Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-296/2026 10.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X6 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi» X1inin nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək “sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, “cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci tarixində keçirdiyi yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarət nəticəsində, TSEK tərəfindən xəstəlikləri üzrə, ümumi səbəblərdən olmaqla ## ###### 2002-ci il (Vəsiqə N ******) tarixindən etibarən ona müddətsiz II dərəcəli əlillik müəyyən olunmuşdur. Vücudunda dalağın olmaması səbəbindən, həmçinin arabir kəllədaxili təzyiqi və sinir ağrıları ilə bağlı vaxtı-vaxtında lazımi müalicəvi tədbirlərini aparır. Sumqayıt Tibb Mərkəzi X2 Xəstəxanasında və digər xəstəxanalarda ambulator və stasionar müalicə kursları keçmişdir. 30 ildir müalicələr alır, ona “Dissurkulyator ensefalopatiya, kəllə daxili təzyiq və daimi baş ağrıları” xəstəlikləri üzrə diaqnozlar təyin edilmişdir. Maddi vəziyyəti ağırdır, müalicə almağa maddi imkanı yoxdur. Xəstəliyi ilə bağlı bu günə kimi aparılmış müalicələrin nəticələri barədə və xəstəlik tarixçəsindən çıxarış, müvafiq xəstəlik sənədləri, analiz cavablarının ona verilməsi üçün Təbib Sumqayıt Tibb Mərkəzi X2 Xəstəxanasına, Sumqayıt Tibb Mərkəzi 1 X7 Şöbəsində, Sumqayıt Tibb Mərkəzi 1 Nömrəli Ailə Sağlamlıq Mərkəzinə və Sumqayıt Şəhər * saylı Göz Xəstəxanasına rəsmi müraciətlər etməyinə baxmayaraq, heç bir lazımi məlumatlar əldə edə bilməmişdir. Lakin, Sumqayıt Tibb Mərkəzi X1 X2 Xəstəxanası, yazılı olaraq bildirmişdir ki, 1995-ci ilin sənədlərinin saxlanma müddəti başa çatdığı üçün ləğv edilmişdir və bu səbəbdən ona epikriz vermək mümkün deyil. Hal-hazırda orta ağır dərəcədə xəstədir, uzun və mütəmadi olaraq müalicə alır. Səhhəti qeyrisabitdir. Iddiaçı 2014-cü il tarixindən hal-hazıradək “X3 Fud” MMC-də təmizlikçi (yer yıkama makinası ilə təmizlik işləri) işini görür. Son zamanlarda həmin cəmiyyət tərəfindən, yüngül işə cəlb olunmağı ilə bağlı ondan xüsusi açıqlanmanın təqdim edilməsini tələb etmişdirlər. Bu səbəbdən, o yüngül əmək fəaliyyətini davam etdirməyi ilə əlaqədar ƏƏSMN-nin tabeliyində DTSE və RA-ya müraciət etmiş, lakin həmin qurumun həkimləri tərəfindən onun əlillik dərəcəsi ləğv edilmişdir. Halbuki, həmin qurum ## ###### 2002-ci il (Vəsiqə N ******) tarixindən etibarən ona, müddətsiz II dərəcəli əlillik müəyyən etmişdir. Ərizəsinə əsas kimi “Diaqnoz əlillik əlaməti təyin etmir” göstərilmişdir. Hansı səbəbdən onun əlillik dərəcəsinin ləğv edilməsi müəmmalıdır. Hesab edir ki, Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi verilmir və ona qarşı haqsızlıq olur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, vətəndaşın əmək zəmanətinin dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciət əsasında DTSERA-ya əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Əlillik AS-da olan məlumatlardan müəyyən olmuşdur ki, vətəndaşa dair əmək zəmanəti “Əmək qabliyyətsizdir” olmaqla, "Dissurkulyator ensefalopatiya, kəllə daxili təzyiq və daimi baş ağrıları ilə" diaqnozları ilə ##.##.2012-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə “təkrar” əlillik təyinatı mövcuddur. Müayinəyə gələrkən şikayətləri baş ağrılarından, bel nahiyyəsində olan və aşağı ətraflara yayılan ağrılardan olmuşdur. ##.##.2025-ci il tarixində DTSERAda həkim-nevropatoloq müayinəsi "Bəbəklər D=S işığa reaksiya canlıdır. Göz almalarının hərəkəti tam həcmdədir., tək-tək fiksasion nistaqm izlənilir. Dil orta xətt üzrədir. Vətər, sümüküstü refleksləri D=S canlıdır. Əzələ tonusu normaldır. Koordinator sınaqları düzgün yerinə yetirir. Parez, patoloji reflekslər müşahidə edilmədi" kimi qiymətləndirilmişdir. Nəticədə, anamnestik məlumatlar, obyektiv və instrumental muayinələrə əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi" barədə qərar qəbul edilmişdir. ....Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində qəbul edilmiş cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən iddiaçının müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz və imtina məktubu ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq müvafiq tibbi-ekspertiza və ya əyani müayinəyinin keçirilməsi barədə qərardad qəbul etməmişdir. Bu isə işin nəticələrinin"Diaqnozun əlillik əlaməti təyin etməməsi" barədə qərar iddiaçının mövcud tibbi sənədləri əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin qeyd edilmişdir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Qeyd olunan diaqnoz "Diaqnozun əlillik əlaməti təyin etməməsi" halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Iddiaçı apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh əsassız apellyasiya şikayət verərək, süni şəkildə prosesi uzadır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. Ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarın ləğv edilərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarına əlavə edilmiş iddiaçıya aid əlillik vəsiqəsindən görünür ki, iddiaçı 2002-ci ildən II qrup əlildir. Eyni zamanda iş materiallarından görsənirki, iddiaçı ##.##.2012-ci il tarixində TSEKdə müayinədən keçmiş və ona ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli təkrar əlillik təyin edilmişdir. Qeyd edilənlər eyni zamanda işin mübahisəsiz halını təşkil edir. Iddiaçı qeyd edir ki, 2014-cü il tarixindən hal-hazıradək “X3 Fud” MMC-də təmizlikçi (yer yıkama makinası ilə təmizlik işləri) işini görür. Son zamanlarda həmin cəmiyyət tərəfindən, yüngül işə cəlb olunmağı ilə bağlı ondan xüsusi açıqlanmanın təqdim edilməsini tələb etmişdirlər. Bu səbəbdən, o yüngül əmək fəaliyyətini davam etdirməyi ilə əlaqədar ƏƏSMN-nin tabeliyində DTSE və RA-ya müraciət etmiş, lakin həmin qurumun həkimləri tərəfindən onun əlillik dərəcəsi ləğv edilmişdir. Cavabdeh isə qeyd edir ki, vətəndaşın əmək zəmanətinin dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciət əsasında DTSERA-ya əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Əlillik AS-da olan məlumatlardan müəyyən olmuşdur ki, vətəndaşa dair əmək zəmanəti “Əmək qabliyyətsizdir” olmaqla, "Dissurkulyator ensefalopatiya, kəllə daxili təzyiq və daimi baş ağrıları ilə" diaqnozları ilə ##.##.2012-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə “təkrar” əlillik təyinatı mövcuddur. Müayinəyə gələrkən şikayətləri baş ağrılarından, bel nahiyyəsində olan və aşağı ətraflara yayılan ağrılardan olmuşdur. ##.##.2025-ci il tarixində DTSERA-da həkimnevropatoloq müayinəsi "Bəbəklər D=S işığa reaksiya canlıdır. Göz almalarının hərəkəti tam həcmdədir., tək-tək fiksasion nistaqm izlənilir. Dil orta xətt üzrədir. Vətər, sümüküstü refleksləri D=S canlıdır. Əzələ tonusu normaldır. Koordinator sınaqları düzgün yerinə yetirir. Parez, patoloji reflekslər müşahidə edilmədi" kimi qiymətləndirilmişdir. Nəticədə, anamnestik məlumatlar, obyektiv və instrumental muayinələrə əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi" barədə qərar qəbul edilmişdir. Kollegiya qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Kollegiya hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əlilliyin təyin edilməsi ilə bağlı qərar barədə müvafiq hərəkətlər aparılması imkanını tanımışdır. Bu şərtlərdən biridə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olmasıdır. Lakin hazırkı iş üzrə belə hal müəyyən edilməmişdir. Cavabdeh inzibati orqanda qəbul etdiyi qərarın əsası kimi TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğuna istinad etmir. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Bu halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının qəbul edilməsi üçün hüquqi əsası olmamışdır. Vətəndaşın əmək zəmanətinin dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciət əsasında onun əlilliyinin ləğv edilməsinin hüquqi əsası mövcud deyil. Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçının iştirakı təmin edilmişdir və iddiaçının nitqində qusurların olması vizual müşahidə ilədə görsənir. Kollegiya hesab edir ki, iddiaçının əmək zəmanəti ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi, onun əlilliyinin ləğv edilməsi üçün əsas təşkil etmir, bu halı müəyyən edən hüquq norması mövcud deyil. Kollegiya hesab edir ki, inzibati orqan onun müraciəti əsasında ancaq onun hüquqi marağına uyğun və qanunvericilikdə müəyyən edilmiş əsaslarla icraat apara bilər. Kollegiya hesab edir ki, bu zaman xüsusi norma yoxdursa, inzibati orqan iddiaçının etimadın qorunmasına olan hüququnu nəzərə almalıdır. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçıya əlilliyin müddətsiz təyin edilməsi barədə sənədin verilməsi nəticəsində iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Odur ki, hazırkı halda, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq inzibati akt əsasında iddiaçıya müddətsiz olaraq təyin edilmiş əlilliyin ləğv olunmasının “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onun tərəfindən qəbul edilən qərarın qanunauyğunluğuna iddiaçının inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.