Məhkəmə qərarları › İş №2-1(3-8)-276/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-276/2026

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-276/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Cabbarova Gülnar İnqilab qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndə2, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı Abşeron rayon Ceyranbatan qəsəbəsi 20 yanvar küçəsi * saylı evdə yerləşən 30.48 kv m olan ** saylı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Abşeron rayon İcra Hakimiyyəti Başçısının ##.##.2025-ci il tarixli, *** nömrəli sərəncamına əsasən, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi * nömrəli evdə yerləşən ** saylı mənzilə dair kirayə müqaviləsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, ##.##.2025-ci il tarixli arayışından görünür ki, X1 (##.##.1959-cu il təvəllüdlü), X8 (##.##.2018-ci il təvəllüdlü), nümayəndə2 (##.##.1987-ci il təvəllüdlü), X3 (##.##.1989-cu il təvəllüdlü) ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. ##.##.2025-ci il tarixli yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Ceyranbatan MTİİTS ilə İddiaçı arasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, * nömrəli evin 32-ci mənzilinə dair bağlanmışdır. X1, X3, nümayəndə2 * saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizələrindən görünür ki, qeydiyyatda olduqları Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 5 ünvanında yerləşən ** saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. Cavabdehn * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının ## ### 2025-ci il tarixli, *** saylı sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 5, ** saylı mənzilin yerləşdiyi binada çıxarış alan şəxsin olub-olmaması ilə bağlı məlumatın təqdim edilməsi barədə müraciətinizə "xxxx” Publik hüquqi şəxsin * saylı Abşeron Ərazi idarəsində baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 5 ünvanında yerləşən yaşayış binasında qeydiyyatdan keçmiş mənzillərdən 4 mənzilə dair arxiv sənədlərinin surətləri təqdim edilmişdir. Mənzilə dair tərtib edilmiş müayinə aktından görünür ki, mənzil 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Mənzilin faktiki vəziyyəti abris olunmuşdur. Sahələr işə əlavə edilmişdir. Mənzilin 19,1 kv m artırılması mövcuddur. Lociya sahəsi 0,5 əmsalla ümumi sahəyə əlavə edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**/*-****/**** saylı məktubdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının ## ### 2025-ci il tarixli, *** nömrəli sərəncamı hazırda qüvvədədir, sərəncam və ona əlavə edilmiş sənədlərin surətləri məktuba əlavə edilərək təqdim olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən * saylı evin 32-ci mənzili üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının ##.##.2025-ci il tarixli, *** saylı sərəncamına əsasən, ailə üzvləri ilə yaşadığı və qeydiyyatda olduğu Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən * saylı evin 32ci mənzili iddiaçı və bu ünvanda yaşayan 7 nəfər ailə üzvünün daimi kirayəsinə verilmiş və iddiaçı ilə Ceyranbatan MTİİTS arasında kirayə müqaviləsi bağlanmışdır. Bundan başqa, həmin sərəncamın 3-cü bəndinə əsasən, evə dair texniki pasport və çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmək iddiaçıya tövsiyyə olunmuşdur. İddiaçı həmin sərəncamın icrası ilə bağlı müvafiq sənədləri toplamaqla cavabdeh orqana müraciət etmiş və cavabdeh orqan həmin mənzil üzərində iddiaçının hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, guya həmin mənzildə qeydiyyatda olan şəxslər razılıq ərizələrini təqdim etməmişlər və guya həmin ərazidə mənzilə əlavə 19,1 kv m ölçüdə tikilinin inşa edildiyi aşkar edilmişdir. Cavabdehin bu imtinası tam əsassızdır, belə ki, bu mənzildə qeydiyyatda olan və 18 yaşına çatmış şəxslərin notarial qaydada razılıq ərizələri alınmışdır, digər tərəfdən əlavə tikili varsa da belə iddiaçı qanuni tikililər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını arzulamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sözügedən mənzilin İddiaçı adına qeydiyyata alınmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin tam olaraq müraciətə əlavə edilmədiyi, sözügedən mənzilə 19.1 kv m əlavə sahənin inşa edildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilərək, iddiaçı İddiaçı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 5, ** saylı mənzil üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu- Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mənzilə dair sənədləri qanunvericiliyə uyğun tərtib olunaraq, müvafiq qaydada təsdiq edilmiş sənədlərlə öz mötəbərliyini doğrultmuşdur. Cavabdeh orqanın formal tələblər və əsası olmayan etirazlar təqdim edərək iddiaçının ona məxsus mənzilə münasibətdə gözlənilən mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirməsi inzibati icraatın təməl prinsipi olan etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdehn * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktuba əsasən, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 5 ünvanında yerləşən yaşayış binasında qeydiyyatdan keçmiş mənzillərdən 4 mənzilə dair arxiv sənədlərinin surətləri məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, sözügedən mənzilə dair 19.1 kv m əlavə sahənin inşa edilməsi iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmaması üçün əsas təşkil etmir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla ilə eyni məzmundan əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** saylı Fərmanının 5-ci maddəsində qeyd edilənləri nəzərə alaraq -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin – bildirilir ki, mübahisə predmeti olan mənzilə əlavə inşa edilmiş 19.1 kv m sahəyə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qanuna zidd çıxarılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayon Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi, * saylı evdə yerləşən 30.48 kv m olan ** saylı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə qaşı etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsı Qаnununun: 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2012ci il tarixli Qərarının əsas gətirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi ona deməyə əsas verir ki, əgər kirayə müqaviləsinin bağlanılması barədə sərəncamda və ya kirayə müqaviləsinin özündə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri (razılıq ərizələri əsasında) mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququna malikdirlər. Başqa sözlə, əgər kirayəçinin və kirayə müqaviləsində qeyd olunan digər şəxslərin razılıqları olarsa, bu zaman kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvü mənzil üzərində mülkiyyət hüquqlarını tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə iddia tələbi mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdehin imtina cavabı, iddia ərizəsinı etirazın və apellyasuya şikayətinin əsasını yeganə olaraq o təşkil edir ki, sözügedən mənzilə 19.1 kv m ölçüdə əlavə sahə artırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə hüquqi mövqeyi ilə razılaşsa da, gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzili 1992-ci ildə qeyri-rəsmi olaraq rus milliyətindən olan vətəndaşdan əldə etmiş, həmin vaxtdan ailə üzvləri ilə birlikdə mənzilə qeydiyyata alınmaqla bu günədək həmin mənzildə yaşayır. İddiaçı ilə mənzilin balanssaxlayıcısı olan yerki icra hakimiyyəti orqanları arasında münasibətlər həmin vaxtdan yaranmışdır. Bu hallar nəzərə alınaraq Abşeron rayon İcra Hakimiyyəti başçısının ##.##.2025ci il tarixli, *** nömrəli sərəncamına əsasən mübahisəli mənzil iddiaçıya və onun ailə üzvlərinə daimi kirayə əsasında verilmiş və tərəflər arasında müvafiq kirayə müqaviləsi bağlanmışdır. Həmin sərəncam qüvvədə olmaqla yanaşı, onun 3-cü bəndində iddiaçıya mənzil üzərində hüquqların rəsmiləşdirilməsi üçün səlahiyyətli orqana müraciət etmək tövsiyə edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubla da qeyd edilən sərəncamın qüvvədə olduğu təsdiq olunmuşdur. Həmçinin iş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzildə qeydiyyatda olan digər şəxslər tərəfindən notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri təqdim edilmiş və həmin ərizələrlə mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz edilmədiyi açıq şəkildə ifadə olunmuşdur. Bu hal iddiaçının mübahisəli yaşayış sahəsinə münasibətdə hüquqlarının həyata keçirilməsinə maneənin olmadığını təsdiq edir. Bundan başqa Cavabdeh tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, eyni ünvanda yerləşən digər mənzillər üzrə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bu isə mübahisəli mənzil üzrə də qeydiyyatın aparılmasının hüquqi və texniki baxımdan mümkün olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin formal əsaslarla rədd edilməsi, təqdim olunmuş sənədlərin hüquqi qüvvəsinin lazımi qaydada qiymətləndirilməməsi və qüvvədə olan inzibati aktın nəticələrinin nəzərə alınmaması inzibati icraatın qanunçuluq, əsaslandırma və hüquqi etimad prinsiplərinə ziddir. Həmçinin, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək artırılmış sahə olmadan 30,48 kv m ölçüdə olan mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etməklə cavabdehin imtina üçün yeganə dəlili aradan qalxmış olur. Beləliklə, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas qalmır. Bununla bağlı məhkəmə kollegiyası mübahisənin məhkəmədən kənar qaydada həll edilməsini cavabdehə təklif etmiş, lakin cavabdeh məhkəmədən kənar həllin mümkün olmadığını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Abşeron rayon Ceyranbatan qəsəbəsi 20 yanvar küçəsi, * saylı evdə yerləşən 30.48 kv m olan ** saylı mənzil üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar