Məhkəmə qərarları › İş №2-1(3-8)-25/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-25/2026

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-25/2026 27.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X11ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4338/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 13137 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: DİAQNOZ: S 06, Y 32, G 40.8 keçirilmiş qapalı kəllə-beyin travması (04.04 2016) baş-beyin silkələnməsinin tez-tez baş verən qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. F 07.0 Keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2016) baş-beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, tez-tez təkrarlanan dekompensasiyalar, anamnezində qıcolma tutmaları, intihar cəhdləri və özünü kəsmələr, koqnitiv funksiyaların enməsi ilə. Y 36.2 Sağ baldırın orta 1/3-nin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” DİAQNOZ: Q 23.1 Aorta qapağının anadangəlmə çatışmazlığı. İkitaylı aortal qapaq (Bikuspid) “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə təsdiq olunur. xx.xx.2019-cu ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ilkin 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2024-cü ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquq şəxsin xx.xx.2025-ci il tarixli, T511/2025 nömrəli ekspert rəyindən görünür ki, 1. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Bakı 2 nömrəli X4” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İ00241763FTU nömrəli göndərişində XBT10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: T90.5-kəllədaxili travmaların nəticələri, başın' travmasının nəticələri, S06.8-digər kəllədaxili travmalar (2016-cı il aprel döyüşlərində travma). Yanaşı xəstəliklər: İ35.1-aorta (qapaq) çatmamazlığı, ikitaylı aortal qapaq çatmamazlığı, İİ (ikinci) dərəcəli funksional ürək çatmamazlığı, G40-epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları (şöbədə 5-6 dəfə); Q23.1-aorta qapaqlarının anadangəlmə çatışmazlığı, İİ (ikinci) dərəcəli funksional ürək çatmamazlığı” diaqnoz ona stasionarda müalicədə olarkən anamnestik, klinik və laboratorinstrumental müayinələri əsasında təyin edilmişdir. -Diaqnozda qeyd edilən “G40-epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları (şöbədə 5-6 dəfə)” xəstəliyi də vardır və bu xəstəlik hazırda “Real Hospital”da xx.xx.2024-cü il tarixdə aparılmış EEQ müayinəsi zamanı beyinin bioelektrik aktivliyi dəyişilməsi, beyinin diensefal strukturları nahiyəsində diffuz olaraq (sağ alın, təpə, gicgah) epi ocaqlar və qıcıqlanma əlamətlərinin olması ilə təsdiq olunur. 2. Qərardadda ekspertiza qarşısında yarımbəndlərdə qoyulmuş bütün suallar qiymətləndirmə meyarlarına aid olduqlarından onların həlli məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndiirlməsi Qaydası”nın 1-ci bəndində görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının ona təyin edilən əlillik dərəcəsinin ləğvi ilə bağlı hərəkətinin qanunsuz sayılması, 2018-ci ildən şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, qıcolma tutmaları (ayda 5-6 dəfə), əhlavın üzvi mənşəli (affektiv) pozuntusu, ikitaylı aortal qapaq, İİ (ikinci) dərəcəli ürək çatışmamazlığı xəstəliklərinə düçar olduğu üçün 2018-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar təyin edilmiş İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi, ona ödəniləcək əlillik müavinətinin verilməsi müddətinin 2024-cü ilin may ayından hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1983-ci il tarixdə Qobustan rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. O, 2016-cı ildə aprel döyüşlərində yaralanmışdır. Xüsusi Təyinatlı Qüvvələrdə gizir rütbəsində qulluq etmişdir. 2016-cı ildə aprel döyüşlərindən sonra aldığı xəsarətlər ağır olmuş, kəllədaxili travmaların nəticələrindən ciddi şəkildə əziyyət çəkir. Aldığı xəsarətlərdən sonra şəxsiyyət pozuntusuna, dedepressiv daxilolmalar, koqnitik funksiyaların enməsi, qıcolma tutmaları (ayda 5-6 dəfə), əhvalı üzvi mənşəli (affektiv) pozuntu, ikitaylı aortal qapaq, İİ (ikinci) dərəcəli ürək çalışmamazlığı xəstəliklərinə düçar olmuşdur. Bu günə kimi də bu xəstəliklərdən ciddi şikayətçidir və dözülməz ağrılar çəkir. Aldığı xəsarətlərdən sonra, yəni 2016-cı ildən bu günə kimi həkim tərəfindən müayinə və müalicələrdədir. Səhhəti yaşı keçdikcə, daha da ağırlaşır və ağrıları şiddətlənir. İddiaçıya bu aldığı xəsarətlərə görə 2018-ci ildən İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Lakin son 8 aydır ki, əlilliyi ləğv olunmuş və səbəb kimi də diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. O qəti şəkildə bu qərar ilə razılaşmır. Ona görə ki, sağlamlığı yerində deyil, yaxşılaşmaq əvəzinə yaşı keçdikcə daha da ağırlaşır. O yarımcanlıdır, iş qabiliyyəti demək olar ki, yoxdur. Ciddi şəkildə müalicə olunur. 2016-cı ildən bu günə kimi səhhətində sağalmağa doğru heç bir irəliləyiş yoxdur. 2015-ci ilin dekabr ayından 2016-cı ilin yanvar aylarında “sağ ağciyərin aşağı, sol ağciyərin yuxarı paylarının kəskin ocaqlı pnevmaniyası”, 2017-ci ilin aprel ayında “sağ ağciyərin aşağı, sol ağciyərin yuxarı və aşağı paylarının kəskin ocaqlı pnevmaniyası” diaqnozu ilə SQ BKH-da stasionar müalicə almışdır. Müalicədən sonra hər dəfə xəstəliyinə görə ona 15 gün müddətində məzuniyyət verilmişdir. xx.xx.2016-cı il tarixdə Goranboy rayonu, Tapqaraqoyunlu kəndi ərazisində “üzün sol yarısının 1 ədəd yad cismi (metal), sağ baldırın orta 1/3 - nin ön səthində bir ədəd çapıq toxuma” diaqnozu ilə xəsarət almışdır. Hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli hava-desant qüvvələrində xidmətə yararlığının təyin etməsi məqsədi ilə MN MHP-da müayinə olunmuş, ExiKQ, müayinələrində ikitaylı aortal qapaq aşkarlanmış və “Anadangəlmə ürək qüsurlu, ikitaylı aortal qapaq” ilkin diaqnozu qoyularaq MN MHP-nın hərbi həkim komissiyası tərəfindən xx.xx.2018-ci il tarixində “Stasionar müayinədən sonra şəhadətləndirilməlidir” qərarı verilmişdir. O artıq həm dinc, həm də ki, müharibə dövründə hərbi xidmətə yararsızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Bakı şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022- ci il tarixli 8515 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Dəqiqləşdirilməmiş ensefalopatiya, tez-tez baş verən qıcolma tutmalarla və kognitiv pozulmalarla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir”, “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Sağ baldırın və dodaqüstü nahiyənin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (xx.xx.2016), üzün sol yarısının yumşaq toxumalarının metal yad cismi (metal)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Revmatizm, qeyri-fəal dövr. Aortal qapaq çatışmazlığı. İkitaylı aortal qapaq, İ (birinci) funksional sinif ürək çatışmazlığı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı ay ərzində 4-6 dəfə baş verən qıcolma tutmalarından şikayətlənmişdir. Dərmanlardan Finlepsin qəbul etdiyini söyləmişdir. Vətəndaş işləmədiyini qeyd etsə də, ƏMAS-da Şöbə müdiri kimi aktiv əmək müqaviləsinin olduğu qeyd edilmişdir. Baxış zamanı alında və sağ baldırın orta 1/3-də çapıqlar izlənmiş, hərəkətləri sərbəst olmuşdur. Auskultasiyada ürək tonları aydın eşidilmişdir. Psixi statusu: aktiv simulyativ davranışlar nümayiş etdirmişdir. Bələdliliyi bütün istiqamətlərdə saxlanılmışdır. Zahirən geyimi səliqəli, mimikası canlı olmuşdur. Ünsiyyətə həvəslə daxil olmuş, verilən suallara qısa məzmunlu cavablar vermişdir. Xəstəliyi ilə bağlı, aparılmış nevroloji müalicələr haqqında məlumat verə bilməmişdir. Ekspertiza üçün əhəmiyyətli olan EEQ müayinə nəticəsi təqdim etməmişdir. Rezonans Klinikasının xx.xx.2024-cü il tarixli MRT müayinəsinin nəticəsi “Hər iki maxillar sinusda mukozal qalınlaşmalar qeyd olunur. Hər iki alt konxalar hipertrofikdir. Alın sümüyündə sağda sümüyün kortikal və subkortikal qatında lokal destruktiv dəyişikliklərə səbəb olan T1, T2 və Flair rejimlərində hipointensiv xarakterli dəyişikliklər qeyd olunur (posttravmatik qalıq əlamətləri olaraq dəyərləndirildi)” kimi müəyyənləşdirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 4399/24 nömrəli Çıxarışında diaqnoz “Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depression daxilolmalarla, koqnitiv funksiyaların enməsi, qıcolma tutmaları ilə (ayda 5-6 dəfə)” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 453 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan qıcolma tutmaları və koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=56%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Mitral klapanın ön tayının prolapsı İ dərəcə (4.5 mm). Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min-TÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4338/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 6.7. Epilepsiya G40 kimi öz əksini tapmışdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri - 6.7-ci bənd – Epilepsiya, 6.7.3. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı. Bu isə işin nəticələrinin“Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 2.9 Digər ürək xəstəlikləri-XBT kodu İ30-İ52 Qiymətləndirmə üzrə əlamətləri: 2.9.1. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2- 3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun- Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması;2.9.2.ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ciddi pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİB mərhələ, ağciyər hipertenziyası 2-3-cü dərəcə, 3-cü dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması;2.9.2.ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ağır və davamlı pozulması ilə: FS İV (25 Vatt və ya 1,1-1,9 METs), XÜÇ İİİ mərhələ, ağciyər hipertenziyası 3-cü dərəcə, 4-5-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının 30%-dən az olması Bənd 2.10. Qan dövranı sisteminin anadangəlmə inkişaf qüsurları-XBT kodu Q20-Q28 Qiymətləndirmə üzrə əlamətləri: 2.10.1.18 yaşınadək şəxslərdə XÜÇ İ mərhələ və ya cüzi hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar;2.10.2.18 yaşınadək şəxslərdə XÜÇ İİ mərhələ və ya nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar;2.10.3.18 yaşınadək şəxslərdə XÜÇ İİİ mərhələ və ya əhəmiyyətli dərəcədə nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar Bənd 6.1. Başın travmaları-XBT kodu S02-S09, Başın travmalarının nəticələri- XBT kodu T90 Qiymətləndirmə üzrə əlamətləri:6.1.1.ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası;6.1.2.ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası;6.1.3.baş beynin əzilməsi, kontuziyası;6.1.4.psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası;6.1.5.vegeto-damar mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası;6.1.6.vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası teztez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə;6.1.7.beyin maddəsində yad cismin olması;6.1.8.ventrikuloperitoneal şuntlama;6.1.9.anadangəlmə inkişaf qüsurlarının ağır formalarında;6.1.10.müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik) Bənd 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Bənd 7.6.2. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular-XBT kodu F06 üzvi mənşəli şəxsiyyət pozuntusu - XBT kodu F07.0 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları- XBT kodu F07.8 Qymətləndirmə üzrə əlamətləri: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti; Bənd 6. Sinir sistemi xəstəlikləri Bənd 6.7 Epilepsiya- XBT kodu G40 Qiymətləndirmə üzrə əlamətləri: 6.7.1. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən);6.7.3 epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır);6.7.4. ayda 4 və daha artıq ağır tutma, yaxud 4 və daha artıq kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda 2 və daha artıq huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, ayda 1 və daha artıq epileptik status, kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı onun barəsində xx.xx.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konsitutsiya quruluşunun müdafiəsi” ilə əlaqədar səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının əlilliyinin qiymətləndirilməsi nəticəsində iddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsas aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş (xx.xx.2024-cü il tarixli), həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “ Üzvi mənşəli şəxsiyyət pozuntusu,üzvi (2016cı il aprel döyüşləri zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnutiv funksiyanın enməsi, qıcolma tutmaları (ayda 5-6 dəfə) (XBT kodu F07.0), ağırlaşmaları “baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları,baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları (XBT kodu F07.8)”, “əhvalın üzvi mənşəli pozuntusu (XBT kodu F06.3)”, “yüngül koqnutiv pozuntu (XBT kodu F06.7)”, “kəllədaxili travmaların nəticələri,başın travmasının nəticələri (XBT kodu T90.5)”, “Digər kəllədaxili travmalar, 2016-cı il aprel döyüşlərində travma (XBT kodu S06.8)”, yanaşı xəstəlikləri “Aorta (qapaq) çatmamazlığı,aorta (qapaq) çatmamazlığı,ikitaylı aorta qapaq çatmamazlığı,İİ ikinci dərəcəli funksional ürək çatışmamazlığı (XBT kodu İ35.1)”, “Epilepsiya,tez-tez təkrarlanan qıcolma tutmaları (5-6 dəfə) (XBT kodu G40)”, “Aorta qapağının anadangəlmə çatışmazlığı,ikinci dərəcəli funksional ürək çatışmazlığı (XBT kodu Q23.1)” kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan həmin tibbi göndəriş əsasında iddiaçının əlilliyinin qiymətləndirilməsini həyata keçirərək, diaqnoz əlilliyin təyin edilməsi üçün əsas olmaması barədə xx.xx.2025-ci il tarixli imtina qərarı qəbul etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində xx.xx.2019-cu ildən “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İş materiallarından görünür ki, müvafiq Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində 2022-ci il və 2025-ci il tarixdə xəstəli şəhadətnaməsi tərtib edilmiş, 2022-ci il trailxi şəhadətnamənin məzmununda iddiaçı barəsində qoyulmuş diaqnoz kimi “Dəqiqləşdirilməmiş ensefalopatiya,tez-tez baş verən qıcolma tutmalarla və koqnutiv pozulmalarla” səbəb əlaqəsi kimi “Ümumi xəstəlikdir”, diaqnoz kimi “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu sağ baldırın və dodaqüstü nahiyədə yaralanmasından sonrakı bərkimiş dəri çapığı,partlayış travması (xx.xx.2016), üzün sol yarisinin yumşaq toxumalarında metal yad cisim (metal)” səbəb əlaqəsi kimi “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, diaqnoz kimi “Revmatizm,qeyrifəal dövr, aortal qapaq çatışmazlığı ikitaylı aortal qapaq İ funksional sinif ürək çatışmazlığı” səbəb əlaqəsi kimi “Xəstəlikdir hərbi xidmət dövründə almışdır” qeyd edilmiş, 2025-ci il tarilxi şəhadətnamənin məzmununda isə diaqnoz kimi “S06,Y32,G40.8 keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2016) baş-beyin silkələnməsinin tez-tez baş verən qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi F07.0 keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2016), baş-beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi,kobud davranış pozuntuları,depressiv daxilolmalar,tez-tez təkrarlanan dekompensasiyalar,anamnezidində qıcolma tutmaları,intihar cəhdləri və özünü kəsmələr,koqnitiv funksiyaların enməsi ilə Y36.2 sağ baldırın orta 1/3-niin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” səbəb əlaqəsi kimi “ Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş həkim-psixiatr rəylərinin məzmunundan görünür ki, iddiaçı barəsində “Üzvi (2016-cı ildə aprel döyüşlərdə alınmış kəllə-beyin travması nəticəsində emosional labil pozuntu F06.6”, “üzvi (2016-cı il aprel döyüşlıəri zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusui,depressiv daxilolmalar,koqnitiv funksiyaların enməsi,qıcolma tutmaları ayda 5-6 dəfə) F07.0”, XBT kodları F07.0F07.8 F06.3 F06.7 diaqnoz xəstəlikləri olduğunu qeyd etmişdir. İş materiallarında olan və tədqiq edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin iddiaçının stasionar müalicədə olarkən anamnestik,klinik və laborator-instrumental müayinələr əsasında təyin edilib, G 40 epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları şöbədə 5-6 dəfə xəstəliyi də vardır və bu xəstəlik hazırda aparılmış EEQ müayinəsi zamanı beyinin bioelektrik aktivliyi dəyişilməsi, beyinin diensial strukturları nahiyəsində diffuz olaraq (saö alın,təopə,gicgah), epi ocaqlar və qıcıqlama əlamətlərinin olması ilə təsdiqlənir. Kolegiya hesab edir ki, indiki halda işin mübahisəli halı iddiaçıda aşkar edilmiş diaqnoz xəstəliklərin və onların əlamətlərinin müvafiq Qərarda əks olunmuş əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik qismində çıxış edib-etməməsi və həmin xəstəliyin məhz hərbi xidmət dövründə alınmış travmanın nəticəsində yaranıb-yaranmaması ilə bağlı olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərdən XBT kodu F07.0,F07.8,F06.6,F06.7,G40 və digərləri olan diaqnoz xəstəliklər və onların qiymətləndirmə üzrə əlamətləri müvafiq Qərar əsasında təsdiq edilmiş meyarlarda əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik kimi ehtiva edilmişdir. Kollegiya hesab edir ki, indiki halda iddiaçının hüquqi marağı məhz Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsi olduğundan, müvafiq Meyarlarda əks olunmuş xəstəliklərdən məhz XBT kodu F07.0,F07.8,F06.6,F06.7,G40 olan diaqnoz xəstəliklərin müvafiq hərbi travma və xəstəlik şəhadətnaməsində qeyd edilmiş hərbi travma ilə səbəb əlaqəsinin olduğu müəyyən edildiyindən, əlilliyin müəyyən edilməsi üçün əsasların olubolmaması məhz həmin xəstəliklərin müvafiq Meyarlarda qeyd edilmiş qiymətləndirmə üzrə əlamətləri əsasında dəyərləndirmə aparılmalıdır. Həmçinin,kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində əlilliyin müəyyən edilməsi məhz XBT kodu G40 olan diaqnoz xəstəlik və həmin xəstəliyin müvafiq Meyarlar üzrə 6.7.3-cü bənində əks olunmuş (epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən:ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) əlamətləri əsas götürülməklə, orqanimzin funskiyasının pozulmasının 65-80 faiz dərəcəsi ilə iki il müddətinə əlilliyi müəyyən edilmişdir (iddiaçı tərəfindən həmin məhkəmə qərarından şikayət verilməmişdir). İndiki halda iddiaçıda XBT kodu G40 olan diaqnoz xəstəlik və onun müvafiq Meyarların 6.7.3cü bəndində əks olunmuş əlamətlərinin mövcudluğu tədqiq edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, ambulator kartadan çıxarış, müayinə və müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi,həkim-psixiatr rəyləri əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, habelə işin müəyyən edilmiş həmin hallarını təkzib edən heç bir tibbi sənəd təqdim edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnoz xəstəliyin və qiymətləndirmə üzrə əlamətlərinin öz təsdiqini tapmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim Nəticə etibarilə kollegiya hesab edir ki, indiki halda iddiaçıda aşkarlığı müəyyən edilmiş diaqnoz xəstəlik və onların qiymətləndirmə üzrə əlamətləri müvafiq Meyarlara əsasən orqanizmin funskiyasının pozulmasının 65-80 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi üçün əsas veridyindən, iddianın bu hissədə əsaslılığı müəyyən edildiyindən, cavabdehin həmin hissədə şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, kollegiya əlilliyin səbəb əlaqəsi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən XBT kodu G40 olan diaqnoz xəstəliyin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma ilə əlaqədar yaranması halı da iş materiallarına olan sənədlər (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamə, travma haqqında arayış) əsasında öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət vermiş, cavabdehin şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Eyni zamanda kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndəriş xx.xx.2024-ci il tarixdə tərtib edilmiş, cavabdeh inzibati orqan iddiaçı barəsində məhz həmin tibbi göndəriş əsasında aparılmış yoxlamanın nəticəsinə dair xx.xx.2025-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul etmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əlilliyin hansı tarixdən müəyyən edilməsi üçün məhz müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsini ehtiva edən əlilliyin təyin edilməsindən imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın tarixi əsas götürülməli olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçı barəsində əlilliyin müəyyən edilməsinə əsas olan xəstəlik XBT kodu G40 olan xəstəliklə bağlı müvafiq Qaydaların 2 nömrəli Əlavəsində həmin xəstəliklər üçün tibbi göndərişin tərtib edilməsi üçün əsas olan ambulator və stasionar müalicə müddətinin satisoanr müalicə müddəti 10 gün, ambulator müalicə müddəti 3 dəfə olduğu əks olunmuşdur. İndiki halda isə iddiaçıya münasibətdə qanunla tələb olunan müalicə müddətinə aid şərtin ödənilməsi iş materiallarında olan ambulator kartadan çıxarış və digər tibbi sənədlər əsasında öz təsdiqini tapmışdır. Bu baxımından kollegiya hesba edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4338/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar