Məhkəmə qərarları › İş №2-1(3-8)-286/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-286/2026

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-286/2026 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər (sədrlik edən və məruzəçi), Quliyev Ismayıl Rza oğlu, Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçının nümayəndəsi-vəkil vəkil1, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və nümayəndəsi-vəkili vəkil2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 28/4B-də yerləşən, ** saylı mənzilə dair verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1in * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 28/4B-də yerləşən, ** saylı mənzilə dair verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat 3-cü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 28/4B-də yerləşən ** saylı mənzilə dair ##.##.2024-cü il tarixdə çıxarış vermişdir. Çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat müraciətinə imtina cavabı vermiş və imtinaya əsas olaraq iddiaçıya aşağıdakı məzmunda cavab vermişdir: “Sözügedən mənzilin özəlləşdirilməsi zamanı təqdim edilən orderdə adınız qeyd olunmadığına görə sizin razılıq ərizəniz tələb olunmamışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Nəzərinizə çatdırırıq ki, sözügedən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn ləğvi ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.” Qeyd edilənlərə əsasən iddiaçı məhkəməyə müraciət etmişdir. Iddiaçı 3-cü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ilə ##.##.1992-ci ildə rəsmi nigaha girərək ailə qurmuşdur. Birgə nigahdan övladları yoxdur. Nigahları Sumqayıt şəhər Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə ləğv edilmişdir. 1992-ci ildən bu günə qədər Sumqayıt şəhəri 5-ci mkr, ev 28/4B, mənzil 37-də daimi qeydiyyatda olmaqla yaşayır. Həmin mənzildə o və keçmiş həyat yoldaşı daimi qeydiyyatda olmuşdurlar. Mənzil dövlət mənzil fonduna aiddir. 2014-cü ildən başlayaraq keçmiş həyat yoldaşı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ilə aralarında mənzil mübahisəsi gedir. Belə ki, o 2014-cü ildə onu mənzildən məcburi şəkildə qovmuş və qanunsuz olaraq İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2 mənzilə gətirmişdir. Iddiaçı da öz növbəsində mənzilə köçürmə və X2 mənzildən çıxarılmasına dair iddia qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci tarixli qətnaməsinə əsasən onun mənzilə köçürülmə tələbi təmin edilmiş, X3 isə mənzildən çıxarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsi ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə Sumqayıt şəhər məhkəməsinin qətnaməsi 2015-ci ilin dekabr ayında tam icra olunmuşdur. Daha sonra o, Sumqayıt Inzibati Məhkəməsində Sumqayıt şəhər Polis Idarəsinə qarşı X2 ünvan 1-də dair pasport qeydiyyatından çıxarılmasını cavabdehin üzərinə vəzifə qoyulması ilə bağlı iddia qaldırmışdır. Sumqayıt Inzibati Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər Polis Idarəsi tərəfindən X2 ünvan 1 ünvanına dair qeydiyyata alınması qanunsuz hesab edilmiş, X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis Idarəsinin üzərinə qoyulmuşdur. Bundan sonra qərar icra olunmuş və X2 qeydiyyatdan çıxarılmışdır. Lakin sonradan ona məlum olub ki, X2 qanunsuz olaraq sözügedən mənzilə yenidən qeydiyyata alınıb. Nəzərə çatdırılır ki, X2 yaşadığı mənzildən məhkəmə qətnaməsi ilə çıxarılıb və bu mənzildə ümumiyyətlə yaşamır. Bundan sonra o, yenidən məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə X2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 28/4B ünvanında yerləşən ** saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis Idarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Qərar icra edilmiş X2 mənzildən qeydiyyatdan çıxmışdır. Hal-hazırda isə 3-cü şəxs onun 32 ildən çox faktiki olaraq mənzildə yaşamağını gizlədərək, onun razılığı alınmadan aldığı çıxarışla Sumqayıt şəhər Məhkəməsində ondan çıxarılmağı ilə bağlı iddia qaldırmışdır. Yəni çıxarışın ona verdiyi səlahiyyətlərdən sui-istifadə edir. Əvvəllər də o çıxarış almağa cəhd etmiş, lakin cavabdeh təşkilat onun razılığını tələb etmişdir. Indi isə nədənsə * saylı Forma arayışda adı olduğu halda, həmçinin mənzildə daimi yaşadığı halda cavabdeh təşkilat İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qanunsuz olaraq çıxarış vermişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında bildirmişdir ki, sözügedən mənzilin özəlləşdirilməsi zamanı təqdim edilən orderdə iddiaçının adı qeyd olunmadığına görə razılıq ərizəsi tələb olunmamışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Nəzərə çatdırılır ki, sözügedən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn ləğvi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 28/4B-də yerləşən, ** saylı mənzilə dair verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ## #### 1992-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsi ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ilə İddiaçı ilə arasında ## #### 1992-ci ildə Qubadlı rayon VVAQ şöbəsində ** saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Qeyd edir ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, **/*B saylı evin ** nömrəli mənzili ona ## ####### 1986-cı il tarixdə order əsasında verilmişdir. Ailə qurduqdan sonra cavabdeh İddiaçı həmin mənzilə qeydiyyata götürülmüşdür. Lakin, ailə qurduqdan bir müddət sonra cavabdeh İddiaçı ilə birgə təsərrüfat idarə etməmişdirlər. Qeyd etdikləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə təsdiq edilmişdir. Qeyd etdiyi kimi, cavabdeh İddiaçı ilə aralarında olan nikah 8 ildən artıq müddətdir ki, məhkəmə qaydasında pozulmuşdur. Qeyd edir ki, ünvan 1, Yeni qaydalar: ünvan 2 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tərəfindən sözügedən mənzilə dair ona ##.##.2024-cü il tarixdə çıxarış təqdim edilmişdir. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatı onun mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, iddiaçı İddiaçı özünə məxsus mənzili vardır və o, həmin mənzildə yaşayır və onun xüsusi mülkiyyətində olan sözügedən mənzildə qeydiyyatda olmasını əsas gətirərək mənzilin giriş qapısının qıfılını dəyişmiş və onun mənzilə girişini məhdudlaşdırmışdır. Əlavə olaraq bir daha qeyd edir ki, ünvan 1, Yeni qaydalar: ünvan 2 ünvanında yerləşən mənzil ona nikaha daxil olmamışdan əvvəl verilmiş və nikah pozulduqdan sonra həmin mənzilə dair ona çıxarış verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar onun mülkiyyət hüquqlarını pozmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkil-nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göstərilən Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 28/4Bdə yerləşən, ** saylı mənzilə dair verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirilən çıxarışın ləğvi ilə bağlı imtinası əsassız olmuşdur. Göründüyü kimi hazırkı iddia tələbi iddiaçı ilə üçüncü şəxs arasında mövcud olan mənzil mübahisəsi nəticəsində yaranmışdır və iddiaçı ilə üçüncü şəxs arasında yaranmış əsas mübahisənin inzibati orqana yönələn hissəsini təşkil edir. Iş materiallarından göründüyü kimi Sumqayıt şəhər XDS Icraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş ##.##.1986-cı il tarixli order əsasında Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 28/4B-də yerləşən, ** saylı mənzil üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ayrılmışdır. Hazırki iş üzrə iddiaçı İddiaçı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qətnaməsinə əsasən isə 2016-cı il tarixdə isə nikahları pozulmuşdur. Daha sonra sonuncunun mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli çıxarış tərtib edilmişdir. Iddiaçı cavabdeh orqana müraciət edərək, sözügedən qeydiyyatın onun razılığı olmadan aparıldığını bildirmiş və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, ##.##.2024 cü il tarixli çıxarışın ləğv edilməsini xahiş etsə də, müraciəti cavabdeh orqan tərəfindən imtina ilə cavablandırılmışdır. Iş materiallarında olan Sumqayıt şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinin * saylı Mənzil-Kommunal Sahəsinin *** saylı, ##.##.2025ci il tarixli arayışından görünür ki, İddiaçı 1992-ci il tarixdən mübahisə predmeti olan mənzildə qeydiyyatdadır. Birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxsin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olan bütün sənədlərin təqdim edilməsi məqsədilə cavabdeh orqana müvafiq sorğu ünvanlamışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1in * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2025-ci il tarixli məktuba əlavə edilmiş ******* saylı, ##.##.2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan da aydın olur ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sözügedən mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı zaman İddiaçı həmin mənzildə qeydiyyatda olmuşdur. Iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göstərilən Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Qeyd edilən normanın mənasına görə üçüncü şəxs yalnız mənzildə qeydiyyatda olan, mənzil sahəsinə hüququ olan şəxslərin razılığı ilə mənzili özəlləşdirmək hüququna malik ola bilərdi, hazırda isə iddiaçının mübahisəli mənzilin İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına özəlləşdirilməsinə dair razılıq ərizəsi müəyyən edilmədiyindən sonuncunun hüquqlarının dövlət qeydiyyatına alınması İddiaçı hüquqlarına və qanunla qorunan mənafelərinə ziddir və qanunvericiliyin tələblərinə uyğun deyil. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Işin sadalanan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, mübahisəli mənzil üzərində üçüncü şəxsin xüsusi mülkiyyət hüququnun qeydə alınması qanunsuz olmuşdur, iddiaçı ilə üçüncü şəxs arasındakı mənzilə dair hüquların müəyyən olunması ancaq mülki məhkəmə icraatı qaydasında mümkün ola bilər. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar