Məhkəmə qərarları › İş №2-1(3-8)-247/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-247/2026

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-247/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X5 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı X3, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi» publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2-1(118)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2016-cı il tarixli, *** nömrəli qərarından görünür ki, Culfa Rayon Hərbi Komissarlığı tərəfindən 1990-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş X3 hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən # ###### 1998-ci il tarixdə aldığı və # #### 2016-cı il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri - diaqnoz: “Başın ənsə nahiyəsinin, sağ baldırın orta 1/3-nin ön səthinin bərkimiş dəri çapıqları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin ## #### 2016-cı il tarixli, *** nömrəli göndərişi, ## #### 2016-cı il tarixli, *** saylı arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş # #### 2016- cı il tarixli, *** nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ## ### 2016-cı il tarixli, *******0001 nömrəli qərarından görünür ki, X3 ## ### 2016- cı il tarixdə Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya. Xoş xassəli kəllədaxili hipertenziya. Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Başın ənsə nahiyəsinin, sağ baldırının orta 1/3nin bərkimiş dəri çapıqları. Nevrasteniya. Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ damar krizləri, qıcolma tutmaları ilə” diaqnozu, “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə” səbəb-əlaqəsi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Informasiya Sistemindən “Əlillik haqqında arayış”dan görünür ki, X3 # ###### 2023-cü il tarixdə “Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya. Xoşxassəli kəllədaxili hipertenziya. Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Başın ənsə nahiyəsinin, sağ baldırın orta 1/3-nin bərkimiş dəri çapıqları. Nevrasteniya. Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ damar krizləri, qıcolma tutmaları ilə” diaqnozu, “ümumi xəstəlik” səbəb-əlaqəsi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Iddiaçı X3 (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Fondunun yanında Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya hərbi xidmət vəzifəsinin yerinə yetirməklə əlaqədar II dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Iddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh orqanın # ###### 2023-cü il tarixdə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəb əlaqəsi ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Silahi Qüvvələrin Təlim Tədris Mərkəzində 2001-2004-cü illərdə xidmət keçmiş, xidmət keçdiyi müddətdə Mərkəzi Hərbi Komissiyasının ## #### 2004-cü il tarixli xəstəlik haqqında şəhadətnaməsinə əsasən şəhadətləndirilərək “hərbi xidmət dövründə alınmış xəstəliklə” əlaqədar hərbi uçotdançıxarılmaqla hərbi xidmətə yararsız hesab olunaraq istefaya buraxılmış, həmin dövrdən də, yəni 2004-cü ildən hərbi xidmət dövrü ilə əlaqədar II qrup əlilliyə görə pensiya ilə təmin olunmuş, 2008-ci ildən iddiaçıya təyin edilmiş əlillik dərəcəsi müddətsiz hesab olunmuşdur. Iddiaçıya münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2016-cı il tarixli, *** saylı “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” qərarı verilmişdir. Iddiaçı ona təyin olunmuş pensiyanın yenidən hesablanması ilə bağlı * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin ## ####### 2016-cı il tarixli, *-*(**)-****/**** saylı qərarı ilə onun iddiası təmin edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, iddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən # ###### 1998-ci il tarixdə aldığı və # #### 2016-cı il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travma “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır və II dərəcəli əlilliyə görə ona təyin edilmiş pensiya məbləği yenidən hesablanmalıdır. Iddiaçı # ###### 2023-cü il tarixdə heç bir əsas olmadan Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən yenidən müayinə edilmiş, əlillik dərəcəsi və əlillik səbəbi qanunsuz olaraq dəyişdirilmiş, # ###### 2023-cü il tarixdə ona “ümumi xəstəlik səbəbi ilə III dərəcəli əlillik” müddətsiz olaraq təyin edilmişdir. Diaqnoz isə əvvəlki müayinələrdə olduğu kimi saxlanılmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti ## ### 2016-cı il tarixdə Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndinə müvafiq olaraq, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Iddiaçı əyani müayinəyə dəvət edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında # ###### 2023-cü il tarixdə əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ## #### 2016-cı il tarixli, *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Başın ənsə nahiyəsinin, sağ baldırın orta 1/3-nin ön səthinin bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifəsini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ aşağı ətrafda keyimə, pəncədə gücsüzlük, bəzən qeyri-iradi sidik qaçırmasından şikayətlənmişdir. Nevroloji müayinə zamanı sağ aşağı ətrafda diz və axil refleksləri alınmamış, baldırın ön və arxa qrup əzələləri atrofik, pəncənin bükücü qrup əzələlərinin gücü 2 bala qədər azalmış, sağ pəncənin distal parezi müşahidə edilmişdir. Unikal Klinikasının ## ###### 2023-cü il tarixli Bel-oma nahiyəsinin MRT müayinəsinin nəticəsi “Kobud lumbal osteoxondroz. L2-3 diskdə dural kisəni. Hər iki sinir kökünü sıxan, fəqərəarası dəlikləri daraldan 3 mm ölçülü, sirkulvar protruziya. L3-4 diskdə dural kisəni hər iki sinir kökünü sıxan, fəqərəarası dəlikləri daraldan, aşağıya ekstruziya göstərən, ən geniş yerində 3,5 mm ölçülən, sirkulyar protruziya. L4-5 diskdə qonşu tamamlayıcı lövhələrdəki osteofitlərin bərabərliyində, dural kisəni, hər iki sinir kökünü sıxan, sağda daha çox olmaqla, fəqərəarası dəlikləri daraldan, 2 mm-lik sirkulyar protruziya. L5-S1 diskdə dural kisəni, hər iki sinir kökünü sıxan, fəqərəarası dəlikləri daraldan, yuxarıya ekstruziya göstərən ən geniş yerində 3 mm ölçülən sirkulyar protruziya” kimi qeyd edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının ## ###### 2023-cü il – ## ###### 2023-cü il tarixli çıxarışında diaqnoz “Diskogen bel-oma poliradikulopatiyası. Davamlı kökcük ağrı sindromu ilə. Keçirilmiş QKBT-dan sonrakı ensefalopatiya. Arterial hipertenziya. Astenonevrotik vəziyyət” kimi qeyd edilmişdir. X2 ## ##### 2023-cü il tarixli kranial MRT müayinəsinin nəticəsi “Norma daxili kranial MRT” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq hissəvi reabilitasiya olunması və 2.5.13-cü bəndinə müvafiq olaraq ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının # ###### 2024-cü il tarixli, *******0002 nömrəli qərarından görünür ki, X3 # ###### 2023-cü il tarixdə “Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya. Xoşxassəli kəllədaxili hipertenziya. Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Başın ənsə nahiyəsinin, sağ baldırın orta 1/3-nin bərkimiş dəri çapıqları. Nevrasteniya. Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ damar krizləri, qıcolma tutmaları ilə” diaqnozu, “ümumi xəstəlik” səbəb-əlaqəsi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının noyabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq hissəvi reabilitasiya olunması və 2.5.13-cü bəndinə müvafiq olaraq ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının # ######## 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarından görünür ki, X3 barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq # ###### 2023-cü il tarixli ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin 10.06. 2025-ci il tarixli, 2-1(118)- ***/**** nömrəli qərardadı ilə iddia verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmiş, həmin məhkəmənin ## ###### 2025-ci il tarixli, 2-1(118)- ***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən # ###### 2023-cü il tarixdə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəb əlaqəsi ilə dəyişdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcud olmaqla hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. Iddiaçıya əlilliyin müvafiq səbəb-əlaqəsi ilə müəyyən olunmaması onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdirdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə V. Hərbi qulluqçuların şəhadətləndirilməsi Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır. VII. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. ..... Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmətibbi eksperti tərəfindən təyin edilir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. .... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının hüquqi marağı cavabdeh tərəfindən # ###### 2023-cü il tarixdə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəb əlaqəsi ilə dəyişdirilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı Culfa Rayon Hərbi Komissarlığı tərəfindən 1990-cı ildə hərbi xidmətə çağırılmış, hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən # ###### 1998-ci il tarixdə xəsarət almış, # #### 2016- cı il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmaya “Başın ənsə nahiyəsinin, sağ baldırın orta 1/3-nin ön səthinin bərkimiş dəri çapıqları” diaqnozu qoyulmuş və hərbi travmanın hərbi xidmət vəzifələrini yerinə yetirərkən alındığı müəyyən olunmuş, Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ## ### 2016-cı il tarixdə müddətsiz “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə” səbəb-əlaqəsi ilə ikinci dərəcəli, # ###### 2023-cü il tarixdə isə ümumi xəstəlik səbəb-əlaqəsi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyin” publik hüquqi şəxsinin ## ####### 2025-ci il tarixli, T 819/2025 rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının adına tərtib edilmiş qiymətləndirmənin nəticələrində qeyd edilmiş “Kəllədaxili travmalarının nəticələri, postravmatik ensefalopatiya, xoşxassəli kəllədaxili hipertenziya, dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, başın ənsə nahiyəsinin, sağ baldırının orta 1/3-nin bərkimiş dəri çapıqları, nevrasteniya, qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ damar krizləri, qıcolma tutmaları ilə” diaqnozu ilə Nazirlər Kabinetinin ## ###### 2015ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq hissəvi reabilitasiya olunması və 2.5.13-cü bəndinə müvafiq olaraq “ümumi xəstəlik” ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Iddiaçıya qeyd edilən xəstələliklərlə əlaqədar 2004-2023-cü illərdə əlilliyin təyini zamanı hərbi xidməti vəzifələrinin yerinə yetirilməsi səbəb kimi göstərilsə də, həmin xəstəliklərlə bağlı növbəti qiymətləndirmədə (# ###### 2023-cü il tarixdən) səbəb kimi ümumi xəstəlik göstərilmişdir. Lakin xəstəliklərin səbəb əlaqəsinin hərbi xidməti vəzifələrinin yerinə yetirilməsinin səbəb kimi göstərilməsi qənətinə gəlinməsi daha məqsədəuyğundur. Xəsarət və xəstəliklər baş nahiyəsində yerləşdiklərindən xəstəliklərin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2016-cı il tarixli, *** nömrəli qərarında göstərilən “Başın ənsə nahiyəsinin, sağ baldırın orta 1/3-nin ön səthinin bərkimiş dəri çapıqları” diaqnozla səbəb əlaqəsini inkar etmək mümkün deyildir. Birinci instansiya məhkəməsində qeyd edilən ekspert rəyinin müzakirəsi aparılmış, həmçinin ekspert rəyini tərtib edən X4 məhkəmə iclasında bildirmişdir ki, ekspert rəyində göstərilmiş xəstəliklər iddiaçıda mövcuddur, xəsarətlər isə hərbi xidmətlə əlaqəlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli sorğusuna cavab olaraq AZƏRBAYCAN RESPUBLIKASININ ƏMƏK VƏ ƏHALININ SOSIAL MÜDAFIƏSI NAZIRLIYI TABELIYINDƏ DÖVLƏT TIBBI-SOSIAL EKSPERTIZA və REABILITASIYA AGENTLIYI tərəfindən qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən S.Xəlilova ##.##.2016-cı il tarixindən Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Inzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü Inzibati icraatın başlanılması üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. X7 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Araşdırma zamanı 99 nəfər vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olubolmamasını müəyyən etmək məqsədilə şəxsin qeydiyyat ünvanına ##.##.2023-cü il tarixli, *-**-*/*-Q-*****/**** nömrəli bildiriş məktubu göndərilərək, ##.##.2023-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ##.##.2023-cü il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Daha sonra S.Xəlilov Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli qərardadına əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ##.##.2024-cü il tarixində yenidən Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində vətəndaşa dair aparılmış ##.##.2023-cü il tarixli ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Culfa Rayon Hərbi Komissarlığı tərəfindən 1990-cı ildə hərbi xidmətə çağırılmış, hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən # ###### 1998-ci il tarixdə xəsarət almış, # #### 2016- cı il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmaya “Başın ənsə nahiyəsinin, sağ baldırın orta 1/3-nin ön səthinin bərkimiş dəri çapıqları” diaqnozu qoyulmuş və hərbi travmanın hərbi xidmət vəzifələrini yerinə yetirərkən alındığı müəyyən olunmuş, Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ## ### 2016-cı il tarixdə müddətsiz “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə” səbəb-əlaqəsi ilə ikinci dərəcəli, # ###### 2023-cü il tarixdə isə ümumi xəstəlik səbəb-əlaqəsi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə araşdırması zamanı isə əlilliyin səbəb əlaqəsinin “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” olması müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “a” bəndinə əsasən, hərbi qulluqçu xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışdırsa, bu xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilməlidir. Normanın məzmunundan aydın olur ki, bu hal “hərbi xidmət vəzifələrinin icrası” anlayışından daha geniş hüquqi məna daşıyır və birbaşa dövlətin ərazi bütövlüyünün müdafiəsi ilə bağlıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 27.1-ci maddəsi isə imperativ qaydada müəyyən edir ki, hərbi qulluqçular döyüş növbəsində (döyüş postunda) olduqları zaman hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. Cavabdeh tərəfindən irəli sürülən diskresion səlahiyyətə dair arqument də kollegiya tərəfindən əsaslı hesab edilmir. Belə ki, diskresion səlahiyyət qanunla müəyyən edilmiş alternativ hüquqi nəticələr çərçivəsində seçim hüququnu ifadə edir, lakin qanunun açıq və imperativ normasına zidd qərar qəbul etmək səlahiyyəti vermir. Hazırkı halda faktiki hallar və normativ tələblər iddiaçının xəsarətinin “Azərbaycan Respublikasının müdafiəsi zamanı” alındığını göstərdiyi halda, cavabdehin bu hüquqi nəticəni tətbiq etməməsi diskreson səlahiyyətinin həyata keçirilməsi deyil, qanunun yanlış tətbiqidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin imtinasının qanunsuz hesab edilməsi və Mərkəzi Hərbi-Həkim Komissiyasının üzərinə iddiaçıya münasibətdə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməsi öhdəliyinin qoyulması qanunauyğun, əsaslı və ədalətlidir. Iddiaçının hazırkı məzmunda tələbi isə hərbi xidmət zamanı aldığı xəsarətin və onun səbəbli əlaqəsinin müəyyən olunmasına yönəlmişdir. Başqa sözlə, iddiaçı hərbi xidmət zamanı aldığı xəsarətin və onun alınma şəraitinə uyğun səbəbli əlaqənin müəyyən olunması, konkret halda isə əvvəllər müəyyən olunmuş səbəbli əlaqənin dəyişdirilməsi, daha dəqiqi onun arzuladığı qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan iddiaçının tələbi ifadə tərzindən asılı olmayaraq onun hüquqi marağının məzmunu və çatmaq istədiyi məqsəd baxımından qiymətləndirilməlidir. Mübahisəyə dair işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hərbi xidmət zamanı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə iddiaçı əslində sosial təminatını yaxşılaşdırmaq məqsədi güdür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2-1(118)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar