Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-303/2026 10.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 22 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0.12 ha torpaq sahəsinin Altıağac Milli parkının sanitar mühafizə zonasına düşməyən 0.0715 ha hissəsi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2-1(118)- 1693/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehin imtinasını qanunsuz hesab etməklə Xızı rayonu Altıağac bələdiyyəsinin 22 saylı 14 dekabr 2004-cü il tarixli Qərarına əsasən ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 22 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0.12 ha torpaq sahəsinin Altıağac Milli parkının sanitar mühafizə zonasına düşməyən 0.0715 ha hissəsi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2-1(118)-1693/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 22 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsinin Altıağac Milli parkının sanitar mühafizə zonasına düşməyən 0.0715 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, Xızı rayonu Altıağac bələdiyyəsinin 22 saylı 14 dekabr 2004-cü il tarixli Qərarına əsasən ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin olunmasına baxmayaraq iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, Xızı rayonu Altıağac bələdiyyəsinin 22 saylı 14 dekabr 2004-cü il tarixli Qərarına əsasən ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Belə ki, İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi qanunvericilikdə tərəflərin məhkəmə aktlarından şikayət vermək hüququna malik olması üçün onların tələblərinin təmin olunmaması ilə bağlı imperativ norma nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ilkin iddia ərizəsində Xızı rayonu Altıağac bələdiyyəsinin 14 dekabr 2004-cü il tarixli, 22 nömrəli qərarı ilə ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi barədə tələb irəli sürülmüşdür. Lakin sonradan iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim olunmuş və həmin ərizədə torpaq sahəsinin Altıağac Milli Parkının sanitar mühafizə zonasına düşməyən 0,0715 ha hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi də məhz iddiaçının təqdim etdiyi həmin dəqiqləşdirilmiş tələb əsasında qərar qəbul etmiş və iddianı təmin edərək 0,0715 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Kollegiya qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, torpaq sahəsinin ölçüsünün 0,12 ha-dan 0,0715 ha-ya qədər azaldılması ilə bağlı tərtib edilmiş iddia tələbinə dəqiqləşmə barədə ərizə məhz iddiaçı tərəfindən imzalanmışdır. Həmin ərizədə iddiaçının imzasının mövcudluğu müəyyən olunur və apellyasiya şikayətində, həmçinin iddiaçının məhkəmə iclasındakı izahatı ilə də iddiaçı tərəfindən bu imzanın ona məxsus olması inkar edilməmişdir. Belə olan halda torpaq sahəsinin ölçüsünün azalması ilə bağlı halın iddiaçının özünün imzaladığı ərizə əsasında müəyyən edildiyi və həmin ərizənin hüquqi qüvvəsinin mübahisələndirilmədiyi nəzərə alınmalıdır. Bir sözlə, birinci instansiya məhkəməsinin iddiaçının özünün dəqiqləşdirdiyi iddia tələbinə uyğun olaraq qərar qəbul etməsi və həmin qərar iddiaçının irəli sürdüyü tələbin təmin olunması ilə nəticələndiyindən, eləcə də, iddiaçının hazırki apellyasiya şikayəti iddia tələbinin azaldılmış hissəsi ilə bağlı olduğundan, iddiaçının irəli sürdüyü arqumentlər hazırkı inzibati mübahisənin predmetini təşkil etmir. İPM-nin 87.2 və 87.3-cü maddələrində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin əsaslara məhz işə apellyasiya qaydasında baxılması üçün zəruri olan prosessual əsaslar daxildir. İnzibati prosessual qanunvericiliklə müəyyən edilmiş həmin əsasların olmaması halı özlüyündə apellyasiya şikayətinin icraata qəbulundan imtina edilməsinə səbəb olur. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının dəqiqləşdirilmiş iddia tələbi tam təmin olunduğundan, İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının həmin qərardan apellyasiya şikayəti vermək hüququ mövcud olmamışdır. Kollegiya həmçinin bildirir ki, torpaq sahəsinin ölçüsünün azaldılması ilə bağlı iddiaçının mübahisələndirdiyi halların mövcudluğu onun həmin hissə ilə bağlı yenidən müvafiq inzibati orqana müraciət etmək və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrıca inzibati mübahisə qaldırmaq hüququnu istisna etmir. Başqa sözlə, iddiaçı tərəfindən qeyd edilən 0,0485 ha torpaq sahəsinin azaldılması ilə bağlı məsələnin ayrıca qaydada mübahisələndirilməsi və bu hissə üzrə hüquqlarının müdafiəsi üçün müvafiq inzibati orqana müraciət edilməsi və ya yeni iddia ilə məhkəməyə müraciət edilməsi imkanları qanunvericiliklə məhdudlaşdırılmamışdır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2-1(118)-1693/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(3-8)-303/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-303/2026
10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver