Məhkəmə qərarları › İş №2-1(3-8)-213/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-213/2026

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-213/2026 10.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Iddiaçının vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Quba rayon II Nügədi bələdiyyəsinin ## ### 2006-cı il tarixli ** saylı qərarı ilə bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən biçənək məqsədilə İddiaçı 1.0 ha torpaq sahəsi satılmışdır. Torpağın alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində ## ###### 2008-ci il tarixli 03 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyində torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiq hesab edilmişdir. Quba rayon II Nügədi bələdiyyəsinin ##.##.2024-cü il tarixli ** saylı arayışında ## ### 2006-cı il tarixli bələdiyyə qərarının qüvvədə olduğu, torpağa çıxarışın verilməsinə etiraz etmədikləri qeyd edilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Quba rayonu Ikinci Nügədi bələdiyyəsinin ##.## 2006-cı il tarixli ** saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində ##.##.2008-ci il tarixdə qeydə alınmışdır. Həmin dövrdə ## ####### 2007 tarixli ***-IIIQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən ##.##.2007-cı ıl tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdivyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərraciarı və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Bundan əlavə, bələdiyyə qərarın qüvvədə olması barədə arayışda qərarın tarixi səhv yazılmışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin № *-21-3-34/2-10402/2024 saylı, ##.##.2024-cü il tarixli imtinasını əsassız sayaraq, mülkiyyətçisi olduğu Quba rayonu, Ikinci Nügədi kənd ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin plan-ölçü sənədinin, üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarış sənədinin verilməsi Daşınmaz cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Quba rayon II Nügədi bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarı ilə ayrılmış 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestridə qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin veirlməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Ikinci Nügədi bələdiyyəsinin ##.## 2006-cı il tarixli ** saylı qərarı ilə 1.0 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh idarəyə müraciət etdikdə onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Imtina məktubunda Torpaq Məcəlləsinin 56.3cü, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilməsi yazılır, bu torpaq sahələrinin alqı-satqı predmeti olmadığı bildirilir. Imtina məktubunda bələdiyyə qərarın qüvvədə olması barədə arayışında tarixinin 26 may əvəzində 25 may yazılması bildirilir. Şifahi cavabda bunun texniki səhv olduğu bildirilərək, təkrar arayışda bu səhv aradan qaldırılmışdır. Halbuki, mübahisələndirilən torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla Quba rayonu II Nügədi Bələdiyyəsinin inzibati ərazi hüdudlarına daxildir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-cı ıltarıxlı *** saylı Fərmanına uyğun olaraq, torpaq sahələrinin təyinatı dəyişmədən yararlı olsa belə alqı-satqı predmeti olması, həmin sahənin mülkiyyətçisi tərəfindən satılmasına qanunvericilik yol verir. Sənədlərlə bələdiyyənin torpaqayırma qərarı ## ### 2006-cı il olmuş, mübahisələndirilən torpaq sahəsi faktiki olaraq, biçənək təyinatı ilə az yararlı olduğu üçün alqı-satqı predmeti olan sahə kimi qymətləndirilmişdir. Torpaq sahəsinin ayrılmasına aid X1 Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi rəy verərək, rəyində torpaq sahəsinin 3-cü keyfiyyət qrupuna aid olması 53 bal qrup olduğuna görə normativ qiyməti müəyyən edilmiş və təbii olaraq, torpaq sahəsinin alqı-satqı pulu köçürülmüşdür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar Məhkəmə sorğusuna cavab olaraq X2 filialının 21 fevral tarixli məktubu ilə II Nügədi bələdiyyəsi üzrə ## ### 2006-cı il tarixdə keçirilmiş iclasın ** saylı protokolunun arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin ## ### 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Quba rayonu Ikinci Nügədi bələdiyyəsi və DT və XK-nın təsdiq etdiyi 1:10000-lik sxemdə göstərilmiş 1.0 ha torpaq sahəsinin yerləşmə mövqeyi ilə iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi uyğunluq təşkil edir. Sözügedən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən kənd təsərrüfatı təyinatlı olub uqodiyası biçənək kimi göstərilmişdir. Iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 1.13 ha təşkil edir, lakin həmin torpaq sahəsinin (iddia olunan) 0.13 ha hissəsi baza məlumatlarında olan torpaqların elekııon kadastr uçotu informasiya sisteminə (TEKUIS) əsasən gediş-gəliş yolu kimi qalan hissəsi isə kənd təsərrüfatı təyinatlı olub uqodiyası biçənək kimi göstərilmişdir. Iddia olunan torpaq sahəsinin 0.1410 ha hissəsi qonşuluqda yerləşən qonşu torpaq mülkiyyətçisi tərəfindən istifadə olunur. Torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsi üzərində ************ reyestr nömrəli çıxarışa əsasən başqa mülkiyyətçinin mülkiyyət hüquqları tanınmışdır. Iddia olunan torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə sorğusu cavab olaraq cavabdehin ## ### 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktından görünür ki, sözügedən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən kənd təsərrüfatı təyinatlı olub uqodiyası biçənək kimi göstərilmişdir. Torpaq sahəsinin (iddia olunan) 0.13 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUIS) əsasən gediş-gəliş yolu kimi, qalan hissəsi isə kənd təsərrüfatı təyinatlı olub uqodiyası biçənək kimi göstərilmişdir. Torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsinə verilmiş ************ reyestr nömrəli çıxarışdan görünür ki, torpaq sahəsinin təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlar, məqsədli istifadə növü əkin olaraq qeyd edilmişdir. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin qonşuluğunda olan sahənin kənd təsərrüfatı təyinatlı olmaqla onun üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarış olmasına istinad etsə də, hazırda sahibliyində və istifadəsində olan iddia tələbində göstərdiyi 1.0 ha torpaq sahəsinin biçənək təyinatlı olduğuna istinad edərək iddia tələbini təmin etməmişdir. Mübahisələndirilən torpaq sahəsi qonşu olmaqla eyni ərazi relyefində yerləşdiyi halda torpaq üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması baxımından heç bir hüquqi maneə yoxdur. Məhkəmə isə bu hüquqi mövqeyi nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qərarında sadalanan işin hallarına uyğun olaraq bu torpaq sahəsi iddiaçıya ##.##.2006-cı il tarixdə Quba ll Nügədi bələdiyyəsinin ** saylı qərarı ilə ayrılmışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi və torpaqayırma sənədlərinin rəsmiləşdirilməsi kompleks hüquq olaraq torpaq sahəsinin ayrılması ilə bağlı fiziki və ya hüquqi şəxsin aidiyyəti ilə başlanır. Torpaq sahəsinin ona ayrılması ##.##.2006-cı il taixdə yarandığından ## ###### 2007-ci il tarixdən qüvvəyə minən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilməsi hüquqi mexanizmi ## ###### 2007-ci il tarixdən sonra barəsində qərar verilmiş torpaqlara aid edilir. Odur ki, məhkəmə mübahisələndirilən torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının ##.##.2006-cı ildə yaranması məsələsində səhv nəticəyə gəlmiş, düzgün olmayan məhkəmə qərarı çıxarmışdır. X1 və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin torpaq sahəsinin normativ qiyməti barədə arayışda mənim mülkiyyətinə alqı-satqı edilmiş torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu kənd təsərrüfatı məhsulları istehsalı üçün kənd təsərrüfatına az yararlı olması barədə rəy vermişdir. Həmin rəy və arayış 2006-cı ildə verilmiş, bu rəy və arayış torpaq sahəsinin alqı-satqı predmeti olması, həmçinin vətəndaşın mülkiyyətinə ayrılması baxımından normativ xarakterli sənədlərdir. Bu sənədlər dövlət arxivində qeydiyyata alınıb və bu gün də hüquqi qüvvədədir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2017-ci il tarixli Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Quba rayon II Nügədi bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarı ilə ayrılmış 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestridə qeydiyyata alınması, dövlət reyestrindən çıxarış və plan və ölçü sənədinin veirlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh orqanın mövqeyinə əsasən iddiaçıya ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı biçənək sahəsi olduöundan bələdiyyə tərəfindən alqı-satqı qaydasında özgəninkiləşdirilə bilməzdi. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 04 mart 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəzlənmişdir. Iş materiallarından müəyyən olunur ki, Quba rayonu II Nügədi bələdiyyəsinin ## ### 2006-cı il tarixli ** nömrəli qərarı ilə bələdiyyənin ehtiyat fonduna aid kənd təsərrüfatına az yararlı torpaq sahəsindən 1,0 ha torpaq sahəsi biçənək məqsədilə iddiaçıya satılmışdır. Iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, uqodiyası biçənək kimi qeydə alınmışdır. Bundan əlavə torpaq sahəsinin bir hissəsi gediş-gəliş yolu kimi göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü maddəsinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nın müddəalarından göründüyü kimi, bələdiyyələrin mülkiyyətində olan biçənək sahələri xüsusi mülkiyyətə verilə bilməz, həmin torpaqlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə və ya icarəyə verilə bilər. Belə olan halda, mübahisəli torpaq sahəsinin alqı-satqı predmeti olması və onun əsasında xüsusi mülkiyyət hüququnun yaranması qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci və 11.1-ci maddələrinin tələblərinə əsasən, dövlət qeydiyyatını həyata keçirən orqan təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamağa və hüquqların dövlət qeydiyyatı üçün hüquqi əsasların mövcud olub-olmadığını müəyyən etməyə borcludur. Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatına alınması mümkün olmayan hüquqların qeydiyyatından imtina edilə bilər. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, satılan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olmaqla alqı-satqı predmeti olması və satılmaısnın məqsədəmüvafiq olması barədə tərtib edilmiş rəy iddiaçı tərəfindən təqdim edilsə də, Azərbaycan Respublikası X2 filialında yalnız torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş müvafiq bələdiyyə qərarı aşkar edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdehin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsi müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, DWJ xəritələrinə əsasən kənd təsərrüfatı təyinatlı olub uqodiyası biçənək kimi göstərilmişdir. Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 1.13 ha təşkil edir, həmin torpaq sahəsinin 0.13 ha hissəsi TEKUIS əsasən gediş-gəliş yolu kimi, qalan hissəsi isə biçənək kimi göstərilmişdir. Iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 0.1410 hissəsi qonşuluqfa yerləşən torpaq sahəsinin mülkiyyətçisi tərəfindən istifadə edilir. Cavabdeh tərəfindən verilmiş məlumatın məzmununda sözügedən torpaq sahəsinin təyinatının DWJ məlumatında kənd təsərrüfatı təyinatlı olmaqla biçənək kimi qeyd edilmişdir. Qeyd olunmalıdır ki, torpaq sanhəsinin lilkin ayrılması barədə bələdiyyə qərarında da torpaq sahəsinin biçənək məqsədi ilə ayrılması qeyd olunmuşdur. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı, o cümlədən biçənək torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz və alqı-satqı predmeti ola bilməz, yalnız icarəyə verilə bilər. Həmçinin, kollegiya onu qeyd edir ki, torpaq sahəsinin məqəsdli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir:torpaq sahələrinin hüquqi statusu;torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ;torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi;torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Indiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı biçənək torpaq sahəsi olması həmin torpaq sahəsinin ayrıldığı vaxtda mövcud olan DWJ məlumatları və hazırda mövcud olan TEKUIS məlumatları əsasında öz təsdiqini tapmışdır. Hansı ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən biçənək torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi, alqı-satqı predmeti olması yolverilməzdir. Həmçinin, sözügedən torpaq sahəsinə dair ortofoto görüntüsü və digər sənədlərin,habelə iddiaçının izahatının məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazidə yaşayış məntəqələri (tikili) mövcud olmamışdır. Qeyd edilən hal da özlüyündə iddia tələbinin əsaslılığını müəyyən etməyə imkan vermir. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi ayrıldığı vaxtda da kənd təsərrüfatı təyinatlı biçənək torpaq sahəsi kimi mövcud olması halı öz təsdiqini tapdığından, qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı biçənək torpaq sahəsi alqısatqı predmeti ola bilmədiyindən, xüsusi mülkiyyətə verilə bilmədiyindən, sözügedən torpaq sahəsi iddiaçının adına qanunvericiliyin tələblərinə uyğun ayrılmamışdır. Bu baxımından kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun ayrılmadığından, qeyd edilən hüquqmüəyyənedici sənədlər əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etməməklə, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas vermir. Eyni zamanda kollegiya onu qeyd edir ki, hazırki işin halları baxımından iddia tələbinin əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından da müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən bir qonşu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Həmin torpaq sahəsinin qeydə alınması barədə çıxarışdan görünür ki, kənd təsərrfatı təyinatlı, məqsədli istifadə növü əkin torpaq sahəsi kimi qeydə alınmışdır. Bu hal özü özülüyündə həmin torpaq sahəsinin də kənd təsərrüfatı üçün yararlı olmasını təsdiq edir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun obyekti qismində çıxış etməsi halı yolverilməz olduğu halda iddiaçı həmin torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən hər hansı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun yaranması və qeydiyyata alınmasına o halda yolverilir ki, bunun üçün qanuni əsas mövcud olmuş olsun. Indiki halda isə həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mümkün olmadığından, iddiaçının onunla bağlı xüsusi mülkiyyət hüququnun yaranmasının qanuni əsası mövcud olmamışdır. Nəticə etibarilə iddiaçı sözügedən torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlərə istinad etməklə, mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etməkdə haqlı olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuş və torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərin mülkiyyət hüququnun yaranması üçün qanuni əsası qismində çıxış edib-etməməsini qanunvericilik normasının tələbi baxımından düzgün dəyərləndirilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədənə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar