Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-309/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X7 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi Iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “torpaq sahəsinin ölçü və konfiqurasiyasına dair TEKUIS-də düzəliş edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı X10 (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiasını dəqiqləşdirmiş və iddiaçının mülkiyyətində olan Quba rayonu, Ərməkiqışlaq kəndi ərazisində yerləşən 0,28 ha torpaq sahəsinə dair verilmiş ## ### 2021-ci il tarixli, reyestr nömrəsi ************ saylı çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinə uyğun olaraq həmin torpaq sahəsinin ölçü və konfiqurasiyasına TEKUIS-də düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin ## ###### 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılır ki, iddiaçı cavabdehin cavabını qanunsuz və əsassız hesab edir və bildirmişdir ki, çıxarış alınarkən müvafiq sənədlər təqdim olunmaqla mülkiyyətverici sənədləri adına almışdır. Əgər hər hansı bir texniki səhv olmuşdursa, bu iddiaçının nöqsanı kimi dəyərləndirilə bilməz. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, imtina məktubunda göstərilən hallara istinad edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin bildirir ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin X10 göndərilmiş # ###### 2024-cü il tarixli, *-**-*-**/*-O-****-**/**** nömrəli məktubundan görünür ki, X10 mülkiyyətinə verilmiş ************ reyestr nömrəli 0,28 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində 0,28 ha olaraq öz əksini tapmışdır. Vətəndaşın düzəlişlərin edilməsini xahiş etdiyi torpaq sahəsi TEKUISdə gediş-gəliş yolu kimi qeyd olunmuş konturun üzərinə düşür. Bu səbəbdən TEKUIS-də düzəlişlərin aparılması mümkün olmamışdır. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddələrinə istinad olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ### 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Ərməkiqışlaq kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 0,28 ha ************ reyestr nömrəli torpaq sahəsi X10 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi Idarəsinin ## ### 2021-ci il tarixli, AA seriyalı, ****** nömrəli X10 adına ************ reyestr nömrəli torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”. Quba Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, ## ### 2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçı X10 mülkiyyətində olan Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən 0,28 ha olan torpaq sahəsinə gedən gediş-gəliş yolun açılması və cavabdehlər X2, X3, X4, X6 və X5 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin X10 göndərilmiş # ###### 2024-cü il tarixli, *-**-*-**/*-O-****- **/**** nömrəli məktubundan görünür ki, X10 mülkiyyətinə verilmiş ************ reyestr nömrəli 0,28 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində 0,28 ha olaraq öz əksini tapmışdır. Vətəndaşın düzəlişlərin edilməsini xahiş etdiyi torpaq sahəsi TEKUISdə gediş-gəliş yolu kimi qeyd olunmuş konturun üzərinə düşür. Bu səbəbdən TEKUIS-də düzəlişlərin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin # ######## 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, X10 iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi 0,28 ha təşkil edir. Sözügedən torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına (TEKUIS) əsasən kənd təsərrüfatı təyinatlı kateqoriyalı olub uqodiyası çoxillik əkmə kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Bildirilmişdir ki, ## ### 2021-ci tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın plan-ölçü sənədində göstərilən ölçü və konfiqurasiyası ilə X10 tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsinin ölçü və konfiqurasiyası uyğunluq təşkil etsə də, baza məlumatlarında olan TEKUIS-də həmin torpaq sahəsi çıxarışda göstərilən ölçü və koordinatlardan kəskin fərqlidir (uyğunluq təşkil etmir və TEKUIS-də göstərilmiş torpaq sahəsi faktiki istifadəyə uyğun işlənməmişdir). Sözügedən torpaq sahəsinin cənub istiqamətində olan torpaq sahəsi üzərində ************ reyestr nömrəli çıxarışa əsasən X13 və ailə üzvlərinin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, Osmanov AyəddinSultanməcid oğlunun faktiki istifadəsində olan və tərəfindən iddia olunan torpaq sahəsinin 0,0423 ha hissəsi TEKUIS-də gediş-gəliş yolu kimi göstərilmişdir. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - torpaq sahəsinin ortofoto görüntüsü və koordinatları; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ### 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Ərməkiqışlaq kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 0,7 ha ************ reyestr nömrəli torpaq sahəsi X13 xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Iddiaçı apellyasiya şikayətinə qarşı etirazını iddia ərizəsi ilə eynu məzmuna əsaslandırmış, əlavə olaraq şikayətin təmin olunmamasını, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli, F-*** nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; ... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; ... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il, *** nömrəli Fərmanı
2. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin
“Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi iddiaçının mülkiyyətində olan Quba rayonu, Ərməkiqışlaq kəndi ərazisində yerləşən 0,28 ha torpaq sahəsinə dair verilmiş ## ### 2021-ci il tarixli, reyestr nömrəsi ************ saylı çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinə uyğun olaraq həmin torpaq sahəsinin ölçü və konfiqurasiyasına TEKUIS-də düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Iddiaçının tələbi mahiyyəti etibarı ilə çıxarışda və plan-ölçü sənədində əks olunmuş koordinatların olduğu kimi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUIS) daxil edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən daşınmaz əmlakın dövlət qeydiyyatı hüququn yaranmasının və tanınmasının əsas hüquqi mexanizmidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinin mənasına görə dövlət reyestrində aparılan qeydiyyat hüquqların mövcudluğunu təsdiq edən hüquqi faktdır və həmin hüquqlar ləğv edilmədiyi müddətdə qüvvədə qalır. Bu baxımdan iddiaçıya məxsus 0,28 ha torpaq sahəsinə dair ## ### 2021-ci il tarixli çıxarış hüquqi qüvvəyə malik olmaqla mübahisələndirilməmiş və etibarsız sayılmamışdır. Deməli, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ mötəbər hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Bu norma dövlət orqanlarının üzərinə yalnız hüquqları tanımaq deyil, həm də onların effektiv müdafiəsini təmin etmək öhdəliyi qoyur. Bu kontekstdə cavabdeh inzibati orqan mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan texniki uyğunsuzluqları aradan qaldırmaqdan yayınmaqla faktiki olaraq həmin hüququn məhdudlaşdırılmasına yol verə bilməz. Bu isə onu göstərir ki, iddiaçının dövlət tərəfindən tanınan mülkiyyət hüququnun, o cümlədən həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək səlahiyyətinin məhdudlaşdırılmasına əsas ola biləcək real hüquqi vəziyyət mövcud deyildir. Iş materiallarından göründüyü kimi, mübahisə torpaq sahəsinin hüquqi statusu ilə deyil, onun elektron kadastr sistemində (TEKUIS) düzgün əks olunmaması ilə bağlıdır. Cavabdehin özünün təqdim etdiyi mütəxəssis rəyində açıq şəkildə göstərilmişdir ki, torpaq sahəsinin faktiki ölçü və konfiqurasiyası çıxarışa uyğun gəlir, torpaq sahəsi heç bir mühafizə zonasında yerləşmir, lakin TEKUIS məlumat bazasında bu torpaq sahəsi düzgün işlənmədiyindən digər sahələrlə üst-üstə düşmə yaranmışdır. Həmin rəy ilə, habelə # ######## 2025-ci il tarixli müayinə aktı ilə təsdiq olunur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sahəsi 0,28 ha təşkil edir və çıxarışa əlavə edilmiş plan-ölçü sənədində göstərilən sərhəd, ölçü və konfiqurasiya ilə faktiki istifadə vəziyyəti arasında ziddiyyət mövcud deyildir. Deməli, iş üzrə problem torpaq sahəsinin kimə məxsus olması ilə bağlı deyil, həmin torpaq sahəsinə aid məlumatların inzibati orqanın elektron baza məlumatlarında düzgün yerləşdirilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.12-ci bəndinə əsasən isə belə texniki səhvlərin aradan qaldırılması birbaşa cavabdeh orqanın vəzifəsidir. Deməli, cavabdeh bu öhdəliyi yerinə yetirməkdən imtina etməklə qanunla üzərinə qoyulmuş funksiyanı icra etməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin ## ### 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin müvafiq müddəalarına əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması, xəritələşdirilməsi, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin aparılması, texniki sənədlərin, torpaq sahələrinin plan və ölçüsünün tərtib edilməsi, kadastr planlarının hazırlanması və maraqlı şəxslərə kadastr məlumatlarına dair çıxarışların verilməsi Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli, F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək həmin publik hüquqi şəxsin fəaliyyət istiqamətlərinə daxildir. Bu baxımdan, torpaq sahəsinin elektron kadastr məlumatlarında düzgün əks etdirilməsinə və texniki xarakterli səhvlərin aradan qaldırılmasına görə məsuliyyət birbaşa cavabdeh inzibati orqanın üzərinə düşür. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu aparılarkən hüquqi sənədlərlə faktiki istifadə vəziyyəti arasında mövcud olan uyğunsuzluqlar yerquruluşu qaydasında aradan qaldırılmalıdır. Həmin normaya görə əsas götürülən meyar faktiki istifadə vəziyyəti və hüquq müəyyənedici sənədlərin göstəriciləridir. Hazırki işdə isə hər iki meyar iddiaçının xeyrinə uyğunluq təşkil edir. Həmçinin həmin Fərmanın 2.4-cü bəndində torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsinin təmin olunması birbaşa vəzifə kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə isə əksinə, iddiaçıya münasibətdə elektron baza məlumatlarında dürüst olmayan, onun hüquqmüəyyənedici sənədlərinə və faktiki istifadəsinə uyğun gəlməyən məlumatların yerləşdirildiyi müəyyən olunur. Buna görə də cavabdeh orqan mövcud uyğunsuzluğu iddiaçıya məxsus olan hüquqmüəyyənedici sənədlərə uyğunlaşdırmaqla aradan qaldırmalı idi. Cavabdehin iddiaçının müraciətindən imtina səbəbi olaraq irəli sürülmüş “gedişgəliş yolu” arqumentinə gəldikdə isə, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, həmin yol məhkəmə qətnaməsi əsasında açılmış və bu hal iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması kimi nəzərdə tutulmamışdır. Başqa sözlə, həmin yolun mövcudluğu torpaq sahəsinin hüquqi sərhədlərinin dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən cavabdehin bu arqumenti hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Bundan əlavə, cavabdehin istinad etdiyi həmin hal torpaq sahəsinin koordinatlarının birtərəfli qaydada dəyişdirilməsinə və ya elektron kadastr sistemində hüquqmüəyyənedici sənədlərdən fərqli şəkildə əks etdirilməsinə əsas vermir. Eyni zamanda “Inzibati icraat haqqında” Qanunun 15-ci maddəsinə görə formal səbəblərə əsaslanaraq şəxsin hüquqlarının həyata keçirilməsindən imtina edilməsi yolverilməzdir. TEKUIS-də olan uyğunsuzluq da məhz formal və texniki xarakter daşıdığından, bu hal iddiaçının hüququnun tanınmaması üçün əsas ola bilməz. Əksinə, həmin 19.1-ci maddəsinə uyğun olaraq iddiaçının təqdim etdiyi rəsmi sənədlər mötəbər hesab edilməli və onların əsasında qərar qəbul olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən baza məlumatlarında iddiaçının hüquqmüəyyənedici sənədlərinə uyğun olmayan dəyişikliklərin aparılması nəticəsində onun hüquqları pozulmuş, nəticədə iddiaçı öz mülkiyyət hüququnun tam həcmdə həyata keçirilməsi imkanından məhrum edilmişdir. Bu səbəbdən cavabdeh inzibati orqan həmin uyğunsuzluğu iddiaçının xeyrinə, yəni onda olan çıxarış və plan-ölçü sənədi üzrə koordinatları torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil etməklə aradan qaldırmalı, torpaq sahəsinin koordinatlarına edilmiş əsassız dəyişikliyin ləğv edilməsini və əvvəlki texniki sənədlərə uyğun vəziyyətin bərpasını təmin etməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, inzibati orqanla vətəndaş arasında qarşılıqlı etimad prinsipi qorunmalıdır. Iddiaçı dövlət tərəfindən verilmiş çıxarışa əsaslanaraq öz mülkiyyət hüququnu həyata keçirir və bu sənədə güvənməkdə haqlıdır. Dövlət orqanının öz sistemində olan texniki uyğunsuzluqları vətəndaşın ziyanına şərh etməsi hüquqi müəyyənlik və etimad prinsiplərinə ziddir. Iddiaçının ifadə tərzindən və tələbinin necə formalaşdırılmasından asılı olmayaraq, birinci instansiya məhkəməsi mübahisənin həqiqi hüquqi mahiyyətini düzgün müəyyən etmiş, iddia tələbinin məzmununu mahiyyəti üzrə qiymətləndirmiş və gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.