Məhkəmə qərarları › İş №2-1(3-8)-3/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-3/2026

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-3/2026 25.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2-1(118)-5037/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1ində yerləşən tikinti təyinatlı obyektinin Çinartala bələdiyyəsi tərəfindən təyinatı məlum olmayan obyekt kimi tanıması və FHN-in həmin obyektin ikinci mərtəbəsinin sökülməsi barədə qəbul etdiyi qərar ilə bağlı qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2025-ci il tarixli, 0010 nömrəli “Tikinti obyektinin sökülməsi barədə” qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində iddiaçının tikinti obyekti var və həmin obyektə dair Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən çıxarışı almışdır. Belə ki, iddiaçı həmin obyektin 1-ci mərtəbəsinin inşasın başa vurduqdan bir müddət sonra ikinci mərtəbənin inşasına başlamış və bununla bağlı Xaçmaz Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə müraciət etmişdir, lakin bütün bunlara baxmayaraq, iddiaçının obyektində ilk öncə tikintinin ikinci mərtəbəsinin inşasına başladıqda tikintinin dayandırılması, sonra isə obyektin ikinci mərtəbəsinin sökülməsi barədə qərar qəbul edilmişdir. Bütün bunlara əsasən, hesab edir ki, hüquqların dövlət reyestrində qeydiyyata alınmaması üçün Azərbaycan Respublikasının “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” da qanunun 14-15 maddəsində nəzərdə tutulan hallar iddiaçının işi üzrə müəyyən edilməmişdir. İddiaçı hesab edir ki, Xaçmaz rayon Çinartala bələdiyyəsinin istifadə etdiyi obyektin təyinat məlum olmayan obyekt olaraq tanıması və Azərbaycan Respublikası FHN-in həmin obyektin ikinci mərtəbəsinin sökülməsi barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 43,70 kv.metr olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ X4 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 257,50 kv.metr olan qeyri-yaşayış binasına xüsusi mülkiyyət hüququ X5 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 257,50 kv.metr olan qeyri-yaşayış binasına xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, **********09-06301 reyestr nömrəli texniki pasportdan görünür ki, ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış binasına dair tərtib edilmişdir. X7 ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş LayihəKonstruktor və Texnoloji İstitutu arasında xx.xx.2023cü il tarixdə, 7602 nömrəli texniki müayinə işlərinin aparılması barədə müqavilə bağlanmışdır. Müqavilə qiymətinin razılaşdırma protokoluna əsasən müqavələnin qiyməti razılaşdırılmışdır. X7 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş LayihəKonstruktor və Texnoloji İstitutu tərəfindən imzalanmış təhvil-təslim aktından görünür ki, elmi-texniki, layihə məhsulu xx.xx.2023-cü il tarixli, 7602 saylı müqavilənin şərtlərinə müvafiq yerinə yetirilmişdir. xx.xx.2024-cü il tarixli, 07/Ə nömrəli icazədən görünür ki, Tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstrusiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndiskommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktarn təqdim edilməsi baxımından müayinənin nəticəsinə dair istismara hazır olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 aprel 2024-cü il tarixli, 01557 nömrəli rəyi nəzərə alınaraq istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Tikinti işlərinin dayandırılması barədə 0811 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, tikinti obyektinin ünvanı və təyinatı Xaçmaz rayonu, Çinartala kəndində yerləşən iaşə obyekti (avto yuma) qeyd edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Tikinti obyektinin sökülməsi barədə 0010 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, tikinti obyektinin ünvanı və təyinatı Xaçmaz rayonu, Çinartala bələdiyyəsi, Palçıqoba kəndində təyinatı məlum olmayan tikinti obyekt qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2-1(118)-5037/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2025-ci il tarixli, 0010 nömrəli “Tikinti obyektinin sökülməsi barədə” qərarı ləğv edilmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Tikinti işlərinin dayandırılması barədə 0811 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, pozuntuların aradan qaldırılması üçün göstəriş xanasında Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektin tikintisinə icazə, yaxud məlumatlandırma icraatı ilə bağlı müvafiq sənədlərin Agentliyə təqdim edilməsi xahiş edilmişdir. Hansı ki bu qərardan sonra da hazırki işin predmetini təşkil edən qərar qəbul edilmişdir. Xaçmaz rayon icra hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 07/Ə nömrəli icazə sənədindən görünür ki, tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstrusiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinənin nəticəsinə dair istismara hazır olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 aprel 2024-cü il tarixli, 01557 nömrəli rəyi nəzərə alınaraq istismarına icazə verilmişdir. Belə olan halda mübahisələndirilən qərarın qəbul edilməsinə əsas aradan qalxmış olur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti çərçivəsində ünvan 1ində yerləşən torpaq sahəsində X4 qeyri-yaşayış obyektini qanunsuz inşa etməsi faktı aşkarlanmışdır. Bununla əlaqədar Tikintidə X2 Agentliyi tərəfindən müvafiq araşdırmalar aparılmışdır.Araşdırma zamanı müəyyən olunmuşdur ki, Nazilə Nəcəfova özünə məxsus mövcud 1 mərtəbəli qeyriyaşayış obyektinin üzərində qanunvericiliyin tələblərini pozmaqla qeyri-yaşayış obyektinin 2-ci mərtəbəsini inşa etmişdir. Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 20 sentyabr 2023-cü il tarixli, 0811 saylı Qərar verilmişdir. X10 tərəfindən qanunsuz tikinti işləri davam etdirilmişdir. Məhkəmə tərəfindən tədqiq edilən sübutlarda göstərilmişdir ki, sözügedən qeyri- yaşayış obyekti 25 aprel 2024-cü il tarixində Nazilə Nəcəfovanın, 14 iyun 2024-cü ildə Ülviyyə Əliyevanın, 25 oktyabr 2024-cü il tarixində isə İddiaçı adına rəsmiləşdirilərək çıxarış alınmışdır. Tərəfimizdən müəyyən edilmişdir ki, iş üzrə İddiaçı, X6 adından 23 noyabr 2023-cü il tarixində ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Prezidentinin 2181 nömrəli 14 iyun 2023-cü il tarixli Fərmanına əsasən mövcud 1 mərtəbəli, 263.24 kv.metr qeyri yaşayış binasının müayinə edilməsinə habelə istismara icazə verilməsinə dair müvafiq işlərin görülməsini xahiş etmişdir. Alınmış müvafiq müsbət rəylərdən sonra Xaçmaz rayon İcra Hakimiyyətinin 15 may 2024-cü il tarixli 07/Ə nömrəli “İcazəs”i ilə sifarişçi Ülviyyə Əliyevaya 2023-cü ilin iyunun 1-dək tikinti-qurqşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı 1 mərtəbəli ümumi sahəsi 257.52 kv.metr olan binanın istismarına icazə verilımişdir. Həmin 257.52 kv.metr olan qeyri-yaşayış obyektinin üstündə tikilən 2-ci mərtəbənin isə heç bir icazəverici sənədləri yoxdur və bu qanunsuz tikilidir. Ərizəçinin Agentliyə ünvanladığı ərizədən və İstismara icazədən də görünür ki, 1 mərtəbəli qeyri - yaşayış obyektinin üzərində tikilən 2- ci mərtəbə yeni inşa edilmiş özbaşına tikilidir. Bundan sonra, Agentlik tərəfindən yan divarların inşası başa çatmış tikinti obyektinin 2-ci mərtəbəsinin sökülməsi ilə bağlı 24 fevral 2025-ci il tarixli, 0010 saylı Qərar verilmişdir. Qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2-1 (118)-5037/2025 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, Agentliyin 24 fevral 2025-ci il tarixli, 0010 saylı qərarı ləğv edilmişdir. Məhkəmə tərəfindən rəsmi qaydada Agentliyə məhkəmə hazılıq və baxış iclasları barədə heç bir bildiriş daxil olmamışdır, yekun məhkəmə qərarı da 03 dekabr 2025-ci il tarixdə poçt vasitəsilə səhvən Xaşmaz şəhəri, Heydər Əliyev prospekti 9A ünvanına göndərilmişdir. Hansı ki, Tikintidə X2 Agentliyinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4raz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 92. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 92.4.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. 92.5. Tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 iş günü müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. 92.6. Tikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. 92.7. Tikinti işləri bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən dayandırıldığı hallarda sifarişçiyə (podratçıya) yalnız dayandırılma barədə qərarda müəyyən edilən pozuntuların aradan qaldırılması ilə bağlı işlərin yerinə yetirilməsinə yol verilir. 92.8. Sifarişçi (podratçı) bu Məcəllənin 92.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirdiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuları aradan qaldırdığı barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur. Belə olduqda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və bu barədə müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) yazılı məlumat verir. Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva edir. Bu maddənin birinci cümləsində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması haqda yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verilmədikdə tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab edilir. 92.9. Yazılı göstəriş və tikinti işlərinin dayandırılması barədə qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 92.10. Tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ : Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin 24 fevral 2025-ci il tarixli, 0010 nömrəli “Tikinti obyektinin sökülməsi barədə” qərarının qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş və mübahisələndirilən inzibati akt ləğv edilmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşaraq aşağıdakı hüquqi mövqeni bildirir. Belə ki, iş materiallarından müəyyən edilir ki, ünvan 1ində yerləşən qeyri-yaşayış təyinatlı tikinti obyektinə münasibətdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 15 may 2024-cü il tarixli, 07/Ə nömrəli istismara icazə sənədi verilmişdir. Həmin icazə sənədi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlı olmasını, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsini, habelə mühəndiskommunikasiya təminatı şəbəkələrinin istismara hazırlığını təsdiq edən müvafiq rəylər əsasında verilmişdir. Bu xüsusda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 aprel 2024-cü il tarixli, 01557 nömrəli rəyi də nəzərə alınmışdır. Məhkəmə kollegiyası işin faktiki hallarının dəqiqləşdirilməsi məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinə sorğu göndərmiş və mübahisəli tikinti obyektinin ikinci mərtəbəsinin inşası üçün hər hansı icazə sənədinin verilib-verilməməsi, həmin hissə üzrə istismara qəbul aktının mövcudluğu və bu aktın obyektin hansı hissəsinə aid olması barədə məlumatların təqdim edilməsini tələb etmişdir. Xaçmaz Rayon İcra Hakimiyyətinin cavab məktubundan görünür ki, mübahisəli tikili Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanının icrası çərçivəsində sənədləşdirilmişdir. Həmin Fərmana əsasən 2023-cü ilin 1 iyun tarixinədək tikintisi başa çatmış müəyyən qeyri-yaşayış obyektlərinin sadələşdirilmiş qaydada sənədləşdirilməsinə və istismara qəbuluna imkan verilmişdir. Bu prosedura uyğun olaraq 291,88 kv.metr sahəsi olan bir mərtəbəli qeyri-yaşayış obyektinin istismara qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda, bildirilmişdir ki, həmin inzibati prosedur başa çatdıqdan sonra vətəndaş tərəfindən mövcud bir mərtəbəli tikilinin üzərində əlavə olaraq ikinci mərtəbənin tikinti işləri aparılmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən əvvəlcə 20 sentyabr 2023-cü il tarixli, 0811 nömrəli qərarla tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilmiş, daha sonra isə 24 fevral 2025-ci il tarixli qərarla tikinti obyektinin ikinci mərtəbəsinin sökülməsi barədə qərar verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tikinti işlərinin dayandırılması barədə 20 sentyabr 2023-cü il tarixli qərar tikinti obyektinin birinci mərtəbəsinin inşası aparıldığı dövrdə qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsinə səbəb olan halların mahiyyəti ondan ibarət olmuşdur ki, tikinti işlərinin aparılması ilə bağlı müvafiq sənədlərin təqdim edilməsi və qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi tələb edilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, həmin qərarın qəbul edilməsinə səbəb olmuş hallar sonradan aradan qaldırılmışdır. Belə ki, tikinti obyektinin layihə və texniki vəziyyəti aidiyyəti dövlət orqanları tərəfindən yoxlanılmış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq rəy verilmiş və nəticədə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 15 may 2024-cü il tarixli, 07/Ə nömrəli qərarı ilə bir mərtəbəli qeyriyaşayış obyektinin istismarına icazə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci mərtəbəyə münasibətdə tikinti obyektinin istismara qəbul edilməsi faktı tikinti işlərinin dayandırılması barədə qərarın qəbul edilməsinə səbəb olmuş halların aradan qaldırıldığını və həmin qərarın hüquqi əsaslarının faktiki olaraq aradan qalxdığını göstərir. Başqa sözlə, dayandırma qərarının tətbiqinə əsas verən hüquqi və faktiki hallar aradan qaldırıldıqdan sonra həmin qərarın hüquqi nəticələrinin davam etməsi mümkün deyildir. Bununla yanaşı, iş materiallarından görünür ki, sonradan tikinti obyektinin ikinci mərtəbəsinin inşasına başlanmışdır. Lakin ikinci mərtəbənin tikintisi ilə bağlı aşkar edilmiş hallara münasibətdə cavabdeh inzibati orqan tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsində nəzərdə tutulmuş yeni inzibati prosedur həyata keçirilməmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə tikinti işlərində pozuntu aşkar edildiyi hallarda inzibati orqan tərəfindən ilk növbədə həmin pozuntunun aradan qaldırılması barədə yazılı göstəriş verilməli, pozuntunun aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilməli və yalnız bu müddət ərzində pozuntu aradan qaldırılmadıqda tikinti işlərinin dayandırılması və ya digər tədbirlərin görülməsi mümkün olmalıdır. Eyni zamanda Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.2-ci maddəsinə əsasən tikintiyə icazə alınmadan tikinti aparıldığı hallarda tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay müddətində tikintiyə icazə alınmadıqda tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli vəziyyətdə cavabdeh inzibati orqan tərəfindən ikinci mərtəbənin tikintisi ilə bağlı yeni pozuntu müəyyən edildiyi halda həmin pozuntu üzrə ayrıca inzibati icraat aparılmamış, tikinti işlərinin dayandırılması barədə yeni qərar qəbul edilməmiş və qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddət mexanizmi tətbiq edilməmişdir. Başqa sözlə, cavabdeh inzibati orqan tərəfindən birinci mərtəbəyə münasibətdə qəbul edilmiş və sonradan hüquqi əsasları aradan qalxmış dayandırma qərarının nəticələri faktiki olaraq ikinci mərtəbənin tikintisinə də şamil edilmiş və bu əsasla birbaşa söküntü qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu yanaşma Şəhərsalma və Tikinti Məcəlləsinin 92 və 95-ci maddələrində nəzərdə tutulmuş inzibati prosedurun mahiyyətinə və ardıcıllığına uyğun deyildir. Qanunvericilik tikinti obyektinin sökülməsi kimi ağır hüquqi nəticəyə gətirib çıxaran tədbirin tətbiqindən əvvəl müəyyən edilmiş mərhələli mexanizmin həyata keçirilməsini tələb edir. Belə ki, qanunverici əvvəlcə pozuntunun aradan qaldırılması üçün imkan yaradılmasını, daha sonra isə yalnız həmin imkanlardan istifadə edilmədiyi halda daha sərt tədbirlərin görülməsini nəzərdə tutmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli, 0010 nömrəli qərar qanunvericilikdə nəzərdə tutulmuş inzibati prosedurun və müddət mexanizminin tam şəkildə tətbiq edilməməsi şəraitində qəbul edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, tikinti obyektinin sökülməsi kimi tədbir hüquqi mahiyyətinə görə ən ağır inzibati müdaxilə vasitələrindən biridir və belə tədbirin tətbiqi yalnız qanunvericilikdə nəzərdə tutulmuş ardıcıl mexanizmlər həyata keçirildikdən sonra mümkün ola bilər. Mövcud halda isə tikinti obyektinin ikinci mərtəbəsi ilə bağlı ayrıca inzibati icraat aparılmadan və müvafiq hüquqi prosedurlar tətbiq edilmədən birbaşa söküntü qərarının qəbul edilməsi inzibati orqanın səlahiyyətlərini həyata keçirərkən qanunla müəyyən edilmiş qaydaya riayət etmədiyini göstərir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisələndirilən inzibati akt qəbul edilərkən tətbiq edilməli hüquq normalarının tələbləri tam nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi isə iş üzrə faktiki halları düzgün müəyyən etmiş və həmin hallara uyğun olaraq hüquqi qiymət vermişdir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətrinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2-1(118)-5037/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar