Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-238/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi İddiaçı İddiaçı və onun vəkil/nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları: JN 1314 KOD 30316018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba rayon Zərdabi bələdiyyəsinin ## ##### 2001-ci il tarixli, ** saylı qərarı ilə İddiaçı 0,54 ha torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinin # ###### 2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən 0,54 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-**** nömrəli (KOD 30316018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır. Bundan əlavə, 0,54 ha torpaq sahəsi faktiki sərhədləri daxilində 0,48 ha ölçüdə öz əksini tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizələrinin icrasından imtina olunmuşdur. Verilən imtina ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Zərdabi bələdiyyəsinin ## ##### 2001-ci il tarixli, ** nömrəli qərarı ilə ## ### 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na (JN-1314, KOD 30316018 olmaqla kitabda 949 nömrə ilə qeydiyyata alınmış) əsasən iddiaçıya məxsus Quba rayonu, Zərdabi kənd ərazisində yerləşən 0,54 ha torpaq sahəsinə dair elektron çıxarış və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, N-1314 KOD 30316018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Quba rayon Zərdabi bələdiyyəsinin ## ##### 2001-ci il tarixli, ** saylı qərarı ilə mənə satılmış Quba rayon, Zərdabi kəndi ərazisində yerləşən 0,48 ha torpaq sahəsinə dair elektron çıxarış və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Zərdabi bələdiyyəsinin ## ##### 2001-ci il tarixli, ** saylı qərarına əsasən Quba rayonu, Zərdabi kənd ərazisində0,54 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə iddiaçının mülkiyyətinə verilmiş, müvafiq sənədlər əsasında ## ### 2006-ci il tarixdə “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” JN-1314, KOD 30316018 olmaqla Dövlət akt qeydiyyat kitabında 949 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd edilir ki, sonuncu dəfə ## ###### 2024-cu il tarixdə sözügedən torpaq sahəsinə dair dövlət reyestrindən elektron çıxarış və plan-ölçü almaq üçün müraciət etmiş, lakin cavabdeh əsassız və qanunsuz olaraq # ###### 2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubla imtina etmişdir. Cavabdehin verdiyi imtinada göstərdiyi sənədinin arxivə təhvil verilib-verilməməsi iddiaçının səlahiyyətlərinə aid deyildir. Həmçinin onun mülkiyyətinə verilmiş sözügedən torpaq sahəsi bugünədək sahibliyində və istifadəsindədir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3, 157.1, 157.8, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 4.1, 8.0.5 “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1, 67.2, prosessual hüquqi əsası kimi İPM-in 2.1, 2.2.2, 13-cü maddələrinə istinad edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda göstərilən hallara istinad etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9.1.2, 11.1, 15-ci maddələrinə istinad olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının X2 Filialının ## ###### 2025-ci il tarixli, *-**-DA-*F/*-***-**/**** nömrəli məktubu ilə Quba rayonu Zərdabi bələdiyyəsinin ## ##### 2001-ci il tarixli, * saylı iclas protokolunun surəti göndərilmişdir. Quba rayonu Zərdabi Barlı bələdiyyəsinin # ###### 2025-ci il tarixli, 5.VIIIIII/**/**** nömrəli məktubundan görünür ki, İddiaçı Qağa oğluna məxsus (JN01314 KOD 30316018) sahibkarlıq məqsədi ilə ayrılmış 0,54 ha torpaq sahəsi özünün istifadəsindədir və Zərdabi Barlı bələdiyyəsində qeydiyyatdadır. İddiaçı Qağa oğlu vergi ödəyicisidir. X1 bələdiyyəsinə vergi borcu yoxdur. Adı çəkilən JN-01314 KOD 30316018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Quba rayonu Zərdabi bələdiyyəsinin ## ##### 2001-ci il tarixli, * saylı qərarı, o cümlədən Zərdabi bələdiyyəsinin 2018-ci ilədək dövrə aid sənədlər Dövlət Arxivinə təhvil verildiyindən Zərdabi Barlı bələdiyyəsində bu qərar və ya qeyd olunan torpaq sahəsi barədə heç bir torpaq ayırma sənədləri qalmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, İddiaçı Qağa oğlu faktiki istifadəsində olan torpaq sahəsi 0,48 ha təşkil edir. Sözügedən torpaq sahəsi (İddiaçı Qağa oğlunun faktiki istifadəsində olan torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarında (TEKUİS) öz əksini tapmışdır və kategoriya yaşayış məntəqləri kimi, uqodiyası isə təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar kimi qeyd edilmişdir. Mülkiyyət növü xüsusi qeyd olunmuşdur. “JN 1314 KOD 30316018 Torpaq mülkiyyət hüququna dair dövlət aktı”nın nömrəsi və istifadəçi İddiaçı Qaqa oğlunun adı TEKUİS-də öz əksini tapmışdır. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsi DVJ elektron xəritə materallarında öz əksini tapmamışdır. Torpaq sahəsinin şərq qonşuluğunda yerləşən torpaq sahəsi üzərində ************ reyestr nömrəli çıxarışa əsasən digər şəxsin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbinin əsasında dayanan Quba rayon Zərdabi bələdiyyəsinin ## ##### 2001-ci il tarixli, ** saylı qərarının iddiaçıya münasibətdə qəbul edilməsi, bununla yanaşı iddiaçının təqdim etdiyi sənədlərin həqiqiliyi arxiv materiallarında və müvafiq orqanların qeydiyyatdan keçmiş sənədlərə dair məlumatlarında öz təsdiqini tapmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, hazırkı iddia tələbinin əsasında dayanan Quba rayon Zərdabi bələdiyyəsinin ## ##### 2001-ci il tarixli, ** saylı qərarının iddiaçıya münasibətdə qəbul edilməsi, bununla yanaşı iddiaçının təqdim etdiyi sənədlərin həqiqiliyi arxiv materiallarında və müvafiq orqanların qeydiyyatdan keçmiş sənədlərə dair məlumatlarında öz təsdiqini tapmamışdır. Adına tərtib olunan Dövlət Aktının cavabdehdə saxlanılan nüsxəsinin arxivdə olmaması vətəndaş olaraq onun günahı deyil. Həmin sənədin saxlanmasına, sənəddən sənədə köçürülməsinə dövlət cavabdehlik daşıyır, vətəndaş yox. Təkrar olaraq cavabdehin müayinə aktı, ona əlavə edilmiş sənədlər və yeni əlavə etdiyi ilkin sənədlər mübahisəli torpaq sahəsinin 1998-ci ildən mübahisəsiz olaraq onun istifadəsində olması, baza məlumatlarında olan xəritə materiallarında (TEKUİS) öz əksini tapması, kateqoriyası yaşayış məntəqəsi kimi, Uqodiyası isə Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar kimi qeydə alınması, mülkiyyət növünün xüsusi olması, qonşuluqda yerləşən torpaqların mülkiyyətdə olması, digər vətəndaşlara ayrılan torpaq sahəsi ilə üst-üstə düşməməsi, mühafizə zonasında yerləşməməsi bir daha sübut edir ki, məhkəmə qərarı əsassız qəbul edilmişdir. O, mübahisəli torpaq sahəsini 1998ci ildən bu günə qədər, 37 ildir ki, mübahisəsiz qaydada istifadə və sahiblik edir. Bu hal cavabdehin məhkəmə sorğusuna verdiyi müayinə aktında bir daha sübuta yetirilmişdir. Adı çəkilən qərarın müddəaları məhkəmə qərarının əsassız qəbul edilməsini bir daha təsdiq edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhəkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili/nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı JN-**** nömrəli (KOD 30316018) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na və həmin aktda istinad olunan Quba rayonu Zərdabi bələdiyyəsinin ## ##### 2001-ci il tarixli, ** saylı qərarına əsaslanaraq Quba rayonu, Zərdabi kəndi ərazisində faktiki istifadəsində olan 0,48 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını, ona elektron çıxarış və plan-ölçü sənədinin verilməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, ərizəyə əlavə edilmiş JN-**** nömrəli (KOD 30316018) Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamış və elektron məlumat bazasında öz əksini tapmamışdır. Bundan başqa, sənəddə 0,54 ha göstərildiyi halda torpaq sahəsinin faktiki sərhədləri daxilində 0,48 ha təşkil etdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X2 filialından əldə edilmiş Zərdabi bələdiyyəsinin ## ##### 2001-ci il tarixli, * saylı protokoluna əlavə olunan adlı siyahıda iddiaçının adı göstərilməmiş, JN-**** nömrəli Dövlət Aktının müvafiq qeydiyyat kitablarında qeydə alınması və həmin sənədin verilməsinin ilkin hüquqi əsası iş materialları ilə təsdiq edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Kollegiya iş materiallarının araşdırılması ilə bağlı ilk öncə onu qeyd edir ki, öhdəliyin icrası haqqında iddia çərçivəsində cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulması yalnız o halda mümkündür ki, iddiaçının tələb etdiyi hərəkətlərin edilməsi üçün hüquqların dövlət qeydiyyatını şərtləndirən bütün hüquqmüəyyənedici sənədlər mövcud olsun, həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilsin, onların hüquqi qüvvəsi şübhə doğurmasın və inzibati orqanın imtinası açıq-aşkar qanuna zidd xarakter daşısın Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə mübahisənin düzgün həlli məqsədilə təqdim olunmuş sübutların hüquqi mahiyyəti və onların hüquqi nəticələr doğurmaq qabiliyyəti qiymətləndirilərkən, məhkəmə yalnız həmin sənədlərin formal mövcudluğunu deyil, eyni zamanda onların qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmasını, müvafiq qeydiyyat sistemində əks olunmasını və hüquqi dövriyyəyə daxil edilib-edilməməsini də nəzərə almalıdır. Kollegiya iddiaçının təqdim etdiyi sənədin hüquqi qüvvəyə malik olub-olmadığı məsələsinin yalnız həmin sənədin məzmunu deyil, onun qeydiyyat sistemində faktiki mövcudluğu və hüquqi dövriyyəyə daxil olub-olmaması ilə qiymətləndirilməli olduğunu qeyd edir. Hüquqi dövriyyəyə daxil olmayan, digər şəxslərə məlum olmayan və dövlət reyestrində qeydə alınmayan hüquq subyektiv hüquq olsa belə, onun dövlət tərəfindən tanınması hüquqi prosedurların mövcudluğunu tələb edir. Kollegiya onu da qeyd edir ki, qanunvericiliyə əsasən daşınmaz əmlaka dair hüquqların tanınması və hüquqi nəticələr doğurması üçün bu hüquqlar dövlət qeydiyyatına alınmalı, qeydiyyat zamanı isə təqdim edilən sənədlərin həqiqiliyi, hüquqi əsasları və forma baxımından qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirilməlidir. Əgər hüququ təsdiq edən sənədin hüquqi etibarlılığı və ya mənbə etibarı ilə şübhə doğuracaq hər hansı ziddiyyətlər və ya uyğunsuzluqlar varsa, bu halda qeydiyyat orqanı həmin sənəd əsasında hüququ qeydiyyata almaqdan imtina etmək hüququna malikdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası X2 filialı tərəfindən Zərdabi bələdiyyəsinin ## ##### 2001-ci il tarixli, * saylı iclas protokolunun arxiv surəti məhkəməyə təqdim edilmişdir. Lakin həmin protokolda və əlavə olunan adlı siyahıda İddiaçı adı mövcud deyildir. Buna görə də hazırkı işdə müəyyən edilən hal ilkin sənədin arxivdə saxlanılmaması deyil, istinad olunan tarix və nömrə üzrə mövcud olan arxiv sənədində (qərarda) iddiaçıya torpaq sahəsinin satılması faktının təsdiq edilməməsidir. Bundan əlavə, apellyasiya baxışı zamanı məhkəmə sorğusu əsasında əldə edilmiş Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin # #### 2026-cı il tarixli məktubunda JN-**** nömrəli (KOD 30316018) Dövlət Aktının arxiv nüsxəsinin aşkar edilmədiyi bildirilmişdir. Həmin qurumun ## ##### 2026-cı il tarixli digər məktubuna əsasən isə məhkəmə tərəfindən təqdim olunmuş koordinatlarda yerləşən torpaq sahəsi 1999-cu il yerquruluşu layihəsində yaşayış məntəqəsi torpaqlarına, uqodiyası baxımından tikinti altında olan torpaqlara aid edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin yerquruluşu layihəsində yaşayış məntəqəsi torpağı və tikinti altında olan torpaq kimi göstərilməsi yalnız həmin sahənin təyinatını və faktiki istifadə xüsusiyyətini müəyyən edir. Bu məlumat torpaq sahəsinin məhz iddiaçıya xüsusi mülkiyyətə verildiyini təsdiq etmir. Torpaq sahəsinin təyinatı barədə məlumat səlahiyyətli orqanın həmin sahənin iddiaçıya satılması haqqında qərarını və bu qərar əsasında mülkiyyət hüququnun qanuni qaydada yarandığını təsdiq edən sənədləri əvəz edə bilməz. Eyni qaydada, ## ###### 2025-ci il tarixli müayinə aktında iddiaçının faktiki istifadəsində 0,48 ha torpaq sahəsinin olması, həmin sahənin TEKUİS məlumatlarında əks olunması, mülkiyyət növünün xüsusi göstərilməsi, başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşməməsi və mühafizə zonasında yerləşməməsi torpaq sahəsinin faktiki vəziyyətinə və kadastr göstəricilərinə aiddir. Bu hallar hüququn ilkin yaranma əsasının mövcudluğunu özlüyündə təsdiq etmir. Kollegiya nəzərə alır ki, TEKUİS-də JN-**** nömrəli Dövlət Aktının nömrəsinin və iddiaçının adının əks olunması təqdim edilmiş sənədin müəyyən mərhələdə informasiya sisteminə daxil edildiyini göstərir. Lakin həmin məlumatın hansı ilkin hüquqmüəyyənedici sənədlər əsasında sistemə daxil edildiyi müəyyən olunmadığından, o, arxiv protokolunda iddiaçının adının olmaması və Dövlət Aktının qeydiyyat kitablarında qeydə alınmaması ilə bağlı ziddiyyətləri aradan qaldırmır. Zərdabi Barlı bələdiyyəsinin # ###### 2025-ci il tarixli məktubunda torpaq sahəsinin iddiaçının istifadəsində və bələdiyyənin uçotunda olması, onun torpaq vergisini ödəməsi və vergi borcunun olmaması göstərilmişdir. Bununla belə, həmin məktubda da torpaq sahəsinin ayrılmasına dair ilkin sənədlərin bələdiyyədə saxlanılmadığı qeyd olunmuş, torpaq sahəsinin iddiaçıya verilməsi barədə müstəqil hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Buna görə də həmin məlumatlar faktiki istifadəni və sonrakı uçotu təsdiq etsə də, mülkiyyət hüququnun yaranmasını təsdiq edən ilkin hüquqi əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının Dövlət Aktının arxiv nüsxəsinin saxlanılmamasına görə vətəndaşın məsuliyyət daşımaması barədə dəlilinə münasibətdə qeyd edir ki, sənədlərin dövlət orqanlarının arxivində aşkar edilməməsi hər bir halda şəxsin əleyhinə nəticə çıxarılması üçün əsas sayıla bilməz. Lakin hazırkı işdə imtina arxiv nüsxəsinin tapılmamasına əsaslanmır. Eyni tarixli və nömrəli bələdiyyə protokolu arxivdə aşkar edilmiş, həmin protokolun adlı siyahısında iddiaçının adı göstərilməmiş, Dövlət Aktının isə qeydiyyat kitablarında qeydə alınmadığı, eyni zamanda arxiv nüsxəsinin də aşkar edilməməsi müəyyən olunmuşdur. Beləliklə, JN-**** nömrəli Dövlət Aktında hüquqi əsas kimi göstərilən ## ##### 2001-ci il tarixli, ** saylı bələdiyyə qərarının məhz iddiaçıya münasibətdə qəbul edilməsi arxiv sənədləri ilə təsdiq olunmur. Dövlət Aktının 949 nömrə ilə qeydiyyata alınmasına dair iddiaçının bildirdiyi məlumat da cavabdehdə saxlanılan qeydiyyat kitabları və arxiv məlumatları ilə təsdiqini tapmamışdır. Kollegiya həmçinin nəzərə alır ki, Dövlət Aktında torpaq sahəsinin ölçüsü 0,54 ha göstərilsə də, iddiaçı sonradan tələbini faktiki istifadəsində olan 0,48 ha torpaq sahəsinə münasibətdə dəqiqləşdirmişdir. Lakin iş materiallarında olan məlumatlar həmin sahənin faktiki yerləşməsini və xüsusiyyətlərini müəyyən etməyə imkan versə də, onun məhz iddiaçıya verildiyini və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanuni əsaslarla yarandığını təsdiq edən kifayət qədər sənəd mövcud deyildir. Bu baxımdan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, başqa şəxslərin qeydiyyata alınmış sahələri ilə üst-üstə düşməməsi və faktiki istifadədə olması mübahisəli sahənin eyniləşdirilməsinə xidmət edir, lakin həmin sahə üzərində mülkiyyət hüququnun qanuni əsasla yarandığını sübut etmir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, bu norma təqdim edilmiş sənədin iş üzrə digər sübutlar nəzərə alınmadan mötəbər qəbul edilməsini nəzərdə tutmur. Hazırkı işdə Dövlət Aktında göstərilən məlumatlarla arxivdən təqdim olunmuş ilkin sənəd və rəsmi qeydiyyat məlumatları arasında uyğunsuzluqlar müəyyən edilmişdir. Buna görə də həmin Dövlət Aktının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün təkbaşına kifayət edən sənəd hesab edilməməsi Qanunun 19.1-ci maddəsinin tələblərinə zidd deyildir. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçının uzun müddət torpaq sahəsindən istifadə etməsi, bələdiyyə uçotunda vergi ödəyicisi kimi göstərilməsi və sahə ilə bağlı üçüncü şəxslərin hüquqlarının müəyyən olunmaması mübahisəsiz faktiki vəziyyəti təsdiq edə bilər. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı faktiki istifadə əsasında yeni hüquq yaratmır, qanunla nəzərdə tutulmuş qaydada əvvəlcədən yaranmış hüququ tanıyır və təsdiq edir. Kollegiya onu da qeyd edir ki, hazırkı iş üzrə məhkəmə JN-**** nömrəli Dövlət Aktının etibarsız hesab olunması məsələsini həll etmir. Bununla belə, cavabdehin üzərinə dövlət qeydiyyatını aparmaq öhdəliyinin qoyulması tələb olunduğundan, kollegiya həmin sənədin tələb edilən hüquqi nəticəni doğurmaq üçün yetərli və mötəbər hüquqi əsas olub-olmadığını işdə olan digər sübutlarla birlikdə qiymətləndirməlidir. Kollegiya yuxarıda qeyd edilənləri ümumiləşdirərək bir daha qeyd edir ki, iş üzrə toplanmış sübutların məcmusundan görünür ki, iddiaçının istinad etdiyi Dövlət Aktının verilməsinə əsas olan bələdiyyə qərarının ona aid olması təsdiq edilmir, Dövlət Aktının arxiv nüsxəsi və müvafiq qeydiyyat kitabındakı qeydi aşkar olunmayıb, torpaq sahəsinə dair sonrakı kadastr və uçot məlumatları isə bu çatışmazlıqları aradan qaldırmır. Buna görə də JN-**** nömrəli Dövlət Aktı hazırkı vəziyyətdə 0,48 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli hüquqi əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası onu da bir daha vurğulayır ki, daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən tanınması və hüquqi nəticələr doğurması yalnız belə hüquqların mövcudluğuna dair iddia ilə deyil, eyni zamanda həmin hüququ təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunması, aidiyyəti dövlət orqanlarının arxiv və informasiya sistemlərində rəsmiləşdirilməsi və hüquqi dövriyyəyə daxil edilməsi ilə şərtlənir və bu tələblərdən hər hansı birinin olmaması belə hüququn dövlət qeydiyyatına alınmasını mümkünsüz edir. Bu baxımdan, cavabdeh inzibati orqanın üzərinə yalnız formal olaraq təqdim edilmiş sənədi qəbul etmək deyil, həm də həmin sənədin hüquqi əsaslarını, etibarlılığını, mənbəyini və dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğunu yoxlamaq və hüquqi ziddiyyətlər aşkar edildiyi halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək vəzifəsi düşür ki, bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin məzmunundan birbaşa irəli gəlir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Quba rayonu, Zərdabi kəndi ərazisində yerləşən 0,48 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, ona elektron çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün zəruri faktiki və hüquqi əsaslar mövcud deyildir. Odur ki, kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.