Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-290/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X5 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin iddiaçının mülkiyyətində olan ****a nömrəli bağ torpaq sahəsinin 400 kvadrat metrinin ****b nömrəli bağ torpaq sahəsi kimi üçüncü şəxs4 mülkiyyətinə verilməsi barədə ## ###### 2017-ci il tarixli, ** saylı iclasının ** nömrəli qərarının, 600 kvadrat metrinin ****v nömrəli bağ torpaq sahəsi kimi üçüncü şəxs1 mülkiyyətinə verilməsi barədə ## ###### 2017-ci il tarixli, ** saylı iclasının ** nömrəli qərarının, 400 kvadrat metrinin ****e nömrəli bağ torpaq sahəsi kimi üçüncü şəxs3 mülkiyyətinə verilməsi barədə ## ###### 2017-ci tarixli, ** nömrəli iclasının ** nömrəli qərarının, 350.80 kvadrat metrinin ****d nömrəli bağ torpaq sahəsi kimi X8 mülkiyyətinə verilməsi barədə ## ###### 2017-ci il tarixli, ** nömrəli iclasının ** nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Sumqayıt şəhər Bələdiyyəsinin iddiaçının mülkiyyətində olan ****a nömrəli bağ torpaq sahəsinin 400 kvadrat metrinin ****b nömrəli bağ torpaq sahəsi kimi üçüncü şəxs4 mülkiyyətinə verilməsi barədə ## ###### 2017- ci il tarixli, ** saylı iclasının ** nömrəli qərarının, 600 kvadrat metrinin ****v nömrəli bağ torpaq sahəsi kimi üçüncü şəxs1 mülkiyyətinə verilməsi barədə ## ###### 2017-ci il tarixli, ** saylı iclasının ** nömrəli qərarının, 400 kvadrat metrinin ****e nömrəli bağ torpaq sahəsi kimi üçüncü şəxs3 mülkiyyətinə verilməsi barədə ## ###### 2017-ci tarixli, ** nömrəli iclasının ** nömrəli qərarının, 350.80 kvadrat metrinin ****d nömrəli bağ torpaq sahəsi kimi X8 mülkiyyətinə verilməsi barədə ## ###### 2017-ci il tarixli, ** nömrəli iclasının ** nömrəli qərarının ləğv edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs4, üçüncü şəxs1 və üçüncü şəxs3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ilin yanvar ayında alqı-satqı müqaviləsi əsasında “Saray” bağları massivində yerləşən sahəsi 0.25 ha olan ****a nömrəli bağ torpaq sahəsini X1 almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında qeyd edilən bağ torpaq sahəsi Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilərək iddiaçıya JN-****B nömrəli ## ###### 2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Bir müddət əvvəl mülkiyyətində olan bağ torpaq sahəsinin mülkiyyət Şəhadətnaməsinin daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışla əvəzlənməsi ilə bağlı üçüncü şəxs2 müraciət etdikdə, iddiaçıya bildirilmişdir ki, həmin torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin verdiyi qərarlar əsasında ayrıayrı fiziki şəxslərin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmişdir. Bununla bağlı Sumqayıt şəhər bələdiyyəsinə müraciət etdikdə, ona məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan ****a saylı bağ torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən dörd yerə ayrılaraq müxtəlif nömrələr altında bələdiyyə qərarları əsasında başqa şəxslərə satılmışdır. Araşdırmalarının nəticəsində məlum olmuşdur ki, həqiqətən də iddiaçıya məxsus torpaq sahəsini Sumqayıt şəhər Bələdiyyəsi qanunsuz olaraq başqa şəxslərə satmışdır. Belə ki, iddiaçının şifahi sorğusuna Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən verilmiş cavabdan aydın olmuşdur ki, iddiaçıya mülkiyyətində olan bağ torpaq sahəsinin 400 kvadrat metri ****b nömrəli bağ torpaq sahəsi kimi Sumqayıt şəhər Bələdiyyəsinin ## ###### 2017-ci il tarixli, ** saylı iclasının ** nömrəli qərarı ilə üçüncü şəxs4, 600 kv.metr ****v nömrəli bağ torpaq sahəsi kimi Sumqayıt şəhər Bələdiyyəsinin 15 noyabr 17ci il tarixli, ** saylı iclasının ** nömrəli qərarı ilə üçüncü şəxs1, 400 kvadrat metri ****e nömrəli bağ torpaq sahəsi kimi Sumqayıt şəhər Bələdiyyəsinin ## ###### 2017-ci il tarixli, ** nömrəli iclasının ** nömrəli qərarı ilə üçüncü şəxs3, 350,80 kvadrat metri isə ****d nömrəli bağ torpaq sahəsi kimi Sumqayıt şəhər Bələdiyyəsinin ## ###### 2017-ci il tarixli, ** nömrəli iclasının ** nömrəli qərarı ilə X8 mülkiyyətinə verilmişdir. Həmin bələdiyyə qərarları əsasında adı çəkilən şəxslər iddiaçıya məxsus bağ torpaq sahəsini öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirmişlər. Iddiaçı bu işlə bağlı Sumqayıt şəhər Bələdiyyəsində olmuş və torpağın 2005-ci ilin əvvəllərindən mülkiyyətində olduğunu bildirsə də, iddiaçının bu müraciəti heç bir nəticə verməmişdir. Bundan sonra artıq iddiaçı torpağın başqa şəxslərə satıldığına və bələdiyyənin iddiaçıya torpağı qaytarmayacağına əmin olduğundan, məhkəməyə müraciət etməyi qərara almışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilmiş bələdiyyə qərarlarının surətlərindən də görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin 400 kvadrat metri ****b saylı bağ torpaq sahəsi altında Sumqayıt Bələdiyyəsinin ## ###### 2017-ci il tarixli, ** saylı iclasının ** saylı qərarı ilə üçüncü şəxs4, 600 kvadrat metri ****v saylı bağ torpaq sahəsi altında Sumqayıt Bələdiyyəsinin ## ###### 2017-ci il tarixli, ** saylı iclasının ** saylı qərarı ilə üçüncü şəxs1, 400 kvadrat metri ****e saylı bağ torpaq sahəsi altında Sumqayıt Bələdiyyəsinin ## ###### 2017-ci il tarixli, ** saylı iclasının ** saylı qərarı ilə üçüncü şəxs3, 350,80 kvadrat metri isə ****d saylı bağ torpaq sahəsi altında Sumqayıt Bələdiyyəsinin ## ###### 2017-ci il tarixli, ** saylı iclasının ** saylı qərarı ilə X8 mülkiyyətinə verilmişdir. Belə ki, məhkəmənin nəzərinə çatdırılır ki, adı çəkilən vətəndaşlar ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək uzun müddət istifadə etdikləri bağ torpaq sahələrinin qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq onların mülkiyyətinə verilməsini xahiş etmişlər. Adı çəkilən ərizələr notariat qaydasında torpaq sahələrinin, alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Bu səbəbdən iddiaçının bələdiyyənin öz mülkiyyətində olan və hansı şəxsin hüququ ilə yüklü edilməmiş torpaq sahələrini alqı-satqı qaydasında mülkiyyətə satmasını və bununla da bələdiyyənin öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək hüququnu mübahisələndirməsini tamamilə əsassız və hüquqazidd hesab edirlər. Iddiaçının belə bir iddia tələbi ilə çıxış etməsi müvafiq qanunvericilik aktlarının tələbləri ilə ziddiyyət təşkil etməklə yanaşı, torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin həm mülkiyyət hüququnu, həm də inzibatı orqan olaraq diskresion səlahiyyətlərini aşkar şəkildə pozur. Belə ki, rnübahisələndirilən torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmiş və bu barədə bələdiyyəyə müvafiq “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışlar və “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri təqdim olunmuşdur. Həmin idarə tərəfindən torpaq sahələrinin iddiaçı İddiaçı mülkiyyətində olması barədə Sumqayıt Bələdiyyəsinə hər hansı məlumat verilməmiş və hal-hazırda da bunu təsdiq edən hər hansı sübut mövcud deyildir. Bu səbəbdən hesab edirlər ki, hal-hazırki şəraitdə iddiaçının irəli sürdüyü iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsimi xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmiş, cavabdehin nümayəndəsi isə sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. Iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Hazırda iddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin iddiaçının mülkiyyətində olan ****a nömrəli bağ torpaq sahəsinin 400 kvadrat metrinin ****b nömrəli bağ torpaq sahəsi kimi üçüncü şəxs4 mülkiyyətinə verilməsi barədə ## ###### 2017-ci il tarixli, ** saylı iclasının ** nömrəli qərarının, 600 kvadrat metrinin ****v nömrəli bağ torpaq sahəsi kimi üçüncü şəxs1 mülkiyyətinə verilməsi barədə ## ###### 2017-ci il tarixli, ** saylı iclasının ** nömrəli qərarının, 400 kvadrat metrinin ****e nömrəli bağ torpaq sahəsi kimi üçüncü şəxs3 mülkiyyətinə verilməsi barədə ## ###### 2017-ci tarixli, ** nömrəli iclasının ** nömrəli qərarının, 350.80 kvadrat metrinin ****d nömrəli bağ torpaq sahəsi kimi X8 mülkiyyətinə verilməsi barədə ## ###### 2017-ci il tarixli, ** nömrəli iclasının ** nömrəli qərarının ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, məhkəmə qərarında iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin əsaslarla iddiaya mahiyyəti üzrə baxmaqla yalnış nəticəyə gəlmişdir. ”Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. IPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Plenum Qərarının 5.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Iddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ##.##.2015-ci il tarixli * nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Yəni, iddiaçının 0,25 ha torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla üçüncü şəxslərə torpaq ayrılması barədə bələdiyyə qərarlarının ləğv edilməsi tələbi o halda yaranmış hesab oluna bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının subyektiv hüququ olsun. Iddiaçı subyektiv hüququnun əsası kimi Sumqayıt şəhər * saylı DNK-nın ##.##.2005-ci il tarixli, *Ə*/** saylı alqı-satqı müqaviləsi və onun əsasında verilmiş N 1084B, KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-yə istinad edərək ona 0,25 ha torpaq sahəsinin ayrıldığı, sonradan həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına xüsusi mülkiyyət hüququna dair qanunsuz qeydiyyat aparıldığını bildirir. Bununla bağlı, kollegiya qeyd edir ki, Sumqayıt şəhər * saylı DNK-nın ##.##.2005-ci il tarixli, *Ə*/** saylı alqı-satqı müqaviləsinə əsasən ****a saylı ümumi sahəsi 0.25 ha olan bağ sahəsi İddiaçı satılmışdır. Buna dair iddiaçının adına JN 1084B, KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Lakin sözügedən hüquq müəyyənedici sənədlər ilə iddiaçıya 0.25 ha torpaq sahəsi ayrılsa da, həmin şəhadətnamədə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilməmiş, eləcə də, yerquruluşu qaydasında torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi aparılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçıya ayrılan torpaq sahəsinin ayrıc aktı, sahənin yeri, sərhədləri, döngə nöqtələrinin koordinatları göstərilən digər texniki sənədlər aşkar edilməmiş, iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Iş materiallarına əlavə olunmuş orto-foto görüntülərdən də aydın olduğu kimi mübahisəli ərazi tam məskunlaşmaqla faktiki olaraq üçüncü şəxslərin istifadəsindədir. Iddiaçının faktiki olaraq həmin torpaq sahəsindən istifadə etməməsi də işin mübahisəsiz halını təşkil edir. Hazırki iş üzrə iddiaçının sübyektiv hüququnun olamsı üçün JN 1084B, KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə ona ayrılmış torpaq sahəsinin üçüncü şəxslərə müvafiq bələdiyyə qərarları ilə ayrılmış torpaq sahəsi olduğunu sübut edilməlidir. Lakin yuxarıda da qeyd olunduğu kimi bununla əlaqədar müvafiq sənədlər təqdim edilmədiyindən iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş mütəxəssis rəyindən görünür ki, ləğv edilmiş DTXK-si tərəfindən iddiaçı İddiaçı verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-****В saylı ##.##.2008-ci il tarixli şəhadətnamədə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan Sumqayıt bələdiyyəsinin ##.##.2017-ci tarixli ** saylı qərarı ilə üçüncü şəxs4 satılmış 400 kv.m, ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə üçüncü şəxs1 satılmış 600 kv.m, ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə üçüncü şəxs3 satılmış 400 kv.m və ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə X8 350.80 kv.m torpaq sahələrinin üst-üstə düşüb düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Iddiaçı İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin daxilində Sumqayıt bələdiyyəsinin ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə üçüncü şəxs4 satılmış 400 kv.m, ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə üçüncü şəxs1 satılmış 600 kv.m, ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə üçüncü şəxs3 satılmış 400 kv.m və ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə X8 350.80 kv.m torpaq sahələrinə verilmiş çıxarışlar və həmçinin də naturada mövcuddurlar. Daha sonra Sumqayıt Inzibati Məhkəməsinin ## ######## 2019-cu il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş **/**** nömrəli, ## ##### 2021-ci il tarixli ekspert rəyində qeyd edilənlər də yuxarıda qeyd edilən mütəssis rəyi ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının JN 1084B, KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən iddia etdiyi torpaq sahəsinin ona satılması barədə sənədlərin mövcudluğu müəyyən edilməsinə baxmayaraq, iddiaçı ona ayrılmış torpaq sahəsinin naturada quruluşunu, koordinatlarını müəyyən edən hər hansı sənədi (yerquruluşu planından çıxarışı, torpaq sahəsinin planını və ölçü sənədini, torpaq sahəsinin koordinatlarını) məhkəməyə təqdim etməmişdir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə də (şəhadətnamədə) torpaq sahəsinin koordinatları barədə heç bir məlumat qeyd edilməmişdir. Bununla da iddiaçı iddia etdiyi torpaq sahəsinin məhz üçüncü şəxslərə satılmış torpaq sahəsi ilə eyni olduğunu sübut edən heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hallar iddianın mümkün sayılmaması əsası olduğu halda, iddia rədd edilmişdir. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini yoxlamadan işə mahiyyəti üzrə baxaraq, qərar qəbul etmiş, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin halları diqqətdən qaçırmış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi ilə bağlı olduğundan, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, şikayət qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.