Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-244/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Hüquqi Şəxsə qarşı ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60% pozulmasına görə 1 il müddətinə Aərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının # ### 2017-ci il tarixli *** nömrəli qərarından görünür ki, X5 döyüş zonasında hərbi xidmət keçərkən # ###### 1994- cü il tarixdə aldığı və # ###### 1994-cü il tarixdən ## ###### 1994-cü il tarixə kimi Sabirabad rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sol baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin ## ###### 2017-ci il tarixli, *** nömrəli göndərişi, ## ###### 2017-ci il tarixli *** nömrəli arayışı, Sabirabad rayon mərkəzi xəstəxanasından verilmiş ## ###### 1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qymətləndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ## ###### 2017-ci il tarixdən ## ###### 2022-ci il tarixədək “Aşağı ətrafın dəqiqləşdirilməmiş səviyyədə digər travmaları, sol aşağı ətrafın dəlib keçən güllə yaralanması nəticələri (# ###### 1994), qamış sinirinin bulda səviyyəsində travması, trofiki hissi pozğunluqlar, bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, paralitik yeriş, hərəkət istinad funksiyasının kəskin pozulması, oynaqların kontrakturası, sol diz və aşıq baldir oynaqlarının kontrakturası, digər ekstrapiramid və hərəki pozğunluqlar, sol aşağı ətrafın monoparezi, baldir əzələlərinin atrofiyası, nevrasteniya, kəskin astena nevrotik sindrom (durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi” diaqnozu, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəbli əlaqəsi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin # ###### 2024cü il tarixli, *-**/*-İ-****/**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, əlillik vəziyyəti dövlət tibb müəssisəsinin *******AAGUR nömrəli göndərişi əsasında ## ###### 2017-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə (## ###### 2022-ci il tarixədək) ikinci dərəcə əlillik müəyyən edilmişdir. Müraciətində qeyd olunduğu kimi əlillik təyinatı əsassız olaraq dayandırılmamış, müddətli olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq əlillik müddətinin başa çatdığı ## ###### 2022-ci il tarixdən qüvvədən düşmüşdür. Əlillik müddəti bitdikdən sonra əlillik vəziyyəti dövlət tibb müəssisəsinin Y********SAZ nömrəli göndərişi əsasında ## #### 2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti müəyyən etməməsi barədə qərar qəbul edilmişdir. Qərardan narazı qaldığından müraciəti əsasında ## ###### 2023-cü il tarixdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-sosial ekspert komissiyası tərəfindən qəbul edilmişdir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi hərbihəkim komissiyası tərəfindən verilmiş # ### 2017-ci il tarixli, *** nömrəli qərarda Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar diaqnoz kimi sol baldırın orta 1/3-ni dəlib keçən güllə yaralanması qeyd edilmişdir. Qəbul zamanı aparılmış obyektiv müayinənin nəticəsində əlilliyin müəyyən olunmasına əsas verən patofunksional pozuntular (atrofiya, parez və hərəkət məhdudiyyəti) aşkarlanmadığından diaqnozun əlillik əlaməti təyin etməməsi barədə ## #### 2023-cü il tarixli qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının ## #### 2023-cü il tarixli, *******0008 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının ## ##### 2023-cü il tarixli, *-**-*/*- *-****/**** nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının ## ######## 2023-cü il tarixli, *- **-*/*-*-*****/**** nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının ## ###### 2024-cü il tarixli, *******0009 nömrəli qərarından görünür ki, İddiaçı göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, birinci Qarabağ veteranı kimi əlilliyinin təyin edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli protokol-qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın ## #### 2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən orqanizm funksiyalarının pozulması 31-60 faiz olmaqla müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsilə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin noyabr ayında Quba rayon Hərbi Komissarlığı tərəfindən Şəmkir rayonunun Seyfəli poliqonuna göndərilmişdir. Burada keçdiyi hərbi təlimlərdən sonra Ağdərə istiqamətinə göndərilmişdir. Bu müddət ərzində hərbi əməliyyatlarda iştirak etmişdir. 1993-cü ildə ehtiyata buraxıldıqdan sonra o, Quba-Qusar hərbi batalyonuna könüllü yazılmışdır. Batalyon ilə birlikdə döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı ayağından güllə yarası almış və Sabirabad rayon xəstəxanasına göndərilmişdir. 1 ay müddətinə aldığı güllə yarasına görə müalicə götürmüşdür. Sonradan xəstəxananın həkim komissiyası tərəfindən verilən tibbi sənədlərin (epikriz) evə buraxılmışdır. Həmin vaxtdan xəstəliyi ilə əlaqədar hara müraciət edilməsini məsləhət görməmişdirlər və o, əlilliyinə görə heç yerə müraciət etməmişdir. Lakin sonradan 2017-ci ildən iddiaçı bütün tibbi sənədlərini toplayaraq həmin ilin dekabr ayında Quba MRX-nın HMK-na müraciət etmişdir. Baş Tibbi Ekspertiza komissiyasının rəyinə əsasən ona 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Bu müddət ərzində respublika xəstəxanalarında müalicələr almışdır. Ancaq iddiaçıya heç kəs tərəfindən (Qarabağ təşkilatı) tərəfindən məlumat verilmədiyi üçün o, Sağan qəsəbəsi Reabilitasiya mərkəzində müalicə ala bilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən # ### 2017-ci il tarixli, *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Sol baldırın orta 1/3-nin dəlib keçən qüllə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, aşağı ətrafda ağrı və göynəmə hissindən şikayətlənmişdir. Müayinə zamanı sol baldırın orta 1/3-də çapıq toxuma izlənilmiş, aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuş, praktiki sağlam şəxs olaraq dəyərləndirilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun ## ###### 2023-cü il tarixli, ********** nömrəli arayışında diaqnoz “Odlu silah yaralanması. Sol baldırın orta 1/3-nin dəlib keçən qüllə yaralanmasından sonrakı vəziyyət. Sol baldır arxa-bayır səthinin bərkimiş, ağrılı, dartıcı kelloid çapıqları, qamış sinirin nevropatiyası. Sol baldır əzələlərin atrofiyası. Sol aşıq-baldır oynağın, deformasiyaedici postravmatik artrozu, kontrakturası, daimi kəskin ağrı sindromu. Dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarına istinad olunmuşdur. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı əlilliyinin təyin edilməsi iddiasına dair mübahisə ilə bağlı iddiaçının əlillik vəziyyətinin əsaslılığının və düzgünlüyünün qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdehə 20 gün müddət təyin edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Birliyi publik hüquqi şəxsinə həvalə edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## #### 2023-cü il tarixli qərarı ləğv edilməklə, həmin tarixdən orqanizm funksiyalarının pozulması 31-60 faiz olmaqla müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin ## ###### 2025-ci il tarixli iclasında qeyd edilən ekspert rəyinin müzakirəsi aparılmış, həmçinin ekspert rəyini tərtib edən X2 məhkəmə iclasında göndərişdə göstərilmiş xəstəliklərin (ağırlaşdırıcı xəstəliklər istisna olmaqla) iddiaçıda mövcud olmasını bildirmişdir. Göründüyü kimi məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyi ilə də müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin mövcudluğu təsdiq edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və ReabilitasiyaAgentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin“Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyinetməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60% pozulmasına görə 1 il müddətinə Aərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. .....
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); HYPERLINK "https://e-qanun.az/framework/44218" \l "_edn4" \o "" 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60% pozulmasına 1 il müddətinə Aərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Quba Rayon Mərkəzi Xəstəxanasının Y********SAZ nömrəli göndərişi və müraciəti əsasında ## ##### 2023-cü il tarixdə cavabdeh tərəfindən əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, iddiaçının sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşsa da, gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı hərbi xidmət zamanı döyüş şəraitində xəsarət almış, bu hal səlahiyyətli hərbi-həkim komissiyasının qərarı ilə təsdiq edilmiş və xəsarətin Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən olunmuşdur. Həmçinin iddiaçıya əvvəlki dövrdə məhz həmin səbəb əlaqəsi ilə əlillik təyin edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının döyüş əməliyyatları zamanı aldığı xəsarət “sol baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması” kimi olmuşdur. Iddiaçıya səhiyyə müəssisəsi tərəfindən verilmiş ** saylı forma üzrə göndərişdə aşağıdakı kodlar altında diaqnozlar göstərilmişdir : əsas diaqnoz Y36.4 – hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol baldırın orta 1/3 hissəsiniu dəlib keçən qamış sümüyü və sninirinin zədələnməsi ilə nəticələnən güllə yaralanmasından sonrakı vəziyyət, ağırlaşmalar - M24.5- oynaqların kontrakturası, sol aşıq baldır oynağının kontrakturası, oynaqda hərəkətin həcmi 15-20 dərəcə, S84.0- qamış sinirinin baldır səviyyəsində travması, sol qamış sümüyünün neyropatiyası trofiki hissi pozğunluqlar, pəncənin açıcı əzələlərinin parezi, R26.8 – hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkət istinad funskiyasının kəskin pozulması, R52.2- daimi ağrı, M19.1- digər oynaqların posttravmatik artrozu, sol aşıq baldır oynağının artrozu lll dərəcə, kəskin ağrı, F48.0- nevrosteniya, kəskin asteno nevrotik sindrom, L91.0 –hipertonik çapıq, sol baldırın orta 1/3-nin kobud çapıq toxuması. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin # ###### 2025-ci il tarixli, T 610/2025 rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi “Forma 088” göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: Y36.4. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol baldırın orta 1/3-ni dəlib keçən qamış sümüyü və sinirinin zədələnməsi ilə nəticələnən güllə yaralanmasından sonrakı vəziyyət. Ağırlaşma: M24.5. Oynaqların kontrakturası, sol aşıq-baldır oynağının açıcı bükücü kontrakturası oynaqda hərəkətin həcmi 15020 dərəcə. S84.0. Qamış sinirinin baldır səviyyəsində travması, sol qamış sümüyünün neyropatiyası trofiki hissi pozğunluqlar, pəncənin açıcı əzələlərinin parezi. R26.8. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkət istinad funksiyasının kəskin pozulması. R52.2. Digər daimi ağrı, daimi ağrı. M19.1. Digər oynaqların postravmatik artrozu, sol aşıq baldır oynağının artrozu III dərəcə, kəskin ağrı. L91.0. Hipertrofik çapıq, sol baldırın orta 1/3-nin kobud çapıq toxuması. Yanaşı xəstəlik: F48.0. Nevrasteniya, kəskin astenonerotik sindrom” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Onun ## #### 2025-ci il tarixdə məhkəmə tibbi müayinəsi zamanı isə hər iki aşağı ətrafda hipotrofiya, atrofiya, parez, iflic, kəskin hərəkət pozğunluğu aşkar edilməmişdir. Həmin tarixdə o, “Elmi-Tədqiqat və Ortopediya Institutu” phş-nə müayinəyə göndərildi və ona obyektiv və instrumental müayinələr nəticəsində “Odlu silahla yaralanmadan sonra sol baldırın orta 1/3-nin tış, arxa səthində çapıq toxumaları, sağtərəfli lumbar skoliozu, fəqərələrin spondilyozu, aşağı lümbar faset oynaqların artrozu, irradiasiya verən kəskin kökcük ağır sindromu, hər iki bud-çanaq oynağının travmadan sonra koksartrozu, sağda II, solda İ dərəcəli, yaxınlaşdırıcı kontrakturası (sağda 23°, solda 30° uzaqlaşma), daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması. XBT: Y36.4; L90.5; L91.0; M41; M47.8; M10.1; M54.14; M 16.5; M24.5; R52.1; R26.8” diaqnozu müəyyən edilmişdir.Eyni zamanda rəy üzrə aparılmış müayinələr nəticəsində iddiaçıda hərəkət funksiyasının pozulması, daimi ağrı sindromu və posttravmatik dəyişikliklərin mövcudluğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, ekspertiza tədqiqatı nəticəsində iddiaçıda müəyyən edilmiş xəstəliklərin bəziləri tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə öz əksini tapmamışdır. Bu isə həmin diaqnozlar əsasında əliliyin müəyyən edilməsini istisna edir. Bununla yanaşı məhkəmə araşdırması zamanı iddiaçıda R26.8 kodlu diaqnoz öz təsdiqini tapmışdır ki, həmin xəstəlik aşağıdakı qiymətləndirmə əlamətləri mövcud olduqda orqanizm funksiyalarının 35-60 % poozulmasına görə 1 il müddəyinə əlilliyin müəyyən edilməsi üçün əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən R25-R29 kodu altında qeyd edilmiş “Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr” diaqnozunun qiymətləndirmə əlamətləri aşağıdakılardır: -6.1.10.1 – başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları; -6.1.10.2 - başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları; -6.1.10.3 başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları; Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində onlayn qaydada dindirilən “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu”nda həkim-travmatoloq işləyən X3 izah etdi ki, “R26.8” kodu onun tərəfidən müəyyən edilmişdir. Belə ki, iddiaçı aldığı güllə yaralanmasından sonra oynağında koksartroz (bud-çanaq oynağının zədələnməsi) yaranmışdır. Bu xəstəlik sinir və sümük sistemində yaranan xəstəlikdir və nəticə etibarı ilə xəstənin yürüş və durmasının pozuntusuna səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən ekspert rəyi iddiaçının sağlamlıq vəziyyətini obyektiv şəkildə əks etdirən mötəbər sübut olmaqla, onun orqanizm funksiyalarında davamlı pozuntuların mövcudluğunu təsdiq edir. Iddiaçının xəsarətinin hərbi əməliyyatlar zamanı alınması və əvvəlki dövrdə həmin səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi faktı ilə birlikdə qiymətləndirildikdə, mövcud sağlamlıq pozuntuları ilə hərbi travma arasında səbəb əlaqəsinin mövcud olduğu qənaətinə gəlmək üçün kifayət edir. Kollegiya hesab edir ki, iş üzrə toplanmış sübutlar iddiaçının sağlamlıq vəziyyətinin orqanizmin funksiyalarının 35-60% pozulmasına uyğun olduğunu təsdiq edir və bu pozuntu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətlə səbəb əlaqəsindədir. Indiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnozun öz təsdiqini tapmaması qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “diaqnoz əlillik əlaməti təyin etmir” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (diaqnozun əlillik əlaməti təyin etməməsi) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş ekspert rəyi əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən diaqnozun əlillik əlaməti təyin etməməsi halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla bağlı apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Iddia tələbi təmin edilsin. Iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60% pozulmasına görə 1 il müddətinə Aərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin müəyyə edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.