Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-2/2026 27.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi və evə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-6178/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Abşeron rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki 15 saylı fərdi yaşayış evi inventar işi 236 olan 94B reyestr kitabında İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-İ-0051-8/2025 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olduğu, həmçinin torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.1644 ha olduğu halda faktiki olaraq torpaq sahəsinin 0.1593 ha hissəsinin istifadəsində olduğu və buna dair notarial qaydada təsdiq olunmuş azalma ərizəinin hazırkı ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.1644 ha sahədən ibarət torpaq sahəsinin və 30,4 m2 olan 5 saylı fərdi yaşayış evinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ona məxsus ünvan 1 ünvanında yerləşən 0.1644 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 30,4 m2 olan 15 saylı fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeydiyyat vəsiqəsindən (həmin qeydiyyat vəsiqəsində mülkiyyət hüququ Abşeron rayon İHB-nin 2B-56 saylı 16 may 1999-cu il tarixli qərarına əsasən qeydə alınmışdır), vətəndaşlara əlavə mənzil tikintisinə icazə verilməsi haqqında Abşeron rayon İcraiyyə Komitəsinin 276/5 saylı, 31 oktyabr 1986-cı il tarixli qərarından və yaşayış evinə dair texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki 15 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir, qeyd olunan sənədlər bilavasitə onun daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsini tam təsdiq edir. Məhz bu xüsusatlara əsasən, qanuni əsaslarla ona verilmiş ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki 15 saylı fərdi yaşayış evinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəbuna müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana dəfələrlə rəsmi qaydada müraciətlər edilmişdir. Cavabdeh orqan tərəfindən müraciətə baxılmış, cavabdeh orqan formal xarakterli imtina məktubu təqdim edərək, müraciətin təmin olunmasından imtina edilmiş, nəticədə onun Konstitusion hüququ pozulmuşdur. Cavabdeh orqanın gəldiyi nəticə əsassızdır. Hüquqlarının dövlət qeydiyyatına alınması bizim hüququmuz olduğu halda sözügedən orqan ona aid olan hüquqların həyata keçirməsini məhdudlaşdırmışdır. Tələbin hüquqi əsasları ilk öncə qeyd olunmalıdır ki, inzibati orqan müvafiq inzibati akt qəbul edərkən sozügedən qanunvericilik aktının 15-ci maddəsinə istinad etmişdir. Lakin, inzibati orqan konkret həmin maddənin müvafiq bəndini (“hüquqların dövlət qeydiyyatına alınmasından imtinanı” əks etdirən müvafiq bəndi) qeydetməmişdir. Bu hal da “İnzibati icraat” haqqında qanunun 61-ci maddəsi ilə ziddiyyət təşkil edir (həmin maddədə yazılı və ya yazılı formada təsbitolunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar,habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir). Bu səbəbdən qəbul edilmiş sözügedən inzibati akt “İnzibati icraat” haqqında qanunun 67.1-ci maddəsinə əsasən qanunsuzdur (inzibati orqantərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbuledilmiş inzibati akt qanunsuz sayılır) və ləğv olunmalıdır. Bundan başqa o da qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün qanunvericilik (AR MülkMəcəlləsinin 139-cu maddəsinin 1.1.5 və 1.1.8 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun” 8-ci (8.0.5 və 8.0.8-ci) maddələri) bir sıraəsaslar müəyyən etmişdir. Həmin əsaslardan biri kimi “2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqlarıtəsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri”, “Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərindəhüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər” göstərilmişdir. Səlahiyyətli orqana tərəfindən sözügedən fərdi yaşayış evinin alqı-satqısına dair xx.xx.1989-cu il tarixli 16796 nömrəli reyestrdəqeydə alınmış müqavilənin, qeydiyyat vəsiqəsinin, vətəndaşlara əlavə mənzil tikintisinə icazə verilməsi haqqında Abşeron rayon İcraiyyə Komitəsinin276/5 saylı, 31 oktyabr 1986-cı il tarixli qərarının və yaşayış evinə dair texniki pasportun surətləri təqdim edilsə də bizə aid olan hüquqların həyatakeçirilməsi inzibati orqan tərəfindən məhdudlaşdırılmışdır (qeydiyyat vəsiqəsinin surəti, müqavilənin surəti, qərarın surəti, texniki pasport kitabçasınınsurəti, iddia ərizəsinə əlavə olunur). Belə olan halda, hazırda qeyd olunan hüquqlarının dövlət qeydiyyatına alınması barədə tərəfindən məhkəmədə iddia qaldırıla bilər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olduğu, həmçinin torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.1644 ha olduğu halda faktiki olaraq torpaq sahəsinin 0.1593 ha hissəsinin istifadəsində olduğu müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-6178/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.1644 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 30,4 m2 olan 15 saylı fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Abşeron rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş inventar işi 236 olan 94B reyestr reyestr nömrəli Qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması göstərilmiş və qeyd olunan fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Bundan başqa torpaq sahəsinin ayrılmasına dair və mənzil tikintisi üçün yerli icra hakimiyyətinin (XDS) də müvafiq qərarları olmuşdur.Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququları qeydə alınmalıdır. Yuxarıda qeyd olunan texniki pasportun 2-ci səhifəsinin 2-ci bəndində torpaq sahəsinin ölçüsünün 1644 m2 olması qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 1644 m2 torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30.4 m2 olan 15 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeyd alınması üçün hər hansı bir məhdudiyyət mövcud deyil. Həmçinin, sözügedən qərarların və Qeydiyyat vəsiqəsinin ləğvi barədə hər hansı məlumat məhkəməyə daxil olmamışdır. Yəni müvafiq icra hakimiyyətinin qərarları və Qeydiyyat vəsiqəsi qüvvədədir və preyudisiyal əhəmiyyətə malikdir. Bundan başqa nəzərə alınmalıdır ki, daşınmaz əmlaklar 30 ildən çoxdur ki, iddiaçının istifadəsində və faktiki sahibliyindədir. Həmçinin, cavabdeh təşkilat tərəfindən mübahisəli torpaq sahəsinə dair müayinə aktı təqdim edilmiş və digər hər hansı mübahisəli halın olması qeyd olunmamışdır. Ona görə də iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması yolverilməzdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə dair etirazının dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, “ iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.1593 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 30,4 m2 olan 15 saylı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsinin nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ..... 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); .... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi 0.1593 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 30,4 m2 olan 15 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olduğu, həmçinin torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.1644 ha olduğu halda faktiki olaraq torpaq sahəsinin 0.1593 ha hissəsinin istifadəsində olduğu, buna dair azalma ərizəsi verilməməsi halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, sözügedən fərdi yaşayış evinə dair iddiaçının adına qeydiyyat vəsiqəsi və 1989-cu il tarixli texniki pasportu tərtib edilmiş, həmin sənədlərin məzmununda fərdi yaşayış evinin ünvanı, ümumi sahəsinin 30,4 kv.m. olduğu (yaşayış sahəsi 11,4 kv.m., köməkçi sahə 19 kv.m. olmaqla), faktiki torpaq sahəsinin ölçüsü 1644,7 kv.m. olduğu, torpaq sahəsinin planı və konfiqurasiyası əks olunmuşdur. İddiaçı sözügedən ev və torpaq sahəsini müqavilə əsasında əldə etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin mütəxəssisləri tərəfindən sözügedən ev və torpaq sahəsi müayinə edilərək, onun texniki göstəricilərinə aid müayinə aktı tərtib edilmiş, müayinə aktının məzmununda evin ölçüsünün 30,4 kv.m. olduğu (əsas yaşayış sahəsi 11,4 kv.m, köməkçi sahə 19 kv.m. olmaqla), yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün 0,1593 ha olduğu, 3 tərəf qonşu ilə, bir tərəf yol ilə sərhəd olduğu, daş hasarla əhatələndiyi, kommunal xəttlərin keçmədiyi, A fərdi yaşayış evinin yerində olduğu, təmirli, yaşayış evi olduğu, evi 0,1593 ha torpaq sahəsində yerləşdiyi, 19 kv.m. artırma inşa edildiyi qeyd edilmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad ediən qnaunvericilik normasının tələbinə əsasən sözügedən əmlaka dair mövcud olan hüquqmüəyyənedici sənədlər (1989-cu ilə aid texniki pasport) iddia predmeti olan əmlaklar üzərində mülkiyyət hüququnun yaranması üçün əsas hesab edilir (müvafiq Fərmanın 2.4-cü bəndi). Bu baxımından kollegiya hesba edir ki, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququ yaranmışdır. Kollegiya cavabdehin istinad etdiyi arqumentləri ilə bağlı qeyd edir ki, indiki halda iddiaçı tərəfindən iddia tələbinin azaldılması barədə yazılı ərizə təqdim edilərək, tələbi məhz 0,1593 ha torpaq shaəsi ilə bağlı olduğundan, cavabdehin torpaq sahəsinin faktiki ölçüsü ilə bağlı hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki, indiki halda tədqiq edilmiş müayinə aktının məzmununda hüquqmüəyyənedici sənəddə əks olunmuş əmlaların naturada mövcudluğu öz əksini tapmışdır. Həmçinin, cavabdehin nümayəndəsinin veridyi izahatın məzmunundan aydın olur ki, konfiqurasiya uyğunsuluğu əmlakın ölçüləri, artırma tikililərin mövcudluğu ilə bağlı ortaya çıxa bilər. İndiki halda isə cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədləri ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluğun (hüquqmüəyyənedici sənəddə əks olunmuş əmlakın ölçülərinin naturada tamamilə fərqli olması, naturada mövcud olmaması və s.) mövcudluğu ilə bağlı hallara istinad edilməmiş, habelə buna dair heç bir dəlil təqdim edilməmişdir. Nəticə etibarilə kollegiya qeyd edir ki, tədqiq edilmiş müayinə aktı və hüquqmüəyyənedici sənədlərin müqayisəli təhlili əsasında faktiki vəziyyətdə ciddi uyğunsuzluğun mövcudluğunun müəyyən edilməsi mümkün olmadığından, cavabdehin həmin hissədə də arqumenti əsassız olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında iddiaçının sözügedən əmlaklar üzərində mülkiyyət hüququnun yaranması əsası müəyyən edildiyindən, mülkiyyət hüququnun dövlət qeydiyyatın alınması üçün qanunla müəyyən edilmiş imtina əsasları aşkar edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin imtina ilə bağlı hərəkətləri qanunauyğun olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında apellyasiya şikayətinin dəlilləri təkzib edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-6178/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.1593 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 30,4 kv.m. olan 15 saylı fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.