Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-262/2026 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı ##.##.1962-ci il təvəllüdlüdür. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2023-cü il tarixli imtina məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin ümumi iş stajınız 25 ildən az (23 il 10 ay 27 gün (##.##.1981-##.##.1981-ci il, ##.##.1981-##.##.1983-cü il, ##.##.1983-##.##.1983-cü il, ##.##.1983-##.##.1984-cü il, ##.##.1984-##.##.1984-cü il, ##.##.1984- ##.##.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22232,09 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2026-cı il tarixli arayışından görünür ki, İddiaçı Xanməmməd oğlu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə əmr № ***-k ##.##.1984-cü ildən № **-k 2001-ci ilə kimi əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Işlədiyi vəzifə üzrə sosial sığorta stajı 17 il 27 gün təşkil edir. Işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri Sumqayıt şəhərində “Kimya istehsalaf’birliyi və “Superfosfat” zavodunun zərərli sexlərində çalışmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 29-cu bəndində vəzifə koduna uyğundur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “ona ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1962-ci il tarixində Zəngilan rayonunda anadan olmuş, hal-hazırda Sumqayıt şəhəri, 10-cu mikrorayon, ** nömrəli evin, ** saylı mənzildə yaşayır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh orqana rəsmi qaydada ərizə ilə müraciət etmiş, lakin onun müraciət müsbət həll edilməmişdir. Belə ki, cavabdehə “xxxx” MMCdə işləməyi ilə bağlı arayış təqdim etsə də ümumi stajının 25 ildən az olması səbəbindən imtina verilmişdir. Halbuki, iş stajı hesblandıqda onun ümumi iş stajı 25 ildən çox edir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsində qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən ümumi iş stajı 25 ildən az (23 il 10 ay 27 gün (##.##.1981- ##.##.1981 -ci il, ##.##.1981-##.##.1983-cü il, ##.##.1983-##.##.1983-cü il, ##.##.1983-##.##.1984-cü il, ##.##.1984-##.##.1984-cü il, ##.##.1984-##.##.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə ki, iddiaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22232,09 manat təşkil edir. Iş üzə əlavə edilmiş materiallardan göründüyü kimi iddiaçı K.Mammadov hazırkı tələbi (##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) bağlı inzibati orqana müraciət etmədən məhkəməyə iddia ərizəsi ünvanlamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ##.##.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının müvafiq bölmələrinə uyğun olaraq ümumilikdə 12 il 6 aydan çox güzəştli iş stajına malikdir. Eyni zamanda onun təqdim etdiyi arayışlarda və əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi ümumi əmək stajı 25 ildən çoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli ** nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı 1984-2001-ci illərdə zərərli iş şəraitində işləmiş və onun işlədiyi iş yeri Kimya istehsalat birliyinin sexləri olmuşdur. Ona görə də həmin müddətlər onun güzəştli iş stajına daxil edilməlidir. Cavabdeh təşkilatının imtinasında qeyd edilən stajın çatmamasına münasibətdə bildirilir ki, “xxxx” MMCnin ##.##.2023-cü il tarixli **k nömrəli arayışından müəyyən olunur ki. Iddiaçı ##.##.2020-ci ildən müvafiq müəssisədə əmək fəaliyyəti ilə məğuldur. Belə olan halda iddiaçının ümumi iş stajı ##.##.2022-ci ilədək, 25 ildən çox təşkil edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin istinad etdiyi ##.##.2023-cü il tarixli, *-**-*/*-M-******/**** nömrəli imtina cavabı ##.##.2019-cu il tarixindən əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Iddiaçının tələbi isə ##.##.2022-ci il tarixindən əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur ki, sözügedən tələblə bağlı iddiaçının Mərkəzi Filiala müraciəti olmamışdır.Birinci instansiya məhkməsi qanunvericiliyin tələblərini pozaraq hazırki iddia tələbi üzrə cavabdehin imtinasının olmamasına baxmayaraq, iddia tələbini mümkün saymış işə mahiyyəti üzrə baxmışdır. Əlavə olaraq, birinci instansiya məhkəməsi işə iddia tələbi həddində baxmalı olduğu halda, iddia tələbindən kənara çıxaraq ##.##.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə təqdim olunmuş ##.##.2025-ci il tarixli ərizədən də məlum olur ki iddiaçının hüquqi marağı ona ##.##.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi olmuşdur. Elektron Məhkəmə Informasiya Sistemindən göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin ##.##.2022-ci i il tarixindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmamış, həmçinin birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsi barədə qərardad qəbul edilməmiş məhkəmə iddia tələbindən kənara çıxaraq iddianı ##.##.2022-ci il tarixindən təmin etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “ Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. Işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Iş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara * nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə ümumi iş stajının 25 ildən az olmasını əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş stajına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.1962-ci il təvəllüdlü olmaqla, ##.##.2022-ci il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Kollegiya iddianın əsaslılığı baxımından ümumi iş stajına aid şərtin ödənilib-ödənilməməsi ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi dövrlərdən əmək kitabçasında ##.##.2001-ci ilədək olan dövrləri nəzərə alaraq, 23 il 10 ay 27 gün iş stajına malik olduğunu qeyd edərək, iddiaçının ##.##.2006-cı il tarixdən sonrakı dövrləri nəzərə almamışdır. Həmçinin, cavabdeh həmin dövrləri nəzərə almamasının əsası kimi iddiaçının müraciətinin Qanunun 9.8-ci maddəsinə əsasən olması halı ilə izah etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Indiki halda iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmağa yönəldiyindən, cavabdeh inzibati orqan onun xeyrinə pensiya hüququnun yaranmasının qanuni əsaslarını yoxlamalı, ona uyğun inzibati icraat aparmalı, hüquqi yardım etməli olduğu halda, formal yanaşma tətbiq etmişdir. Bu baxımından kollegiya hesab edi ki, cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi həmin arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, indiki halda iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğundan, pensiya hüququnun yaranması əsasları məhz Qanunun 9.1-ci maddəsinin tələbləri əsasında da yoxlanılmalıdır. Nəticə etibarilə iddiaçının yalnız ##.##.2006-cı ilədək işlədiyi dövrlər deyil, pensiya yaş həddinin tamam olduğu dövrədək işlədiyi dövrlər də qanunla müəyyən edilmiş şərtlər daxilində iş stajı kimi nəzərə alınmalıdır. Indiki halda iş materiallarında olan əmək kitabçasında əks olunmuş qeydlər, işəgötürən tərəfindən verilmiş arayış, habelə elektron informasiya portalında əks olunmuş məlumatlarda iddiaçının ##.##.2020-ci il tarixdən hazırki vaxtadək işlədiyi, sığortaolunanın hesabat məlumatlarında həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqqlarının ödənildiyi müəyyən edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, qanunvericiliyin tələbinə əsasən həmin dövrlər iş stajı kimi nəzərə alınmalı olduğundan, iddiaçıya münasibətdə cavabdehin mübahisələndirmədiyi dövrlər (23 il 10 ay 27 gün) və ##.##.2020-ci ildən işlədiyi və məcburi sosial sığorta haqqının ödənildiyi dövrlər nəzərə alındıqda, qanunla tələb olunan 25 il ümumi iş stajına aid şərt ödənilmiş olur. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin bu hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Kollegiya güzəştli iş stajına aid şərtin ödənilib-ödənilməməsi ilə bağlı qeyd edir ki,cavabdeh tərəfindən həmin hal ümumiyyətlə mübahisələndirilməmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, iddiaçı ##.##.1984-cü ildən ##.##.2001-ci ilədək əl ilə elektrik qaynaqçısı peşəsində işləmiş, işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasına dair işəgötürən müəssisə tərəfindən ətraflı arayış təqdim edilmişdir. Həmin arayışın məzmununda iddiaçının işlədiyi sahənin “Kimya istehsalat birliyi” və “Superfosfat” zavodunun zərərli sexləri olduğu, 17 il 27 gün güzəştli iş stajının olduğu, müvafiq Siyanın 29-cu bəndində əks olunmuş koda uyğun olduğu qeyd edilmişdir. Indiki halda cavabdhe tərəfindən həmin halları təkzib edən heç bir sübut təqdim edilməmiş, habelə həmin hal mübahisə predmeti olmamışdır.Bu baxımından kollegiya hesab edir ki, iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması şərtinin ödənilməsi halı da iş materialları əsasında öz təsdiqini tapır. Həmçinin, kollegiya onu qeyd edir ki, idniki halda iddiaçının 60 yaşı ##.##.2022-ci il tarixdə tamamlanmış olsa da, həmin vaxtda qüvvədə olan qanunvericiliyin tələbinə əasən pensiya hüququnun yaranması üçün pensiya yaş həddi, ümumi iş stajı və güzəştli iş stajına aid şərtlərlə yanaşı, minimum pensiya kapitalına aid şərtin ödənilməsi də tələb olunurdu. Indiki halda işin üməyyən edilmiş hallarından görünür ki, iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının məbləğiqanunla tələb olunan minimum məbləğdən az olmuşdur. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddi, ümumi və güzəştli iş stajına aid şərt ödənildiyindən, minimum pensiya kapitalına aid şərt ödənilmədiyindən, iddiaçının pensiya hüququ məhz minimum pensiya kapitalına aid şərti özündə ehtiva edən qanunun normasının qüvvədən düşüdüyü ##.##.2022-ci il tarixdən yaranmış olur. Bu baxımından kollegiya hesab edir ki, IPM-in 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifad tərzi ilə bağlı olmadığından, iddiaçının hüquqi marağı güzəştli şərtlərlə pensiya təyin edilməsinə nail olmağa yönəldiyindən, birinci instansiya məhkəməsinin məhz onun hüquqi marağına uyğun olaraq pensiya hüququnun yarandığı vaxtdan ona pensiya təyin edilməsi ilə bağlı gəldiyi nəticə tələbdən kənara çıxma kimi dəyərləndirilməməli, məhkəmə qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas kimi çıxış etməməlidir.Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də arqumenti əsassız olmuşdur Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda iddiaçıya münasibətdə ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər (pensiya yaş həddi, ümumi iş stajı, güzəştli iş stajı) ödənildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə əsaslı və qanuni olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-262/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-262/2026
14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver