Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-298/2026 15.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Hacıyev Vahid Məcid oğlu və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik Hüquqi Şəxsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları JN-*** nömrəli KOD 30123028 seriyalı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Qusar rayon Suvacal kəndi ərazisində yerləşən 3.15 ha torpaq sahəsi Qusar rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***a/**** saylı qətnaməsinə əsasən İddiaçı Hüsey oğlunun mülkiyyətinə verilmişdir. Qusar rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan *-***a/**** saylı mülki iş üzrə qəbul edilmiş ##.##.2006-cı il tarixli qətnamə başqa şəxslər arasında olan tələb ilə əlaqədardır. Bu səbəbdən ##.##.2006-ci il tarixli qətnamənin və ya hər-hansı bir digər sənədin verilməsi qeyrimümkündür. Cavabdeh Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində JN-419 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, JN-0419 KOD ******** saylı dövlət aktına əsasən İddiaçı ayrılmış 3.15 hektar torpaq sahəsinin 2.87 hektar hissəsində qazıntı işləri aparılmış, digər 0.28 hektar hissəsindən isə əkin kimi istifadə olunur, torpaq sahəsinə verilmiş dövlət aktı elektron məlumat bazasında olan xəritə üzərində (DWG-də), TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında öz əksini tapmayaraq "31C, 35C, 34C, ЗЗС, 32C, 31 C” planşet nömrələri ilə qeydə alınmışdır. Torpaq sahəsi kommunikasiya xətlərinin qoruma zolağına düşmür (Yerquruluşu planından çıxarış əlavə olunmuşdur). Cavabdeh inzibati orqanın ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli imtina məktubun surətindən görünür ki, ərizəyə əlavə olunmuş JN-*** nömrəli (KOD 30123028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və qeydiyyatı Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsində aşkar edilməmişdir. Dövlət aktı elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Bundan əlavə 3.15 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində digər şəxslərə məxsus dövlət aktlarının nömrələri və cizgilərinin üzərinə düşür. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Qusar rayonu Suvacal kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı ayrılmış 3.15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən Cavabdeh tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2006-cı il tarixli *** nömrəli Torpağa mülkiyyət hüququna dair JN:419 KOD: 30123028 dövlət aktı ilə cizgidə göstərilən sərhəd daxilində Qusar rayon Suvacal kənd ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.15 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmçinin Qusar rayonu Xuray Bələdiyyəsi və Xuray kənd Inzibatı Ərazi dairəsi üzrə nümayəndəliyinin *** saylı ##.##.2021-ci il tarixli arayışı da təsdiq edir ki, Qusar rayonu Suvacal ərazisində 3.15 ha torpaq sahəsi iddiaçıya məxsusdur. Iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iddiaçıya məxsus 3.15 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış və plan - ölçü sənədinin verilməsi üçün cavabdeh idarəyə müraciət etdikdə, cavabdeh müraciətindən əsassız olaraq imtina etmişdir. Hesab edir ki, cavabdehin torpaq üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və plan-ölçu çizgisinin verilməsindən imtinası üçün gətirdiyi dəlillər tamamilə əsassızdır, qanunaziddir və bəhanədən başqa bır şey deyildir, qeyd edilən torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və həmin torpaq sahəsinin ayrılması digər dövlət orqanları ilə razılaşdırılmaqla aparılmışdır. Qanunvericiliyə əsasən bələdiyyə torpaqlarının ayrılmasına dair sənədləşmə işlərinin aparılması yerli özünüidarə orqanlarının səlahiyyətlərində olan bir məsələ olduğundan torpaq sahəsinin ayrılması üçün müraciət etmiş şəxs aidiyyəti inzibati orqan tərəfindən həmin sənədləşmənin aparılmasına görə məsuliyyət daşıya bilməz. Bu cür işlər üzrə artıq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe mövcuddur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən 3.15 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-*** nömrəli (KOD 30123028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və qeydiyyatı Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsində aşkar edilməmişdir. JN-*** nömrəli (KOD 30123028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Bundan əlavə 3.15 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində digər şəxslərə məxsus Dövlət Aktlarının nömrələri və cizgilərinin üzərinə düşür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN-419 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. JN-0419, KOD ******** saylı dövlət aktına əsasən İddiaçı ayrılmış 3.15 hektar torpaq sahəsinin 2.87 hektar hissəsində hal-hazırda qazıntı işləri aparılmışdır, digər 0.28 hektar hissəsindən isə əkin kimi istifadə olunur, torpaq sahəsinə verilmiş Dövlət aktı elektron məlumat bazasında olan xəritə üzərində (DWG-də), TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında öz əksini tapmayaraq "31 C, 35C, 34C, ЗЗС, 32C, 31 C” planşet nömrələri ilə qeydə alınmışdır. Bundan əlavə şəhadətnamənin verilməsinə əsas olmuş Qusar rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***a/**** saylı qətnaməsi ilə əlaqədar olaraq verilmiş sorğuya Qusar rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan *-***a/**** saylı mülki iş üzrə qəbul edilmiş ##.##.2006-cı il tarixli qətnamə başqa şəxslər arasında olan tələb ilə əlaqədardır. Bu səbəbdən ##.##.2006-ci il tarixli qətnamənin və ya hər-hansı bir digər sənədin verilməsi qeyrimümkündür. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını məhkəmə mötəbər sənəd qismində qəbul etmir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müvafiq sənədlərin tərtib edilməsi, qeydiyyata alınması, arxivləşdirilməsi və təhvil verilməsi məhz müvafiq səlahiyyətli qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, onun mövcud olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, onun konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Başqa sözlə, fiziki şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, müvafiq Şəhadətnamənin qeydə alınmaması iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından cavabdeh inzibati orqanın imtinasının dəlili kimi şəhadətnamənin elektron məlumat bazsında olan xəritə üzərində öz əksini tapmaması heç bir dəlilə əsaslanmamaqla, ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuşdur. Indiki halda aşağıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən mənim adıma torpaq sahəsinin ayrılmasına dair sənədlər daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış edir. Mənim sözügedən torpaq sahəsinə dair alğı-satqı müqaviləsinə mülkiyyət hüququm Şəhadətnamə əsasında yaranmış, habelə mövcud olan hüququn qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmasından imtina üçün əsaslar müəyyən edilməmişdir. Şəhadətnamə bu gün də qüvvədədir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Iddiaçı həmçinin izahatında mübahisəsi gedən torpaq sahsini kənd sakinlərindən aldığını, aralarında müqavilə olub-olmadığını, Qusar rayon məhkəməsində hər hansı çəkişmənin olubolmamasını xatırlamadığını izah etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar (---) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (...) Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Qusar rayon Suvacal kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı ayrılmış 3.15 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh orqanın mövqeyinə əsasən dövlət aktının arxiv nüsxəsi aşkarlanmamış, elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamış, 3.15 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində digər şəxslərə məxsus dövlət aktlarının nömrələri və cizgilərinin üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işin hallarından müəyyən edilir ki, iddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi ##.##.2006-cı il tarixli JN-*** nömrəli (KOD 30123028) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın verilməsi üçün əsas Qusar rayon Məhkəməsinin *-***/a/**** saylı ##.##.2006-cı il tarixli qətnaməsi göstərilmişdir. hansı ki, məhkəmə tərəfindən verilmiş sorğular nəticəsində həmin qətnamələrin mövcud olmadığı, Qusar rayon Məhkəməsinin arxiv və statistik kartoçkalarında qeydə alınmadığı müəyyən edilmşdir. Məhkəmənin arxiv arayışına əsasən həmin tarix və nömrə ilə bağlı təqdim edilən məlumatların başqa şəxslər arasında olan mübahisəyə aid olduğu müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə sübuta yetirilir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim olunmuş həmin dövlət aktının nə arxiv nüsxəsi, nə də onun verilməsinə əsas olmuş ilkin sənədlər müvafiq dövlət orqanlarında aşkar edilməmişdir. Eyni zamanda, cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan dövlət aktı dövlət torpaq kadastrı və elektron informasiya sistemlərində, o cümlədən torpaqların elektron kadastr uçotu bazalarında öz əksini tapmamış, əksinə, iddia edilən torpaq sahəsinin koordinatları və sərhədləri digər şəxslərə məxsus, dövlət qeydiyyatından keçmiş torpaq sahələri ilə üst-üstə düşmüşdür. Bu hal isə hüquqların dövlət qeydiyyatının aparılmasının mümkünlüyünü istisna edən mühüm hüquqi maneə kimi qiymətləndirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə görə, hüquqların dövlət qeydiyyatı zamanı təqdim edilən sənədlərin həqiqiliyi, hüquqi qüvvəsi, dövlət reyestrində mövcud məlumatlarla uyğunluğu və bəyan olunan hüquqlarla artıq qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olub-olmaması yoxlanılmalıdır. Qanunun bu imperativ tələbləri hüquqların dövlət qeydiyyatının hüquqi müəyyənlik və etibarlılıq prinsipləri əsasında aparılmasını təmin etməyə yönəlmişdir. Hazırkı işdə isə iddiaçı tərəfindən təqdim olunmuş sənəd qeyd olunan tələblərə cavab vermir. Belə ki, həmin sənədin rəsmi mənbələrdə mövcudluğunun təsdiq edilməməsi, ona əsas olmuş sənədlərin aşkar olunmaması, eləcə də torpaq sahəsinin digər şəxslərin qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşməsi faktı iddiaçının bəyan etdiyi hüququn real və hüquqi baxımdan mövcud olmadığını göstərir. Bu baxımdan, cavabdeh inzibati orqanın mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuş, birinci instansiya məhkəməsi də həmin imtinanı qanuni və əsaslı hesab etməkdə haqlı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə iş üzrə müəyyən edilmiş halları təkzib etmir, yeni hüquqi və ya faktiki əsaslar ortaya qoymur və yalnız iddiaçının əvvəlki mövqeyinin təkrarından ibarətdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.