Məhkəmə qərarları › İş №2-1(3-8)-265/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-265/2026

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-265/2026 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və X5 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı “şəxsiyyət vəsiqəsi olmadığı üçün ona doğum haqqında təkrar şəhadətnamənin verilməsini” xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1984-cü il tarixində Şamaxı rayonunun Şamaxı şəhərində anadan olmuşdur. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Cavabdeh müraciət etmişdir. Lakin sonuncu ərizəsini təmin etməmiş, şəxsiyyət vəsiqəsi olmadığından Cavabdeh ##.##.1984-cü ildə 179 nömrə ilə qeydə alınmış təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Həmin Məcəllənin 159.2 maddəsinə əsasən müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsiylə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadənamə və ya arayışlar verirlər. Bu Məcəllənin 160.1. maddəsində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında şəhadətnamələrin formaları.akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1 maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2003-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci bəndinə əsasən “yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğum haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.” “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.” İddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi (olmaması səbəbindən) üçün Cavabdeh tərəfindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Eyni zamanda vətəndaşa hüquqi yardım göstərilərək tərəflərindən iddia ərizəsi hazırlanmışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Qonşular B.Novruzov, Ə.Nəbiyev, S.Zərbəliyev, Ə.Hüseynov tərəfindən tərtib edilmiş ## ####### 2024-cü il tarixli aktda İddiaçı qonşuluqda yaşadığı, onu yaxından tanıdıqları, ##.##.1984-cü ildə Şamaxı şəhərində anadan olduğu, hazırda Şamaxı şəhəri, Əlyarbəyov küçəsi, * saylı ünvanda yaşadığı, şəkildəki şəxsin İddiaçı olduğu, şahidlik etdikləri qeyd edilmişdir. ## #### 1984-cü il tarixli *** saylı doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli məktublarında qeyd edilmişdir ki, İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi, şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubunda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu istisna olmaqla digər vətəndaşlıq vəziyyəti akt qeydi barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1984-cü ildə Şamaxı şəhərində anadan olmuş İddiaçı doğum haqqında akt qeydində ##.##.1997-ci üdə ХХ-ЖГ ****** nömrəli doğum haqqında təkrar şəhadətnamənin verilməsi qeyd edilmişdir. 1997ci ildə İddiaçı yetkinlik yaşına çatmadığı üçün (13 yaş) qanunvericiliyə əsasən doğum haqqında təkrar şəhadətnamənin valideynlərin müraciəti əsasında əldə olunması mümkündür. Yetkinlik yaşına çatmış İddiaçı şəxsiyyət vəsiqəsi olmadığı üçün Cavabdeh tərəfindən ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamış, vətəndaşa məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.1997-ci il tarixli XX-ЖГ ****** nömrəli təkrar doğum haqqında şəhadətnamə verilmiş və doğum haqqında akt qeydinin üzərində təkrar şəhadətnamənin verilməsi barədə müvafiq qeyd aparılmışdır. Bildiririk ki, Qeydiyyat orqanında təkrar şəhadətnamələrin əsli deyil, surəti 1 (bir) il saxlandıqdan sonra müvafiq qaydada məhv edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ####### 2003-cü il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları 9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85 .3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı şəxsiyyət vəsiqəsi əldə etmək üçün doğum haqqında şəhadətnamə əldə etməyə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ####### 2003-cü il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları"na əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ####### 2003-cü il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları"nın müvafiq normalarını sadalamış və qeyd etmişdir ki: 9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. 9.3. Təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti akt qeydini tərtib edən Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə tərtib edilmə tarixi və yerli barədə məlumatlar. 9.3-1. Təkrar şəhadətnamənin alınması üçün elektron qaydada müraciət daxil olduqda zəruri olan məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar informasiya sistemində aşkar olunmadıqda onları əks etdirən sənədlər qeydiyyat orqanlarına bilavasitə təqdim edilməlidir. 9.4. Əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Nikahın bağlanması və ya pozulması haqqında təkrar şəhadətnamə tələb olunan hallarda nikahın kiminlə bağlanması və ya pozulması göstərilir. 9.5. Vətəndaşlıq vəziyyəti akt qeydləri qeydiyyat şöbəsində və konsulluq idarəsində olmadıqda təkrar şəhadətnamənin verilməsi haqqında müraciəti qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi müvafiq akt qeydinin əldə edilməsi üçün Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron sorğu göndərir. 9.6. Sorğu edilən akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində olduqda akt qeydi skan edilərək sorğu edən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə elektron qaydada göndərilir. Sorğu edən qeydiyyat şöbəsi və konsulluq idarəsi elektron formada daxil olmuş akt qeydi əsasında təkrar şəhadətnamə verir. Sorğu edilən akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda sorğu edən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə akt qeydinin aşkar edilməməsi barədə məlumat göndərilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsi həmin məlumat əsasında müraciət etmiş şəxsə bu barədə arayış verir. Vətəndaşlıq vəziyyəti akt qeydi qeydiyyat şöbəsində və konsulluq idarəsində aşkar edilmədiyi halda şəxs bu barədə arayışı təqdim etməklə təkrar şəhadətnamənin əldə edilməsi üçün bilavasitə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə müraciət edə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində vətəndaşlıq vəziyyəti haqqında akt qeydi barədə məlumatlar olmadıqda, ərizəçiyə vətəndaşlıq vəziyyəti haqqında akt qeydinin olmaması barədə arayış verilir və ya göndərilir. 9.7. Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir. Əgər nikah pozulubsa, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən nikahın qeydiyyatı haqqında təkrar şəhadətnamə verilə bilməz. Lazım gəldikdə keçmiş ərin (arvadın) xahişi ilə ona müvafiq arayış verilə bilər. 9.8. Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında şəhadətnamələr isə sorğunun daxil olduğu gün verilir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi üçün müvafiq məlumatları Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürür. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 (yeddi) gün müddətində icra olunur. Xarici ölkələrdən tələb edilən təkrar şəhadətnamələr və ya arayışlar ərizəçinin seçdiyi yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Hərbi qulluqçulara təkrar şəhadətnamələr hərbi hissə rəisinin (komandirinin) adına göndərilə bilər. Təkrar şəhadətnamələrin seriyası və nömrəsi, verilmə tarixi, qeydiyyat şöbəsinin və konsulluq idarəsinin, hərbi hissənin və digər dövlət orqanlarının adı barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində qeyd olunur. Kağız daşıyıcıda şəhadətnamələr yalnız sifarişli məktubla göndərilir. Təkrar şəhadətnamə elektron qaydada təqdim edildikdə "Elektron şəhadətnamənin qeydiyyat nömrəsi, qeydə alan orqan barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində qeyd olunur. 9.9. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr və arayışlar vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarındakı qeydlərə uyğun yazılır. 9.10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr yaş kağızı kitablarına əsasən verildikdə tarix yeni stillə göstərilməlidir. Bunun üçün yaş kağızı kitablarında göstərilmiş tarixə # ###### 1901-ci il tarixədək edilən qeydlər barədə 12 gün, # ###### 1901-ci il tarixdən ## ###### 1917-ci il tarixədək edilən qeydlər barədə 13 gün əlavə edilir. 9.11. Verilən təkrar şəhadətnamələrdə və arayışlarda yer adları həmin sənədlərin verildiyi gün mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Təkrar şəhadətnamələrdə və arayışlarda Ermənistan Respublikasındakı yer adları yazılarkən bu Qaydanın 1.5-1 -ci bəndinin tələbləri tətbiq edilir. 9.12. Əgər vətəndaşlıq vəziyyəti akt qeydlərinin ayrı-ayrı qrafalarında heç bir məlumat göstərilməmişdirsə, şəhadətnamələrin həmin qrafalarında xətt çəkilir. 9.13. Akt qeydləri əsasında (yaş kağızı kitabları) təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələr kitablar üzrə yoxlanılır, ərizədə göstərilən ilik akt qeydləri nəzərdən keçirilir, həmin ilin vətəndaşlıq vəziyyətinin akt qeydləri olmadıqda, ərizədə göstərilmiş ildən üç il əvvəl və üç il sonrakı vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılır. 9.14. Vətəndaşlıq vəziyyəti akt qeydləri haqqında arayışların verilməsi elektron olmayan təkrar şəhadətnamələrin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 9.15. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il # #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar məhkəmələr tərəfindən EHIS vasitəsilə də əldə edilir. 9.16. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin və ya onların surətlərinin vətəndaşlara və bu Qaydanın 9.15-ci bəndində göstərilən orqanlar istisna olmaqla, digər təşkilatlara verilməsi qadağandır. 9.17. Təkrar şəhadətnamələrin (arayışların) xaricə göndərilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 9.18. Təkrar şəhadətnamələr vermək haqqında vətəndaşların ərizələri Qeydiyyat şöbəsi və konsulluq idarəsində bir il müddətində saxlanılır, sonra məhv edilir. Qeyd edilən hüquq normalarından müəyyən edilir ki, 16 yaşına çatmış şəxslərə təkrar şəhadətnamələr onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə verilə bilər. Iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyindən cavabdeh inzibati orqan tərəfindən müraciəti təmin edilməmişdir ki, bununla iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2, X4, X3 iddiaçının qardaşı olduqlarını, doğum haqqında akt qeydindəki şəxs ilə iddiaçının eyni şəxs olduqlarını bildirmişdirlər. Lakin məhkəmə şahid ifadələrini inzibati məhkəmə icraatı çərçivəsində əsaslı sübut olaraq qəbul etmir. Məhkəmə tərəfindən iddiaçının şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Təqdim edilən doğum haqqında akt qeydinin iddiaçıya məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması mülki məhkəmə icraatı qaydasında həyata keçirilir ki, hazırki halda qeyd edilən hal mülki məhkəmə icraatı qaydasında təsdiq edilməmiş, həmçinin, iddiaçının şəxsiyyətini təsdiq edəcək hər hansı sənəd, sübut məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.” Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni məhkəmə tərəfindən iddiaçının şəxsiyyətinin müəyyən edilməsinin mümkün olmamasına, doğum haqqında akt qeydinin şəxsə məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasının mülki məhkəmə icraatı qaydasında həyata keçirilməsinə və cavabdeh inzibati orqanın imtinasının əsaslı olmasına istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu çür yanaşma əvvəlki məhkəmə praktikasında mövcud olsada, iddia qaldıran şəxsin şəxsiyyətinin iddia qaldırılan məhkəmədə müəyyən edilməsinin mümkünlüyü və prosessual qənaət prinsipi baxımından bu çür iddialara inzibati məhkəmə icraatında baxıla bilməsinin hazırda mövcud məhkəmə təcrübəsi vardır. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə mübahisənin yaranma səbəbi iddia qaldıran şəxsin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin araşdırmasından əlavə məhkəmə kollegiyası tərəfindən iş materiallarına əlavə edilmiş və iddia qaldıran şəxsin fotoşəkili olan yuxarıda istinad olunan akt Şamaxı Rayon Polis Şöbəsinə göndərilmiş, həmin aktdakı məlumatların fotoşəkildə aks olunan şəxsə məxsus olub-olmaması, həmin məlumatların həqiqiliyi və həmin şəxs barədə cinayət işinin aparılıb-aparılmaması barədə ətraflı araşdırma aprılaraq məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Şamaxı Rayon Polis Şöbəsi müvafiq araşdırma aparmış, akt tərtib edərək qeyd edilən məlumatları təsdiqləmiş, İddiaçı barəsində cinayət işinin olmadığını qeyd etmişdir. Beləliklə iddia qaldıran şəxsin İddiaçı olmasına şübhələr qalmamışdır. İddiaçı dogum haqqında akt qeydinin olması işin mübahisəsiz halıdır və cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanda mahiyyəti etibarı ilə iddiaçının müraciətindən imtina etməmiş, sadəcə olaraq inzibati orqan tərəfindən iddiaçının şəxsiyyətinin müəyyən edilə bilməməsi səbəbindən hazırkı mübahisə yaranmışdır. Kollegiya qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydi olduğu halda, doğum haqqında şəhadətnamə tələb etməsi onun qanunvericilikdən irəli gələn hüququdur və hazırkı iddia əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri, hazırkı məhkəmə təcrübəsini, prosessual qənaət prinsipini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməli, iddiaçı İddiaçı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmalıdır

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilsin. Iddiaçı İddiaçı doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar