Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-318/2026 01.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (Açar sözlər: torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X10, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi X5 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları JN-1253F 30304018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun ## ##### 2006-cı il tarixli, *-Ə-*** saylı alqı-satqı müqaviləsinə qərarına əsasən, Quba rayonu, Alekseyevka kəndi ərazisindən 0,04 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli imtina məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, 0.04 ha torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş JN-1253 F nömrəli (KOD 30304018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bildirilir ki, JN1253 F nömrəli (KOD 30304018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində başqa nömrə ilə göstərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Dövlət notariat arxivinə daxil olmuş müraciətinizlə əlaqədar Quba rayon dövlət notariat ofisində ## ##### 2006-cı il tarixdə 4-ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin surəti göndərilmişdir. Bildirilir ki, arxivə təhvil verilmiş 4Ə- *** reyestr nömrəli müqavilələrin ##.##.2006-cı və ##.##.2006-cı il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Müayinə aktından görünür ki, sözügedən məktubla əlaqədar mübahisəli torpaq sahəsində olmuş və həmin torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. Faktiki olaraq torpaq sahəsinin daxilində fərdi yaşayış evi mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.0463 ha təşkil edir. Torpaq sahəsinin müayinəsi zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-1253F kod ******** saylı şəhadətnamə baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmamışdır və DBF siyahısında həmin nömrə (1253) qeyd olunmamışdır. Bildirilir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələri üzərində JN-***F nömrəli şəhadətnaməyə əsasən X29 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd edir ki, JN-843F və JN****F nömrəli şəhadətnamə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) öz əksini tapmamışdır. Həmin şəhadətnamələrin TEKUIS-də göstərilməməsi barədə heç bir məlumat mövcud deyildir. Sözügedən torpaq sahəsi (iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarına (TEKUIS) əsasən X31 kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsinin sol qonşuluğunda yerləşən torpaq sahəsi üzərində ************ reyestr nömrəli çıxarışa əsasən X3 və X1 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahələri (************ və 303013009446) iddiaçının iddia etdiyi torpaq sahəsinə bitişik yerləşir. Cavabdeh Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin *-**-*-**/*-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində X9 adına verilmiş JN-1254F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və onun işlənilməsinə əsas olmuş sənədlər (Quba rayon DNK-nun ##.##.2006-cı il tarixli *-ə-*** nömrəli alqısatqı müqaviləsi daxil olmaqla), eyni zamanda həmin Şəhadətnamənin tərtib edilməsi barədə məlumat və Quba rayonunun Alekseyevka kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında vətəndaşın adı aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, arxivdə mövcud olan Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.2000-ci il tarixli * nömrəli Qərarın özü deyil, qərardan çıxarışdır. Cavabdeh Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin *-**-*-**/*-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli məktubundan görünür ki, Quba rayonunun Alekseyevka kəndi ərazisində iddiaçı İddiaçı adına verilmiş JN-1253F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” üzrə arxiv və elektron baza məlumatları, eləcə də JN-*** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi aşkar edilməmişdir. Mərkəzin arxivində saxlanılan Quba rayonunun Alekseyevka kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından 843 nömrə ilə qeydiyyata alınmış X29 adı qeyd edilmiş hissədən və Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.2000-ci il tarixli * nömrəli Qərarından çıxarışların təsdiq olunmuş surəti təqdim edilir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Dövlət Notariat Konturunun ## ##### 2006-cı il tarixli, *-Ə-*** saylı alqı-satqı müqaviləsi ilə verilmiş Quba rayonu Alekseyevka kəndi ərazisindəki həyətyanı 0,04 hektar torpaq sahəsinə məxsus mülkiyyətində olan JN-1253F Kod ******** saylı şəhadətnamə ilə ona ayrılmış torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması (çıxarışın alınması şəhadətnamənin bazaya vurulması) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ##### 2006-cı il tarixdə alqı-satqı müqaviləsi ilə Quba rayonu, Alekseyevka kəndində 0,04 hektar fərdi yaşayış üçün nəzərdə tutulan torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində 2006-cı il tarixdən başlayaraq ev tikmiş, hal-hazırda evi tikib bitirmiş, o və ailəsi Quba rayonu, Qırmızı qəsəbə qeydiyyatında olsa da, hərdən Quba rayonu, Alekseyevka kəndində mülkiyyətində olan evdə yaşayır və bütün kommunal xətlər çəkilib. Onun yoldaşı Bayramova X6 rayonu, Alekseyevka kəndində qeydiyyatdadır. ## ##### 2006-cı ildə iddiaçı alqı-satqı etdikdən sonra JN 1253F KOD ******** saylı şəhadətnamə verilmişdir. Mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndində 0.04 ha hektar fərdi yaşayış üçün nəzərdə tutulan torpaq sahəsinə çıxarış almağı üçün ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət kadastrı və reystri publik hüquqi şəxs * saylı Xaçmaz Ərazi Idarəsinə rəsmi olaraq müraciət etmişdir. Müraciətinə əsasən, iddiaçıya çıxarış almağına görə imtina verilmişdir ki, alqı-satqı vasitəsi ilə aldığı JN 1253F KOD ******** saylı şəhadətnamənin bazada öz əksin tapmadığını bildirdilər, halbuki iddiaçı alqı-satqı etdiyi vaxt həmən torpaq sahəsi 0,08 hektar olub və 0,04 hektarın iddiaçı almış, yerdə qalan 0,04 hektarın iki şəxs alaraq özləri üçün hətda şıxarış alıblar və mülkiyyətlərindədir. Cavabdeh təşkilatın hüquqlarının dövlət qeydiyyatı dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasından imtinası ilə razılaşmır, ərizənin icrasının qeyri-mümkün hesab edilməsi əsassızdır. Qeyd olunan torpaq sahəsi onun müraciəti əsasında prosedur qaydalara uyğun olaraq ayrılmışdır. Həmçinin, üçüncü qrup əlildir, əmək qabiliyyəti azdır. Beləliklə, tam qanuni əsaslarla mülkiyyətinə verilmiş JN - 1253F Kod 30304018 verilmiş həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini əsassız sayır, bununla da cavabdeh təşkilat tərəfindən onun hüquqları pozulur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, 0.04 ha torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş JN-1253 F nömrəli (KOD 30304018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bildirilir ki, JN1253 F nömrəli (KOD 30304018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində başqa nömrə ilə göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən, ərizənin icrasından ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubla imtina edilmişdir. Qeyd edildiyi kimi, JN-1253 F nömrəli (KOD 30304018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da, torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər komunikasiya xətlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir və başqa şəxslər barəsindədir. Beləliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (IPM-14.3). Hazırki halda iddiaçı notariat qaydasında bağlanmış alqısatqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ..... 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..... Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. aşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “ HYPERLINK "http://e-qanun.az/framework/107" \t "_blank" \o "Azərbaycan Respublikasının 1999-cu il 26 noyabr tarixli 762-IQ nömrəli Qanunu" Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;...8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinə dair müvafiq şəhadətnamənin qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmaması, müvafiq şəhadətnamənin elektron məlumat bazasında olan xəritə üzərində başqa nömrə ilə göstərilməsi halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının adına 0,04 ha torpaq sahəsinin notarial qaydada bağlanmış ##.##.2006-cı il tarixli *-Ə-*** saylı alqı-satqı müqaviləsi əsasında verilməsi və onun əsasında JN-****F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmiş, 339 nömrə ilə qeydiyyat kitabında uçota alınmış, qonşu torpaq sahəsi kimi ****F nömrəli torpaq sahəsi qeyd edilmiş, koordinatları əks olunmamışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, notariat arxiv məlumatında ##.##.2006-cı il tarixli, 4ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi mövcud olmamış, 4-ə-*** reyestr nömrəli müqavilələrin bağlanma tarixi 16 mart və ## ###### 2006-cı il tarixə aid olmaqla, başqa şəxslər arasında başqa əmlakla bağlı bağlanılmışdır. Quba rayonu Timirzayev-Alekseyevka bələdiyyəsi tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə Alekseyevka kəndində olan 0,04 ha torpaq sahəsində inşa etdiyi ümumi sahəsi 80 kv.m. olan birmərtəbəli yaşayış evində yaşayır. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsi müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş, aktın məzmununda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,0463 ha olduğu, DVJ xəritəsində ****F nömrəli Şəhadətnamənin əks olunmadığı, DBF siyahısında 1253 nömrənin əks olunmadığı, DVJ xəritəsində JN-***F nömrəli şəhadətnaməyə əsasən X26 adına mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, Jn-843F və JN-1253F nömərli şəhadətnamələrin TEKUIS-də əks olunmadığı, TEKUIS-ə əsasən yaşayış məntəqələri torpaqları, uqodiyası fərdi yaşayış kimi, mülkiyyət növü bələdiyyə kimi göstərildiyi, qonşuluğunda yerləşən torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alındığı qeyd edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, JN-1253F nömərli Şəhadətnamə iddiaçının adına, JN-*** nömrəli X17 Alekseyvanın adına, JN-****F nömrəli Şəhadətnamə X9 adına olmuş, JN-****F nömrəli Şəhadətnamənin məzmununda qonşu torpaq sahəsi kimi ****F nömrəli torpaq sahəsi əks olunmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, elektron kadastr məlumatlarında JN-843F, JN-1253F və JN-****F nömrəli Şəhadətnamələrin heç biri aşkar edilməmiş, habelə onların verilməsinə əsas olmuş sənədlər (habelə ## ##### 2006-cı il tarixli alqı-satqı müqaviləsi) aşkar edilməmiş, kadastr məlumatında subyektlərin siyahısı mövcud olmuş, həmin subyektlərin siyahısında 843 nömrə ilə X24 adı və mülkiyyətinə verilən torpaq sahəsinin ölçüsünün 0,08 ha olduğu qeyd edilmiş, X9 adı subyektlərin siyahısında aşkar edilməmiş, Quba rayonu AIK-nin ## ###### 2000-ci il tarixli ** saylı qərarından çıxarış mövcud olmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının faktiki istifadəsində olan 0,04 ha torpaq sahəsinə bitişik olan torpaq sahələri üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır, həmin torpaq sahələri məhz ****F nömrəli Şəhadətnamədə əks olunmuş 0,04 torpaq sahəsi olmuş, 0,02 ha və 0,02 ha olmaqla iki hissəyə bölünməklə özgəninkiləşdirilmiş, onlara dair mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olmuş sənədlərin məzmununda satıcı qismində X9 çıxış etməklə, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri və ****F nömrəli Şəhadətnamə mövcud olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən X8 ilə X2 arasında bağlanmış ## ##### 2006-cı il tarixli alqı-satqı müqaviləsinin, habelə X9 adına tərtib edilmiş JN-***F nömrəli Şəhadətnaməninin kserosurəti təqdim edilmişdir, həmin alqı-satqı müqaviləsinin məzmununda X9 JN-***F nömrəli Şəhadətnamə əsasında ona məxsus olan 4 sot torpağını alıcı qismində X2 qeyd edilmiş, habelə həmin Şəhadətnamənin məzmununda 0,08 ha torpaq sahəsinin Quba AIK-in ## ###### 2000-ci il tarixli ** saylı qərarı ilə X9 verildiyi qeyd edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının təqdim etdiyi X9 adına olan JN-843F nömrə Şəhadətnamənin uçot nömrəsi və tarixi hissəsi boş olmaqla, heç bir məlumat əks olunmamış, kadastr baza məlumatında isə JN-***F nömrəli Şəhadətnamə və 843 nömrə ilə subyektlərin siyahısında Baradayeva Mariya adlı şəxsin adı əks olunmuş, X9 adı subyektlərin siyahısında olmamışdır. Kollegiya iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranınbyaranmaması ilə bağlı qeyd edir ki, iddiaçının adına sözügedən torpaq sahəsinin satılmasına dair alqı-satqı müqaviləsinin əsli və ya arxiv əsaslarının mövcudluğu müəyyən edilməmiş, hansı ki iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması əsası kimi məhz həmin müqavilə əsasında tərtib edilmiş Şəhadətnaməyə hüquqmüəyyənedici sənəd kimi istinad etmişdir. Bundan əlavə, notariat arxivində iddiaçının istinad etdiyi 4-ə-*** reeystr nömrəli müqavilənin başqa tarixdə, başqa şəxslər arasında və başqa əmlakla bağlı bağlandığı müəyyən edilmişdir. Həmçinin, iddiaçının özünün təqdim etdiyi və müvafiq Şəhadətnamənin tərtib edilməsi əsası kimi qeyd edilmiş ## ##### 2006-cı il tarixli 4-ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin (kserosurəti) tərəfi qismində iddiaçı çıxış etməmiş, həmin müqavilə Əlirzayev Qüdrət və Həbibov Ilham arasında bağlanılmışdır (həmin müqavilənin arxiv əsası aşkar edilməmiş, həmin reyestr nömrəli müqavilə isə başqa tarixdə, başqa əmlakla bağlı olmaqla, başqa şəxslərə aid müqavilə olmuşdur). Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları iddianın əsaslılığını təkzib etməklə, sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında satın alması halını müəyyən etməyə imkan verməmişdir. Hansı ki yalnız həmin sənədlərin aşkar edilməsi halı əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas ola bilərdi. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı sözügedən torpaq sahəsini X2 aldığını, həmin şəxsin isə X9 aldığını bildirmişdir. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddianın əsaslılığı baxımından iddiaçının istinad etdiyi hallar da araşdırılmış, lakin həmin halların da mövcudluğu və ona dair hüquqmüəyyənedici sənədlərin (X2 ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin) mövcudluğu və Həbibov ilham Tofiq oğlunun adına həmin ərazidə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması halı aşkar edilməmişdir. Nəticə etibarilə elektron kadastr baza məlumatında sözügedən torpaq sahəsinin arxiv əsaslarında X29 adına olması və subyektlərin siyahısında məhz onun adının aşkar olunması, adıçəkilən şəxsin adına torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun X9, onun adından X2 adına, onun adından isə iddiaçının adına ötürülməsi halının müəyyən edilməsi, həmin hala dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Hansı ki, mülki qanunvericiliyin tələbinə əsasən əmlak üzərində sahiblik və istifadə hüququ notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında, sərəncam vermək hüququ isə hüququn müvafiq qaydada qeydiyyata alındığı andan əmələ gəlir. Indiki halda iddiaçıya münasibətdə sözügedən torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun ilkin mülkiyyətçidən özgəninkiləşdirmə əsasında iddiaçının adına keçməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Nəticə etibarilə iddiaçının sözügedən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında satın alması halı müəyyən edilmədiyindən, habelə müvafiq Şəhadətnamənin elektron kadastr baza məlumatında qeydiyyatdan keçmədiyindən, arxiv əsasları aşkar edilmədiyindən iddiaçının istinad etdiyi müvafiq Şəhadətnamənin mötəbərliyi müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi sənədlər (müvafiq Şəhadətnamə) mötəbər hüquqmüəyyənedici sənəd qismində iddianın əsaslılığını müəyyən edən sübut qismində çıxış etməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (elektron kadastr məlumatında sözügedən torpaq sahəsinə dair başqa şəxsin adına JN-***F nömrəli Şəhadətnamə işlənilməsi, həmin şəxsin adının subyektlərin siyahısında aşkar edilməsi, mülkiyyət hüququnun X9, daha sonra X2, daha sonra iddiaçının adına ötürülməsi halının müəyyən edən hüquqmüəyyənedici sənədlərin mövcud olmaması, iddiaçının istinad etdiyi şəxslər olan Əlirzayev Qüdrət və Həbibov Ilham adlı şəxslərin sözügedən torpaq sahəsi ilə hüquqi bağlılığının müəyyən edilməməsi, bitişik qonşu torpaq sahələri üzərində mülkiyyət hüququnun ötürülməsinə dair alqı-satqı müqaviləsi və digər hüquqmüəyyənedici sənədlərin mövcud olması, mülkiyyət hüququ qedyiyyata alınmadan ona dair sərəncam vermək hüququnun yaranmaması və s.) iddianın əsaslılığını müəyyən etməyə imkan verməmiş, habelə şikayətin dəlillərini də təkzib etmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, cavabdehin imtina ilə bağlı hərəkətləri qanunauyğun olmuş, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-318/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-318/2026
01.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver