Məhkəmə qərarları › İş №2-1(3-8)-319/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-319/2026

04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-319/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı, üçüncü şəxs Üçüncü şəxs iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli ** saylı Qərarı ilə JN-286F KOD ******** saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, Quba rayonu, Qamqam kəndi ərazisindən verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində tanınması və adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya Quba rayonu Qamqam kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış və adına mülkiyyətini təsdiq edən JN-286F KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənmiş və həmin vaxtdan torpağa sahiblik edərək istifadə edir. İddiaçı hüquqmüəyyənedici sənədləri toplayaraq, qeyd etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması və adına çıxarışın verilməsi üçün cavabdeh təşkilata rəsmi şəkildə müraciət etmişdir. Cavabdeh təşkilatın ##.##.2025-ci il tarixli cavab məktubu ilə JN-286 F nömrəli Kod 30321098 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyatı kitablanda qeydiyyatdan keçməməsini və elektron məlumat bazasında öz əksini tapmamasını əsas gətirərək iddiaçıya çıxarışın verilməsinə imtina etmişdir. Ona görə də, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi JN-286F KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən məlum olur ki, mülkiyyətində Quba rayonu, Qamqam kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddia ərizəsinə əlavə etdiyi cavabdeh təşkilatın ##.##.2025-ci il tarixli cavab məktubundan məlum olur ki, iddiaçıya çıxarışın verilməsinə imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş məktubunuza baxılmışdır. Bildiririk ki, İddiaçı Quba rayonu, Qamqam kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Cavabdehn * saylı Xaçmaz Ərazi ##.##.2024- cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, ərizənizə əlavə olunmuş JN-286 F nömrəli (KOD 30321098) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır. Bundan əlavə, JN-286 F nömrəli (KOD 30321098) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.12 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində X3 (pay) torpaq sahəsi kimi işlənilmişdir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubla imtina edilmişdir. Qeyd edildiyi kimi, JN-286 F nömrəli (KOD 30321098) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Sumqayıt İnzibati Məhkəmənin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: JN-***F saylı, KOD 30321098 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarına əsasən, 0,12 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş arxiv çıxarışında qeyd olunur ki:

4. məsələ. Bir qrup Qam-Qam kənd sakinlərinin həyətyanı torpaq sahəsi almaq barədə ərizələrini böyük aqronom Ə.İlyasov oxuyub izahat verdi. Qərar 184: Kolxoz idarə heyətinin iclası qərara alır: Kolxozun ərazisində yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi barədə kolxozun böyük aqronomu Ə.İlyasovun verdiyi arayış nəzərə alınsın. 30 nəfər ərizə verən vətəndaşlara həyətyanı torpaq sahəsi vermək üçün “1.5” hektar silinmiş bağ sahəsindən və “2” hektar biçənək sahəsindən sahə ayrılsın. X1 - Qam-Qam 0,12 ha. Məhkəmənin sorğusuna əsasən, Quba Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**/*-***/**** saylı məktubundan görünür ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən milli arxiv fondu sənədlərinin rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün arxivlərdə müvəqqəti mühafizə müddətləri 5 il müəyyən edilmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı iclas protokolunun kserosurəti məhkəməyə təqdim edilmişdir. Quba rayonu, Qam-qam kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktında qeyd edlmişdir ki, mübahisəli torpaq sahəsində olduq və iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Faktiki olaraq torpaq sahəsinin daxilindən fərdi yaşayış evi və köməkçi həyət tikililəri mövcuddur və ərazi mişar daşı ilə hasarlanmışdır. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0.1416 ha təşkil edir. Bildiririk ki, torpaq sahəsinin müayinəsi zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-286F kod ******** saylı şəhadətnamə baza məlumatlarında olan DWJ xəritə materialları üzərində öz əksini tapmamışdır, DBF siyahısında isə göstərilməmişdir. Qeyd edək ki, sözügedən şəhadətnamə TEKUİS-də öz əksini tapmışdır və həmin torpaq sahəsi torpaqların elektron kadastrı uçotu informasiya sistemində göstərilmiş JN-** nömrəli Dövlət Aktına əsasən Üçüncü şəxs və ailə üzvlərinə məxsus 0.92 ha torpaq sahəsi ilə tam olaraq üstüstə düşür. Bildiririk ki, Quba Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli *(***)-***/**** saylı məktubuna əsasən iddiaçı Üçüncü şəxs cavabdeh İddiaçı qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə mütəxəssis rəyi hazırlanmışdır. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. İddia olunan torpaq sahəsi TEKUİS-ə əsasən X3b uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinə dair tərəfimizdən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Quba Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Üçüncü şəxs cavabdeh İddiaçı qarşı “## ###### 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışa əsasən, ona paylı mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu, Qam-qam kəndində yerləşən 0,92 ha X3 torpaq sahəsinin 0,14 ha hissəsindən cavabdeh İddiaçı çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Quba rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997ci il tarixli, ** saylı qərarına və JN-***F saylı, 30321098 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, Quba rayonu, Qamqam kəndində yerləşən 0,12 torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulmşdur. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki,sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, ərizənizə əlavə olunmuş JN-286 F nömrəli (KOD 30321098) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır. Bundan əlavə, JN-286 F nömrəli (KOD 30321098) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.12 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində X3 (pay) torpaq sahəsi kimi işlənilmişdir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubla imtina edilmişdir. Qeyd edildiyi kimi, JN-286 F nömrəli (KOD 30321098) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Qeyd etmək istəyirik ki, X3 torpaq sahələrinin qeyri kənd təsərrüfatı məqsədilə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, X3 torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəməyə təqdim edilmiş müayinə aktına əsasən bildirilmişdir ki, həmin torpaq sahəsi torpaqların elektron kadastrı uçotu informasiya sistemində göstərilmiş JN-** nömrəli Dövlət Aktına əsasən Üçüncü şəxs və ailə üzvlərinə məxsus 0.92 ha torpaq sahəsi ilə tamolaraq üst-üstə düşür. Lakin məhkəmə tərəfindən həmin dövlət aktının ləğvi ilə bağlı münasibət bildirilməmişdir. Belə olan halda məhkəmə qərarın icrası mümkün olmayacaqdır. Bildiririk ki, Cavabdeh * saylı Xaçmaz Ərazi İdarəsi mülkiyyət hüququnun ləğv edilməsi səlahiyyətlərinə malik deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlilləinə etiraz edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər......

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Belə ki, hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçı JN-***F nömrəli (KOD 30321098) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə istinad edərək Quba rayonu, Qamqam kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və adına müvafiq çıxarışın verilməsini tələb etmiş, cavabdeh inzibati orqan isə həmin şəhadətnamənin qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi, elektron məlumat bazasında öz əksini tapmaması, torpaq sahəsinin X3 pay torpağı kimi işlənilməsi, habelə mübahisəli hissənin JN-** nömrəli Dövlət Aktına əsasən Üçüncü şəxs və ailə üzvlərinə məxsus 0,92 ha torpaq sahəsi ilə tam üst-üstə düşməsi səbəbindən müraciətin icrasından imtina etmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı birinci instansiya məhkəməsinə hazırkı tələblə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Kollegiya iş materiallarının araşdırılması ilə bağlı ilk öncə onu qeyd edir ki, öhdəliyin icrası haqqında iddia çərçivəsində cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulması yalnız o halda mümkündür ki, iddiaçının tələb etdiyi hərəkətin edilməsi üçün hüquqların dövlət qeydiyyatını şərtləndirən bütün hüquqmüəyyənedici sənədlər mövcud olsun, həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilsin, onların hüquqi qüvvəsi şübhə doğurmasın və tələb edilən qeydiyyat mövcud reyestr məlumatları ilə ziddiyyət yaratmasın. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təqdim olunmuş sübutların hüquqi mahiyyəti və onların hüquqi nəticələr doğurmaq qabiliyyəti qiymətləndirilərkən məhkəmə yalnız sənədin formal mövcudluğu ilə kifayətlənməməli, həmin sənədin istinad etdiyi ilkin qərarın məzmununu, aidiyyəti arxiv və kadastr məlumatları ilə uyğunluğunu, eləcə də həmin sənəd əsasında hüququn dövlət reyestrində tanınmasının digər şəxslərin qüvvədə olan hüquqlarına təsirini də nəzərə almalıdır. Bu baxımdan, iddiaçının təqdim etdiyi şəhadətnamənin hüquqi qüvvəsi yalnız onun üzərində iddiaçının adının göstərilməsi ilə deyil, həmin şəhadətnamənin tərtibinə əsas olmuş ilkin sənədlərin mövcudluğu, rəsmi arxivlərdə və qeydiyyat sistemində təsdiqini tapması, habelə sənədin mənbə etibarı ilə mötəbərliyi əsasında qiymətləndirilməlidir. Hüquqi əsası rəsmi mənbələrlə təsdiqlənməyən sənəd dövlət qeydiyyatı üçün yetərli hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Kollegiya onu da qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı hüquqların dövlət tərəfindən tanınması və təsdiqi barədə hüquqi akt olduğundan, qeydiyyat zamanı təqdim edilən sənədlərin həqiqiliyi, hüquqi əsası, forma baxımından qanunvericiliyin tələblərinə uyğunluğu və dövlət reyestrində saxlanılan məlumatlarla uzlaşıb-uzlaşmaması yoxlanılmalıdır. Hüququ təsdiq edən sənədin hüquqi etibarlılığı və ya mənbəyi barədə əsaslı şübhə yarandığı hallarda, həmin sənəd əsasında yeni qeydiyyat aparılması hüquqi müəyyənlik prinsipinə zidd nəticə doğura bilər. Hazırkı işdə iddiaçının istinad etdiyi JN-***F nömrəli (KOD 30321098) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpaq sahəsinin Quba rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarına əsasən iddiaçı İddiaçı ayrıldığı göstərilsə də, iş materiallarına əlavə edilmiş arxiv çıxarışından görünür ki, 1997-ci il tarixli həmin qərar üzrə Qam-Qam kəndində 0,12 ha torpaq sahəsi iddiaçıya deyil, onun qardaşı X1 ayrılmışdır. Beləliklə, şəhadətnamənin istinad etdiyi ilkin qərarın məzmunu ilə şəhadətnamədə göstərilən şəxs arasında ziddiyyət mövcuddur. Bu ziddiyyət, həmçinin ## ##### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli cavab məktubu ilə də öz təsdiqini tapır. Belə ki, həmin məktubda Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən bildirilmışdir ki, Mərkəzin arxivində İddiaçı adına verilmiş JN-286F (kod ********) nömrəli şəhadətnamənin arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Bundan başqa, həmin məktubda əlavə olunmuş koordinatlarda yerləşən torpaq sahəsinin Quba rayonu Qam-Qam kəndi H.Aslanov kolxozunun ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən X3 əkin sahəsi olduğu göstərilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının mövqeyi də mahiyyət etibarilə onun tələbini yalnız şəhadətnaməyə əsaslandırdığını göstərir. Halbuki həmin şəhadətnamənin arxiv nüsxəsi və tərtibinə əsas olmuş sənədlər aşkar edilməmiş, şəhadətnamənin istinad etdiyi 1997-ci il qərarında isə iddiaçının deyil, onun qardaşı X1 adı qeyd olunmuşdur. Belə vəziyyətdə iddiaçıya məxsus hüququn mövcudluğu rəsmi arxiv məlumatları ilə təsdiq edilmir, əksinə, təqdim olunan sənədlər arasında olan ziddiyyət həmin şəhadətnamənin iddiaçıya münasibətdə mötəbər hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsinə imkan vermir. Kollegiya onu da nəzərə alır ki, müayinə aktı və kadastr məlumatları ilə də müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi 0,1416 ha təşkil edir, iddiaçı tərəfindən təqdim olunmuş JN-286F kod ******** saylı şəhadətnamə DWG xəritə materiallarında və DBF siyahısında öz əksini tapmamışdır. Eyni zamanda həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilmiş JN-** nömrəli Dövlət Aktına əsasən Üçüncü şəxs və ailə üzvlərinə məxsus 0,92 ha torpaq sahəsi ilə tam olaraq üst-üstə düşür. Kollegiya üçüncü şəxsin hüquqi vəziyyətinə münasibətdə qeyd edir ki, Quba Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə Üçüncü şəxs İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi barədə iddiasının təmin edilməməsi, üçüncü şəxsin və ailə üzvlərinin adına olan çıxarışın mötəbərliyini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Həmin qətnamənin məzmunundan görünür ki, iddia paylı mülkiyyət hüququ əsasında məxsus olan 0,92 ha torpaq sahəsinin 0,14 ha hissəsindən çıxarılma tələbi ilə bağlı olmuşdur. Torpaq sahəsi paylı mülkiyyətdə olduğundan və naturada bölgü müəyyən edilmədiyindən, konkret 0,14 ha hissənin məhz Üçüncü şəxs payına düşübdüşmədiyi müəyyən edilə bilməmiş, belə bir tələb müvafiq hallarda paylı mülkiyyətin bütün iştirakçıları tərəfindən irəli sürülmədiyindən iddia rədd edilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin həmin qətnaməyə istinad etməklə mübahisəli torpaq sahəsinin üçüncü şəxsə və ailə üzvlərinə məxsus qeydiyyata alınmış torpaq sahəsinin tərkibində yerləşməməsi və ya üçüncü şəxsin hüququnun mötəbər olmaması nəticəsinə gəlməsi əsaslı sayıla bilməz. Əksinə, iş materiallarında mövcud olan çıxarış və kadastr məlumatları üçüncü şəxs Üçüncü şəxs və ailə üzvlərinin 0,92 ha torpaq sahəsi üzərində paylı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alındığını və həmin qeydiyyatın qüvvədə olduğunu göstərir. Belə olan halda, mövcud dövlət reyestri qeydiyyatı ləğv edilmədən və ya qanunla müəyyən edilmiş qaydada dəyişdirilmədən, həmin sahə ilə tam üst-üstə düşən torpaq sahəsi üzərində iddiaçının adına mülkiyyət hüququnun qeydiyyata alınması dövlət reyestrinin hüquqi müəyyənlik və etimad funksiyasına zidd olardı. Qeydiyyat orqanı eyni torpaq sahəsi üzərində ziddiyyətli hüquqlar yaratmağa deyil, təqdim edilən sənədlərin reyestr məlumatları və ilkin hüquqmüəyyənedici sənədlərlə uyğunluğunu yoxlamağa borcludur. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən tanınması və hüquqi nəticələr doğurması yalnız belə hüququn mövcudluğu barədə iddia və ya formal sənəd təqdim edilməsi ilə deyil, həmin hüququ təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunması, onların rəsmi arxivlər və aidiyyəti informasiya ehtiyatlarında təsdiqini tapması, həmçinin qüvvədə olan reyestr qeydiyyatları ilə ziddiyyət yaratmaması ilə şərtlənir. Hazırkı mübahisəyə dair işdə isə iddiaçının istinad etdiyi şəhadətnamənin arxiv nüsxəsi və tərtibinə əsas olan sənədlər aşkar edilməmiş, istinad olunan 1997-ci il qərarında iddiaçının deyil, qardaşının adı göstərilmiş, mübahisəli torpaq sahəsinin isə qüvvədə olan çıxarışa əsasən üçüncü şəxs və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə tam üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu hallar cavabdehin imtinasının qanunauyğun olduğunu təsdiq edir. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar