Məhkəmə qərarları › İş №2-1(3-8)-210/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-210/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-210/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı. cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron rayonu Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamına əsasən adına ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində faktiki istifadə vəziyyətinə uyğun şəkildə qeydiyyata alınması və bu barədə müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Ərizə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamına əsasən, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi iddiaçının adına ayrılmışdır. Qeyd olunmuş sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən ***** qeydiyyat nömrəli, 2173 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən və ***** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinə ##.##.2025-ci il tarixdə müraciət etsə də, ərizənin icrasından ##.##.2025-ci il tarixli, ******/*-D-**-**/** nömrəli bildiriş məktubu ilə imtina edilmişdir. Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Əlavə olaraq bildirir ki, * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, 321332/2-D-l ***/** saylı bildiriş məktubunda: 1. Abşeron rayonu Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996cı il tarixli, ** nömrəli sərəncamının yerli icra hakimiyyəti başçisinin torpaq sahəsinin ayrılması barədə istinadın arxivinin və torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının hazırki müraciətə əlavə olunmadığı qeyd edilmişdir. İstinadın arxiv arayışı onda yoxdur. Bundan başqa sərəncamda Xırdalan südçülük-tərəvəzcilİk sovxozunun direktorunun ##.##.1995-ci il tarixli, ** nömrəli məktubuna əsasən torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. Bundan daha vacibi isə odur ki, Abşeron rayonu Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamına əsasən cavabdeh inzibati orqanın hüquqi vərəsəsi olduğu inzibati qurum tərəfindən Abşeron rayonu Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ tanınmışdır. Həmin fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi məhz Abşeron rayonu Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamına əsasən, torpaq sahəsinin həmin yerdə ayrılmasının inzibati qurum tərəfindən qəbul edilməsi və tanınması nəzərdə tutulduğu üçün verilmişdir. Belə çıxır ki, cavabdeh vərəsəsi olduğu qurumun, yəni hüquqi cəhətdən özü tərəfindən verilmiş olan sənədi şübhə altına almış olur. Müraciət üzrə təqdim edilmiş 1742 inventar va ***** reyestr nömrəli texniki pasportda göstərilən fərdi yasayış evi aşkarlanmadığından sözügedən fərdi yaşayış evinin müayinə olunmuş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Birincisi, iddiaçının adına verilmiş qeydiyyat vəsiqəsinin inventar nömrəsi 2173, qeydiyyat nömrəsi isə *****-dir. Bu texniki səhvdir. Fərdi yaşayış evinin aşkar edilmədiyi isə məlum məsələdir. Belə ki, həmin fərdi yaşayış evinin ümumi sahəsi 12 kv.m-dir. Bu evdə yaşayış mümkün ola bilməzdi. Bu ev qeydiyyat vəsiqəsinin alınması məqsədi ilə tərəfindən tikilmişdir. Bu tikili keyfiyyətli inşa edilmədiyi üçün uzun illərdir ki, yararsız hala düşdüyü üçün sökülmüşdür. Əlavə olaraq bildirir ki, bu torpaq sahəsinə dair Masazır Bələdiyyəsi tərəfindən verilmiş və təsdiq edilmiş yerquruluşu planından çıxarış iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin qeyd edir ki, iddia tələbi yalnız torpaq sahəsinə dair tərtib edilmişdir. Təqdim edilmiş qeydiyyat vəsiqəsində hüquq sahibinin soyadına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Abşeron rayonu Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamında və adına verilmiş ***** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinin texniki pasportunda soyadı Dadaşov kimi qeyd edilmiş, qeydiyyat vəsiqəsində isə Dadaşova kimi qeyd edilmişdir. Bu qeydiyyat vəsiqəsini vermiş qurumun texniki səhvidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon Masazır qəsəbəsi üzrə icra nümayəndəliyinin ## ###### 1996-cı il tarixli, ** nömrəli sərəncamının yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə istinadın arxivinin və torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının müraciətə əlavə olunmadığı, müraciət üzrə təqdim edilmiş 1742 inventar və ***** reyestr nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evi aşkarlanmadığından sözügedən fərdi yaşayış evinin müayinə olunmuş əraziyə aid olubolmamasını müəyyən etməyin mümkün olmadığı, təqdim edilmiş qeydiyyat vəsiqəsində hüquq sahibinin soyadına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron İcra Hakimiyyəti Başçısının Masazır kənd nümayəndəliyinin ##.##.1996-cı il tarixli, ** saylı qərarına əsasən, Abşeron rayonu, Masazır kəndi yerləşən yaşayış sahəsi 12,0 kv.m, ümumi sahəsi 12,0 kv.m 1 otaqdan ibarət yaşayış evi İddiaçı adına qeydə alınmışdır. 2173 inventar nömrəli, ***** qeyd nömrəli texniki pasportdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə dair tərtib edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamından görünür ki, Xırdalan südçülük-tərəvəzçilik sovxozu direktorunun ## ##### 1995-ci il tarixli, ** №-li məktubuna əsaslanaraq torpaq sahəsinin naturadan bölgüsü rayon memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə 0,10 ha ölçüsündə torpaq sahəsinin fərdi ev tikintisi üçün İddiaçı ayrılması qərara alınmışdır. Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,1068 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş ##.##.2025-ci il tarixli müayinə aktından görünür ki, vətəndaşın göstərdiyi həyətyanı sahəyə müayinə baxışı keçirilmiş, baxış zamanı texniki pasportda qeyd edilən fərdi ev aşkar olunmadı, torpaq sahəsinin də həmin yerə aid olub-olmadığını təyin etmək mümkün olmadı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***-*-**/*-*****/**** nömrəli məktubdan görünür ki, İddiaçı inzibati işi ilə əlaqədar, Abşeron rayonu,Masazır kəndi ərazisində iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində mübahisəsiz nə qədər torpaq sahəsinin olması barədə məlumatın məhkəməyə təqdim edilməsi barədə ##.##.2025-ci il tarixli müraciətə Cavabdeh publik hüquqi şəxsin * saylı Abşeron Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən torpaq sahəsi tam olaraq (00201559 registr nömrəli) Masazır Quşçuluq QSC-yə məxsus dövlət əmlakının hüdudları daxilində yerləşir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**/*- ****/**** nömrəli məktubdan görünür ki, məktubda Abşeron rayonu, Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** nömrəli Sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair qeydiyyat vəsiqəsi və onun verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi xahiş olunur. Bildirilir ki, qeyd olunan dövrə aid sənədlər Rayon Dövlət Arxivinə təhvil verildiyindən aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi 2173 inventar, ***** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. Ev sökülsə də, mülkiyyət hüququ zamanında qeydiyyata alınmışdır. Torpaq sahəsi dövlət mülkiyyəti olmuş olsa idi, bu mümkün olmazdı. Həmin torpaq sahəsi adına Abşeron rayonu Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamına əsasən ayrılmış, torpaq sahəsinə dair Masazır Bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış verilmişdir. Dövlət torpağı olacağı halda bu proseslər baş tutmazdı. Bundan başqa, torpaq sahəsi adına məhz dövlət tərəfindən ayrılmışdır. Əlavə olaraq bildirir ki, qonşuluqda yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bu isə torpaq sahəsi dövlət mülkiyyətində olması halında mümkün olmazdı. Bundan başqa, bu halda bərabərlik prinsipi əsas götürülməlidir. Torpaq sahəsinin dövlət mülkiyyətində olması halı cavabdeh tərəfindən sübut edilməmişdir. Masazır Quşçuluq QSC-yə məxsus torpaq sahəsinin ümumi ölçüsünün nə qədər olması, hansı əraziləri əhatə etməsi, həmin ərazidə digər şəxslərin hüquqlarının qeydiyyata alınıb-alınmaması araşdırılmamışdır. Onun istifadə və sahibliyində olan torpaq sahəsində Masazır Quşçuluq QSC-yə məxsus heç bir tikili və qurğu mövcud deyil, torpaq sahəsi Masazır Quşçuluq QSC-nin istifadə və sahibliyində deyil və Masazır Quşçuluq QSC tərəfindən torpaq sahəsindən istifadə və sahiblik hüququ mübahisələndirilməmişdir. Odur ki, mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması tamamilə yanlış bir iddiadır. Həmçinin bu barədə imtina və etirazda heç bir qeyd aparılmamışdır. Cavabdeh qurumun ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** saylı məktubunun yanlışlıqla verildiyi də istisna deyil. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddiaçının hüquqi marağı Abşeron rayonu Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamına əsasən adına ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində faktiki istifadə vəziyyətinə uyğun şəkildə qeydiyyata alınması və bu barədə müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini sözügedən torpaq sahəsinin tam olaraq (00201559 registr nömrəli) Masazır Quşçuluq QSC-yə məxsus dövlət əmlakının hüdudları daxilində yerləşməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamından görünür ki, Xırdalan südçülük-tərəvəzçilik sovxozu direktorunun ## ##### 1995-ci il tarixli, ** №-li məktubuna əsaslanaraq torpaq sahəsinin naturadan bölgüsü rayon memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə 0,10 ha ölçüsündə torpaq sahəsinin fərdi ev tikintisi üçün İddiaçı ayrılması qərara alınmışdır. Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron İcra Hakimiyyəti Başçısının Masazır kənd nümayəndəliyinin ##.##.1996-cı il tarixli, ** saylı qərarına əsasən, Abşeron rayonu, Masazır kəndi yerləşən yaşayış sahəsi 12,0 kv.m, ümumi sahəsi 12,0 kv.m 1 otaqdan ibarət yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı Abşeron rayon Dövlət Arxivi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamının təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. Kollegiya ilk növbədə cavabdeh inzibati orqanın imtina məktubu və iddia tələbinə etirazda istinad etdiyi dəlillərə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, inzibati orqan tərəfindən Abşeron rayon Masazır qəsəbəsi üzrə icra nümayəndəliyinin ## ###### 1996-cı il tarixli, ** nömrəli sərəncamının yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə istinadın arxivinin və torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının müraciətə əlavə olunmaması, müraciət üzrə təqdim edilmiş 1742 inventar və ***** reyestr nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evi aşkarlanmadığından sözügedən fərdi yaşayış evinin müayinə olunmuş əraziyə aid olubolmamasını müəyyən etməyin mümkün olmaması, təqdim edilmiş qeydiyyat vəsiqəsində hüquq sahibinin soyadına münasibətdə uyğunsuzluq olmasına istinad edilmişdir. Kollegiya həmin dəlilləri əsassız hesab etməklə qeyd edir ki, mübahisəli torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğu müddət ərzində cavabdeh inzibati orqan formal xarakter daşıyan dəlillərə istinad etməklə iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələn addımlar atmaqda haqlı sayıla bilməz. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, inzibati orqanın istinad etdiyi halların mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin halların torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Hazırda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki, həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən müraciət üzrə təqdim edilmiş 1742 inventar və ***** reyestr nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evi aşkarlanmadığından sözügedən fərdi yaşayış evinin müayinə olunmuş əraziyə aid olub-olmamasını müəyyən etməyin mümkün olmamasına istinad edilmişdir. Lakin iş materiallarından da göründüyü kimi Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamı ilə torpaq sahəsi ayrıldıqdan sonra iddiaçı tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlanılmış, Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Masazır kəndi yerləşən yaşayış sahəsi 12,0 kv.m, ümumi sahəsi 12,0 kv.m 1 otaqdan ibarət yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Eləcə də yaşayış evinə dair 2173 inventar nömrəli, ***** qeyd nömrəli texniki pasport tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, qeyd olunan torpaq sahəsində 12 kv.metrdən ibarət yaşayış evi tikmişdir. Daha sonra isə həmin yaşayış evini artıraraq əlavə olaraq ev inşa etmişdir. 2003-cü il tarixdən həmin evdə yaşamağa başlamışdır. Göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsi üzərində ev mövcud olmuş, həmin evə dair qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmiş, sonradan iddiaçı tərəfindən təmir işləri həyata keçirilmişdir. Cavabdeh inzibati orqan isə əsassız olaraq mübahisəli torpaq sahəsində fərdi yaşayış evinin aşkarlanmaması ilə bağlı dəlilə istinad etmişdir. Beləliklə də, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin sərəncamı əsasında ayrılmış torpaq sahəsi üzərində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinə dair sonradan həyata keçirilmiş təmir və yenidənqurma işləri qüvvədə olan inzibati akt əsasında iddiaçıya məxsus torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinaya səbəb ola bilməz. Bununla bağlı nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən, inzibati orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin sərəncam öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sözügedən torpaq sahəsinin tam olaraq (00201559 registr nömrəli) Masazır Quşçuluq QSC-yə məxsus dövlət əmlakının hüdudları daxilində yerləşməsinə istinad etməklə iddianın təmin edilməməsi ilə bağlı mövqeyinə münasibətdə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının 2.7-ci bəndinə əsasən yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. Hazırki iş üzrə də yuxarıda istinad olunduğu kimi iddiaçıya Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamına əsasən yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, qanunla müəyyən olunmuş qaydada ləğv edilməmiş, etibarsız hesab edilməmiş və ya hüquqi qüvvəsini itirməmişdir. Eləcə də ## ###### 2001-ci il tarixli, **-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmiş Torpaq Məcəlləsinin 7-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Hazırki iş üzrə hüquq müəyyənedici sənəd olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ##.##.1996-cı il tarixli, ** saylı sərəncamından göründüyü kimi Xırdalan südçülük-tərəvəzçilik sovxozu direktorunun ## ##### 1995-ci il tarixli, ** №-li məktubuna əsaslanaraq torpaq sahəsinin iddiaçıya ayrılması qərara alınmışdır. Göründüyü kimi torpaq sahəsi ayrılan zaman dövlət mülkiyyətində olmuş, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələbləri nəzərə alınmaqla iddiaçıya ayrılmışdır. Eləcə də yuxarıda istinad olunan Torpaq Məcəlləsinin 9-cu maddəsinin tələbinə əsasən torpaq üzərində, Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Kollegiya qeyd edir ki, torpaq sahəsinin ayrıldığı dövrdə Azərbaycan Respublikasında torpaq fondu əsasən dövlət mülkiyyətində olmuş, bələdiyyələr və onların torpaq fondu mövcud olmamış, yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin səlahiyyətlərinə aid edilmişdir (Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının 2.7-ci bəndi). Bu səbəbdən torpaq sahəsinin ayrıldığı tarixdə dövlət mülkiyyətində olması iddiaçının hüquqlarını istisna edən hal kimi deyil, əksinə, torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasının hüquqi əsası kimi qiymətləndirilməlidir. Çünki dövlət mülkiyyətində olmayan torpaq sahəsinin həmin dövrdə yerli icra hakimiyyəti orqanı tərəfindən vətəndaşa ayrılması hüquqi baxımdan mümkün deyildi. Başqa sözlə, birinci instansiya məhkəməsinin istinad etdiyi hal – torpaq sahəsinin dövlət mülkiyyətinin tərkibində olması – iddiaçının hüququnun mövcudluğunu təkzib edən deyil, həmin hüququn yaranmasının hüquqi mənbəyini təsdiq edən haldır. Buna görə də 1996-cı ildə ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olması həmin ayrılmanın qanunsuzluğu və ya iddiaçının həmin sərəncam əsasında əldə etdiyi hüquqların mövcud olmaması kimi qiymətləndirilə bilməz. Əks yanaşma həmin dövrdə dövlət orqanları tərəfindən qəbul edilmiş bütün torpaqayırma aktlarının hüquqi nəticələrini şübhə altına almış olardı ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Bundan əlavə, iddiaçı dövlət hakimiyyəti orqanının rəsmi aktına əsaslanaraq torpaq torpaq sahəsini qəbul etmiş, aktın qanuni və etibarlı olacağına haqlı olaraq etimad göstərmişdir. Dövlət orqanının qəbul etdiyi qərarın nəticələrinə etibar edən şəxsin sonradan həmin qərarın hüquqi nəticələrindən məhrum edilməsi etimadın qorunması prinsipi ilə uzlaşmır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin tələbinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu səbəbdən torpaq sahəsinin ayrıldığı tarixdə onun dövlət mülkiyyətində olması özlüyündə ayrılmanın qanunsuzluğu və ya iddiaçının həmin torpaq sahəsinə dair əldə etdiyi hüququn etibarsızlığı kimi qiymətləndirilə bilməz. Əksinə, dövlət hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilmiş və uzun müddət ərzində etibarsız hesab edilməmiş inzibati akt əsasında şəxs tərəfindən əldə olunmuş torpaqdan istifadə və sahiblik hüquqları hüquqi müəyyənlik prinsipi ilə qorunur. Sonrakı dövrdə həmin ərazinin dövlət müəssisəsinin balansında olması həmin inzibati aktın qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi və ya etibarsız hesab olunmadığı təqdirdə, iddiaçının sərəncam əsasında yaranmış hüquqlarını avtomatik olaraq aradan qaldırmır. Dövlət reyestrində aparılmış qeydiyyat hüququ yaradan deyil, mövcud hüququn dövlət tərəfindən tanınmasını rəsmiləşdirən institut olmaqla, əvvəl yaranmış və qanunla tanınan hüquqların mövcudluğunu istisna edə bilməz. Buna görə də mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması və ya sonradan dövlət müəssisəsinin istifadəsində olan torpaq sahəsinin tərkibinə daxil edilməsi faktı, iddiaçının ##.##.1996-cı il tarixli ** nömrəli sərəncam əsasında əldə etdiyi hüquqların tanınmasından imtina üçün müstəqil və kifayət qədər hüquqi əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin yalnız həmin halı əsas götürərək iddianı rədd etməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, inzibati orqan tərəfindən təqdim edilmiş müvafiq çıxarışlar və orto-foto görüntüdən aydın olduğu kimi mübahisəli ərazidə, iddiaçıya məxsus torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bu isə onu deməyə əsas verir ki, hazırki halda torpaq sahəsinin Masazır Quşçuluq QSC-yə məxsus dövlət əmlakının hüdudları daxilində yerləşməsi əsas götürüldüyü zaman iddiaçıya münasibətdə bərabərlik prinsipinin tələbləri pozulur. Nəzərə almaq lazımdır ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışların verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və müvafiq çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Beləliklə də, cavabdehin dəlilləri formal xarakter daşımaqla iddiaçının mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə inzibati orqanın imtinası əsassız olmuş, iddiaçı tələbində haqlı olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilərək, Abşeron rayonu Masazır kəndi üzrə nümayəndəsinin ## ###### 1996-cı il tarixli, ** saylı sərəncamına əsasən ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Abşeron rayonu Masazır kəndi üzrə nümayəndəsinin ## ###### 1996-cı il tarixli, ** saylı sərəncamına əsasən ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar