Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-302/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinə qarşı “mərhum şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum əri X4 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 208 ünvanda yerləşən 250 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin imtinası qanunsuz hesab edilməklə, iddiaçının mərhum əri X4 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 208 ünvanda yerləşən 250 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin protokol-qərardadı ilə icraata qəbul edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “mərhum şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə “xxxx” ASCnin iş üzrə üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin # ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “mərhum şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə “xxxx” ASCnin iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X4 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 208 ünvanda yerləşən 250 kv.m torpaq sahəsini alqı-satqı yolu ilə 2004-cü ildə əldə etmişdir. Həmin vaxtdan bu günə kimi həmin torpaq sahəsinin üzərində tikilmiş obyekt onların sahibliyində və istifadəsindədir. X1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 208 ünvanda yerləşən 250 kv.m. torpaq sahəsinin dəyərini tam ödəmişdir və bu günə kimi ## #### 2004-cü il tarixli, ** saylı Binəqədi rayonu Xocəsən bələdiyyəsinin qərarı heç kim tərəfindən mübahisələndirilməmişdir. X4 # ####### 2023-cü il tarixdə vəfat etmişdir və iddiaçı miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə verilməsi üçün notariat kontoruna müraciət etmiş, torpaq sahəsinin üzərində vərəsəlik hüquqlarının tanınması məqsədi ilə həmin əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Hesab edir ki, həmin hal həqiqətə uyğun deyil və cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 154.1, 157-1, 157.8, “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.2-ci maddələrinə, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 1, 9.11-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə IPM-in 2.1, 2.2.3, 34.1-ci maddəsinə istinad olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, müraciət üzrə əlavə edilmiş alqı-satqı aktının qanunamüvafiq qaydada (tarix, möhür və hüquq sahibinin imzası ilə) tərtib və təsdiqlənmədiyi, torpaq sahəsinə dair Idarəyə təqdim edilmiş cizgi sənədində döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi, sözügedən daşınmaz əmlakın bir hissəsinin “xxxx” ASC-yə məxsus 227541 registr nömrəli dövlət əmlakı ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 146, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8, 9, 11.1, 15, 23-cü maddələrinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7, 19-cu bəndlərinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Iddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra - “IPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və birinci instansiya məhkəməsinin araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Binəqədi rayonu Xocəsən bələdiyyəsinin ## #### 2004-cü il tarixli, ** nömrəli qərarından görünür ki, Binəqədi rayonu Xocəsən bələdiyyəsinin ərazisində mövcud tikilinin yerləşdiyi 250 kv.m torpaq sahəsi əlavə olunmuş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə X4 mülkiyyətinə verilmişdir.
2. Xocəsən bələdiyyəsinin nümayəndəsi və torpaq alan X4 iştirakları ilə Xocəsən bələdiyyəsinin ## #### 2004-cü il tarixli, ** nömrəli qərara əsasən ayrılmış 250 kv.m torpaq sahəsinə dair tərtib edilmiş “Torpaqların alqı-satqısına dair akt”.
3. Xocəsən bələdiyyəsinin ## ######## 2006-cı il tarixli, FĞB seriyalı, ****** nömrəli “Kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, X4 200 manat məbləğində “torpaq haqqı” kassaya mədaxil etmişdir.
4. Xocasən bələdiyyəsi tərəfindən təsdiq edilmiş X4 istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi.
5. Abşeron rayon Xırdalan bələdiyyəsinin ## ### 2018-ci il tarixli, *** nömrəli məktubundan görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti 208-də yerləşən obyekt vətəndaş X4 məxsusdur.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron Rayon * saylı Notariat Ofisinin ## ###### 2023-cü il tarixli, **** nömrəli məktubundan görünür ki, # ####### 2023-cü il tarixdə vəfat etmiş X4 miras qalmış fərdi yaşayış evinə, mənzilə, torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə verilməsinə dair İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənədlər, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında vərəsələrin dairəsi müəyyən edilmiş və vərəsəlik işi açılmışdır.
7. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinin ## ### 2024-cü il tarixli, **/***/*-M-****/** nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə olunmuş alqısatqı aktının qanunamüvafiq qaydada tərtib və təsdiq (tarix, möhür, hüquq sahibinin imzası ilə) olunmadığı aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş X4 ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi sənədində döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsinin “xxxx” ASC-yə məxsus dövlət əmlakı ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Yuxanda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
Birinci instansiya məhkəməsinin araşdırması zamanı IPM-in 12.3-cü maddəsinə əsasən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
8. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının ## ######## 2024-cü il tarixli, *-**-*F/*-****/**** nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - Binəqədi rayonu Xocəsən bələdiyyəsinin ## #### 2004-cü il tarixli, ** nömrəli qərarı (§1); - Xocasən bələdiyyəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi (§4).
9. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinin # #### 2024-cü il tarixli, **/***/*-*****/**** nömrəli məktubundan görünür ki, torpaq sahəsinin TEKUIS (X6 X3) məlumatlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur və sözügedən torpaq sahəsi təyinatına görə yaşayış məntəqləri təyinatlı torpaqlarına aid edildiyi aşkar edilmişdir. Torpaq sahəsi hər hansı bir mühafizə zolağında yerləşmir. Sözügedən torpaq sahəsinin bir hissəsi “xxxx” ASC-yə məxsus dövlət əmlakı ilə üst-üstə düşür. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Müraciətdə qeyd olunan torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə dair bütün çıxarışların və onların verilməsinə əsas olan sənədlərin və müayinə aktının surətləri və torpaq sahəsinin ortofoto görüntüsü qoşma şəklində göndərilmişdir. - # ### 2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə 0,025 ha, faktiki 0,0261 ha olaraq göstərilmişdir.
10. Binəqədi rayonu Xocəsən bələdiyyəsinin ## ######## 2024-cü il tarixli, **/*** nömrəli məktubundan görünür ki, Xocəsən bələdiyyəsi tərəfindən ## #### 2004-cü il tarixli, ** saylı qərarla 250 kv.m torpaq sahəsinin vətəndaş X4 adına ayrılması barədə məlumat aşkarlanmışdır.
11. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinin # ######## 2025-ci il tarixli, *-**-*-**/*- *****/**** nömrəli məktubu ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 208 ünvanında yerləşən torpaq sahəsinin koordinatları qoşma şəklində göndərilmişdir.
12. Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi “xxxx” MMC-nin Abşeron Filialının # ####### 2025-ci il tarixli, *-**-***/**/*-*-***/**** nömrəli məktubundan görünür ki, dövlət əhəmiyyətli rabitə qurğularının keçdiyi yerdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkəsinin vasitə və qurğularının mühafizə Qaydaları”nın 2.1.1-ci bəndinə görə kabellərin yan naqillərinə paralel olaraq hər iki tərəfə 2 metr məsafə mühafizə zonası hesab edilir. Bu məsələ ilə bağlı ## ######## 2025-ci il tarixdə Cəmiyyətin əməkdaşları cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinin nümayəndəsi ilə birlikdə yerində baxış keçirilmə zamanı müəyyən olunmuşdur ki, İddiaçı aid obyektin yerləşdiyi torpaq sahəsi “xxxx” MMCnin X12 (indiki Abşeron filialı) məxsus dövlət əmlakı ilə üst-üstə düşmür və həmin yerdə rabitə qurğuları (kabel, kanal, quyu və s.) mövcüd deyil. Eyni zamanda həmin torpaq sahəsi və üzərində olan iaşə obyekti paraleldə yerləşən rabitə qurğularının (torpaq sərhədində) mühafizə zonasını pozmur.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 208 ünvanda yerləşən 0,025 ha torpaq sahəsi üzərində X1nun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır. (hakim Könül Həbibova)
Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası)
Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı:
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
“Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 208 ünvanda yerləşən 250 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X1na məxsus olmasına dair arayışın verilməsindən imtinası təşkil edir. Iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh üç əsasla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apellyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) torpaq sahəsinin alqı-satqı aktı qanunamüvafiq qaydada (tarix, möhür və hüquq sahibinin imzası ilə) tərtib və təsdiqlənməmişdir; 2) torpaq sahəsinə dair cizgi sənədində döngə nöqtələrinin koordinatları göstərilməmişdir; 3) daşınmaz əmlakın bir hissəsinin “xxxx” ASC-yə məxsus 227541 registr nömrəli dövlət əmlakı ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir: Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Binəqədi rayonu Xocəsən bələdiyyəsinin ## #### 2004-cü il tarixli, ** nömrəli qərarı iddiaçının mərhum əri X4 fəaliyyəti ilə məşğul olması məqsədilə Xırdalan şəhəri, H.Əliyev prospekti 208 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi ayrılmış, bu barədə torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilmiş, dəyəri iddiaçı tərəfindən ödənilmiş, həmçinin bələdiyyə tərəfindən ərazinin cizgisi tərtib edilmişdir. Eyni zamanda torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin dəyərinin bələdiyənin hesabına köçürülməsinə dair hərəkətlərin müqavilənin tərəfləri arasında yerinə yetirilməsi həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi kimi qəbul edilə bilər. Bir sözlə, sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının vaxtında tərtib edilməklə qanuna müvafiq qaydada təsdiq edilməsi müvafiq inzibati orqanın səlahiyyətinə aid olmuş, iddiaçının təqsiri ilə əhatə olunmaqla, onun məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən həmin hala istinad edilməklə iddiaçının mövcud olan hüquqlarının məhdudlaşdırılması inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin (mütənasiblik) tələbinə zidd olmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv sənədləri ilə qeyd edilən qərarın mövcudluğu öz təsdiqini tapmışdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqısatqı aktının qanuna müvafiq qaydada tərtib və təsdiq edilməməsi halının mövcudluğu özüözlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan halların torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Binəqədi rayonu Xocəsən bələdiyyəsinin ## #### 2004-cü il tarixli, ** nömrəli qərarına əsaslanır. Istinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətinin 1-ci dəlili əsassız olmuşdur. Məhkəmə kollegiyası cavabdehin ikinci dəlili ilə bağlı qeyd edir ki, yerquruluşu planından çıxarışda çatışmazlıqların mövcudluğu və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən sənədin qanunvericiliyin tələblərinə tam uyğun rəsmiləşdirilməməsi vətəndaşın təqsiri kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş torpaqların daxilində yerləşən, yaşayış məntəqələri kateqoriyalı torpaqlara aiddir, hər hansı bir mühafizə zolağında yerləşmir. Məhkəmə kollegiyası cavabdehin daşınmaz əmlakın bir hissəsinin “xxxx” ASC-yə məxsus 227541 registr nömrəli dövlət əmlakı ilə üst-üstə düşməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin ASC (“xxxx” MMC-nin Abşeron Filialı) tərəfindən təqdim edilmiş məlumata əsasən torpaq sahəsinə yerində baxış keçirilmə zamanı ərazinin “xxxx” MMC-nin Abşeron filialına məxsus dövlət əmlakı ilə üst-üstə düşmədiyi, həmin yerdə rabitə qurğularının mövcüd olmadığı, ərazinin yaxınlığında yerləşən rabitə qurğularının mühafizə zonasının pozmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən zəruri araşdırmanı aparmış və işin hallarına yuxarıda istinad edilən qanunvericilik normalarını düzgün tətbiq etmiş və qanuni və ədalətli nəicəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.