Məhkəmə qərarları › İş №2-1(3-8)-337/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-337/2026

10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-337/2026 10.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyi Mərkəzi arxivinin ## ### 2022- ci il tarixli, */*-**** nömrəli məktubundan görünür ki, Gəncə Hərbi Polis şöbəsi rəisinin ## ###### 1993-cü il tarixli, *** nömrəli əmrilə (əsas: səh. 6, sıra 4; qeyd əmrdə soyadı “Агиманов” yazılmış; əmr rus əlifbası ilə qeyd edilmişdir) X2 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “əsgər” hərbi rütbəsi verilməklə “patrul” vəzifəsinə təyin olunmuşdur. Gəncə şəhər Hərbi Poliş şöbəsi rəisinin # ###### 1994-cü il tarixli, * nömrəli əmrində (əsas: səh.-4, §1, sıra-26; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı # ###### 1994-cü il tarixdən Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin # ###### 1994-cü il tarixli, * nömrəli əmrində (əsas. səh.-5; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı # ###### 1994-cü il tarixdən Ağdam rayonundan qayıtması barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin 2# ###### 1994-cü il tarixli, ** nömrəli əmrində (əsas: səh.- 20, sıra-10; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Murovdağ döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin ## ###### 1994-cü il tarixli, ** nömrəli əmrində (əsas: səh.-23, §2, sıra-10; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) II bölüyün sıravisi İddiaçı Goranboy rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin # ###### 1994-cü il tarixli, ** nömrəli əmrində (əsas. səh.-28, sıra-13; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Goranboy rayonundan qayıtması barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin # ###### 1994-cü il tarixli, ** nömrəli əmrində (əsas: səh.-29, sıra-13; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Murovdağ döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin # ###### 1994-cü il tarixli, ** nömrəli əmrində (əsas. səh.-32, §3, sıra-20; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Murovdağ döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin # #### 1994-cü il tarixli, ** nömrəli əmrində (əsas, səh.-45, §3, sıra-6; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı ## ###### 1994cü il tarixdən Murovdağ döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin # #### 1994-cü il tarixli, ** nömrəli əmrində (səh 50, §2, sıra 6, qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı # #### 1994-cü il tarixdən Murovdağ döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin ## #### 1994-cü il tarixli, ** nömrəli əmrində (əsas: səh 56, §6, sıra 16 qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Hacı kəndi döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin ## #### 1994-cü il tarixli, ** nömrəli əmrində (əsas: səh.-60, sıra-9; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Hacıkənddən qayıtması barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin ## ###### 1994-cü il tarixli, *** nömrəli əmrində (əsas: səh.-84, §2, sıra-5; qeyd əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı Zazalı postuna göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin ## ###### 1994-cü il tarixli, *** nömrəli əmrində (əsas: səh.-88, sıra-5; qeyd əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Zazalı postundan qayıtması barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin # ######## 1994-cü il tarixli, *** nömrəli əmrində (əsas: səh.-91, sıra-24; qeyd əmrdə adı “Elşad”, atasının adı “Babasin” yazılmışdır) sıravi X3 şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilərək, hərbi xidmətini davam etdirmək üçün NN nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Qeyd edilmişdir ki, NN nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından İddiaçı sonrakı xidməti barədə əlavə araşdırma aparmaq mümkün olmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən # ###### 2021-ci il tarixli, */*-*** nömrəli məktubla İddiaçı ünvanına cavab göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyi ## #### 2023-cü il tarixli, 4/3- **** nömrəli və # ####### 2022-ci il tarixli, */*-***** nömrəli İddiaçı göndərilmiş məktublarından görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın # ######## 2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Ezamiyyətə göndərilməsi döyüş tapşırığının icrası ilə bağlı olmadığına və N nömrəli hərbi hissə tərəfindən verilən **** nömrəli, ## ###### 2022-ci il tarixli arayışa əsasən hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyinə və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, 3-43-37/2- ***/**** nömrəli məktubundan görünür ki, Qobustan rayon Cəm-cəmli kənd sakini, 1967- ci il təvəllüdlü X4 # ### 1985-ci il tarixdən ## ### 1987-ci il tarixə kimi müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi (keçmiş Qobustan rayon Hərbi Komissarlığı) tərəfindən # ###### 1993-cü il tarixdə Səfərbərliklə əlaqədar hərbi xidmətə göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, E.B.Əhlimanlının Azərbaycan Ordusunda xidmət etməsi barədə Qobustan rayon bölməsində əlavə heç bir məlumat yoxdur. Cavabdeh ## ###### 2024-cü il tarixli, 3-25-4/2- ***/** nömrəli məktubu ilə İddiaçı dair aparılmış inzibati icraata dair materiallar göndərilmişdir: - Dövlət Təhlükəsizlik İdarəsinin ## #### 2022-ci il tarixli, */**** nömrəli məktubundan görünür ki, döyüş əməliyyatlarında iştirak etmiş İddiaçı məhkum olunmağı barədə məlumat aşkar edilməmişdir. Cavabdeh N nömrəli hərbi hissənin # ### 2024-cü il tarixli, **** nömrəli arxiv arayışından görünür ki, İddiaçı Babahəsən oğlu NN nömrəli hərbi hissə komandirinin # ######## 1994-cü il tarixli, *** nömrəli əmri (§ 2, sıra nömrəsi 3) ilə (əmrdə atasının adı Babasəlim qeyd olunub) şəxsi heyətin siyahısına daxil edilib, ## ###### 1994-cü il tarixli, *** nömrəli əmri (§1) ilə (əmrdə atasının adı Babasən qeyd olunub) hərbi hissəni özbaşına tərk etdiyi üçün qeydiyyatdan çıxarılıb, qayıtma əmri yoxdur, ## ###### 1994-cü il tarixli, *** nömrəli əmri (§6. sıra nömrəsi 1) ilə (əmrdə atasının adı Babasən qeyd olunub) ştatdan kənar çıxarılıb və ## ### 1995-ci il tarixdə NN nömrəli hərbi hissənin bazasında NN nömrəli hərbi hissə təşkil edildiyindən həmin hərbi hissənin şəxsi heyəti tam tərkibdə xidmətini davam etmək üçün NN nömrəli hərbi hissənin tərkibinə verilmişdir. Əsas: Fond ** nömrəli, Siyahı ** nömrəli. Saxlama vahidinin * nömrəli, vərəq ** nömrəli, 130, 162. İddiaçı Babahəsən oğlu NN nömrəli hərbi hissə komandirinin # #### 1996-cı tarixli, ** nömrəli əmri (§ 7, sıra nömrəsi 4) ilə (əmrdə atasının adı Babasən qeyd olunub) şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Əsas: Fond ** nömrəli, Siyahı ** nömrəli, saxlama vahidi * nömrəli, vərəq *** nömrəli) İddiaçı Babahəsən oğlunun döyüş bölgəsinə ezam olunması və döyüşlərdə iştirakı haqqında məlumat yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ### 1985-ci il tarixdən ## ####### 1985-ci il tarixədək NN saylı hərbi hissədə sıravi kursant, ## ####### 1985-ci il tarixdən ## ### 1987-ci il tarixədək NN saylı hərbi hissədə sıravi əsgər (# ###### 1987-ci il tarixdə serjant rütbəsi almışdır), ## ###### 1993-cü il tarixdən # ######## 1994-cü il tarixədək Gəncə şəhərində, ## ### 1995-ci il tarixdən NN saylı hərbi hissədə operator olmuş, ## ###### 1996-cı il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ** saylı əmri ilə ordu sıralarından təxris olunmuşdur. Qeyd edilir ki, İ Qarabağ Müharibəsində iştirak etmiş, giriş-çıxışla bağlı müvafiq qeydlər hərbi biletində göstərilmişdir. Cavabdeh imtinasında mərkəzi arxivin arayışda hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə hər hansı məlumatın olmadığını bildirsə də, bununla bağlı hərbi biletində məlumat vardır. Cavabdehin imtinası əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, şəxsə “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi üçün qanunvericiliyin müvafiq normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - şəxsin xidmət keçməsi: hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - bunun müvafiq sənədlərdə əks edilməsi: bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2018-ci il tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının ezamiyyətə göndərilməyi döyüş tapşırığının icrası ilə bağlı olmadığına və N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş **** nömrəli, ## ###### 2022-ci il tarixli arayışa əsasən müxtəlif vaxtlarda hərbi hissəni özbaşına tərk etdiyinə və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının verilməsindən imtina olunmuşdur. Bu kimi hallar nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməyi, qanuni əsaslarla ehtiyata buraxılması və qeyd edilən məlumatların arxiv arayışlarda öz təsdiqini tapması ilə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliyin müvafiq normanın dispozisiyasında göstərilən şərtlər (hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması və həmin məlumatların müvafiq sənədlərdə əks edilməsi) ödənilmişdir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq cavabdeh tərəfin etirazında əsaslandığı dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı üçün, iddia tələbi təmin edilməlidir Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazın dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X9 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X9 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının ezamiyyətə göndərilməsi döyüş tapşırığının icrası ilə bağlı olmadığına və müvafiq hərbi hissə tərəfindən verilən arayışa əsasən hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyinə və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığı halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı ilə bağlı onu qeyd edir ki, müvafiq arxiv arayışının məzmununda iddiaçının ##.##.1993-cü il tarixli əmr əsasında şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi, əsgər hərbi rütbəsi verilməsi, patrul vəzifəsinə təyin edilməsi, ##.##.1994-##.##.1994-cü ilədək Ağdam rayonu, ##.##.1994-cü il tarixdə Murovdağ, ##.##.1994-##.##.1994-cü il tarixədək Goranboy,##.##.1994-##.##.1994-cü il tarixədək Murovdağ, ##.##.1994-##.##.1994-cü il tarixədəkMurovdağ,##.##.1994-##.##.1994-cü ilədək Hacıkənd, ##.##.1994-##.##.1994-cü ilədəkZazalı postuna döyüş əməliyyatları bölgəsinə göndərilməsi, ##.##.1994-cü il tarixdə müvafiq hərbi hissədə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, digər hərbi hissəyə göndərildiyi, sonuncu hərbi hissə üzrə əmrlər arxivə daxil olmadığından, sonrakı xidməti barədə araşdırma aparılmasının mümkün olmadığı qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş məlumatların məzmununda iddiaçı barəsində məhkum olunması barədə məlumatın aşkar edilmədiyi, habelə hərbi xidmət keçməsi barədə arxiv məlumatları qeyd edilmiş, təqdim eidlmiş arxiv məlumatında iddiaçının ##.##.1996-cı il tarixli ** nömrəli əmr əsasında şəxsi heyətin siyahısından çıxarılaraq ehtiyata buraxıldığı qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçının döyüş tapşırığının icrası ilə bağlı ezam olunmaması, hərbi hissəni özbaşına tərk etməsi və qanuni əsaslarla təxris olunmaması halına istinad edərək, müraciətdən imtina etmişdir Kollegiya işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır: müvafiq ərazilərdə döyüş əməliyyatlarında iştirak etmək (döyüş təminatı ilə bağlı döyüş tapşırığının icrası ilə əlaqədar ezam olunmaq) və qanuni əsaslarla hərbi xidmətdən təxris olunmaq. Kollegiya iddianın əsaslılığı baxımından birinci şərtin ödənilib- ödənilməməsi ilə bağlı qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının 1994-cü ilin yanvar ayı və digər aylarında müxtəlif vaxtlarda Ağdam rayonu, Murovdağ və digər döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə arxiv məlumatlarının mövcudluğu müəyyən edildiyindən, bu hal isə özlüyündə iddiaçının döyüş zonasında aparılmış döyüş əməliyyatlarında iştirak etməsini müəyyən etməyə imkan verdiyindən, həmin məlumatlar iddiaçıya münasibətdə ilkin şərtin ödənilməsinin əsası kimi çıxış etmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçının döyüş tapşırığının icrası ilə bağlı ezam olunmadığını bildirsə də, yuxarıda müəyyən edilmiş işin hallarını təkzib edən hər hansı dəlilə istinad edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Kollegiya iddianın əsaslılığı baxımından digər şərtin ödənilib-ödənilməməsi ilə bağlı qeyd edir ki, arxiv məlumatlarında iddiaçının ##.##.1996-cı il tarixdə şəxsi heyətin siyahısından çıxarılaraq, ehtiyata buraxılması barədə məlumat mövcud olmuşdur. Həmçinin, cavabdehin özünün təqdim etdiyi məlumatın məzmununda iddiaçının barəsində məhkumluğunun olmaması barədə məlumat əks olunmuşdur. Belə olan halda, kollegiya hesab edir ki, indiki halda iddiaçının qanuni əsaslarla hərbi xidmətdən təxris olunması halı arxiv məlumatları əsasında öz təsdiqini tapdığından, habelə iddiaçının hərbi xidmət yerini özbaşına tərk etmə, fərariliyə görə məhkum olunması halı müəyyən edilmədiyindən, iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş digər şərtin də ödənilməsi öz təsdiqini tapmışdır. İndiki halda isə cavabdeh tərəfindən həmin məlumatları təkzib edən heç bir sübut təqdim edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları (iddiaçının döyüş əməliyyatında iştirak etməsi və qanuni əsaslarla təxris olunması) iddianın əsaslılığını müəyyən etməklə yanaşı, cavabdehin şikayətinin dəlillərini təkzib etdiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar