Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-245/2026 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ######## 2008-ci il tarixli, *** nömrəli qərarından görünür ki, Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən 1992ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ## ###### 1994-cü il tarixdə aldığı və # ###### 1994-cü il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanma - diaqnoz: “Bel nahiyyəsinin və sağrının yumşaq toxumalarının odlu silahla dəlib keçən, güllə yaralanması” (Sumqayıt Şəhər Hərbi Komissarlığı ## ######## 2008-ci il tarixli, */** nömrəli göndərişi, ## ######## 2008-ci il tarixli, */**** nömrəli arayışı, MN MHP-nın HHKsı tərəfindən verilmiş # ###### 1994-cü il tarixli, **** nömrəli arayışı ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ## ###### 2015-ci il tarixli, *******0003 nömrəli qərarından görünür ki, İddiaçı ## ###### 2016-cı il tarixədək “bədənin bir neçə nahiyələrini əhatə edən açıq yaralar. Bel, sağrı, sağ topuq nahiyəsinin güllə yaralanmasından sonrakı vəziyyəti - aşağı ətrafın əzələ və vətərlərinin travmasının nəticələri. Sağ aşıq baldır oynağının postravmatik kontrakturası. Sağ aşağı ətrafın funksiya pozğunluğu” diaqnozu, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəb-əlaqəsi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ## ### 2024-cü il tarixdə diaqnozun əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin təyin ediməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının ## ### 2024-cü il tarixli, *******0005 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının ## ####### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin ## ###### 2025-ci il tarixli, T 636/2025 rəydən görünür ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərə əsasən adına Sumqayıt Tibb Mərkəzində tərtib edilmiş # ##### 2024-cü il tarixli, N*******UQE saylı (Forma 088) göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silahla yaralanmadan sonra sol tərəfli bel və sol sağrı nahiyyəsində kobud çapıq toxuması; ağırlaşmalar: M24.5 - Oynaqların kontrakturası, hər iki bud çanaq oynağının yaxınlaşdırıcı kontrakturası (solda açma 20 dərəcə, sağda 25 dərəcə uzaqlaşma); L90.5 - Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, bel və sol sağrı nahiyyəsində kobud çapığı; M16.5 – Digər postravmatık koksartrozlar, hər iki bud çanaq oynağının travmadan sonra koksartrozu; R26.8 - Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq hərəkət funksiyasının pozulması; R52.2 - digər daimi ağrı, daimi ağrı sindromu; yanaşı xəstəliklər: M62.5 – Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Aşağı ətrafların əzələ atrofıyası; M47.8 - Digər spondilyozlar. Deformasiyaedici spondilyoz; M42.9 - Onurğanın dəqiqləşdirilməmiş osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı qoyulmuşdur. Onun ## #### 2025-ci il tarixdə X5 və Ortopediya Institutunda travmotoloqlar tərəfindən müayinə olunarkən “Odlu silah yaralanmasından sonra sol sağrı nashiyəsində çapıq toxuması. Hər iki budçanaq oynağının postravmatik koksartrozu II mərhələ. Axsama daimi ağrı sindromu ilə. (L91.0, M16.4, Y36.4, R26.8, R52.2)” diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin N********UQE saylı, ## ### 2024- cü il tarixli tibbi göndərişi əsasında “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə ## ####### 2024-cü il tarixli qərarını ləğv etməklə iddiaçıya həmin göndəriş əsasında əlillik dərəcəsinin orqanizmin funksiyasının pozulması faizinin təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın ## ### 2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən orqanizm funksiyalarının pozulması 31-60 faiz olmaqla 1 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsilə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ###### 1970-ci il tarixdə anadan olmuş və 1-ci Qarabağ müharibəsində iştirak etmiş, ## ###### 1994-cü il tarixdə döyüş zonasında (Füzuli rayonu) döyüş tapşırığını yerinə yetirərkən bel nahiyəsinin və sağrının yumşaq toxumalarının odlu silahla dəlib keçən güllə yaralanması almış, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi həkim komissiyası tərəfindən # ###### 1994-cü il tarixdə şəhadətləndirmə aparılmış və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının ## ######## 2008-ci il tarixli, *** saylı Qərarı ilə aldığı travma hərbi travma kimi qiymətləndirilməklə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı qeyd olunmuşdur. 2008-ci ildən iddiaçıya aldığı bu travma ilə bağlı 2-ci dərəcəli əlillik təyin edilmiş və həm pensiya, həm də Prezident təqaüdü almışdır. Sonuncu dəfə ona 2-ci dərəcəli əlillik 2016-cı ildə 5 il müddətinə təyin edilmiş, lakin həmin müddət başa çatdıqdan sonra 2021-ci ildən əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Halbuki 2008- 2021-ci il tarixə kimi keçən 13 il ərzində fasiləsiz olaraq 2-ci dərəcəli müharibə əlili hesab edilmiş, bununla bağlı pensiya və müavinəti almışdır. Sonuncu dəfə N********UQE saylı, ## ### 2024-cü il tarixli tibbi gönəriş göndərilmiş və həmin göndərişdə diaqnozu “Odlu silahla yaralanmadan sonra soltərəfli bel və sol sağrı nahiyəsinin kobud capıq toxuması. Hər iki bud-çanaq oynağının yaxınlaşdırıcı kontrakturası (solda açma 20 dər., sağda 25 dər. uzaqlaşma). Hər iki bud-çanaq oynağının travmadan sonra koksartrozu. Dayaq-hərəkət funksiyasının pozulması. Onurğanın yayılmış osteoxondrozu. Daimi ağrı sindromu” qeyd olunmuş, bu diaqnoz 1994-cü ildən mövcud olmasına və illərlə ağırlaşmaların baş verməsinə baxmayaraq, cavabdeh əlillik təyinatından imtina etmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə ## ####### 2024-cü il tarixdə qərar qəbul etməklə, ona məxsus mobil nömrəyə SMS olaraq göndərmiş və həmin məlumatda qərardan 30 gün müddətində şikayət etmək hüququ izah olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün cavabdehə göndərilmişdir. Iddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ## ######## 2008-ci il tarixli, *** nömrəli Qərar verilmiş, həmin qərarda “Bel nahiyəsinin və sağrının yumşaq toxumalarının odlu silahla dəlib keçən güllə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel nahiyəsində ağrılardan, gecələr tez-tez sidik ifrazından, dizlərində olan ağrılardan, eşitmə zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında kəllə-beyin travması aldığını, təxminən 5 ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, medikamentoz preparatlardan “Amaryl”, “Metformin” qəbul etdiyini söyləmişdir. Baxış zamanı 5 metr məsafədə oturmuş, orta tonla danışmış, eşitmə cihazından istifadə etmədiyi müşahidə edilmişdir. Müayinə zamanı sol sağrı nahiyəsində çapıq izlənilmiş, hərəkətləri sərbəst olmuş, hər iki ön və arxa qamış arteriyaları üzərində nəbz hiss edilmişdir. Fonus klinikasının # #### 2022-ci il tarixli BERA testinin nəticəsi “Sağ tərəfli yüngül (İ), sol tərəfli orta (II) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi qeyd olunmuşdur. X6 və Ortopediya Institutunun # ###### 2023-cü il tarixli, ********** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol tərəfli bel və sol sarğı nahiyyəsində kobud çapıq toxuması, hər iki bud-çanaq oynağının travmadan sonra koksartrozu, yaxınlaşdırıcı kontrakturası (solda açma 20 dərəcə, sağda 25 dərəcə uzaqlaşma), onurğanın yayılmış osteoxondrozu, deformasiyaedici spondilyozu, irrodiasiya verən kəskin kökcük ağrı sindromu, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuşdur. Cavabdeh orqanda # ####### 2024-cü il tarixli audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 50 dB, sol qulaq 55 dB” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ### 2024-cü il tarixli qərarı ləğv edilməklə, həmin tarixdən orqanizm funksiyalarının pozulması 31-60 faiz olmaqla 1 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsilə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulnası qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən ## ###### 1994-cü il tarixdə xəsarət almış, # ###### 1994-cü il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı “Bel nahiyyəsinin və sağrının yumşaq toxumalarının odlu silahla dəlib keçən, güllə yaralanması” diaqnozu qoyulmuş və hərbi travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən olunmuş, Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ## ###### 2015-ci il tarixdən ## ###### 2016cı il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəb-əlaqəsi ilə ikinci dərəcəli əlillik təyin edilmiş, ## ### 2024-cü il və ## ####### 2024-cü il tarixli qərarlar əsasında isə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmənin ## ###### 2025-ci il tarixli iclasında ekspert rəyinin müzakirəsi aparılmış, həmçinin ekspert rəyini tərtib edən X2 məhkəmə iclasında bildirmişdir ki, ekspert rəyində göstərilmiş xəstəliklər iddiaçıda mövcuddur, xəstəliklər bərpa olunmayan, xroniki ağırlaşandırlar, hazırda iddiaçıda ağırlaşımış vəziyyətdədirlər. Göründüyü kimi məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur. Iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlaarını belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı. Bu isə işin nəticələrinin “Diaqnozun təsdiqini tapmaması” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Iddiaçının apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 6.1.10. sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr- XBT kodu R25- R29 Qiymətləndirmə üzrə əlamətləri: 6.1.10.1.başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları;6.1.10.2. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları: 6.1.10.3.başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi Bənd 13.4 Koksartroz (bud-çanaq oynağının artrozu)-XBT koud M16 Bənd 13.5.1. osteoxondroz-XBT kodu M42; spondilyoz-XBT kodu M47 Bənd 13.6 Dərinin atrofik zədələnmələri- XBT kodu L90 Qiymətləndirmə üzrə əlamətləri: 13.6.1. kəllə sümüklərinin plastikası mümkün olmayan çatışmazlıqları (3 sm2 və daha çox) və ya kəllə sümüyünün plastikası mümkün olan geniş (30 sm2-dən artıq) qüsuru; 13.6.2. üzün (kəllə sümüyünün) eybəcərləşmə ilə nəticələnən sümük və dəri strukturlarının həcminə və zədələnməsinə görə çatışmazlıqları “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı əlilliyin təyin edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçı barəsində diaqnozun əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin təyin ediməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianln mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş (##.##.2024-cü il tarixli), həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silahla yaralanmadan sonra sol tərəfli bel və sol sağrı nahiyəsində kobud çapıq toxuması (XBT kodu Y36.4)”, ağırlaşmaları “Oynaqların kontrakturası, hər iki bud çanaq oynağının yaxınlaşdırıcı kontrakturası (solda açma 20 dərəcə, sağda 25 dərəcə uzqlaşma) (XBT kodu M24.5), Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu,bel və sol ağrı nahiyəsində kobud çapığı (XBT kodu L90.5), “Digər posttravmatik koksartrozlar,hər iki bud çanaq oynağının travmadan sonra koksartrozu (XBT kodu M16.5)”, “Hərəkətin və yeriin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq hərəkət funksiyasının pozulması (XBT kodu R26.8)”, “Digər daimi ağrı sindromu (XBT kodu R52.2)”, “”Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi aşağı ətrafların əzələ atrofiyası (XBT kodu M62.5)”, “Digər spondolyozlar,deformasiyaedici spondolyoz (XBT kodu M47.8)”, “Onurğanın dəqqiləşdirilməmiş osteoxondrozu,onurğanın yayılmış osteoxondrozu (XBT kodu M42.9)” kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan həmin göndəriş əsasında iddiaçının əlilliyini qiymətləndirərək, ##.##.2024-cü il tarixli “diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə imtina etmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2008-2009, 2014-2015, 2015-2016-cı illərdə, sonuncu dəfə isə 2016-2021-ci ildə əlilliyi müəyyən edilmiş şəxs olmuşdur. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıda tibbi göndəişdə əks olunmuş XBT kodu Y36.4, M24.5, M16.5, R26.8, R52.2, M62.5, M47.8, M42.9 olan diaqnoz xəstəliklərinin stasionar müalicə və müyainədə təsdiq olunduğunu, müvafiq travmatoloq həkim tərəfindən verilmiş tibbi rəydə isə XBT kodu L91, M16.4, R26.8, R52.2 olan diaqnoz xəstəliklərin, “Odlu silah yaralanmasından sonra sol ağrı nahiyəsində çapıq toxuması, hər iki bud çanaq oynağının posttravmatik koksartoruz II mərhələ, Axsama daimi ağrı sindromu ilə” diaqnozunun qoyulduğu qeyd edilmiş, habelə daha sonra ekspert tərfindən məhkəməyə ünvanlanmış məktubun məzmununda iddiaçıda “Əsas diaqnoz:Hərbi əməliyyatlar nəticəsində odlu silahla zədələnmələrdən sonra soltərəfli bel və sol sağrı nahiyəsində kobud çapıq toxuması”.Aöırlaşmaları: Hər iki bud-çanaq oynağının travmadan sonrakı koksartrozu II mərhələ,axsama daimi ağrı sindromu ilə” diaqnozlarının təsdiq edildiyi, lakin əzələlərin atrofiyası, dayaq-hərəkət funksiyasının pozulması sponildyoz və osteoxondroz öz təsdiqini tapmadığı qeyd edilmişdir. Kolegiya hesab edir ki, indiki halda işin mübahisəli halı iddiaçıda aşkar edilmiş diaqnoz xəstəliklərin və onların əlamətlərinin müvafiq Qərarda əks olunmuş əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik qismində çıxış edib-etməməsi və onun məhz aldığı hərbi travmanın nəticəsində yaranıb-yaranmaması ilə bağlı olmuşdur. Bununla bağlı, kollegiya işin hallarının ətraflı araşdırılmasının təmin edilməsi məqsədilə iddiaçının əyani müayinəsini həyata keçirmiş və tibbi rəyi tərtib etmiş ixtisaslaşmış həkim-travmatoloq mütəxəssis qismində məhkəmə iclasında dinlənilmiş, o, öz izahatında bildirmişdir ki, “İddiaçı bizim müəssisəyə müraciət etmiş, tibbi müayinədən keçirilmiş və müayinənin nəticəsi olaraq tərəfimizdən müvafiq rəy verilmişdir. Aparılmış müayinə nəticəsində vətəndaşda ankiloz aşkar edilməmiş, lakin II dərəcəli artroz müəyyən edilmişdir. Hərəkət məhdudiyyəti ilə bağlı məsələ vətəndaş bizə müraciət etdiyi zaman qiymətləndirilmişdir. Həmçinin qeyd olunmuşdur ki, vətəndaş hərbi xidmətdə olduğu zaman travma almış və yaralanmışdır. Bu hal sənədlərlə təsdiq olunmuş və həmin travmanın hərbi xidmət dövründə baş verdiyi göstərilmişdir. Lakin hər iki bud-çanaq oynağının hərəkətinin məhdudluğu müayinə zamanı tərəfimizdən müəyyən edilməmişdir. Eyni zamanda vətəndaşda budun displaziyası aşkar edilməmişdir. Vətəndaş müraciət etdiyi zaman belə bir patologiya müəyyən olunmamışdır.Bud-çanaq oynağının bir və ya hər iki tərəfli çıxığı da müəyyən edilməmişdir. Onurğa sütununun hərəkətinin məhdudluğu ilə bağlı müayinə tərəfimizdən aparılmır. Parez və nevroloji əlamətlərlə bağlı müayinə nevropatoloq tərəfindən aparılır. Bu məsələ ilə bağlı bizə hər hansı şikayət daxil olmamışdır.Kəllə sümüyü travmatoloqa aid deyil, üz cərrahlarına aiddir.” Bundan əlavə, iddiaçının əyani müayinəsini həyata keçirmiş və tibbi rəyi tərtib etmiş həkimnevropatoloq mütəxəssis qismində məhkəmə iclasında dinlənilmiş, o öz izahatında bildirmişdir ki, “Vətəndaşın sol aşağı ətrafında parez müşahidə olunmuşdur. Əzələ gücü 3,5–4 bal səviyyəsinə qədər azalmışdır. Vətəndaşda qəlpə yaralanması faktı olmuşdur, lakin hazırkı vəziyyətinin Qarabağ müharibəsi zamanı aldığı xəsarətlə əlaqəli olmadığı müəyyən edilmişdir. Əzələ gücünün azalması M51 kodu ilə qeyd olunur. Çanaq sahəsində ankilozun olub-olmaması barədə rəy vermək mümkün deyil, çünki bu məsələ mütəxəssisin ixtisas sahəsinə aid olmayıb, travmatoloqun səlahiyyətinə daxildir. Hər iki bud-çanaq oynağında hərəkət məhdudluğu müəyyən edilmişdir. Bu hal bel nahiyəsində olan yırtıqla əlaqələndirilir və hərbi xidmət zamanı alınmış travma ilə bağlı hesab edilmir. Xatırlanır ki, vətəndaşda ağır dərəcəli eşitmə zəifliyi mövcud olmuşdur. Döş qəfəsi ilə bağlı diaqnozlar mütəxəssisin ixtisas sahəsinə aid deyildir.Onurğa sistemində hərəkət məhdudluğu müşahidə edilmişdir. Yuxarı ətraflarda parez müşahidə olunmamışdır. Sol aşağı ətrafda parez mövcuddur, lakin paraparez qeydə alınmamışdır. Paraplegiya da mövcud deyildir.” Kollegiya qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərdən yalnız XBT kodu L90.5, M16.5, R26.8, M42.9, M47.8 olan diaqnoz xəstəliklər və onların qiymətləndirmə üzrə əlamətləri müvafiq Qərar əsasında təsdiq edilmiş meyarlarda əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik kimi ehtiva edilmişdir. Bununla bağlı, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi, müvafiq ixtisaslaşmış həkimlərin tərtib etdyi tibbi rəylər, həkim-mütəxəssislərin izahatı nəticəsində iddiaçıda həmin XBT kodu olan diaqnoz xəstəliklərin məhz müvafiq Meyarlarda əlilliyin təyin edilməsi üçün əsas olan qiymətləndirmə üzrə əlamətlərinin mövcudluğu aşkar edilməmiş, bu hal öz təsdiqini tapmamışdır. Hansı ki məhz həmin xəstəlik əlamətlərinin mövcudluğunun müəyyən edilməsi halı iddianının əsaslılığını müəyyən etməyə imkan verir. Başqa sözlə desək, iddiaçıda həmin xəstəliklərin mövcudluğu halı özlüyündə əlilliyin təyin edilməsi üçün əsas kimi kifayət etmir, bunun üçün məhz müvafiq Meyarlarda əks olunmuş əlilliyin təyin edilməsinə əsas olan əlamətlər aşkar edilməlidir. Nəticə etibarilə iddiaçı barəsində müvafiq Qərarda əks olunmuş əlilliyin təyin edilməsi üçün əsas olan diaqnoz xəstəlik və onların əlamətlərinin mövcudluğu öz təsdiqini tapmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina və şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, habelə iddiaçıda mövcud olan diaqnoz xəstəliklərin və onların əlamətlərinin əlilliyin təyin edilməsi üçün əsas olub-olmaması halı qanunvericilik normasının tələbi baxımından düzgün dəyərləndirilməmiş, bununla da iş üzrə yanlış nəticə gəlmiş, bu səbəbdən də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, indiki halda nevropatoloqun verdiyi tibbi rəy və izahatı əsasında iddiaçıda əzələ gücünün azalması, hərəkət məhdudluğununun, sol aşağı ətrafda parez əlamətlərinin mövcudluğu qeyd edilsə də, onun məhz iddiaçıda aşkar edilmiş XBT kodu M51 olan diaqnoz xəstəliklə, yəni bel nahiyəsində olan yırtıqla bağlı olduğu, aldığı hərbi travma ilə bağlı olmadığı qeyd edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, XBT kodu M51 olan diaqnoz xəstəlik isə iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmamışdır. Belə olan halda kollegiya hesab edir ki, indiki halda iddiaçının hüquqi marağı məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsi bağlı olduğundan, habelə aşkar edilmiş xəstəlik əlamətləri ümumi xəstəlik səbəbi ilə bağlı olduğundan və sözügedən XBT kodu olan xəstəlik hazırki mübahisə predmeti olan cavabdehin imtina qərarının aid olduğu müvafiq tibbi göndərişdə əks olunmadığından, həmin xəstəliklərin əliliyin təyin edilməsi üçün əsas olan əlamətlərinin mövcud olub-omaması istiqamətində araşdırılma aparılması zərurəti mövcud olmamaqla, bu hal iddianın əsaslılığının müəyyən edilməsi üçün əsas qismində çıxış etməmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.