Məhkəmə qərarları › İş №2-1(3-8)-297/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-297/2026

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-297/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı İddiaçı və onun nümayəndəsi X6 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Dəvəçi rayonu Ağbaş bələdiyyəsinin ## ###### 2010-cu il tarixli, ** saylı iclas protokolunun qərarı ilə iddiaçıya bələdiyyənin alqı-satqı predmeti olan kənd altı torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikintisi məqəsədi ilə 0,10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. ##.##.2010-cu il tarixli qəbzdən görünür ki, iddiaçı Ağbaş bələdiyyəsinin hesabına 224 manat torpaq satışından fərdi ev tikintisi üçün ödənilmişdir. Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, Dəvəçi rayonu Ağbaş bələdiyyəsinin ərazisində 0,10 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Dəvəçi rayonu Ağbaş bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Şabran Rayon İcra Hakimiyyəti başçısının ##.##.2010-cu il tarixli Sərəncamının surətindən görünür ki, iddiaçıya sözügedən torpaq sahəsində fərdi mənzil tikintisinə icazə verilmişdir. Cavabdehin imtina bildirişindən görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, fərdi yaşayış evinin yereləşdiyi 0.10 ha torpaq sahəsi iddiaçıya Dəvəçi (indiki Şabran) rayonu Ağbaş bələdiyyəsinin ##.##.2010-cu il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən satılmışdır. Göstərilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Göstərilən halda isə həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir. Fərdi yaşayış evi layihədən fərqlidir və fərdi yaşayış evi tam hazır vəziyyətdə deyildir. Müayinə aktından görünür ki, Şabran rayonu, Ağbaş bələdiyyəsinin ## ###### 2010-cu il tarixli, **/** saylı qərarı ilə İddiaçı satılmış 0.10 ha torpaq sahəsi naturada 0,1093 ha-dır, Faktiki torpaq sahəsi heç bir fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Həmin torpaq sahəsi X7 Uçot İnformasiya Sistemi (TEKUİS) məlumatlarımı əsasan torpaq sahəsinin mülkiyyət növü Bələdiyyə kateqoriyası Kənd təsərrüfatı təyinatlı, torpaqlar, uqodiyası Fərdi yaşayış kimi göstərilmişdir. Torpaq sahəsinin sərhədləri metal tor və mişar daşt ilə hasarlanıb. Sahənin üzərində mişar daşından inşa edilmiş, dam örtüyü olmayan, tikintialtı sahəsi S=147.3 m2 olan fərdi yaşayış evinin yarımçıq tikilisi mövcuddur. Torpaq sahəsi şimal-şərq və cənub-şərq tərəflərdən qonşu həyətyanılar ilə digər tərəflərdən yollarla həmsərhəddir. Torpaq sahəsinin cənub-şərq qonşusunun torpaq sahəsinə reyestr nömrəsi 304013028111 olan çıxarış, plan və ölçü sənədi verilmişdir. Şabran rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, vətandaş İddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsi ##.##.2003-ci ildə alarkən, Şabran rayonu Güləh kəndində daimi yaşayış yeri üzrə qeydiyyata alınmış, ##.##.2013-ci il tarixdə isə Şabran rayonu Güləh kəndindən qeydiyyatdan çıxaraq, Sumqayıt şəhəri, X4 qəsəbəsi X1 ev 2 mənzil 6 ünvanına daimi yaşayış yeri üzrə qeydiyyata alınmışdır və hal-hazırdada həmin ünvanda qeydiyyatdadir. Odur ki, vətandaş İddiaçı Şabran rayonu Ağbaş kəndində daimi yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Şabran rayonu Pirəbədil bələdiyyəsinin ##.##.2025-ci il tarixli, *** nömrəli məktubundan görünür ki, Dəvəçi rayonu Ağbaş bələdiyyəsinin ## ###### 2010-cu il tarixli iclas protokolunun ** saylı qərarı hal-hazırda qüvvədədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şabran (Dəvəçi) rayonu, Ağbaş Bələdiyyəsinin ## ###### 2010-cu il tarixli, ** saylı qərarı ilə iddiaçı İddiaçı satılmış Şabran (Dəvəçi) rayonu, Ağbaş kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Şabran (Dəvəçi) rayonu, Ağbaş Bələdiyyəsinin ## ###### 2010-cu il tarixli, ** saylı qərarı ilə ona satılmış 0.10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## #### 1979-cu il tarixdə anadan olmuş, hazırda iddia ərizəsində qeyd olunmuş ünvanda yaşayır. Dəvəçi rayonu, Ağbaş bələdiyyəsinin ## ###### 2010-cu il tarixli, ** saylı iclas protokolunun qərarı ilə ona bələdiyyənin alqı-satqı predmeti olan kənd altı torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikintisi məqəsədi ilə 0.10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin torpaq sahəsində tərəfindən fərdi yaşayış evi tikilmişdir. Sözügedən torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə cavabdeh * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. Cavabdehin onun mülkiyyət hüququnun qeydə alınmasından imtinası əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Şabran (Dəvəçi) rayon Ağbaş Bələdiyyəsinin ## ###### 2010-cu il tarixli, ** saylı qərarı ilə iddiaçıya satılmış 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Dəvəçi rayon Ağbaş Bələdiyyəsinin ## ###### 2010-cu il tarixli, ** saylı qərarı əsasında 0.10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəyəri Ağbaş Bələdiyyəsinin hesabına köçürülmüşdür. Halhazırda həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. İddiaçı ona ayrılmış 0.10 ha torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi yeganə arqument iddiaçıya bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinin, həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmaması olmuşdur. Cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti imtina məktubuna uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və planölçü sənədinin verilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan satılması mümkün olmadığından, alqısatqı predmeti ola bilmədiyindən, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, Ağbaş Bələdiyyəsinin ## ###### 2010-cu il tarixli ** saylı protokolunun ** saylı qərarı ilə iddiaçının adına 0,10 ha torpaq sahəsi ayrılmış, alqı-satqı aktı tərtib edilmiş, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz mövcud olmuşdur. Həmçinin, sözügedən torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən plan sənədi tərtib edilmiş, bələdiyyə və DT və XK-nin müvafiq rayon şöbəsi tərəfindən təsdiq eidlmiş, DT və XK tərəfindən torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilərək, reyestr kitabında uçota alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə tərəfindən verilmiş məktubun məzmununda iddiaçının adına torpaq sahəsinin satılması barədə qərarın hazırda qüvvədə olduğunu bildirmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə iddiaçıya məhz sözügedən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adına tərtib edilmiş torpaqayırma sənədlərinin əsilləri mövcud olsa da, arxiv məlumatlarında aşkar edilməmiş, torpaqayıran qurum tərəfindən isə torpaq sahəsinin satılması barədə qərarın qüvvədə olduğu bildirilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı torpaq sahəsinin 2003-cü ildən 2013-cü ilədək Şabran rayonu Güləh kəndində yaşayış yeri üzrə daimi qeydiyyatda olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, faktiki ölçüsü 0,1093 ha təşkil edir, iddiaçının faktiki istifdaəsində olmaqla, başqa şəxslərə məxsus olan torpaq sahələri ilə üst-üstə düşmür, kommunal xəttlərin mühafizə zonasına düşmür, metal hasarla və mişar daşı ilə hasarlanmış, üzərində fərdi yaşayış evi inşa eidlmiş, dam örtüyü bağlanılmamış, yarımçıq tikili formasındadır, bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir, TEKUİS-ə əsasən təyinatı kənd təsərrüfatı təyinatlı torpaq, uqodiyası yaşayış məntəqələri kimi qeyd edilmiş, qonşu torpaq sahələri və yol ilə həmsərhəd olmuş, qonşu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənəd məhz bələdiyyə qərarı olmuşdur, ortofoto görüntüsü də təqdim edilmişdir. Kollegiya sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı hissədə onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Həmçinin, qeyd edilməlidir ki, müvafiq torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, dəyişdirilməsi və ya geri çağırılması halı müəyyən edilməmiş, bu hal torpaqayıran qurum qismində müvafiq bələdiyyə tərəfindən təsdiq edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, sözügedən hüquqmüəyyənedici sənədlərin əsillərinin mövcud olduğundan, habelə torpaqayıran qurum tərəfindən həmin hal təsdiq edildiyindən, həmin sənədlərin arxiv nüsxəsinin aşkar edilməməsi halı idianın əsaslılığını təkzib edən hal kimi çıxış etməməlidir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları (hüquqmüəyyənedici sənədlərin əsillərin mövcud olması, bələdiyyə tərəfindən torpaqayırma sənədinin qüvvədə olması halını təsdiq etməsi, iddiaçının faktiki istifadəsində olması,həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə dair icazə alınması, evin yarımçqt inşa edilməsi, plan və ölçü sənədinin mövcud olması və s.) iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ yarandığını deməyə, başqa sözlə, iddianın əsaslılığını müəyyən etməyə imkan verir. Kollegiya mülkiyyət hüququnun qeydiyyatından alınmasından imtina olunması əsasları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən torpaq sahəsi üzərində bələdiyyə tərəfindən mülkiyyətində olan torpaq sahələrini istisna hallar olmadığı halda, ümumi qaydaya əsasən öz adına mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqla, hərrac və ya müsabiqələr vasitəsilə sata bilər. Bununla yanaşı, qanunvericiliyin tələbinə əsasən bələdiyyə tərəfindən həmin ərazidə daimi yaşayan və ya beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə öz adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan bilavasitə satmaq hüququna malik olmuşdur. İndiki halda işin müəyyən edilmiş halları əsasında torpaq sahəsinin satıldığı vaxtadək iddiaçının sözügedən ərazidə yaşayış yeri üzrə beş ildən artıq daimi qeydiyyatda olması halı müəyyən edildiyindən, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin satılması məhz bilavasitə qaydada hərracdan kənar satılması həyata keçirilmişdir. Belə olan halda kollegiya hesab edir ki, qanunvericiliyin tələbinə əsasən bələdiyyənin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, satılmasına dair məcburi şərt olmadığından, cavabdeh imtina və şikayətin dəlili kimi həmin hala istinad etməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, hazırki iş üzrə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı qanunla müəyyən edilmiş başqa əsaslar aşkar edilməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən və cavabdehin şikayətinin dəlilləri təkzib edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar