Məhkəmə qərarları › İş №2-1(3-8)-300/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-300/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-300/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı, Iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI:

1. Xaçmaz rayonu Icra Hakimiyyəti Başçısının ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamına əsasən X1 Mərkəzi Rayon Xəstəxanasının ərazisindən xəstələrə mədəni-ticarət xidməti göstərmək məqsədilə 150 kv.m. torpaq sahəsində tikinti işlərinin aparılmasına və obyektin ön hissəsindəki 180 kv.m. torpaq sahəsində yüngül konstruksiyalı talvar quraşdırılaraq istifadəsinə icazə verilməsi qərara alınmışdır.

2. Xaçmaz rayonu Icra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamından görünür ki, iddiaçı Xaçmaz RIHB-nin ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamı ilə X1 ayrılmış Xaçmaz rayonu, N.Nərimanov küçəsində yerləşən 360 kv.m. torpaq sahəsinin özünün adına keçirilməsi ilə bağlı RIH-ə müraciət etmiş, iddiaçının və Zakir Hüseynovun ərizələri əsasında həmin sərəncamda qismən dəyişiklik edilərək 360 kv.m. torpaq sahəsinin iddiaçıya fərdi ticarət obyektinin tikintisi üçün ayrılması qərara alınmışdır.

3. Daha sonra Xaçmaz bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarında iddiaçıya bələdiyyənin ehtiyat fondu torpaqlarından Xaçmaz rayonu, N.Nərimanov küçəsində yerləşən 360 kv.m. torpaq sahəsinin ayrılması göstərilmiş, bununla bağlı iddiaçı ilə bələdiyyənin nümayəndəsi arasında ##.##.2005-ci il tarixdə “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir.

4. Eyni 360 kv.m. torpaq sahəsinin iddiaçıya ayrılması barədə Xaçmaz bələdiyyəsi tərəfindən qəbul edildiyi göstərilən ## ###### 2008-ci il tarixli, ** nömrəli qərar da iş materiallarında mövcuddur.

5. Qeyd olunan 360 kv.m. torpaq sahəsinə dair iddiaçının adına ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən ##.##.2008-ci il tarixdə A seriyalı, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, həmin sənədin verilməsinə əsas kimi Xaçmaz bələdiyyəsinin ## ###### 2008-ci il tarixli, ** nömrəli qərarı göstərilmişdir.

6. Iddiaçı İddiaçı Xaçmaz rayonu, N.Nərimanov küçəsində yerləşən 360 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair ərizə ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmişdir.

7. Inzibati orqan ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı ilkin torpaqayırma sənədlərində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, 360 kv.m. torpaq sahəsinin Xaçmaz bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı əsasında satıldığı göstərilsə də, ərizəyə əlavə olunmuş, ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş ************** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində həmin torpaq sahəsinin Xaçmaz bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı əsasında satıldığı qeyd edilmişdir. Bundan əlavə, sahibkarlıq fəaliyyəti üçün ayrılmış 360 kv.m. torpaq sahəsi AzKAD və X8 X9 (TEKUIS) dövlət mülkiyyəti kimi göstərilmişdir.

8. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 360 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz bələdiyyəsinin ## ##### 2005-ci il tarixli, ** nömrəli qərarına əsasən sahibkarlıq məqsədi ilə Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 360 kv.m. torpaq sahəsi ona satılmış və ## ###### 2005-ci il tarixli “Torpaqların alqısatqısına dair” aktla Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində qeydə alınmışdır. Eyni zamanda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin Xaçmaz bələdiyyəsinə ünvanladığı ##.##.2005-ci il tarixli, ***/* nömrəli rəydə həmin torpaq sahəsinin Xaçmaz bələdiyyəsinin şəhərdaxili torpaq fonduna aid olduğu və satışının qanuna uyğun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində isə torpaq sahəsinin Xaçmaz bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə fərdi ticarət obyektinin tikintisi üçün verildiyi qeyd edilmişdir. Iddiaçı hesab edir ki, həmin sənəddə bələdiyyə qərarının tarixi düzgün göstərilməmişdir. Bundan əlavə, həmin sənəddə torpaq sahəsinin ##.##.2008-ci il tarixdə 3179 nömrə ilə X3 kitabında uçota alındığı göstərilmişdir. Xaçmaz bələdiyyəsinin ##.##.2024-cü il tarixli, *** nömrəli arayışında da torpaq sahəsinin ## ###### 2005-ci il tarixli, **** reyestr nömrəli “Torpaqların alqı-satqısı” akt kitabında qeydiyyatdan keçdiyi və ona fərdi ticarət obyekti tikmək üçün Xaçmaz şəhəri, N.Nərimanov küçəsində 360 kv.m. torpaq sahəsi verildiyi təsdiq edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair müraciətinə imtina cavabı vermişdir.

10. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.

11. Sumqayıt Inzibati Məhkəməsi tərəfindən “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsi prosessual hüquqi varis kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya ayrılmış Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 360 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmaqla adına çıxarış və planölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva).

13. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı əsasında iddiaçıya sahibkarlıq məqsədilə satılmış, həmin satışa ləğv edilmiş DT və XK-nın Xaçmaz rayon şöbəsinin ##.##.2005-ci il tarixli, **/* nömrəli rəyi ilə etiraz edilməmişdir. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən həmin dövrdə qüvvədə olan "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun tələblərinə uyğun olaraq bilavasitə iddiaçıya satılmışdır. Torpaq sahəsinin satılması barədə qərar və alqı-satqı aktının etibarsız hesab edilməsi və ya ləğv olunması müəyyən edilməmiş, əksinə, iş materiallarında olan arxiv sənədləri və bələdiyyənin arayışı ilə həmin torpaq sahəsinin iddiaçıya verilməsi təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçıya ayrılmış 360 kv.m torpaq sahəsinə dair hər hansı mübahisə və ya üst-üstə düşmə halı mövcud deyildir. Buna görə də məhkəmə cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasını qanunsuz və əsassız hesab etmişdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində mübahisələndirilən sahibkarlıq fəaliyyəti üçün ayrılmış 360 kv.m. torpaq sahəsi AzKAD və X8 X9 (TEKUIS) dövlət mülkiyyəti kimi göstərilmişdir. Bu səbəbdən, Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Bununla əlaqədar birinci instansiya məhkəməsinə vəsatət verilsə də, məhkəmə həmin vəsatətə münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Iddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, torpaq sahəsi Xaçmaz RIHB-nin 2005-ci il tarixli sərəncamı ilə ona ayrılmış, daha sonra Xaçmaz bələdiyyəsinin 2005-ci il tarixli qərarı ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsi ilə bağlı onun xəbəri olmadan bələdiyyə tərəfindən alqı-satqı əməliyyatı aparıldığından 2008-ci ildə həmin sahə barəsində bələdiyyə ilə yenidən alqı-satqı müqaviləsi bağlanmışdır. Iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi ilkin olaraq 1997-ci ildə icra hakimiyyəti tərəfindən Zakir adlı şəxsə ayrılmış, sonradan isə icra hakimiyyətinin 2005-ci il tarixli sərəncamı ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Torpaq sahəsinin alqı-satqısına dair sənədlər 2005-ci ildə rəsmiləşdirilmiş, həmin vaxt mövcud sənədlər toplanılaraq bələdiyyəyə müraciət edilmiş, müəyyən olunmuş ödəniş həyata keçirildikdən sonra torpaq sahəsi bələdiyyədən alınmışdır. Torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyekti İddiaçı tərəfindən onun həyat yoldaşı X5 bağışlanmışdır. Hazırda torpaq sahəsi faktiki istifadələrindədir. Iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 88. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) hüquq keçərkən torpaq sahəsinə hüquqların keçməsi

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ...

22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

23. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

24. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

26. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Inzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri baxımından işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normalarına düzgün hüquqi qiymət verilməmişdir.

27. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

28. Hazırkı mübahisənin predmetini cavabdehin Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 360 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. Iddiaçının hüquqi məqsədi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına və təsdiq edilməsinə nail olmaqdan ibarətdir.

29. Iddiaçı tələbinin əsası kimi Xaçmaz bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarına istinad edərək iddia olunan torpaq sahəsinin həmin qərarla ona ayrıldığını bildirir.

30. Işin yuxarıda qeyd olunan hallarından müəyyən edildiyi kimi Xaçmaz RIHB-nin ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamı ilə mübahisəli torpaq sahəsi ilkin olaraq Zakir Hüseynovun istifadəsinə verilmiş, sonradan isə Zakir Hüseynovun razılıq ərizəsi əsasında Xaçmaz RIHB-nin ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamı ilə həmin sərəncamda qismən dəyişiklik edilərək 360 kv.m. torpaq sahəsinin fərdi ticarət obyektinin tikintisi üçün iddiaçıya ayrılması nəzərdə tutulmuşdur.

31. Iddiaçının təqdim etdiyi sənədlərə əsasən daha sonra həmin torpaq sahəsinin iddiaçıya ayrılması barədə Xaçmaz bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı qəbul edilmiş, ##.##.2008-ci il tarixli plan-ölçü sənədində isə torpağın ayrılması əsası kimi həmin 2005ci il tarixli qərara deyil, Xaçmaz bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarına istinad edilmişdir.

32. Həmin plan-ölçü sənədinin tərtib edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən məhkəməyə Xaçmaz bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı, torpaq sahəsinə dair 2008-ci il tarixli alqı-satqı aktı və digər sənədlər təqdim edilmişdir.

33. Iddiaçı isə məhkəmə iclasındakı izahatında torpaq sahəsinin ona Xaçmaz bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə ayrıldığını bildirmiş, 2008-ci il tarixli qərarda olan imzanın ona məxsus olmadığını qeyd etmiş, bu qərarın mövcudluğunu isə torpaq sahəsi barəsində onun məlumatı olmadan alqı-satqı əməliyyatı aparıldığından bələdiyyə ilə onun arasında 2008-ci ildə yenidən alqı-satqı müqaviləsi bağlanması ilə izah etmişdir.

34. Cavabdehin imtina məktubunun və apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iki istiqamətdə ümumiləşdirilə bilər: 1) torpaq sahəsinin Xaçmaz bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı əsasında satıldığı göstərilsə də, ərizəyə əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində həmin torpaq sahəsinin bələdiyyənin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı əsasında satıldığının qeyd edilməsi; 2) mübahisəli torpaq sahəsinin AzKAD və X8 X9 (TEKUIS) dövlət mülkiyyətində olan torpaq sahəsi kimi uçota alınması.

35. Birinci instansiya məhkəməsi bələdiyyə qərarları ilə bağlı Xaçmaz bələdiyyəsinin və Xaçmaz Rayon Dövlət Arxivinin cavab məktubları arasında ziddiyyətlərin mövcud olmasına baxmayaraq, həmin ziddiyyətlərin səbəbini aydınlaşdırmadan, bələdiyyə qərarlarının mötəbərliyi istiqamətində zəruri araşdırma aparmadan iddiaçının təqdim etdiyi Xaçmaz bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarını hazırkı iddia üzrə hüquqmüəyyənedici sənəd qismində qəbul etmiş və cavabdehin imtinasını əsassız sayaraq iddianı təmin etmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

37. Işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların hərtərəfli araşdırılması məqsədilə aidiyyəti orqanlara sorğular verilmiş, həmin sorğuların cavabları əsasında iddia ərizəsində göstərilən halların öz təsdiqini tapmadığı, Xaçmaz bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarının iddiaçının istinad etdiyi məzmunda mötəbər hüquqmüəyyənedici sənəd kimi təsdiqlənmədiyi müəyyən edilmişdir.

38. Belə ki, bələdiyyənin 2005-ci və 2008-ci il tarixli qərarları ilə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Xaçmaz Rayon Dövlət Arxivi ##.##.2024-cü il tarixli məktubunda həmin qərarlarla iddiaçıya torpaq sahəsinin ayrılmadığını bildirmiş, Xaçmaz bələdiyyəsi isə eyni məzmunlu sorğuya ##.##.2024-cü il tarixli cavabında həmin bələdiyyə qərarlarının və həmin illərdə bələdiyyə tərəfindən qəbul edilmiş digər qərar və torpaqayırma sənədlərinin Xaçmaz Rayon Dövlət Arxivinə təhvil verildiyini qeyd etmişdir.

39. Göründüyü kimi bələdiyyə və arxiv orqanı bir-birinə ziddiyyətli cavablar vermişdir.

40. Bu baxımdan, məhkəmə kollegiyası tərəfindən Xaçmaz bələdiyyəsinin ##.##.2005ci il tarixli, ** nömrəli və ##.##.2008-ci il tarixli, ** nömrəli iclas protokollarının təqdim edilməsi üçün aidiyyəti orqanlara sorğular verilmiş, Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən həmin protokollar məhkəməyə təqdim edilmişdir.

41. Bələdiyyənin ##.##.2005-ci il tarixli, ** nömrəli iclas protokolundan görünür ki, iclasın gündəliyinə 2 məsələ daxil edilmişdir: 1) maddi yardım almaq üçün verilmiş ərizələrə baxılması; 2) fərdi yaşayış və kommersiya obyektlərinin inşası məqsədilə torpaq sahəsi almaq barədə verilmiş ərizələrə baxılması.

42. Protokoldan görünür ki, ikinci məsələ üzrə 27 nəfər şəxsə kommersiya obyektinin inşası üçün, 79 nəfər şəxsə isə yaşayış evinin inşası üçün torpaq sahələri ayrılmışdır. Protokolda torpaq sahəsi ayrılmış şəxslərin hər birinin adı, soyadı və atasının adı göstərilmiş, həmin şəxslər sırasında iddiaçının məlumatları aşkar edilməmişdir.

43. Xaçmaz bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli iclas protokolundan isə görünür ki, həmin iclasın gündəliyinə, ümumiyyətlə, vətəndaşlara torpaq sahəsi ayrılması barədə məsələ daxil edilməmiş, iclasın gündəliyi yalnız bir məsələdən - maddi yardım almaq üçün verilmiş ərizələrə baxılmasından ibarət olmuşdur.

44. Beləliklə, Xaçmaz bələdiyyəsinin nə ##.##.2005-ci il tarixli, ** nömrəli, nə də ##.##.2008-ci il tarixli, ** nömrəli iclas protokolları ilə iddiaçıya torpaq sahəsinin ayrılması barədə məsələ müzakirə edilməmiş və bu barədə qərar qəbul olunmamışdır.

45. Bu hallardan göründüyü kimi, iddiaçı öz tələbinin əsası olaraq Xaçmaz bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə ona torpaq sahəsi ayrıldığını bildirsə də, kollegiya tərəfindən aparılmış araşdırma nəticəsində həmin tarixli iclas protokolunda iddiaçıya torpaq sahəsi ayrılmasına dair hər hansı qərarın mövcud olmadığı müəyyən edilmişdir.

46. Sadalananları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarında göstərildiyi iddia olunan məlumatların həqiqiliyi, yəni həmin tarixdə iddiaçıya 360 kv.m. torpaq sahəsinin ayrılması — məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından cavabdehin imtinası bu hissədə əsaslıdır.

47. Kollegiya Xaçmaz rayonu Icra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamına münasibətdə qeyd edir ki, həmin sərəncam da iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müstəqil hüquqmüəyyənedici sənəd qismində qəbul edilə bilməz.

48. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində yalnız qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və ya bələdiyyə orqanı tərəfindən müvafiq əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar çıxış edə bilər. Buna görə də istinad edilən inzibati aktın məzmunu məhz tələb olunan hüququn hazırkı işdə mülkiyyət hüququnun yaranmasını təsdiq etməlidir.

49. Iddiaçının istinad etdiyi ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamda torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından iddiaçıya mülkiyyətə verilməsi və ya başqa formada özgəninkiləşdirilməsi müəyyən edilməmişdir. Həmin sərəncamın məzmunundan görünür ki, əvvəlki sərəncamda qismən dəyişiklik edilərək torpaq sahəsinin fərdi ticarət obyektinin tikintisi üçün iddiaçıya ayrılması göstərilmişdir. Bu məzmun isə iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasını təsdiq etmək üçün kifayət etmir.

50. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 28-ci maddəsində kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri təsbit edilmişdir. Həmin maddədə icra hakimiyyəti başçısının torpaqdan istifadə ilə bağlı səlahiyyətləri çərçivəsində müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək səlahiyyəti nəzərdə tutulmuşdur.

51. Bu səbəbdən, sözügedən sərəncam iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq etmədiyindən, həmin hüququn dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz.

52. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsində iddiaçı tərəfindən qeyri-yaşayış binası inşa edilmiş, həmin tikili əvvəlcə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra isə 2022-ci ildə başqa şəxsə bağışlanmışdır.

53. Həmin qeydiyyatın aparılmasına əsas olmuş sənədlərlə bağlı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının adına qeyri-yaşayış binası üzrə ilkin hüquqi qeydiyyat aparılarkən hüquqmüəyyənedici sənəd kimi hazırda onun istinad etdiyi Xaçmaz bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı deyil, Xaçmaz RIHB-nin ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamı təqdim edilmiş və qeydiyyat həmin sərəncam əsasında aparılmışdır.

54. Bu hal xüsusi əhəmiyyət daşıyır. Belə ki, iddiaçının istinad etdiyi bələdiyyə qərarı onun öz mövqeyinə görə hələ 2005-ci ildən mövcud olduğu halda, ilkin qeydiyyat zamanı həmin sənədə əsaslanılmamışdır. Əksinə, reyestrdə hüquqi vəziyyət icra hakimiyyəti başçısının torpaq sahəsinin istifadəyə ayrılması barədə sərəncamı əsasında formalaşdırılmış, torpaq sahəsinin dövlət mülkiyyətində qalması və tikili mülkiyyətçisinin həmin torpaq sahəsindən istifadə hüququna malik olması modeli üzrə qeydiyyat aparılmışdır. Iddiaçının həmin qeydiyyat qaydasına etiraz etməsi və ya o zaman torpaq sahəsi üzərində mülkiyyət hüququnun bələdiyyə qərarı əsasında qeydə alınmasını tələb etməsi iş materialları ilə təsdiq olunmur.

55. Daha sonra iddiaçı ##.##.2022-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin qeyri-yaşayış binasını Xədicə Ağayevaya bağışlamışdır. Iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixdə 302011011781-06301 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır.

56. Yeni qeydiyyat sənədlərində qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmiş, həmin torpaq sahəsi üzərində istifadə hüququ isə tikilinin yeni mülkiyyətçisi X5 adına qeydə alınmışdır. Beləliklə, hazırkı mərhələdə mübahisəli torpaq sahəsi ilə bağlı reyestrdə iddiaçının deyil, tikilinin yeni mülkiyyətçisinin istifadə hüququ əks olunmuşdur.

57. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə əvvəlki mülkiyyətçiyə məxsus olan hüquqlar da həmin həcmdə və torpaqdan istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla həmin şəxsə keçir.

58. Həmin normanın məzmunundan görünür ki, tikili üzərində mülkiyyət hüququnun başqa şəxsə keçməsi, əvvəlki mülkiyyətçiyə həmin tikilinin yerləşdiyi torpaq sahəsi ilə bağlı məxsus olmuş hüquqların da həmin həcmdə yeni mülkiyyətçiyə keçməsi nəticəsini doğurur. Buna görə də iddiaçının mübahisəli torpaq sahəsi üzərində hər hansı istifadə hüququ və ya başqa əşya hüququ mövcud olmuş olsa belə, həmin hüquq qeyri-yaşayış binasının bağışlanması ilə tikilinin yeni mülkiyyətçisinə keçmiş sayılmalıdır.

59. Bu baxımdan, iddiaçı hazırkı mərhələdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun məhz öz adına dövlət reyestrində qeydiyyata alınmasını tələb etmək üçün maddihüquqi tələb hüququna malik deyildir. Çünki, torpaq sahəsi ilə bağlı mövcud reyestr vəziyyəti dövlət mülkiyyətində olan torpaqdan istifadə hüququnun tikilinin hazırkı mülkiyyətçisi Xədicə Ağayevanın adına qeydə alındığını göstərir.

60. Bu nəticəni iddia qaldırmaq səlahiyyəti ilə qarışdırmaq olmaz. Qeyri-yaşayış binasının bağışlanması və torpaqdan istifadə hüququnun yeni mülkiyyətçinin adına qeydiyyata alınması iddianın mümkünlüyünü deyil, iddianın əsaslılığını istisna edən hal kimi qiymətləndirilməlidir.

61. Belə ki, iddiaçı hazırkı işdə mübahisəli torpaq sahəsinin ona ayrılması barədə bələdiyyə qərarlarına, alqı-satqı aktına və plan-ölçü sənədinə istinad etmiş, cavabdeh reyestr orqanının həmin torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınmasından imtinasının onun hüquqi vəziyyətinə təsir etdiyini bildirmişdir. Bu baxımdan, ehtimal nəzəriyyəsi əsasında iddiaçının iddia qaldırmaq səlahiyyəti mövcud hesab edilməlidir. Çünki mümkünlük mərhələsində iddiaçıdan torpaq sahəsi üzərində mülkiyyət hüququnun həqiqətən mövcudluğunu tam sübut etməsi tələb olunmur; onun göstərdiyi hallar doğru qəbul edildikdə cavabdehin imtinasının hüquqlarına təsir edə bilməsi ehtimalı kifayətdir.

62. Lakin, iddianın mümkün hesab edilməsi iddiaçının tələb etdiyi maddi-hüquqi nəticəyə nail olmaq hüququnun mövcudluğu anlamına gəlmir. Hazırkı işdə həm iddiaçının istinad etdiyi bələdiyyə qərarlarının mötəbərliyi təsdiq olunmamış, həm Xaçmaz RIHB-nin ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamı məzmun etibarilə mülkiyyət hüququnun yaranmasını təsdiq edən akt kimi qiymətləndirilməmiş, həm də sonrakı reyestr vəziyyətindən torpaq sahəsi üzərində istifadə hüququnun artıq tikilinin yeni mülkiyyətçisinin adına qeydiyyata alındığı müəyyən edilmişdir.

63. Beləliklə, iddia mümkün iddia kimi qiymətləndirilsə də, onun təmin edilməsi üçün maddi-hüquqi əsaslar mövcud deyildir.

64. Işin sadalanan hallarından görünür ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici əsaslar mövcud deyildir. Iddiaçının istinad etdiyi bələdiyyə qərarlarının mötəbərliyi iş materialları ilə təsdiq olunmamış, Xaçmaz RIHB-nin ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamı mülkiyyət hüququnun yaranmasını təsdiq edən akt kimi qiymətləndirilə bilməmiş, ilkin reyestr qeydiyyatı da bələdiyyə qərarı əsasında mülkiyyət hüququnun deyil, dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququnu qeydə almışdır. Bundan əlavə, həmin istifadə hüququ da qeyriyaşayış binasının bağışlanması ilə tikilinin yeni mülkiyyətçisinə keçmiş və onun adına qeydiyyata alınmışdır.

65. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə iddiaçı tələb etdiyi qeydiyyatın aparılmasını zəruri edən hüquqi və faktiki əsasların mövcudluğunu sübut edə bilməmişdir.

66. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, cavabdehin imtinası qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Iş materialları ilə müəyyən edilən hallar iddiaçının təqdim etdiyi sənədlərin onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün kifayət edən mötəbər hüquqmüəyyənedici əsas yaratmadığını, buna görə də cavabdehin imtinasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş imtina əsasları ilə uzlaşdığını göstərir.

67. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərilən, Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatət verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatətə münasibət bildirilməməsi dəlilinə münasibətdə qeyd edir ki, bu kateqoriyadan olan işlərdə mübahisə üzrə qəbul ediləcək qərar ƏMDX-nin qanunla qorunan maraqlarına birbaşa toxunmadığından, həmin inzibati orqanın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə zərurət yoxdur. Hər bir halda, həmin vəsatətə ayrıca münasibət bildirilməməsi hazırkı iş üzrə düzgün nəticəyə təsir edən prosessual pozuntu kimi qiymətləndirilə bilməz.

68. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar