ünvanında yerləşən qeyriyaşayış binası üzərində mülkiyyət hüququ reyestr kitabında 298 reyestr nömrəsi ilə qeydiyyata alındığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət ehtiyacları üçün alınan, ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdehin iddiaçıya ünvanladığı məktubunda, kompensasiyanın ödənilməməsinə əsas kimi sözügedən torpaq sahəsi ilə bağlı rəsmi sənədlərin təqdim edilməməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.1 -ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Məcəllənin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikasıü Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən həyata keçirilir. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əməlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Məcəllənin 246.3-cü maddəyə əsasən torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Məcəllənin 246.7-ci maddəsinə görə torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Məcəllənin 1100-cü maddəsində qeyd edilmişdir ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Qanunun 2.1-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Mülki Məcəllədən, Mənzil Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Qanunun 3.1-ci maddəsinə əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Qanunun 3.2-ci maddəsinə görə torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Qanunun 4.2-ci maddəsinə görə Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Qanunun 5.1-ci maddəsinə görə istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. 5.2-ci maddəyə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Qanunun 7.2-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Qanun 73-cü maddəsinə görə bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11 -ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); 7.3.3. ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər; 7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; 7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. Qanunun 23-cü maddəsinə əsasən Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.2. alınan torpağın və onunla yanaşı yerləşən torpağın, həmin torpaqlarda olan tikililərin və daşınar əmlakın bərpa qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiya ilə bağlı danışıqlarda köməklik göstərir; 23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə İddiaçıil qiymətləndirici cəlb edir; 23.1.5. İddiaçıil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 23.1.6. zəruri hesab etdiyi hallarda bu Qanunun 75.8-ci maddəsinə uyğun olaraq təqdim edilmiş nəzarət orqanının təklifləri əsasında alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləğində dəyişikliklər edilməsi barədə qərar qəbul edir; 23.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın məbləği barədə qərarını alan orqana göndərir. Qeyd edilən Qanunun 54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2-ci maddəsinə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Qanunun 55.1-ci maddəsinə görə bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Qanunun 55.2-ci maddəsinə əsasən Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Inzibati işin tam və hərtərəfli araşdırılmasının təmin edilərək, mübahisə predmeti olan torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin "Bakı-Quba avtomobil yolu”nun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə düşməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə- tikinti texniki ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş **/**** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri X1n * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis məlumatına əsasən qeyd olunur ki, texniki pasportda göstərilmiş qeyri-yaşayış binası aşkar edilmədi və həmin ərazidən Bakı-Rostov avtomobil yolu keçir. Iddiaçının təxmini göstərdiyi mərkəzi hissədən koordinat 39946, 4481002. Məhkəmə qeyd edilən torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın ödənilməsi ilə bağlı qeyd edir ki, Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsinin əsas meyarlardan biri kimi inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın * saylı Protokolunun 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Insan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə "Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11 -ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə iddiaçıya dəymiş zərərə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış obyektinin yerləşdiyi ərazidən Bakı-Rostov avtomobil yolunun keçməsi müəyyən edilsə də, iddiaçı tərəfindən ona məxsus olan daşınmaz əmlakların yeri tam dəqiq göstərilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş ekspert rəyindən də görünür ki, mübahisə predmeti olan əmlakın yerləşdiyi yerin dəqiq koordinatları məlum deyildir. Eyni zamanda iddia tələbinin əldən çıxmış faydanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı əldən çıxmış faydanın təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.” Məhkəmə kollegiyası birinci instansiyanın gəldiyi nəticə ilə razılaşaraq, əlavə olaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbinin əsaslılığı birbaşa subutetmə yükü ilə bağlıdır. Ilkin sübutetmə olaraq iddiaçı ancaq müvafiq qeyiyyat vəsiqəsi və texniki pasport təqdim etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2004-ci il tarixli, ** saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi X4”na əsasan “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu” Azərbaycan Avtomobil X5nin tərəfindən inşa edilmişdir. Iddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası zamanı, göstərdiyi yolun tikintisi altına düşən torpaq sahəsi tam şəkildə ona məxsus deyildi və mülkiyyət hüququna malik olmayib. Beləliklə iddiaçının iddia ərizəsində göstərdiyi əraziyə dair Azərbaycan espublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyətçi, istifadəçi və ya icarəçi hüquqları qeydiyyata alınmamışdır. Abşeron Rayon Icra Hakimiyyəti Başçısının Sərəncamına əsasən “Bakı- QubaRusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun” 6-45 km. hissəsinin yenidənqurulması ilə əlaqədar Abşeron inzibati ərazisindən keçən hissəsində avtomobil yolunun mühafizə (60m.) və daimi təhkim zolağına düşən maneələrinin və torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədi müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil X5, ƏMDK, “xxxx” MMC, notarius, və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlayıb və mövcud olan hər hansı əmlak qeydə alınırdı. Lakin siyahıyaalma zamanı hazırda iddiada göstərdikləri ağaclar və tikililərbarəsində heç bir məlumat aşkar olunmamışdır. Işdən görsənir ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2004-ci il tarixli, ** saylı sərəncamı ilə təsdiq edilmiş və inşa edilmiş “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu” ilə bağlı əmlaka dəymiş ziyana görə kompensasiya tələbini 2019-cu ildə irəli sürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının torpaq sahəsi ilə hər hansı bir mülkiyyət və digər hüququ mövcud deyil. Qeyri yaşayış sahəsi ilə bağlı isə on ildən artıq bir müddədən sonra müvafiq dövlət qurumunun mütəxəsisinə təxmini yer göstərməklə əmlaka görə kompensasiya və əlavə olaraq əldən çıxmış fayda tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, yol tikintisinin inşası zamanı iddiaçı müvafiq səlahiyyətli qurumlara müraciət edərək, iddia ərizəsində qeyd etdiklərini sübut edərək, hüquqlarının qorunmasına, müvafiq kompensasiya əldə edilməsinə nail ola bilərdi. Lakin heç bir quruma müraciət etmədən, on ildən artıq müddətdən sonra faktiki mövcud olmayan əmlakla bağlı tələblər irəli sürülməsi iddiaçının sübutetmə yükü baxımından iddiası əsassız edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müvafiq kompensasiya ödəməkdən imtina etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.