Məhkəmə qərarları › İş №2-1(3-8)-239/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-239/2026

24.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-239/2026 24.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil Şakir oğlunun iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Quba rayonu Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** saylı qərarına əsasən İddiaçı 2,80 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında JN 0800 kod ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Dövlət aktı iki planşetdən ibarət olmuşdur – 22802,47 kv m və 5201,15 kv m. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktuba Quba rayonu Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** saylı qərarının surəti əlavə olunmuşdur. Torpaqların alqı-satqısına dair aktla müəyyən olunur ki, Quba rayonu Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı qərarı ilə həmin bələdiyyənin ərazisində 2,80 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Iddiaçı tərəfindən 1788640 manat haqq ödənilmişdir. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində ##.##.2004-cü il tarixdə qeydiyyata alınmışdır. ## ### 2004-cü il tarixli ** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Quba rayonu Vladimirovka bələdiyyəsinin bank hesabına 1788640 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş JN-**** nömrəli (KOD 30311018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Quba Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır. Bundan əlavə torpaq sahəsi üzərində mübahisə mövcuddur. Belə ki, həmin torpaq sahəsi digər şəxsin istifadəsindədir. Bu səbəbdən də torpaq sahəsi üçün nəzərdə tutulmuş müayinə işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ##.##.2004- cü il tarixli,** saylı məktubunda qeyd edilmişdir ki, Quba rayonu Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı qərarı ilə İddiaçı alqı-satqı qaydasında Vladimirovka bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən heyvandarlığı inkişaf etdirmək məqsədi ilə 2,80 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. **** nömrəli arayışda qeyd edilmişdir ki, Quba rayonu, Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** saylı qərarına əsasən əsasən İddiaçı kənd təsərrüfatı məqsədilə 2,80 ha torpaq sahəsi satılması nəzərdə tutulmuşdur. X6 verdiyi qaiməyə əsasən satılacaq torpaq sahəsi Qusar-Qonaqkənd aiddir. Həmin torpaq sahəsi 20 ballı V-keffiyyət qrupu şərti yararsıza aid olmaqla 2,80 hektardır. Quba rayonu Vladimirovka bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarışda İddiaçı ayrılmış 2,80 ha torpaq sahəsinin yerləşmə vəziyyəti göstərilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubuna sözügedən torpaq sahəsinə dair müayinə aktı əlavə edilmiş və qeyd edilmişdir ki, sözügedən məktubla əlaqədar mübahisəli torpaq sahəsində olduq və iddia olunan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin daxilində faktiki olaraq birmərtəbəli fərdi yaşayış evi və köhnə ferma tikililəri və bir hissəsində meyvə ağacları əkilmiş meyvə bağı mövcuddur. Kameral araşdırma nəticəsi olaraq iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi iki hissədən ibarət olmaqla ümumilikdə 2,85 ha təşkil edir. Quba rayon Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** saylı qərarı ilə İddiaçı ayrılmış 2,80 ha torpaq sahəsinə dair DT və XK-nin Quba rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-800 kod ******** saylı Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapsa da DBF siyahısında qeyd olunmamışdır. X1 TEKUIS-də öz əksini tapmamışdır. Qeyd edək ki, baza məlumatlarında olan DWJ xəritələri ilə torpaqların naturadakı (yerdəki) vəziyyəti arasında kəskin uyğunsuzluq olduğundan iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi ilə baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmış JN- 800 kod ******** saylı Dövlət Aktına əsasən torpaq sahəsinin uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUIS) əsasən X11 kateqoriyalı olub uqodiyası əkin, şərti yararsız torpaqlar, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar və tikinti altında olan torpaqlar kimi, mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir. Iddia olunan torpaq sahəsinin daxilində ************ və ************ reyestr nömrəli çıxarışlara əsasən torpaq sahələri üzərində (************ reyestr nömrəli çıxarışa əsasən 0,06 ha torpaq sahəsi üzərində X3, ************ reyestr nömrəli çıxarışa əsasən 0,06 ha torpaq sahəsi üzərində X2) mülkiyyət hüquqları tanınmışdır. Torpaq sahəsinin müayinəsi zamanı mübahisəli hal qeydə alınmamışdır. Lakin cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə daxil olmuş ********** qeydiyyat nömrəli ərizəyə əsasən idarənin mütəxəssisi tərəfindən ölçü işlər aparılarkən mübahisə olduğu müəyyən edilmişdir. Mübahisə yuxarıda qeyd etdiyi fərdi yaşayış evi ilə və meyvə bağı əkilmiş torpaq sahəsi ilə bağlı olmuşdur. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh “xxxx“ Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Mizəməmmədkənd kəndi ərazisində yerləşən və JN:0800 kod ******** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ayrılmış 2,80 ha torpaq sahəsi üzərinfə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Quba rayonu, Mizəməmmədkənd kəndi ərazisində yerləşməklə JN:0800 kod ******** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıya məxsus 2,80 ha torpaq sahəsinin ************ reyestr nömrəli və ************ reyestr nömrəli çıxarışlarda göstərilmiş cəmi 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşməyən 2,68 ha hissəsində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonunun Mizəməmmədkənd kəndi ərazisində mülkiyyətində 2,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-0800 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təsdiq olunur. ## #### 2024-cü il tarixdə JN-0800 KOD ******** saylı Dövlət Aktına əsasən mülkiyyətində olan 2,80 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastri va Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarasi ## ####### 2024-cü il tarixli məktubla cavab verərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, JN:0800 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və X8 rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Səxsin * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron malumat bazasında öz əksini tapmamışdır. Bundan əlavə həmin imtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi üzərində mübahisə mövcuddur, torpaq sahəsi digər şəxsisn istifadəsindədir bu səbəbdən torpaq sahəsinin müayinə işlərini aparmaq mümkün olmamışdır. Bu səbəbləri əsas tutmaqla cavabdeh "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2. 11.1 və 15-ci maddələrinə istinad ed rək Dövlət Aktı üzrə mülkiyyətində olan həmin 2,80 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan va torpağa mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtina etmişdir. Cavabdehin imtinası ilə razı deyil, imtina əsassızdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Cavabdehin ## ####### 2024-cü il tarixli imtina məktubunda göstərilmiş səbəblərinheç biri hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları kimi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Quba rayonunun Mizamammadkənd kəndi ərazisində yerləşməklə JN-0800 KOD ******** saylı Dövlət Aktına əsasən mülkiyyətində olan 2.80 ha torpaq sahəsi üzərində olan 3 tövlə binası ilə birlikdə Quba rayonunun sabiq Gülüstan sovxozu Aqrar Islahat Komissiyasının qərarı asasında əmlak payı kimi verilmişdir. Ona məxsus həmin 3 ədəd tövlə binaları hal-hazıradək həmin torpaq sahəsində yerləşir. Sonradan həmin torpaq sahəsini Quba rayonu Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı qərarına əsasən bələdiyyədən satın almışdır. Quba rayonu Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı qərarına əsasən Dövlət Torpaq va Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi həmin 2,80 ha torpaq sahəsinə adına JN-0800 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı vermişdir. JN-0800 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hal-hazırda qüvvədədir və hər hansı dövlət orqanı tərəfindən ləğv edilməmişdir. X1 əks olunmuş cəmi 2,80 ha torpaq sahəsi tam olaraq yerində mövcuddur. Həmin torpaq sahəsi uzun illərdir ki, istifadə və sahibliyindədir. Belə olan halda cavabdehin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etməsi əsassızdır. Belə ki, JN:0800 KOD******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq va Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında öz əksini tapmaması onun məsuliyyət dairəsinə aid bir məsələ deyildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş JN**** nömrəli (KOD 30311018) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Quba Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır. Bundan əlavə, torpaq sahəsi üzərində mübahisə mövcuddur. Belə ki, həmin torpaq sahəsi digər şəxsin istifadəsindədir. Bu səbəbdən də, torpaq sahəsi üçün nəzərdə tutulmuş müayinə işlərinin aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək, JN-**** saylı 30311018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.68 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dövlət aktının dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi və elektron bazasında olan zırutı üzərində öz əksini tapmamasında iddiaçının təqsiri olmamışdır. Həmin hərəkətlərin dilməsi cavabdeh orqanın öhdəliyidir. Həmçinin məhkəməyə təqdim edilmiş müayinə aktına görə X1 DWJ xəritələrində öz əksini tapmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə verilmiş müayinə aktına əsasən iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUIS) əsasən X11 kateqoriyalı olub uqodiyası əkin, şərti yararsız torpaqlar, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar və tikinti altında olan torpaqlar kimi, mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir. Iddia olunan torpaq sahəsinin daxilində ************ və ************ reyestr nömrəli çıxarışlara əsasən torpaq sahələri üzərində (************ reyestr nömrəli çıxarışa əsasən 0,06 ha torpaq sahəsi üzərində X3, ************ reyestr nömrəli çıxarışa əsasən 0,06 ha torpaq sahəsi üzərində X2) mülkiyyət hüquqları tanınmışdır. Bundan əlavə JN-0800 kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında 800 planşetdə torpaq sahəsi 2.280247 ha göstərilmişdir. Faktiki istifadə olunan hissəyə uyğun torpaq sahəsi 0,06 ha və 0.06 ha çıxıldıqdan sonra sənəd üzrə 2.160247 ha, faktiki yerində 2.09 ha təşkil edir. Bununla da yerində azalma mövcuddur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Iddiaçının nümayəndəsi və vəkili Vəkil Şakir oğlu idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh cavabdeh1n üzərinə Quba rayonunun Mizəməmmədkənd kəndi ərazisində yerləşməklə JN:0800 KOD *******S saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı məxsus 2,80 ha torpaq sahəsinin ************ reyestr nömrəli və ************ reyestr nömrəli çıxarışlarda göstərilmiş cəmi 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşməyən və hal-hazırda yerində faktiki mövcud olan 2.61 ha hissəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Şakir oğlu apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində onlayn qaydada dindirilən cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin mühəndisi Beydulla Əlistanov izah etdi ki, mübahisəli torpaq sahəsinə onun tərəfindən təkrar yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi DWJ xəriətlərində öz əksini tapmışdır. Lakin torpaq sahələrinin yeni elektron uçotu aparılarkən ümumi məhəlləhə baş verən sürüşmələr nəticəsində bəzi torpaqların cizgiləri başqa şəxslərin cizgiləri ilə üst-üstə düşmüşdür. Nəticədə iddiaçıya ayrılmş torpaq sahəsinin 0.12 ha (0.06 + 0,06) hissəsi başqa şəxslərin mülkiyyətində olan torpaqlarla üst-üstə düşmüşdür. Bundan başqa iddiaçıya verilmiş dövlət aktında *** nömrəli planşetdə göstərilmiş 2,160247 ha torpaq sahəsi faktiki yerində 2.09 ha təşkil edir. Bununla da yerində azalma yaranmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddiaçının nümayəndəsinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə iddia tələbi Quba rayonu Mizəməmmədkənd kəndi ərazisində yerləşməklə JN:0800 KOD *******S saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı məxsus 2,80 ha torpaq sahəsinin ************ reyestr nömrəli və ************ reyestr nömrəli çıxarışlarda göstərilmiş cəmi 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşməyən və hal-hazırda yerində faktiki mövcud olan 2.61 ha hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinş müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən olunur ki, Quba rayonu Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı qərarı ilə iddiaçı İddiaçı 2,80 ha torpaq sahəsi ayrılmış, həmin qərara əsasən ona JN 0800 kod ******** saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Bununla iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunvericiliklə nəzərdə tutulmuş qaydada yaranmışdır. Işdən görünür ki, iddiaçı göstərilən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən dövlət aktının qeydiyyat kitablarında əksini tapmaması, elektron məlumat bazasında tam görünməməsi, habelə torpaq sahəsinin bir hissəsinin digər şəxslərin adına rəsmiləşdirilməsi əsas gətirilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində, torpaq sahəsinin elektron kadastr uçotu informasiya sistemində X11 kateqoriyasında dövlət mülkiyyəti kimi göstərildiyini, həmçinin həmin sahənin daxilində digər şəxslərin adına çıxarışların mövcud olmasın halına istinad etmişdir. Apellyasiya icraatı zamanı, iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, ilkin tələb konkretləşdirilərək ************ və ************ reyestr nömrəli çıxarışlarla digər şəxslərin adına rəsmiləşdirilmiş ümumilikdə 0,12 ha torpaq sahəsi istisna olunmaqla, dövlət aktı üzrə ona məxsus torpaq sahəsinin üst-üstə düşməyən və faktiki olaraq yerində mövcud olan 2,61 ha hissəsinə münasibətdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu qaydada tələbi dəqiqləşdirməsi cavabdehin apellyasiya şikayətində istinad etdiyi əsas dəlillərindən birini aradan qaldırmışdır. Belə ki, artıq iddia tələbi üçüncü şəxslərin hüquqlarının qeydə alındığı torpaq sahələrini əhatə etmədiyindən və faktiki mövcud olan torpaq sahəsi ilə uyğunluq təşkil etdiyindən, həmin hissədə mübahisə mövcud deyildir. Kollegiya cavabdehin dövlət aktının qeydiyyat kitabında əks olunmaması və elektron bazada tam görünməməsi ilə bağlı arqumentlərini də əsaslı hesab etmir. Çünki torpaq sahəsinə dair hüququn yaranmasının hüquqi əsası bələdiyyənin müvafiq qərarı və həmin qərar əsasında verilmiş dövlət aktıdır. Bu sənədlərin mövcudluğu iş materialları ilə təsdiq olunur. Inzibati orqanın uçot və qeydiyyat sənədlərində yol verilmiş texniki və ya təşkilati xarakterli çatışmazlıqlar şəxsin artıq yaranmış mülkiyyət hüququnun tanınmamasına əsas ola bilməz. Əks yanaşma hüquqi müəyyənlik və mülkiyyət hüququnun müdafiəsi prinsiplərinə zidd olardı. Odur ki, kollegiya, bu baxımdan, cavabdehin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunvericilik normasının tələbinə zidd olmaqla, iddiaçıya münasibətdə mülkiyyət hüququndan əsassız olaraq məhdudlaşdırılmasına səbəb olduğundan, etiraz, imtina və şikayətin dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, indiki halda torpaq sahəsi naturada mövcuddur, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd hazırda qüvvədə olmaqla, həmin sənədin ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Kollgiya cavabdehin torpaq sahəsinin mülkiyyət növü ilə bağlı dəlilinə müasibətdə qeyd edir ki, torpaq sahəsinin ətrafı, o cümlədən bir hissəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə üstüstə düşən qonşularının torpaq sahələri də bələdiyyə tərəfindən onlara alqı-satqı qaydasında özgəninkiləşdirilmiş və cavabdeh tərəfindən həmin torpaq sahələri üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Hazırda onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “Inzibati icraat haqqında” Qanunun 13- cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Odur ki, kollegiya bu baxımdan cavabdehin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi hazırda yerində faktiki mövcud olan 2.61 ha torpaq sahəsi hissəsində təmin edilməlidir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Iddia tələbi təmin edilsin. Quba rayonunun Mizəməmmədkənd kəndi ərazisində yerləşməklə JN:0800 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,80 ha torpaq sahəsinin ************ reyestr nömrəli və ************ reyestr nömrəli çıxarışlarda göstərilmiş cəmi 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşməyən və hal-hazırda yerində faktiki mövcud olan 2.61 ha hissəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar