Məhkəmə qərarları › İş №2-1(3-8)-261/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-261/2026

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-261/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı, Üçüncü şəxsin vəkili və nümayəndəsi vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “JN 476 KOD******** saylı dövlət aktı üzrə iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan həmin dövlət aktının “476W” planşetində yerləşən 9688.84 kv.metr və “476A” planşetində yerləşən 1114.46 kv.metr torpaq sahələrinə (cəmi 1.08 ha torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs2 adına tərtib olunmuş “Torpağa mülkiyyət hüququna” dair JN2286 KOD ******** saylı dövlət aktının – iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.08 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “JN.476 KOD ******** saylı Dövlət Aktı üzrə iddiaçının ailə üzvlərinin mülkiyyətində olan, həmin Dövlət Aktının “476W” planşetində yerləşən 9688,84 kv.metr və “476A” planşetində yerləşən 1114,46 kv.metr torpaq sahələrinə (cəmi 1,08 ha torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs2 adına torpağa mülkiyyət hüququna dair FN:2286 KOD ******** saylı Dövlət Aktı verilməklə aparılmış qeydiyyatın (qeydiyyatla əlaqədar hərəkətlərin) iddiaçının ailə üzvlərinin mülkiyyətində olan həmin 1,08 ha torpaq sahəsinə aid hissədə qanunsuz hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “JN 476 KOD******** saylı dövlət aktı üzrə iddiaçının ailə üzvlərinin mülkiyyətində olan həmin dövlət aktının “476W” planşetində yerləşən 9688.84 kv.metr və “476A” planşetində yerləşən 1114.46 kv.metr torpaq sahələrinə (cəmi 1.08 ha torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs2 adına torpağa mülkiyyət hüququna dair JN2286 KOD ******** saylı dövlət aktı verilməklə aparılmış qeydiyyatın (qeydiyyatla əlaqədar hərəkətlərin) iddiaçının ailə üzvlərinin mülkiyyətində olan həmin 1.08 ha torpaq sahəsinə aid hissədə qanunsuz hesab edilməsi və üçüncü şəxs2 adına torpağa mülkiyyət hüququna dair JN2286 KOD******** saylı dövlət aktının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs1 MMC və üçüncü şəxs2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli **/* saylı qərarına əsasən iddiaçıya və iddiaçının ailə üzvlərinə Qusar rayonunun Hil kəndi ərazisindən 6,38 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:476 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Həmin 6,38 ha torpaq sahəsi 4(dörd) müxtəlif ərazilərdə yerləşir və hər ərazidəki torpaq sahəsi həmin Dövlət Aktının ayrıca planşetlərində əks olunmuşdur. Iddiaçı JN:476 KOD ******** saylı Dövlət Aktlarına əsasən ona məxsus torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almaq üçün cavabdeh DƏDKR publik hüquqi şəxsin * saylı Ərazi Idarəsinə müraciət etmişdir. Lakin cavabdeh DƏDKR publik hüquqi şəxsin * saylı Ərazi Idarəsi tərəfindən ona məlumat vermişdir ki, ailə üzvlərinin adlarına olan JN:476 KOD ******** saylı Dövlət Aktının “476W” planşetində yerləşən 9688,84 kv.metr və həmin Dövlət Aktının “476A” planşetində yerləşən 1114,46 kv.metr torpaq sahələrinə (cəmi 1,08 ha torpaq sahəsinə) Qusar Rayon Məhkəməsinin ## ##### 2006-cı il tarixli, *-***a/**** saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iş üzrə üçüncü şəxs üçüncü şəxs2 adına JN:2286 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. JN:2286 KOD ******** saylı Dövlət Aktı cəmi 7,77 ha torpaq sahəsinə işlənmiş, JN:476 KOD ******** saylı Dövlət Aktına əsasən iddiaçının ailə üzvlərinə məxsus cəmi 1,08 ha torpaq sahəsi də üçüncü şəxs üçüncü şəxs2 adına işlənmiş JN:2286 KOD ******** saylı Dövlət Aktına daxil edilmişdir. Üçüncü şəxs üçüncü şəxs2 isə JN.2286 KOD ******** saylı Dövlət Aktına əsasən onun adına olan həmin torpaq sahəsini Quba rayon notariat kontorunun ##.##.2016-cı il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən üçüncü şəxs1 MMC-nin adına özgəninkiləşdirmiş, həmin torpaq sahəsinin 0,033 ha torpaq sahəsinə ##.##.2017ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli və 1,48 ha torpaq sahəsinə ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışlarla üçüncü şəxs1 MMC-nin mülkiyyət hüququ tanınmışdır. Lakin iddiaçı həmin torpaq sahələrini üçüncü şəxs üçüncü şəxs2 satmamışdır və Qusar Rayon Məhkəməsinin ## ##### 2006-cı il tarixli, 2- ***a/**** saylı qətnaməsindən də xəbəri yoxdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, JN 476 KOD******** saylı dövlət aktı üzrə iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan həmin dövlət aktının “476W” planşetində yerləşən 9688.84 kv.metr və “476A” planşetində yerləşən 1114.46 kv.metr torpaq sahələrinə (cəmi 1.08 ha torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs2 adına tərtib olunmuş “Torpağa mülkiyyət hüququna” dair JN2286 KOD ******** saylı dövlət aktının – iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.08 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi qərar alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi üzərində X4 adına JN-2286 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın tərtib edilməsinə əsas olan Qusar Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli, *-***a/**** saylı qətnaməsi olmuşdur ki, həmin qətnamə mövcud deyildir. Beləliklə X4 adına tərtib edilmiş JN-2286 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın əsasını təşkil edən məhkəmə qətnaməsinin mövcud olmadığı öz təsdiqini tapdığından və mübahisələndirilən dövlət aktı hər hansı hüquqi əsasa malik olmadığından, həmin dövlət aktının hər hansı hüquqi qüvvəsidə qalmamışdır. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu tip işlərdə ilk növbədə iddia edilən torpaq sahələrinin naturada üst-üstə düşməsi məsələsi aydınlaşdırılmalıdır. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi halının aydınlaşdırılması məqsədilə mütəxəssis rəyinin verilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə sorğu ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2024-cü il tarixə əlavə edilmiş rəydə aşağıdakılar qeyd edilmişdir: “X1 və ailə üzvlərinə JN-476 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında ayrılmış Qusar rayonu Hil kəndində yerləşən torpaq sahəsi, 476 planşet nömrəsi 4.99 ha, 476W planşet nömrəsi 0.97 ha, 476A planşet nömrəsi 0.11 ha və 476K planşet nömrəsi 0.31 ha olmaqla 4 (dörd) hissədə yerləşir, cəmi 6.38 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir və kənd təsərrüfatına yararlı torpaq sahələridir. Bundan əlavə həmin torpaq sahələrdən 476 planşet nömrəsinə 4.51 ha olmaqla (azalmaya özlərinin razılığı əsasında) ************ reyestr nömrəli və 476K planşet nömrəsinə 0.31 ha olmaqla ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X1 və onun ailə üzvlərinə çıxarışlar verilmişdir, digər iki 476W və 476A planşet nömrəli torpaq sahələrinə Qusar rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli, *-***a/**** saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxs2 adına 7.77 ha torpaq sahəsinə verilmiş JN-2286 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənilmişdir və mübahisələndirilən torpaq sahələri (476W və 476A) həmin dövlət aktının 2286H və 2286K planşetlərdə işlənilmişdir, üçüncü şəxs2 adına olan həmin torpaq sahəsini Quba rayon notariat kontorunun ##.##.2016-cı il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən üçüncü şəxs1 MMC-nin adına özgəninkiləşdirilmiş, (0.33 ha torpaq sahəsi) ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli (1.48 ha torpaq sahəsi) ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışlara üçüncü şəxs1 MMC-nin mülkiyyət hüququ tanınmışdır və mübahisələndirilən həmin 476 W planşet nömrəli 0.97 ha və 476 A planşet nömrəli 0.11 ha torpaq sahələri hal-hazırda üçüncü şəxs1 MMC-nin istifadəsində yerləşir.” Göründüyü kimi iş tam araşdırılmamış, iddia edilən torpaq sahəsinin məhz həmin torpaq sahəsi olması barədə mütəxəssis aydın rəy verməmişdir. Qərardan da belə aydın olur ki, iddiaçı JN:476 KOD ******** saylı Dövlət Aktlarına əsasən ona məxsus torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almaq üçün cavabdeh DƏDKR publik hüquqi şəxsin * saylı Ərazi Idarəsinə müraciət etmişdir. Lakin cavabdeh DƏDKR publik hüquqi şəxsin * saylı Ərazi Idarəsi tərəfindən ona məlumat vermişdir ki, ailə üzvlərinin adlarına olan JN:476 KOD ******** saylı Dövlət Aktının “476W” planşetində yerləşən 9688,84 kv.metr və həmin Dövlət Aktının “476A” planşetində yerləşən 1114,46 kv.metr torpaq sahələrinə (cəmi 1,08 ha torpaq sahəsinə) Qusar Rayon Məhkəməsinin ## ##### 2006-cı il tarixli, *-***a/**** saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iş üzrə üçüncü şəxs üçüncü şəxs2 adına JN:2286 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. JN:2286 KOD ******** saylı Dövlət Aktı cəmi 7,77 ha torpaq sahəsinə işlənmiş, JN:476 KOD ******** saylı Dövlət Aktına əsasən iddiaçının ailə üzvlərinə məxsus cəmi 1,08 ha torpaq sahəsi də üçüncü şəxs üçüncü şəxs2 adına işlənmiş JN:2286 KOD ******** saylı Dövlət Aktına daxil edilmişdir. Üçüncü şəxs üçüncü şəxs2 isə JN 2286 KOD ******** saylı Dövlət Aktına əsasən onun adına olan həmin torpaq sahəsini Quba rayon notariat kontorunun ##.##.2016-cı il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən üçüncü şəxs1 MMC-nin adına özgəninkiləşdirmiş, həmin torpaq sahəsinin 0,033 ha torpaq sahəsinə ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli və 1,48 ha torpaq sahəsinə ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışlarla üçüncü şəxs1 MMCnin mülkiyyət hüququ tanınmışdır. Belə olan halda iddia edilən torpaq sahəsinin faktiki mülkiyyətçisi kimdir?! Iddia kimə qarşı qaldırılmalı idi?! Iddia edilən torpaq sahəsinin naturada üst-üstə düşməsi, torpağın faktiki olaraq kimə aid olması işin hallarına uyğun deyil. Hesab edir ki, qərarda göstərilmiş nəticə işin hallarına uyğun deyil. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cavabdeh kimi nəzərə alınmışdır. Mübahisənin qısa mahiyyəti ondan ibarətdir ki, JN – 476, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından göründüyü kimi iddiaçı və onun ailə üzvlərinə Qusar rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, **/* nömrəli qərarı ilə 6.38 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi 476, 476W, 476A və 476K olmaqla 4 planşetdə yerləşir. 476 və 476K planşetində yerləşən torpaq sahələrinə dair çıxarış əldə olunmuşdur. Iddiaçı Adilov Anver həmin Dövlət Aktı ilə ona və ailə üzvlərinə ayrılmış 6.38 ha torpaq sahəsinin 476W və 476A planşetində yerləşən hissəsinə dair çıxarış almaq üçün müraciət etdiyi zaman məlum olmuşdur ki, torpaq sahəsinin “476W” planşetində yerləşən 9688.84 kv.metr və “476A” planşetində yerləşən 1114.46 kv.metr - cəmi 1.08 ha olmaqla torpaq sahəsinin müəyyən hissəsinə dair başqa şəxsin - üçüncü şəxs1 MMC-nin adına çıxarış verilmişdir. Üçüncü şəxs üçüncü şəxs1 MMC isə qeyd edilən torpaq sahəsini üçüncü şəxs2 alqı-satqı əsasında almışdır. Sonuncunun adına mübahisəli torpaq sahəsinə dair JN 2286 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Iddiaçı, üçüncü şəxs2 məxsus JN 2286 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdehin ## ####### 2023-cü il tarixli məktubu ilə JN 2286 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın ləğv edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirilən dövlət aktının hissəvi ləğvi ilə bağlı imtinası əsassız olmuşdur. Göründüyü kimi hazırkı iddia tələbi iddiaçı ilə üçüncü şəxslər arasında mövcud olan torpaq mübahisələri nəticəsində yaranmışdır və iddiaçı ilə üçüncü şəxslər arasında yaranmış əsas mübahisənin inzibati orqana yönələn hissəsini təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “xxxx” MMC tərəfindən təqdim edilmiş ## #### 2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Adilov Anver və onun ailə üzvlərinə torpaq sahəsi Qusar rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, **/* saylı qərarı ilə ayrılmışdır. Eyni zamanda Qusar rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş ## #### 2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən də aydın olur ki, iddiaçının təsərrüfatı 1997-2002-ci illərin AIK-nin sənədlərində Qusar rayonu Lenin adına sovxozun torpaq sahələrinin püşkatma yolu ilə bölünməsinin ardıcıllıq siyahısının olması aşkar edilmiş, həmin siyahıda isə Adilov Anverin (X2) adı 473 nömrəsi ilə qeyd edilmişdir. JN 2286 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, üçüncü şəxs2 Qusar rayon Məhkəməsinin ## ##### 2006-cı il tarixli, *- ***a/**** nömrəli qətnaməsi ilə Qusar rayonu Hil kəndi ərazisində 7,77 ha torpaq sahəsi ayrılmışdır. ## ###### 2016-cı il tarixli, *Ə-**** nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, sözügedən torpaq sahəsi üçüncü şəxs2 tərəfindən üçüncü şəxs1 MMC-yə hədiyyə edilmişdir. Bundan sonra ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli (0,33 ha torpaq sahəsi) və ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli (1,48 ha torpaq sahəsi) çıxarışlara əsasən torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs üçüncü şəxs2 məxsus JN 2286 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi üçün müvafiq sorğular ünvanlamışdır. Qusar Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında sözügedən aktın verilməsinə əsas olan *-***a/**** saylı iş mövcud deyildir, həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, X1 və ailə üzvlərinə JN-476 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında ayrılmış Qusar rayonu Hil kəndində yerləşən torpaq sahəsi, 476 planşet nömrəsi 4.99 ha, 476W planşet nömrəsi 0.97 ha, 476A planşet nömrəsi 0.11 ha və 476K planşet nömrəsi 0.31 ha olmaqla 4 (dörd) hissədə yerləşir, cəmi 6.38 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir və kənd təsərrüfatına yararlı torpaq sahələridir. Bundan əlavə həmin torpaq sahələrdən 476 planşet nömrəsinə 4.51 ha olmaqla (azalmaya özlərinin razılığı əsasında) ************ reyestr nömrəli və 476K planşet nömrəsinə 0.31 ha olmaqla ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X1 və onun ailə üzvlərinə çıxarışlar verilmişdir, digər iki 476W və 476A planşet nömrəli torpaq sahələrinə Qusar rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli, *-***a/**** saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxs2 adına 7.77 ha torpaq sahəsinə verilmiş JN-2286 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənilmişdir və mübahisələndirilən torpaq sahələri (476W və 476A) həmin dövlət aktının 2286H və 2286K planşetlərdə işlənilmişdir, üçüncü şəxs2 adına olan həmin torpaq sahəsini Quba rayon notariat kontorunun ##.##.2016-cı il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən üçüncü şəxs1 MMC-nin adına özgəninkiləşdirilmiş, (0.33 ha torpaq sahəsi) ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli (1.48 ha torpaq sahəsi) ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışlara üçüncü şəxs1 MMC-nin mülkiyyət hüququ tanınmışdır və mübahisələndirilən həmin 476 W planşet nömrəli 0.97 ha və 476 A planşet nömrəli 0.11 ha torpaq sahələri hal-hazırda üçüncü şəxs1 MMC-nin istifadəsində yerləşir. Yuxarıda istinad olunan sənədlərdən də göründüyü kimi hazırkı iş üzrə cavabdeh inzibati orqan arxiv məlumatları mövcud olmayan qətnamə əsasında qeydiyyat apardığı üçün məhkəmə kollegiyası hesab edir ki, bu halda inzibati orqanın qanunsuz hərəkətləri mübahisələndirilə bilər. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə istinadla təqdim edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin, bunun üçün təqdim edilmiş həmin hüquq müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması ilə bağlı məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Qeyd olunan halın araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən zəruri sorğular edilmiş və Qusar rayon Məhkəməsinin icraatında hazırki mübahisənin yaranmasına səbəb olan qətnamənin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda inzibati orqanın hərəkətinin qanuna uyğun olub-olmaması yoxlanılaraq müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmə arxivində mövcud olmayan qətnamə əsasında müvafiq qeydiyyat aparılmışdır. Bu isə həmin qeydiyyatın və müvafiq Dövlət Aktının mübahisələndirilən hissədə ləğv edilməsi əsası qismində çıxış edir. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, buna görə də birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddia edilən torpaq sahəsinin faktiki mülkiyyətçisi kimdir?! Iddia kimə qarşı qaldırılmalı idi?! Iddia edilən torpaq sahəsinin naturada üst-üstə düşməsi, torpağın faktiki olaraq kimə aid olması işin hallarına uyğun deyil. Kollegiya həmin dəlilləri əsassız hesab etməklə qeyd edir ki, ilk növbədə mübahisəli torpaq sahələrinin də daxil olduğu torpaq sahəsi üzərində üçüncü şəxslərin mülkiyyət hüquqlarını təsdiq edən sənədlər mövcuddur. Iddiaçı da öz növbəsində hazırki iş üzrə üçüncü şəxs1 MMC-yə məxsus çıxarışın verilməsinə əsas olan JN 2286 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nı mübahisələndirməkdə haqlıdır. Belə ki, “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli Qərarının 17-ci bəndinə əsasən reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqla düzgün hüquq müdafiə vasitəsi seçmişdir. Iddiaçı və ailəsinə məxsus torpaq sahəsinin mübahisələndirilən hissəsinin üçüncü şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi isə işin araşdırılan halları ilə öz təsdiqini tapmışdır. Bundan əlavə üçüncü şəxsin vəkili iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olmadığına görə onun torpaqla bağlı iddia qaldırmasının əsaslı olmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiki, iddiaçı hazırda Rusiya Federasiyası vətəndaşıdır, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında Azərbaycan Respublikasında yaşayır. JN – 476, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mübahisəli torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə ayrılmışdır. Iddiaçının ailə üzvləri tələb irəli sürməsə belə, hazırki iddia onların hüquqi marağına uyğun olduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından onların birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım göstərməyə zərurət görməmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar