Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-203/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük Vətən Müharibəsi dövründə N nömrəli hərbi hissənin Füzuli rayonunun Kürdmahmudlu yaşayış məntəqəsində yerləşən bölməsində bölmə komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. Xidmət keçdiyi bölmə və bölmənin tabe olduğu N nömrəli hərbi hissə 44 günlük Vətən Müharibəsi dövrü döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə və bölmə hesab olunurlar. Lakin ona indiyədək müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Iddiaçı ##.##.2025-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsilə cavabdehə ərizə ilə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciə edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı tərəfindən daxil olmuş R İddiaçı barəsində müraciətinə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən baxılıb.İddiaçı “Müharibə veteram” adının verilməsi üçün toplanılmış və komissiyada müsbət rəy verilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün ## ##### 2024-cü il tarixdə göndərilmişdir. Belə ki, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədən döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olmadığına görə qərar verilmədən geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Rahim Həsənov) Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmışdır. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, onun xidmət keçdiyi bölmə (22-ci radiolokasiya bölüyü) N N°-li hərbi hissənin tabeliyində olmuşdur. N JVh-li hərbi hissə isə ( 0, cümlədən 22- ci radiolokasiya bölüyü) AR Müdafiə Nazirinin *** nömrəli ##.##.2021-ci il tarixli əmrilə 44 günlük Vətən Müharibəsində döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissələrin siyahısına daxil edilmişdir. Mənimlə eyni bölmədə xidmət keçmiş və onun tabeçiliyində olan (V R X3 istisna olmaqla) aşağıda adıçəkilən 25 nəfər hərbi qulluqçulara “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir: Onun N nömrəli hərbi hissənin 22-ci radiolokasiya bölməsində bölmə komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində yerinə yetirdiyi fəaliyyət (mənəvi psixoloji təminat) döyüş təminatı ilə əlaqəli olmuşdur. AR Müdafiə Nazirinin ##.##.2021-ci il tarixli, *** nömrəli müharibə veteranı adının verilməsi üçün meyarlar müəyyən edilmişdir. Həmin əmrin 3-cü bəndində nəzərdə tutulmuş meyarlara əsasən 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində (bu hissədə döyüş əməliyyatlarının aparıldığı ərazilərə daxil olmadan həmin əməliyyatlarda iştirak etmiş hərbi qulluqçular nəzərdə tutulur) həmin döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qullarçular müharibə veteranı adı və vəsiqəsi ala bilərlər . Onun xidmət etdiyi N nömrəli hərbi hissə 44 günlük Vətən Müharibəsində döyüş əməliyyatlarına və döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsinə cəlb olunmuş hərbi hissə hesab olunur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir)
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi ... 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən Inzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. Cavabdeh ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədən döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olmadığını əsas gətirərək iddiaçının müraciətinin icrasından imtina etmişdir. Işə baxan məhkəmə cavabdehin imtinasını əsaslı sayaraq iddianı rədd etmiş və bu nəticəyə gələrkən qərarda qeyd etmişdir ki, Cavabdeh tərəfindən qanunvericiliyə uyğun iddiaçıya aid sənədlər nazirlər kabinetinə göndərilmiş və müvafiq qurum tərəfindən razılaşdırılmış qərar cavabdehə təqdim edilmədiyinə görə iddiaçının tələbi müsbət həll edilməmşdir. Ona görə də cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması yolverilməzdir. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən kollegiya qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməyə dair hərbi biletdəki qeydlərlə yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin hazırkı qərarın 15–ci bəndində qeyd olunan normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək müvafiq rayonların ərazilərində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edilməlidir. Birinci instansiya tərəfindən müvafiq sorğular edilərək iddiaçının Ikinci Qarabağ müharibəsində iştirakı ilə bağlı sənədlər əldə edilsədə işin hallarına düzgün qiymət verilməmişdir. Iş materiallarında olan “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən Hava Hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə arayışməlumatdan görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.2015-ci il tarixli *** nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilib, ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılıb. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilib. Hərbi Hava Qüvvələri komandanının ##.##.2020-ci il tarixli *** nömrəli döyüş əmri ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsinə cəlb olunmuşdur. Hərbi hissə komandirinin ##.##.2020-ci il *** nömrəli döyüş əmri ilə həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində Füzulidə ərazisində döyüş və ya döyüş təminatı üzrə növbəyə cəlb olunmuşdur. Iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Verilir R İddiaçı (##.##.1989) ondan ötrü ki, o həqiqətən ##.##.2015-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissənin “25-ci radiolokasiya Vnin şəxsi heyətlə iş üzrə müavini” vəzifəsində xidmət edib və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına (Füzuli rayonu) cəlb olunmuşdur. Iş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan görünür ki, R İddiaçı, Azərbaycan Respublikaı Müdafiə Nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanının ## ####### 2015-ci il tarixli *** nömrəli əmri ilə N saylı hərbi hissənin 25-ci radiolokasya Vnin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin edildiyinə görə, xidmətini davam etdirmək üçün Ağcabədi rayonu N nömrəli hərbi hissədən gəlmiş hesab olunsun, ## ###### 2015-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilsin və vəzifəsinin icrasına başlamışdır. Iş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan görünür ki, R İddiaçı, 25-ci radiolokasya Vnin şəxsi heyət üzrə müavini, Müdafiə Nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanının ## ######## 2020-ci il tarixli *** nömrəli əmri ilə N nömrəli hərbi hissənin (Sumqayıt şəhəri) komanda məntəqəsinin yönəltmə məntəqəsinin döyüşü idarəetmə zabiti vəzifəsinə təyin olunduğu üçün işlərini və vəzifəsini təhvil verilmiş hesab edilsin. ## ####### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Məhz bu xidməti dövründə iddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilən sənədlər qeyd edilənləri təsdiq etmişdir. Məhkəməyə təqdim edilən N nömrəli hərbi hissə tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan qeyd edilir ki, verilir, R İddiaçı ondan ötəri ki, o həqiqətən ##.##.2015-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissənin Füzuli rayonunda yerləşən “25-ci radiolokasiya Vnin şəxsi heyətlə iş üzrə müavini” vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissə və 25-ci radiolokasiya bölüyü 44 (qırx dörd) günlük vətən müharibəsi dövründə Müdafiə nazirinin müvafiq əmri ilə döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə hesab olunmuşdur. R İddiaçı 44 (qırx dörd) günlük vətən müharibəsi dövründə bölük komandirnin şəxsi heyətlə iş üzrə müavini olmuş və bölüyün digər şəxsi heyəti ilə birlikdə Hərbi Hava Qüvvələri komandanının ##.##.2020-ci il tarixli “026” nömrəli döyüş əmri və N nömrəli hərbi hissən komandirinin ##.##.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında döyüş təminatına dair mənəvi psixoloji təminat üzrə döyüş tapşırıqlarını yerinə yetirmişdir. Göründüyü kimi məhkəmə tərəfindən tədqiq edilmiş sözügedən sübutlar iddiaçının 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında döyüş təminatı ilə bağlı döyüş tapşırıqlarını həyata keçirdiyini sübut etmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtinası qanunsuz və əsassız olmuşdur. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. IPM-nin 52.2-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia tələbi təmin edilsin. Iddiaçı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.