Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-272/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı Muradəliyeva (Bəkərova) Elnarə Fərman qızının cavabdeh Təhsildə X1rşı “Dağıstan İncəsənət və Mədəniyyət Akademiyası” tərəfindən verilmiş 130505 ******* nömrəli diplomun Azərbaycan Respublikası ərazisində tanınması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2-1(118)- 6606/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İş materiallarından görünür ki, Dağıstan Təhsil və Mədəniyyət Akademiyası tərəfindən 02 iyul 2015-ci il tarixdə verilmiş mütəxəssis diplomuna əsasən X2 insturmental ifaçılıq üzrə mütəxəssis proqramını mənimsəmiş, dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. 19 iyun 2025-ci il tarixli NA00039485 saylı qərar əsasında İddiaçı xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan Muradəliyeva (Bəkərova) Elnarə Fərman qızı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Dağıstan İncəsənət və Mədəniyyət Akademiyası” tərəfindən verilmiş 130505 ******* nömrəli diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu ildə “Dağıstan İncəsənət və Mədəniyət Akademiyasına daxil olmuşam. 6 il tədris ili olub. xx.xx.2015-ci ildə həmin Akademiyanı bitimişdir. Sonradan xx.xx.2015-ci il tarixli, 130505 ******* nömrəli diplomunun ölkə ərazisində tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Lakin ona cavab verilmişdir ki, müraciətin təsdiqlənməsindən imtina edirlər. Bu əsassız imtinadır. Gediş və gəlişlər iddi ərizəsinə əlavə etdiyi sənədlərdə qeyd olunub. Passportdan və işə əlavə olunan sübutlardan görünür ki, tərəfindən bütün sessiyalarda iştirak olunmuşdur və tərəfindən heç bir pozuntu olmamışdır. Ümumi olaraq 6 il ərzində aldığı təhsilin müddətinin üçdə ikisindən çox olaraq ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasında iştirak etmişdir. Aldığı təhsildə tam olaraq ölkə qanunvericiliyində diplomun təsdiqlənməsi üçün imkan verən bütün normalara riayət olunmuşdur. Həmin diplomun təsdiqlənməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyini xarici dövlətdə ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina olunması barədə Qərar çıxarılmışdır. Və qeyd olunmuşdur ki, ümumi olaraq 180240 saatdan az olaraq auditoriya dərslərində iştirak etmiş və aldığı təhsilin müddətinin üçdə ikisindən az olaraq ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasında iştirak etmişdir. 1-ci kursdan sonuncu kursa qədər dərslərdə mütəmadi olaraq iştirak etmiş və qeyd olunan normalara tam olaraq riayət etmişdir. Cavabdehin iddia tələbinə dair etirazında qeyd edilmişdi ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə elektron ərizə sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: İ il-12 gün; İİ il-1 gün; İİİ il-1 gün; İV il-1 gün; V il-13 gün; Vİ il-15 gün İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-959/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli, 21(102)- 2377/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarlar v.s.) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun olaraq həyata keçirilir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Sözügedən Qaydaların 4.1.4-cü bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Oxşar hallarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1776/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 29-cu bəndində qeyd edilmişdir ki, "ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır". Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: 19 iyun 2025-ci il tarixli NA00039485 saylı qərar əsasında İddiaçı xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Dağıstan Təhsil və Mədəniyyət Akademiyası tərəfindən 02 iyul 2015-ci il tarixdə verilmiş mütəxəssis diplomuna əsasən X2 insturmental ifaçılıq üzrə mütəxəssis proqramını mənimsəmiş, dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı 2009-2015-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix İstiqamət Ölkə Tarix istiqamət Ölkə Tarix İstiqamət Ölkə xx.xx.2009 Giriş Rusiya xx.xx.2012 Giriş Rusiya 17.042014 Giriş Rusiya xx.xx.2009 Çıxış Rusiya xx.xx.2012 Çıxış Rusiya 03.062014 Çıxış Rusiya xx.xx.2009 Giriş Rusiya xx.xx.2012 Giriş Rusiya xx.xx.2014 Giriş Rusiya xx.xx.2009 Çıxış Rusiya xx.xx.2013 Çıxış Rusiya 16.062014 Çıxış Rusiya xx.xx.2009 Giriş Rusiya xx.xx.2013 Giriş Rusiya xx.xx.2014 Giriş Rusiya xx.xx.2009 Çıxış Rusiya xx.xx.2013 Çıxış Rusiya xx.xx.2014 Çıxış Rusiya xx.xx.2009 Giriş Rusiya xx.xx.2013 Giriş Rusiya xx.xx.2014 Giriş Rusiya xx.xx.2009 Çıxış Rusiya xx.xx.2013 Çıxış Rusiya xx.xx.2014 Çıxış Rusiya xx.xx.2009 Giriş Rusiya 24.042013 Giriş Rusiya xx.xx.2014 Giriş Rusiya xx.xx.2009 Çıxış Rusiya xx.xx.2013 Çıxış Rusiya xx.xx.2014 Çıxış Rusiya xx.xx.2009 Giriş Rusiya xx.xx.2013 Giriş Rusiya xx.xx.2014 Giriş Rusiya xx.xx.2009 Çıxış Rusiya xx.xx.2013 Çıxış Rusiya xx.xx.2014 Çıxış Rusiya xx.xx.2009 Giriş Rusiya xx.xx.2013 Giriş Rusiya xx.xx.2014 Giriş Rusiya xx.xx.2009 Çıxış Rusiya xx.xx.2013 Çıxış Rusiya xx.xx.2014 Çıxış Rusiya xx.xx.2009 Giriş Rusiya xx.xx.2013 Giriş Rusiya xx.xx.2014 Giriş Rusiya xx.xx.2009 Çıxış Rusiya xx.xx.2013 Çıxış Rusiya xx.xx.2015 Çıxış Rusiya xx.xx.2009 Giriş Rusiya xx.xx.2013 Giriş Rusiya xx.xx.2015 Giriş Rusiya xx.xx.2009 Çıxış Rusiya xx.xx.2013 Çıxış Rusiya xx.xx.2015 Çıxış Rusiya xx.xx.2009 Giriş Rusiya xx.xx.2013 Giriş Rusiya xx.xx.2015 Giriş Rusiya xx.xx.2010 Çıxış Rusiya xx.xx.2013 Çıxış Rusiya xx.xx.2015 Çıxış Rusiya xx.xx.2010 Giriş Rusiya xx.xx.2013 Giriş Rusiya xx.xx.2015 Giriş Rusiya xx.xx.2010 Çıxış Rusiya xx.xx.2013 Çıxış Rusiya xx.xx.2015 Çıxış Rusiya xx.xx.2010 Giriş Rusiya xx.xx.2013 Giriş Rusiya xx.xx.2015 Giriş Rusiya xx.xx.2011 Çıxış Rusiya xx.xx.2013 Çıxış Rusiya xx.xx.2015 Çıxış Rusiya xx.xx.2011 Giriş Rusiya xx.xx.2013 Giriş Rusiya xx.xx.2015 Giriş Rusiya xx.xx.2011 Çıxış Rusiya xx.xx.2014 Çıxış Rusiya xx.xx.2015 Çıxış Rusiya xx.xx.2011 Giriş Rusiya xx.xx.2014 Giriş Rusiya xx.xx.2015 Giriş Rusiya xx.xx.2011 . Çıxış Rusiya xx.xx.2014 Çıxış Rusiya xx.xx.2015 Çıxış_ Rusiya xx.xx.2011 Giriş Rusiya xx.xx.2014 Giriş Rusiya xx.xx.2015 Giriş Rusiya xx.xx.2011 Çıxış Rusiya xx.xx.2014 Çıxış Rusiya xx.xx.2015 Çıxış_ Rusiya xx.xx.2011 Giriş Rusiya xx.xx.2014 Giriş Rusiya xx.xx.2015 Giriş Rusiya xx.xx.2012 Çıxış Rusiya xx.xx.2014 Çıxış Rusiya xx.xx.2015 Çıxış Rusiya xx.xx.2012 Giriş Rusiya xx.xx.2014 Giriş Rusiya xx.xx.2012 Çıxış Rusiya xx.xx.2014 Çıxış Rusiya Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2-1(118)-6606/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Aynur Axundova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu ilə xx.xx.1989-cu il təvəllüdlü İddiaçı 2009-2015-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasından təqdim edilmiş məlumatlardan görünür ki, iddiaçının əksər giriş-çıxışları eyni gündə olmaqla formal xarakter daşımış, 2009-cu il üzrə 15 gün, 2010-cu il üzrə 7 gün, 2011-ci il üzrə 0 gün, 2012-ci il üzrə 6 gün, 2013-cü il üzrə 14 gün, 2014-cü il üzrə 15 gün, 2015-ci il üzrə 9 gün təhsil aldığı ölkədə tam gün olaraq olmuşdur ki, həmin müddətlər bakalavriat proqramının məqbul vahidlərinin/akademik saatlarının qeyd edilmiş saatlarının sayı ilə uzlaşmır. Göstərilən müddətlərdə iddiaçının qiyabi formada təhsil alaraq ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsini məhkəmə mümkün hesab etmir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu konstitusion müddəa dövlət orqanları tərəfindən qəbul edilmiş qərarların, hərəkətlərin və hərəkətsizliyin məhkəmə nəzarətinə açıq olmasını, habelə məhkəmələrin şəxslərin hüquq və qanuni mənafelərini real və effektiv şəkildə qorumasını tələb edir. Göstərilən konstitusion təminat yalnız formal şəkildə məhkəməyə müraciət etmək hüququ ilə məhdudlaşmır, eyni zamanda məhkəmə tərəfindən işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasını, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməsini və əsaslandırılmış məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Əks halda, yəni məhkəmə iş üzrə əhəmiyyətli faktları araşdırmadan, sübutları nəzərə almadan və ya formal yanaşma sərgiləyərək qərar qəbul etdikdə, Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş hüquqi müdafiə təminatı real məzmundan məhrum edilmiş olur. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən mənim təqdim etdiyim sübutlara, xüsusilə ali təhsil müəssisəsini bitirməyimi, dövlət yekun attestasiyasından keçməyimi və dövlət nümunəli diplom əldə etməyimi təsdiq edən rəsmi sənədlərə lazımi hüquqi qiymət verilməmişdir. Bununla da məhkəmə onun hüquqlarımın məhkəmə qaydasında effektiv müdafiəsini təmin etməmiş, konstitusion təminatın mahiyyətinə zidd qərar qəbul etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Konstitusiyanın 60-cı maddəsi inzibati orqanların qərarlarının məhkəmə tərəfindən yalnız formal baxımdan deyil, mahiyyət etibarilə də yoxlanılmasını tələb edir. Məhkəmə inzibati orqanın mövqeyini mexaniki şəkildə qəbul etməməli, həmin mövqenin hüquqa və faktiki hallara uyğunluğunu müstəqil şəkildə qiymətləndirməlidir. Lakin iş üzrə məhkəmə inzibati orqanın irəli sürdüyü arqumentləri tənqidi hüquqi təhlildən keçirmədən, faktiki olaraq həmin mövqeni üstün tutmuş, bu isə məhkəmənin müstəqil hüquqi nəzarət funksiyasını zəiflətmişdir. Beləliklə, məhkəmənin qəbul etdiyi qərar nəticəsində onun Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə təmin edilmiş hüquq və azadlıqlarımın inzibati və məhkəmə qaydasında müdafiəsi hüququ pozulmuşdur. Məhkəmənin sübutlara münasibətdə formal yanaşması, işin faktiki hallarını tam araşdırmaması və əsaslandırılmamış nəticəyə gəlməsi konstitusion hüququn real həyata keçirilməsinə mane olmuşdur. Məhkəmə tərəfindən onun ali təhsil müəssisəsini bitirməyi, dövlət yekun attestasiyasından keçməyi, ona müvafiq qaydada dövlət nümunəli diplomun və diplom əlavəsinin verilməsi faktlarına lazımi hüquqi qiymət verilməmişdir. Halbuki, qeyd olunan hallar onun ali təhsil proqramını tam şəkildə mənimsədiyini, təhsil prosesində iştirak etdiyini və müvafiq tədris yükünü yerinə yetirdiyini təsdiq edən əsas və birbaşa hüquqi faktlardır. Belə ki, ali təhsil müəssisəsini bitirmə və dövlət yekun attestasiyasından müvəffəqiyyətlə keçmə yalnız tələbənin tədris planında nəzərdə tutulmuş bütün fənləri, kreditləri və akademik öhdəlikləri yerinə yetirdiyi halda mümkündür. Onun tərəfindən də bütün bu tələblər yerinə yetirilmiş, nəticədə ona müvafiq ixtisas üzrə diplom və diplom əlavəsi təqdim edilmişdir. Bu sənədlər onun tədris yükünü tam həcmdə yerinə yetirdiyini təsdiq edən rəsmi və hüquqi qüvvəyə malik sənədlər olduğu halda, məhkəmə tərəfindən onların sübut əhəmiyyətinə lazımi diqqət yetirilməmişdir. Bundan əlavə, məhkəmə qiyabi təhsil formasının hüquqi mahiyyətini düzgün şərh etməmiş, qiyabi təhsil formasına əyani təhsil üçün xarakterik olan fasiləsiz, uzunmüddətli və daimi fiziki iştirak tələblərini ona tətbiq etmişdir. Halbuki, qiyabi təhsil formasının mahiyyəti tələbənin tədris prosesində fasilələrlə, müəyyən dövrlərdə və fərqli təşkilati mexanizmlər vasitəsilə iştirakını nəzərdə tutur. Qiyabi təhsil zamanı tədrisin əsas hissəsi müstəqil hazırlıq, fərdi tapşırıqlar, aralıq və yekun attestasiyalar vasitəsilə həyata keçirilir və tələbənin fasiləsiz olaraq təhsil aldığı ölkənin ərazisində fiziki iştirakı bu təhsil formasının əsas şərti kimi müəyyən edilməmişdir. Məhkəmə bu xüsusiyyətləri nəzərə almadan, faktiki olaraq qiyabi təhsili əyani təhsillə eyniləşdirmiş, bununla da ona qanunvericilikdə nəzərdə tutulmayan əlavə və ağırlaşdırılmış tələblər tətbiq etmişdir. İnzibati-Prosessual Məcəllənin 58.7-ci maddəsi Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd edim ki, Sumqayıt İnzibati Məhkəməsi iş üzrə təqdim edilmiş sübutları hərtərəfli və obyektiv şəkildə qiymətləndirməlidir. Məhkəmə yalnız Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi sərhədkeçmə məlumatlarını əsas götürə bilməz. Onun təhsil aldığı təhsil müəssisəsi tərəfindən verilmiş diplomu, diplom əlavəsini, sessiyalarda iştirakı təsdiq edən sənədləri və tədris prosesinin nəticəsini həlledici sübut kimi qiymətləndirməmişdir. Dövlət sərhəddindən giriş-çıxış tarixləri onun təhsil prosesində faktiki iştirak edib-etmədiyini və tədris yükünü yerinə yetirib yetirmədiyini müəyyən edən birbaşa sübut hesab edilə bilməz. Qanunvericilikdə təhsil yükünün yerinə yetirilməsinin sərhədkeçmə günlərinin sayı ilə hesablanmasını nəzərdə tutan norma mövcud deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə dair yazılı etirazı iddia ərizəsinə etirazıla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişlər, iddiaçı məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Kollegiya İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 27. Təhsil haqqında dövlət sənədi (-) 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri (-) 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; (-) Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-) 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: (-) 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya məxsus “Dağıstan İncəsənət və Mədəniyyət Akademiyası” tərəfindən verilmiş 130505 ******* nömrəli diplomun Azərbaycan Respublikası ərazisində tanınmasından imtinası təşkil edir. Cavabdehin imtinasının dəlili iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsinin mümkün olmaması və qiyabi təhsil üzrə nəzərdə tutulmuş tədris müddətinə faktiki riayət edilməməsidır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Hazırki işin xüsusi halları baxımından, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda, onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və buradan hərəkətlə Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu müəyyən olunmur. Belə ki, iddiaçı 2009-cu il üzrə 15 gün, 2010-cu il üzrə 7 gün, 2011-ci il üzrə 0 gün, 2012-ci il üzrə 6 gün, 2013-cü il üzrə 14 gün, 2014-cü il üzrə 15 gün, 2015-ci il üzrə 9 gün müddətində təhsil olduğu ölkədə olmuşdur Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Hazırkı işdən görünür ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu ilə xx.xx.1989-cu il təvəllüdlü İddiaçı 2009-2015-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasından təqdim edilmiş məlumatlardan görünür ki, iddiaçının əksər giriş-çıxışları eyni gündə olmaqla formal xarakter daşımış, 2009-cu il üzrə 15 gün, 2010-cu il üzrə 7 gün, 2011-ci il üzrə 0 gün, 2012-ci il üzrə 6 gün, 2013-cü il üzrə 14 gün, 2014-cü il üzrə 15 gün, 2015-ci il üzrə 9 gün təhsil aldığı ölkədə tam gün olaraq olmuşdur ki, həmin müddətlər bakalavriat proqramının məqbul vahidlərinin/akademik saatlarının qeyd edilmiş saatlarının sayı ilə uzlaşmır. Kollegiya, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin, burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Kollegiya, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2-1(118)-6606/2025 nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-272/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-272/2026
03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver