Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-31/2026 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə (Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1) qarşı “JN 323A KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında ona məxsus 0.32 ha torpaq sahəsinin 0,236 ha hissəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “JN-318A, KOD30113018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qusar rayon Zindan- Muruq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi; JN-323A, KOD 30113018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qusar rayon Zindan- Muruq kəndi ərazisində yerləşən 0.32 ha torpaq sahəsi; JN-0801, KOD 50105018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Qusar rayonu Ənig kəndi ərazisində yerləşən 3,43 ha torpaq sahəsi; JN-388, KOD 30121028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Qusar rayon Çiləgir kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsi; JN-318, KOD 30121028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Qusar rayonu Çiləgir kəndi ərazisində yerləşən 1,90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “JN-318A, KOD30113018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qusar rayon Zindan- Muruq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi; JN-323A, KOD 30113018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qusar rayon Zindan- Muruq kəndi ərazisində yerləşən 0.32 ha torpaq sahəsi; JN-0801, KOD 50105018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Qusar rayonu Ənig kəndi ərazisində yerləşən 3,43 ha torpaq sahəsi; JN-388, KOD 30121028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Qusar rayon Çiləgir kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsi; JN-318, KOD 30121028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Qusar rayonu Çiləgir kəndi ərazisində yerləşən 1,90 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasından İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “JN-323A, KOD 30113018 olan “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Qusar rayon ZindanMuruq kəndi ərazisində yerləşən 0.32 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na iddiası ayrıca icraata ayrılmışdır. Daha sonra iddiaçının nümayəndəsi-vəkili ərizə təqdim edərək, “JN 323A KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında iddiaçıya məxsus 0.32 ha torpaq sahəsinin 0,236 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, DTXK-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-323A, KOD 30113018 olan “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Qusar rayon Zindan-Muruq bələdiyyəsinin **/** nömrəli ## ####### 1998-ci il tarixli qərarına əsasən, Qusar rayonu Zindan-Muruq kəndi ərazisində 0.32 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Iddiaçı qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması və torpaq sahələrinin planı və ölçüsünün hazırlanması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh ərizələrin icrasından imtina edərək ona istinad etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, sözügedən mülkiyyət sənədlərinin arxiv nüsxəsi * saylı Xaçmaz Ərazi Idarəsində aşkar edilməmiş, elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamış, X3 uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmaları göstərilmişdir. Hesab edirəm ki, imtinalar əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş 0.32 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-323 A nömrəli (KOD 30113018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və qeydiyyatı cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsində aşkar edilməmişdir. Bildirirlər ki, JN-***A nömrəli (KOD 30113018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında öz əksini tapmamışdır. Bundan əlavə, JN-***A nömrəli (KOD 30113018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən Qusar rayonu Zindan Muruq bələdiyyəsinin ##.##.1998-ci il tarixli **/** saylı qərarı əsasında həyətyanı məqsədi ilə ayrılmış 0.32 ha torpaq sahəsi X3 uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, JN 323A KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında iddiaçıya məxsus 0.32 ha torpaq sahəsinin 0,236 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, bələdiyyə qərarının və digər torpaqayırma sənədlərinin əldə edilməsi və qüvvədə olub-olmaması barədə məlumatın yoxlanılması ilə bağlı aidiyyatı üzrə bələdiyyəyə və dövlət arxivinə məhkəmə tərəfindən sorğular göndərilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən Inzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, sübutlara düzgün qiymət verilməmiş, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı JN 323A KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında ona məxsus 0.32 ha torpaq sahəsinin 0,236 ha hissəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 cavabdeh kimi nəzərə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridir. (Qanunun 8.0.5-ci maddəsi). Iddiaçı da tələbinin əsası kimi JN-323A KOD 30113018 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməyə istinad edir. Həmin Şəhadətnamədə isə mübahisəli torpaq sahəsinin Qusar rayon Zindan-Muruq bələdiyyəsinin ## ####### 1998-ci il tarixli, **/** nömrəli qərarına əsasən verildiyi qeyd olunmuşdur. Iş materiallarına əlavə olunmuş Qusar rayon Dövlət Arxivinin ## ######## 2025-ci il tarixli, *-**-**RA/*-***-**/**** nömrəli məktubundan görünür ki, Qusar rayon Zindan- Muruq və Əniğ bələdiyyələrinin heç bir il üçün sənədləri rayon dövlət arxivinə təhvil verilməmişdir. Ona görə də Zindan-Muruq Bələdiyyəsi tərəfindən ##.##.1998-ci il tarixli, **/** saylı qərar, qərarla əlaqəli sənədlərin, həmçinin Əniğ Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, 2/2-7 qərar və qərarla əlaqəli sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi mümkün olmamışdır. Eləcə də cavabdeh1 “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubundan görünür ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı İddiaçı adına verilmiş JN-318A (kod 301130018) və JN-323A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərin, eyni zamanda JN-318 (kod 30121028), JN-388 (kod 30121028) və JN-0801 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları”nın tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən tərtib olunan müayinə aktından görünür ki, Şəhadətnamədə TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş elektron kadastr uçotu bazasında əksini tapmamışdır. JN – 323A, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan 0,32 ha torpaq sahəsinin 0,236 ha hissəsi “tikinti altında olan torpaqlar”, 0,084 ha hissəsi isə “örüş (otlaq) uqodiyası ilə uçota alınmışdır. Şəhadətnamə DWG və DBF siyahılarında əksini tapmamışdır. Eyni zamanda qeyd edilir ki, faktiki koordinatlar üzrə torpaq “bələdiyyə” mülkiyyətinə aid kənd təsərrüfatı torpağı olmaqla, uqodiyası “təmiz örüş” göstərilmişdir. Eləcə də apellyasiya instansiyasında icraat zamanı sorğu edilməklə aşağıdakı məlumatlar əldə olunmuşdur: Qusar rayonu Urva bələdiyyəsinin ## ##### 2026-cı il tarixli, *** nömrəli məktubundan görünür ki, İddiaçı Qusar rayonu Zindanmuruq bələdiyyəsi tərəfindən ## ####### 1998-ci il tarixli, **/** nömrəli qərarı ilə verilmiş torpaq sahəsi ilə bağlı Urva bələdiyyəsində hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri ## ###### 1999-cu ildə keçirilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən ünvanlanan ## ##### 2026cı il tarixli müayinə aktından görünür ki, iş materiallarına əlavə olunmuş tərəflərindən tərtib edilmiş müayinə aktında göstərilən JN-323A, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan 0,32 ha torpaq sahəsinin 0,236 ha hissəsinin uçotdiyasının “tikinti altında olan torpaqlar”, 0,084 ha hissəsinin isə “örüş (otlaq)” kimi göstərilməsinin səbəbi torpaq sahəsi üzrə məlumatların X3 X2 (TEKUIS) və AZCAD modeli vasitəsilə aparılan elektron kadastr uçotu məlumatlarına istinad edilməsidir. Qeyd olunur ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Fərman əsasında torpaqlar üzrə kadastr məlumatları elektron formaya keçirilmiş və müvafiq məlumatlar X3 X2 (TEKUIS) və AZCAD modeli bazalarına miqrasiya edilmişdir. Yaranmış zərurətlə əlaqədar qeyd edilən 0,236 hektar hissəsinin TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş X3 uçotu məlumatlarına əsasən “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, uçotdiyası (məqsədli istifadə növü) “tikinti altında olan həyətyanı sahə” kimi uçota alınmışdır, bundan əlavə həmin 0,236 hektar hissəsinin “Islahat-kompleks yerquruluşu layihəsi”ndə (DWG formatında) də “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla uqodiyası (məqsədli istifadə növü) “təmiz örüş” kimi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının hüquq müəyyənedici sənəd qismində istinad etdiyi şəhadətnamə barədə dövlət qurumlarında məlumat mövcud deyil, eyni zamanda iddiaçıda olan şəhadətnamədə qeyd olunan Qusar rayon Zindan-Muruq bələdiyyəsinin ## ####### 1998-ci il tarixli, **/** nömrəli qərarının mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Eləcə də bələdiyyələr 1999-cu ildən etibarən fəaliyyətə başlamasına baxmayaraq müvafiq bələdiyyə qərarı 1998-ci il tarixli olmaqla mötəbərliyi istisna olunur. Bu səbəbdən də iddiaçının istinad etdiyi müvafiq Şəhadətnamə məhkəmə kollegiyası tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərkən JN-323A, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə istinad etmişdir. Işə baxan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdiyi sənədlərdəki məlumatlar arasında uyğunsuzluqlar araşdırılmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd arxivdə və elektron baza məlumatlarında mövcud deyildir. Kollegiya əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyasında icraat zamanı iddiaçı tərəfindən Zindan Muruq bələdiyyəsinin ## #### 2002-ci il tarixli, ** nömrəli qərarının surəti təqdim edilmişdir. Lakin həmin qərarla ayrılmış torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iddiaçı tərəfindən müraciət edilməsi müəyyən edilməmiş, sözügedən torpaq sahəsi hazırki iddianın predmetinə daxil olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmamış, bu səbəbdən də yalnış hüquqi nəticəyə gəlmişdir. Iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar və inzibati orqanın inzibati praktikasına uyğun olaraq aparılmalı olan əsaslar mövcud deyil. Bu səbəbdən də kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının mövcudluğu mötəbər sübutlarla təsdiqlənmədiyindən iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 (Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə) qarşı “JN 323A KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında ona məxsus 0.32 ha torpaq sahəsinin 0,236 ha hissəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.