Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-306/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi və üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “JN-876F, JN-877F, JN878F, JN-879F, JN-875F, JN-***F nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamələrin ləğv edilərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Quba rayon Vladimirovka bələdiyyəsinin ** saylı, ##.##.2004-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı kommersiya məqsədi ilə 0.78 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinə dair alqı-satqı aktı, torpaq sahəsinin dəyərinin ödənilməsini təsdiq edən mədaxil qəbzi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin torpaq sahəsinin bələdiyyə mülkiyyəti olmaqla alqı-satqı predmeti olması barədə rəyi, torpaq sahəsinin yerquruluşu planından çıxarışı iş materiallarına əlavə edilmişdir. Göstərilən sənədlərin arxiv nüsxələri X1 filialında aşkar edilmişdir. Quba rayon Vladimirovka bələdiyyəsi tərəfindən istinad olunan bələdiyyə qərarının qüvvədə olması barədə arayış verilmişdir. Cavabdeh orqanın ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli imtina məktubundan görünür ki, mülkiyyət hüquqlarının dövlət reyesrtində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi Quba rayonu Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı qərarı əsasında ona satılmış 0.78 torpaq sahəsi “Torpaqların elektron uçotu informasiya sistemi” də digər şəxslərə məxsus şəhadətnamə nömrələri ilə qeydə alınmışdır. Cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktından görünür ki, Quba rayonu Vladimirovka kəndi ərazisində yerləşən torpaq sahəsi naturada 0.78 ha təşkil edir. Iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin 0.0731ha hissəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) kənd təsərrüfatlı teyinatlı olub uqodiyası su tutarlar kimi, 0,7069 ha hissəsi yaşayış məntəqələri torpaqları olub, uqodiyası həyətyanı, mülkiyyət növü isə xüsusi mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) JN- 876F, JN- 877F, JN- 878F, JN- 879F, JN- 875F ve JN- ***F nömrəli şəhadətnamələri ilə üst-üstə düşür. Torpaq sahəsinin faktiki koordinatları S=0.0386ha hissəsi 303013007662 (inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 məxsusdur) nömrəli çıxarışla kəsişir. Naturada kəsişmə mövcud deyildir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt inzibati Məhkəməsinə müraciət edərək, “Quba rayonu, Vladimirovka kəndi ərazisində yerləşən iddiaçıya məxsus 0.78 ha torpaq sahəsi üzərində qeydə alınmış şəhadətnamələrin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən, “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə təqdim edərək, “Quba rayonu Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** saylı qərarı ilə ayrılmış 0.78 ha torpaq sahəsinin üzərində qeyd edilmiş JN 876F, JN 877F, JN 878F, JN 879F, JN 875F, JN ***F nömrəli şəhadətnamələrinin ləğv edilərək, iddiaçıya ayrılmış 0.78 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq adına çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ## ######## 2004-cü il tarixdə Quba rayonu Vladimirovka Bələdiyyəsinin ** saylı qərarı ilə 0.78 ha torpaq sahəsi satılmışdır. Həmçinin həmin tarixdə Quba rayon Vladimirovka Bələdiyyəsi ilə aralarında torpaqların alqısatqısına dair akt imzalanmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən kommersiya məqsədilə satılmış 0.78 ha torpaq sahəsinə rəy verilmiş, Vladimirovka bələdiyyəsi tərəfindən yerqruluşu planından çıxarışlar bələdiyyə tərəfindən təqdim edilmişdir. Sözügedən torpaq sahəsi ## ######## 2004-cü il tarixdən hal-hazıradək iddiaçının istifadəsindədir, heç bir mübahisə yoxdur və vaxtlı-vaxtında torpaq vergisini ödəyir. Vladimirovka Bələdiyyəsi tərəfindən ## ######## 2004-cü il tarixli ** saylı qərarın qüvvədə olması barədə arayış təqdim edilmişdir. Torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə iddiaçı ##.##.2025-ci il tarixdə ********** nömrəli ərizə ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmişdir. Inzibati orqan tərəfindən ##.##.2025-ci il tarixdə *-**-*-**/*-*****/**** nömrəli cavab məktubu ilə iddiaçıya imtina edilmişdir. Imtina məktubunda müraciət etdiyi 0.78 ha torpaq sahəsi “Torpaqların elektron uçotu informasiya sistemi”ndə digər şəxslərə məxsus şəhadətnamə nömrələri ilə qeydə alındığı bildirilmişdir. Iddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, həmin şəhadətnamələrdə göstərilən şəxslər onun ailə üzvləridir və həmin şəhadətnamələrin tərtib edilməsi səbəbləri və əsasları onlara bəlli deyildir. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 Qusar rayonu, Vladimirovka kəndi ərazisində yerləşən 0.78 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, Quba rayon Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı qərarı əsasında istehsal müəssisəsi əsasında satılmış 0.78 ha torpaq sahəsi “Torpaqların elektron uçotu informasiya sistemi”ndə digər şəxslərə məxsus şəhadətnamə nömrələri ilə qeydə alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli 2-1(118)-8285/2025 nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək, Quba rayonu Vladimirovka bələdiyyəsinin ##.##.2004cü il tarixli ** saylı qərarı ilə ayrılmış 0.78 ha torpaq sahəsinin üzərində qeyd edilmiş JN 876F, JN 877F, JN 878F, JN 879F, JN 875F, JN ***F nömrəli şəhadətnamələrinin ləğv edilərək, iddiaçıya ayrılmış 0.78 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq adına çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ************* saylı notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 JN- ***F saylı şəhadətnamədə; ************* saylı notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 JN- ***F saylı şəhadətnamədə; 2533680025531 notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 JN-***F saylı şəhadətnamədə; 2533680025533 notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 JN-***F saylı şəhdətnamədə; 2533680025990 notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 JN- 877F şəhadətnamədə; ************* saylı notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən İddiaçı JN***F saylı şəhadətnamədə göstərilən torpaq sahələrinin onlara məxsus olmadığını, səhvən adlarına qeyd edildiyini və həmin şəhadətnamələrin ləğv edilməsinə etiraz etmədiklərini bildirmişlər. Torpaq sahəsi bələdiyyə tərəfindən qanunverivciliklə müəyyən edilmiş qaydada iddiaçıya ayrılmış, hazıradək ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş müayinə aktına əsasən bildirilmişdir ki, torpaq sahəsinin faktiki koordinatları S=0.0386ha hissəsi 303013007662 (inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 məxsusdur) nömrəli çıxarışla kəsişir. Lakin məhkəmə tərəfindən həmin mülkiyyətçini işə cəlb etməmiş, o cümlədən razılığı olub-olmadığını müəyyənləşdirməmiş, çıxarışın ləğvi ilə bağlı məsələyə münasibət bildirilməmişdir. Belə olan halda məhkəmə qərarın icrası mümkün olmayacaqdır. Bildiririlir ki, cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsi dövlət reyestrindən çıxarışın ləğv edilməsi səlahiyyətlərinə malik deyildir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və iddiaçının torpaq sahəsinin onun çıxarışı ilə üst-üstə düşən 0.0380 hissədə azaldılması barədə ərizəsi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər üçüncü şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icratına cəlb edilmişlər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayənddəsinin və üçüncü şəxsin izahatını, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, iddiaçının iddia tələbinin həcminin azaldılması barədə ərizəsi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə iddia tələbi Quba rayonu Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** saylı qərarı ilə ayrılmış 0.78 ha torpaq sahəsinin üzərində qeyd edilmiş JN 876F, JN 877F, JN 878F, JN 879F, JN 875F, JN ***F nömrəli şəhadətnamələrinin ləğv edilərək, iddiaçıya ayrılmış 0.78 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq adına çıxarış və plan-ölçü sənədinin verilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Iddiaçı ##.##.2026-cı il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək 0.78 ha torpaq sahəsinin oğlu inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 məxsus torpaq sahəsinin 0.0386 ha hissəsi ilə üst-üstə düşən hissə çıxılmaqla yerdə qalan hissə üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Iş materialları ilə müəyyən edilir ki, Quba rayon Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya 0,78 ha torpaq sahəsi satılmış, həmin qərar əsasında bağlanmış alqı-satqı aktı hazırkı vaxtadək qüvvədədir, etibarsız hesab edilməmiş və ləğv olunmamışdır. Cavabdehin imtina cavabının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, mübahisəsi gedən torpaq sahəsi torpaqlarınn elektron uçotu informasiya sistemində digər şəxslərə məxsus şəhadətnamə nömrələri ilə qeydə alınmışdır. Bununla bağlı iddiaçının nümayəndəsi məhkəməyə izah etmişdir ki, həmin şəxslər o, özü də daxil olmaqla iddiaçının ailə üzvləridir. Həmin şəhadətnamələrin hansı əsaslarla tərtib edilməsi onlara bəlli deyildir və heç bir əsası yoxdur Onlar həmin şəhadətnamələrin ləğv edilməsinə və iddiaçının göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına razıdırlar. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 adına tərtib olunan JN-875F kod ******** nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə görə Quba rayon Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2003-cü il tarixli 4-Ə-90 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 0.12 ha; -JN-877F kod ******** nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə görə Quba rayon Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2003-cü il tarixli 4-Ə-113 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 0.12 ha; -inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 adına tərtib olunan JN-876F kod ******** nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə görə Quba rayon Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2003-cü il tarixli 4-Ə-90 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 0.12 ha; -inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adına tərtib olunan JN-879F kod ******** nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə görə Quba rayon Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2003-cü il tarixli 4-Ə-89 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 0.12 ha; - JN-875F kod ******** nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə görə Quba rayon Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2003-cü il tarixli 4-Ə-106 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 0.12 ha; -İddiaçı adına tərtib olunan JN-878F kod ******** nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə görə Quba rayon Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2003-cü il tarixli 4-Ə-124 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 0.12 ha torpaq sahələrinə dair tərtib edilmişdir. Məhkəmə kollegiyası tərəfindən sorğu verilərək istinad olunan şəhadətnamələr və onların tərtib edilməsi üçün əsaslar araşdırılmışdır. “xxxx” MMC ##.##.2026-cı il tarxli məktubunda bildirmişdir ki, göstərilən çəhadətnamələrin arxiv nüsxələri və onların tərtib edilməsi üçün əsas olmuş sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi məhkəmə kollegiyasının sorğusuna cavab olaraq şəhadətnamələrin tərtib edilmısi üçün əsas kimi göstərilmiş eyni tarixli və reyestr nömrəli alqı-satqı müqavilələri üzrə notariat işləri təqim edilmişdir. Həmin alqı-satqı əqdləri üzrə notariat işlərinə baxış keçirərkən göstərilən əqdlərin tamamilə başqa şəxslər tərəfindən və başqa-başqa ərazilərdə yerləşən daşınmaz əmlaklara dair bağlandığı müəyyən edilmişdir. Beləliklə, iddiaçı və ailə üzvlərinin adlarına tərtib edilmiş və hazırda cavabdehin imtina cavabının və apellyasiya şikayətinin dəlillərini təşkil edən şəhadətnamələrin tərtib edilməsinin əsası kimi göstərilmiş müqavilələrin mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh həmçinin mübahisəli torpaq sahəsinin 0,0386 ha hissəsinin ************ nömrəli çıxarışla inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adına dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə koordinat baxımından kəsişməsinə istinad etmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin həmin torpaq sahəsinin mülkiyyətçisini işə cəlb etmədiyini, onun razılığını müəyyən etmədiyini, habelə çıxarışın ləğvi məsələsini həll etmədiyini göstərərək qərarın icrasının mümkün olmayacağını bildirmişdir. Lakin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən ************* nömrəli notarial qaydada təsdiq edilmiş ərizə məhkəmə kollegiyasına təqdim edilmişdir. Həmin ərizədən görünür ki, iddiaçı ************ nömrəli çıxarışla üst-üstə düşən 0,0386 ha torpaq sahəsindən könüllü olaraq imtina etmiş, yalnız həmin hissə istisna edilməklə torpaq sahəsinin qalan hissəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını, adına çıxarış və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya icraatı zamanı təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizə nəticəsində mübahisənin predmeti dəyişmiş və dəqiqləşmişdir. Belə ki, artıq iddia tələbi ************ nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsinə aid olmadığından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlil öz hüquqi əhəmiyyətini itirmişdir. Belə ki, iddiaçının torpaq sahəsini əldə etməsinin hüquqi əsası olan Quba rayon Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı və həmin qərar əsasında bağlanmış alqı-satqı aktı qüvvədədir. Bu sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hüquqi əsas təşkil edir. Buna görə də iddiaçının notarial qaydada dəqiqləşdirdiyi tələb həddində cavabdehin dövlət qeydiyyatından imtinası qanuni sayıla bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədə göstərilən həcmdə, yəni ************ nömrəli çıxarışla üst-üstə düşən 0,0386 ha hissə istisna edilməklə torpaq sahəsinin qalan hissəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Iddia tələbi təmin edilsin. JN-876F, JN-877F, JN-878F, JN-879F, JN-875F və JN-***F nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamələrin ləğv edilməsi və ************ nömrəli çıxarışla inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşən 0,0386 ha çıxıldıqdan sonra Quba rayonu Vladimirovka bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı qərarı ilə ayrılmış 0.78 ha torpaq sahəsinin yerdə qalan hissəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-306/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-306/2026
22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver