Məhkəmə qərarları › İş №2-1(3-8)-321/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-321/2026

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-321/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X5 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı Bəkirov Emin Mehman oğlunun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi» X2 nümayəndəsi X1 iştirakı Iddiaçı Bəkirov Emin Mehman oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X2rşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2-1(118)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı Bəkirov Emin Mehman oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçı Bəkirov Emin Mehman oğlunun III dərəcəli əlilliyinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ##.##.2025-ci il tarixdən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia onunla əsaslandırılır ki, iddiaçı ##.##.2010-cu il tarixdən ##.##.2011 -ci il tarixədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə 18 ay müddətli hərbi xidmətdə olmuş və könüllü olaraq II Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. ##.##.2020-ci il tarixində Suqovuşan istiqamətində düşmənin açdığı atəş nəticəsində Barotravma, reaktiv vəziyyət diaqnozu ilə xəsarət almışdır. Müharibədən sonra iddiaçı travmalar yaşamış və onda müharibə ilə bağlı müxtəlif əlamətlər əmələ gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli müayinəyə dair məlumatında iddiaçıda aşağıdakı əlamətlərin müşaiyət olunduğu qeyd olunmuşdur. II Qarabağ müharibəsi keçirildikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, özünə xəsarət yetirmələr. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyintravması davamlı sefalgik sindrom, yuxu və əhval-ruhiyyə pozulması, koqnitıv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İ dərəcəli xroniki neyrosensor ağıreşitmə. Fəqrəarası diskin digər dəqiqləşdirilməmiş deformasiyası. Iddiaçı MN MHHK-nin xəstəlik haqqında şəhadətnamə akt nömrəsi 11327, Xəstəliklər cədvəlinin 23a, 14b maddəsinin 3-cü qrafasına və ƏTC əsasında, həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yarasız hesab edilmiş, ##.##.2021-ci ildə xəstəliyə görə vəzifə və səlahiyyətlərindən azad olunmuşdur. ##.##.2022-##.##.2022-ci il tarixədək Barotravma nəticəsində fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom. retroqrad amneziya, davranış pozuntuları stasionar müalicədə olmuşdur. ##.##.2022-ci il tarixdə Mingəçevir RƏXD tərəfindən yenidən ixtisaslaşdırılmış müayinə və müalicə üçün SN Psixi Sağlamlıq Mərkəzinə göndərilmişdir. Iddiaçıva ##.##.2022-ci ildə isə əmək qabiliyyətinin 40 faizini itirdiyi üçün 3-cü dərəcəli əlillik təyin edilmişdir. Respublika Psixiatiriya Xəstəxanası X2 ##.##.2024-cü il tarixli *** nömrəli rəyi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il 3-28 3-1-118 **** saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun olaraq Bəkirov Emin Mehman oğlu Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq, 2-ci Qarabağ müharibəsi keçirdikdən sonradavamlı şəxsiyyət dəyişikliyi, intihar cəhdləri ilə F62.0 xəstəlik diaqnozu təyin edilmişdir. AR Nazirlər Kabinetinin ## ### 2024-cü il tarixli qərarının tələbi olaraq ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə F62.0. şəxsiyyəlinin davamlı dəyişikliyi xəstəliyi ilə bağlı müalicədə olmuşdur. Iddiaçı ona əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar iddiaçının müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2025-ci il tarixli məktubu (elektron sms) ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaşın orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. E.Bəkirova orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, E.Bəkirova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2020-ci il tarixli ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması davamlı sefalgik sindrom, yuxu və əhval-ruhiyyə pozulması, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, davranış pozuntuları ilə. Hər iki əlin arxa səthinin, sol baldırın önsəthinin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları. Barotravma (##.##.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “14, 15, 25, 34, 46-cı dişlərin kökü. 35, 36-cı dişlərin olmaması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2025-##.##.2025-ci il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı özünü təqdim edərək əsəbilikdən, qıcolma tutmalarından, aqressivlikdən şikayətlənmişdir. Gecələr yata bilmədiyini, tez-tez qıcolma tutmalarının olduğunu, əllərinin uyuşduğunu, huşunu itirib yıxıldığını bildirmişdir. Dərman preparatlarından Ketilept, Depakin, Amitriptillin, Klonazepam qəbul etdiyini söyləmişdir. Obyektiv olaraq geyimi təmiz, saç-saqqalı səliqəli olmuş. Gözlərinə optik eynək taxmışdır. Ünsiyyətə qışqıraraq, aqressivləşərək, əsəbi halda qoşulmuşdur. Tanımadığı insan gördükdə donub qaldığını, pul saydıqda sayı itirdiyini, danışarkən bir neçə dili qarışdırdığını demişdir. Peşman olmadığını vurğulayaraq bir də çağırsalar yenə döyüşə gedəcəyəni söyləmişdir. Həyat yoldaşını döydüyünə görə dəfələrlə qaynı onunla “bacımı niyə döyürsən” deyərək dalaşdığını, sonuncu dəfə qaynı ilə dalaşdıqda isə özünə xəsarət yetirdiyini və bu səbəbdən həyat yoldaşı evi tərk etdiyini demişdir. Hal-hazırda heç bir qohumu ilə, hətta valideynləri ilə danışmadığını söyləmişdir. Övladlarının yaşlarını bilmədiyini, ad günlərində belə onlara zəng vurub təbrik etmədiyini demişdir. Əsəbi olduğu halda sağ aşağı ətrafının topuq nahiyyəsi ilə şüşəyə vurduğunu və hal-hazırda həmin nahiyyəyə su yığıldığını demiş, “ortopedik ayaqqabının qiyməti 135 (yüz otuz beş) manatdır, ala bilmirəm” deyərək gileylənmişdir. Psixiatrik xəstəxanada ağır xəstələrin yanına yerləşdirdikləri üçün gecə stasionarında qala bilmədiyini bildirmişdir. Qonşusu nalayiq söyüşlər söydüyünə görə onunla da dalaşdığını demişdir. Psixi status: Zahirən gərgin, düşüncəsi aydın olmuş, bələdliyi saxlanmışdır. Müayinə müddətində gərgin olmuşdur. Ünsiyyət zamanı səs tonunu yüksəldərək ağlamağa başlamışdır. Emosional davamsız, əhvalı disforik olmuşdur. Təfəkkürü ardıcıllığını, məntiqiliyini tam qorumuşdur. Maraqlarına uyğun olaraq məqsədliliyi, mühakiməsi aşkar olmuşdur. DMA-ya müraciət etdiyini və foto-atelye üçün yer təklif olunduğunu söyləmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət dəyişikliyi. Nümayişkar və təhdidedici davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmişdir ##.##.2020-ci il tarixli, ***** nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, “Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəlləbeyin travması davamlı sefalgik sindrom, yuxu və əhval-ruhiyyə pozulması, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, davranış pozuntuları ilə. Hər iki əlin arxa səthinin, sol baldırın ön səthinin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları. Barotravma (##.##.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. ##.##.2022-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə üçüncüdərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-sosial ekspert komissiyasının ##.##.2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq onu iddia tələbi ilə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdən görünür ki, iddiaçı ##.##.2010-cu il tarixdən ##.##.2011-ci il tarixədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə 18 ay müddətli hərbi xidmətdə olmuş və könüllü olaraq II Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. ##.##.2020-ci il tarixində Suqovuşan istiqamətində düşmənin açdığı atəş nəticəsində Barotravma, reaktiv vəziyyət diaqnozu ilə xəsarət almışdır. Müharibədən sonra iddiaçı travmalar yaşamış və onda müharibə ilə bağlı müxtəlif əlamətlər əmələ gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli müayinəyə dair məlumatında iddiaçıda aşağıdakı əlamətlərin müşaiyət olunduğu qeyd olunmuşdur. II Qarabağ müharibəsi keçirildikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, özünə xəsarət yetirmələrə. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması davamlı sefalgik sindrom, yuxu və əhval-ruhiyyə pozulması, koqnitıv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İ dərəcəli xroniki neyrosensor ağıreşitmə. Fəqrəarası diskin digər dəqiqləşdirilməmiş deformasiyası. Iddiaçı MN MHHK-nin xəstəlik haqqında şəhadətnamə akt nömrəsi 11327, Xəstəliklər cədvəlinin 23a, 14b maddəsinin 3-cü qrafasına və ƏTC əsasında, həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yarasız hesab edilmiş, ##.##.2021-ci ildə xəstəliyə görə vəzifə və səlahiyyətlərindən azad olunmuşdur. ##.##.2022-##.##.2022-ci il tarixədək Barotravma nəticəsində fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom. retroqrad amneziya, davranış pozuntuları stasionar müalicədə olmuşdur. ##.##.2022-ci il tarixdə Mingəçevir RƏXD tərəfindən yenidən ixtisaslaşdırılmış müayinə və müalicə üçün SN Psixi SağlamlıqMərkəzinə göndərilmişdir. Iddiaçıva ##.##.2022-ci ildə isə əmək qabiliyyətinin 40 faizini itirdiyi üçün 3-cü dərəcəli əlillik təyin edilmişdir. Respublika Psixiatiriya Xəstəxanası X2 ##.##.2024-cü il tarixli *** nömrəli rəyi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il 3-28 3-1-118 **** saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun olaraq Bəkirov Emin Mehman oğlu Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq, 2-ci Qarabağ müharibəsi keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar cəhdləri ilə F62.0 xəstəlik diaqnozu təyin edilmişdir. AR Nazirlər Kabinetinin ## ### 2024-cü il tarixli qərarının tələbi olaraq ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə F62.0. şəxsiyyəlinin davamlı dəyişikliyi xəstəliyi ilə bağlı müalicədə olmuşdur. Iddiaçı ona əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar iddiaçının müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2025-ci il tarixli məktubu (elektron sms) ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, inzibati iş materiallarını və ambulator məhkəməpsixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası müəyyən etmişdir ki, yoxlanılan şəxs Bəkirov Emin Mehman oğlunda hal-hazırda “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, davranış pozuntulari ilə” (F 62.0) aşkar edilir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliyin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə Ağırlaşma - fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0. kimi öz əksini tapmışdır. Eləcə də cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozunun ağırlaşması F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi olaraq qeyd edilmişdir. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs Bəkirov Emin Mehman oğlunda hal-hazırda “Fəlakət keçirdikdən sonra davamli şəxsiyyət dəyişikliyi, davranış pozuntulari ilə” (F 62.0) müəyyən edilir. Beləliklə də, müvafiq göndəriş zamanı iddiaçıya qoyulmuş F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi diaqnozlu xəstəliyin hazırda da davam etməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının əlilliyinə əsas olmuş xəstəlik ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, müharibə şəraitində yaşanmış ağır travmatik hadisələrin nəticəsində yaranan belə psixi dəyişikliklər şəxsin normal həyat fəaliyyətinə, sosial münasibətlərinə və əmək qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tibbi vəziyyətlər hesab olunur. Bu səbəbdən iddiaçıda müəyyən edilmiş F62.0 diaqnozu da onun sağlamlıq vəziyyətinin ümumi qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan mühüm tibbi amillərdən biridir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliyin mövcudluğunun təsdiqini tapması onun tələbində haqlı olduğunu müəyyən edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, məhkəmənin qərarından aydın olur ki, məhkəmə heç bir halda tibbi nəticə çıxarmamış, yalnız təqdim olunmuş tibbi sənədlərin və ekspert rəylərinin hüquqi qiymətləndirilməsini aparmışdır. “Inzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə və Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə görə, məhkəmə inzibati aktın qanuniliyini və əsaslılığını yoxlamaqla mübahisənin düzgün həllinə yönəlmiş bütün faktiki halları müstəqil şəkildə araşdırmağa borcludur. Bu baxımdan, məhkəmənin fəaliyyəti inzibati orqanın səlahiyyətlərinə müdaxilə deyil, həmin səlahiyyətlərin qanuna uyğun həyata keçirilibkeçirilməməsinin hüquqi nəzarəti kimi qiymətləndirilməlidir. “Inzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Beləliklə də, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşıyır. O da nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Iş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin müvafiq qərarı ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən (##.##.2025-ci il tarixdən) təyin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan tibbi sənədlər, ekspert rəyi və digər sübutlar iddiaçıda orqanizmin funksiyalarının pozulmasının mövcud olduğunu təsdiq edir və bu pozuntular onun hərəkət və sosial fəaliyyət imkanlarına əhəmiyyətli təsir göstərir. Cavabdeh inzibati orqan isə həmin halları lazımi qaydada və hərtərəfli qiymətləndirməmiş, nəticədə işin bütün faktiki hallarını obyektiv şəkildə araşdırmadan “diaqnoz əlillik əlaməti təyin etmir” nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, inzibati orqan tərəfindən qəbul edilmiş belə nəticə işin faktiki hallarının tam və obyektiv araşdırılması prinsipinə uyğun deyildir. Halbuki inzibati icraat zamanı inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli və obyektiv şəkildə araşdırmalı və maraqlı şəxsin xeyrinə olan halları da nəzərə almalıdır. Bütün göstərilən hüquqi və faktiki halları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı tam, əsaslı və qanunauyğundur. Iddiaçının xəstəliyi və funksional məhdudiyyətləri “Əlilliyin müəyyən olunması meyarları” ilə tam uyğunluq təşkil etdiyindən, iddiaçının əlillik təyin edilməsi barədə tələbi əsaslıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2-1(118)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar